Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4576/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh a qızına qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh a qızına qarşı “pul" tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1017/2023 nömrəli iş üzrə 16 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh a qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh a qızına qarşı “pul" tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 6500 manat pulun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 2021-ci ilin sentyabr ayında Binəqədi rayonu ərazisində, Dərnəgül qəsəbəsində stadion məhəlləsi yaxınlığında Füzuli rayonundan olan, əvvəllər Səidə şərti adı ilə tanıdığı, əsil adı X2 birinci dəfə yoldaşına məxsus avtonəqliyyat vasitəsinin texniki pasportunun alınması məqsədilə pul lazım olduğu üçün ondan 3000 manat pul vəsaiti alaraq bu günə qədər qaytarmamışdır. İkinci dəfə təkrar olaraq yenə 2021-ci ilin oktyabr ayının 11-də yuxarıda göstərilən p roblemin həlli üçün ondan təkrar olaraq 2000 manat Binəqədi rayonu ərazisində, Dərnəgül qəsəbəsində stadion məhəlləsi yaxınlığında almışdır və bu günkü günə qədər də, həmin vəsaiti qaytarmaqdan yayınmaqdadır. Üçüncü dəfə təkrar olaraq 2021-ci ilin dekabr ayının ortalarında özünə məxsus qızıl zinət əşyalarının lombarddan çıxarmaq üçün pul lazım olduğunu ona bildirərək həmin ərazidə ondan 1000 manat pul vəsaiti almışdır. Dördüncü dəfə isə yenə təkrar olaraq xəstə xalası qızını əməliyyat etdirmək bəhanəsi ilə pul lazım olduğunu bildirməklə 2021-ci ilin dekabr ayının sonlarında Binəqədi rayonu ərazisində, Dərnəgül qəsəbəsində stadion məhəlləsi yaxınlığında ondan 500 manat pul vəsaitini almışdır. Toplam olaraq ondan müxtəlif bəhanələrlə 6500 manat pul vəsaitini əldə edərək 2022-ci ilin mart ayı nda qaytaracağına söz vermişdir. Bü günkü gün də ona məxsus olan 6500 manat pul vəsaitinin qaytarılmasını dəfələrlə tələb etsədə, hər dəfə müxtəlif bəhanələrlə qaytarmaqdan imtina etmişdir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir.
3. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçıdan 6500 manat pulu faizə götürmüş və artıqlaması ilə qaytamışdır. Hazırda onun iddiaçıya borcu yoxdur.
4. Füzuli Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli 2(064)-1073/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh X1 5000 (beş min) manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi belə olmuşdur ki, işin faktiki hallarına əsasən cavabdeh Z.Həziyeva İddiaçı cəmi 6500 manat pulu borc almış və iki ay müddətinə qaytaracağına dair üzərinə öhdəl ik götürsə də, buna lazımınca əməl etməmişdir. Cavabdeh borc aldığı pulu tam şəkildə qaytardığını iddia etsə də bu halı sübuta yetirə bilməmişdir. İddiaçı isə cavabdehin ona 1500 manat pul qaytardığını bildirmişdir. Bu hallarla bağlı MPM-in 77.1ci maddəsinin mövqeyi aydın və qətidir: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, cavadehdən iddiaçının xeyrinə 6500-1500 = 5000 manat pul tutulmalıdır.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 739, 442-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
7. Qətnamədən cavabdeh a qızı apellyasiya şikayəti verərək, onun ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə qərəzli yanaşmış, heç bir sübut iddiaçı tərəfindən təqdim edilmədiyi halda, iddianı qismən təmin etmişdir. Bundan əlavə olaraq məhkəmə müşavirə otağından qayıdandan sonra iddia ərizəsinin rədd edilməsi barədə qətnamə elan etsədə, sonradan qətnaməni tərtib edərkən kobud pozuntuya yol verərək 1 vərəqdən ibarət, heç bir sübuta istinad edilməyən qətnamə qəbul etmiş, iddianı qisma təmin etmişdir. Bu halda hesab edir ki, işə baxan Şirvan Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Miilki Prosessual Məcəlləsinin 394-cü maddəsinə istinad edərək Füzuli Rayon Məhkəməsinin hakimi barədə xüsusi qərardad çıxarmalıdır. Həmin qərardadın çıxarılmasına səbəb yuxarıda qey d edildiyi kimi 2 dəfə prosessual normaların kobud pozulması, yəni məhkəmənin elan etdiyi qətnamədən tam əks və qərəzli qətnamə qəbul etməsi və iddiaçı tərəfindən bir dənədə məhkəməyə nəinki mötəbər, ümumiyyətlə sübut təqdim edilmədiyi hal, onun xeyrinə qətnamə qəbul etməsidir. Birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə əsassızdır və qət etdi hissəsi tam olaraq ləğv edilməli, apellyasiya qaydasında yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. İşdən göründüyü kimi birinci instansiya məhkəməsində ümumiyyətlə araşdırılma aparılmamış, işə tez-tələsik baxılaraq qərar verilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının qeyd etdiyi məbləğ 3000 manatdan artıq olduğu üçün tərəflər arasında yazılı “kredit müqaviləsi” olmalı idi. Göründüyü kimi məhkəmə qətnaməsində iddiaçının cavabdehə 6500 manat borcunun olması qeyd edilsədə, hər hansı bir müqavilənin olmasına istinad edilməmişdir. Səbəb isə belə bir müqavilənin mövcud olmaması, iddiaçının cavabdehə faizlə borca pul verməsi və həmin borcun faizləri ilə birlikdə geri qaytarılmasıdır. Bundan sonra iddiaçı cavabdehə qeyri etik təkliflər etmiş və cavabdehin sərt reaksiyası ilə qarşılaşdıqdan sonra qərəzli iddianı qaldırmış və məhəmədə həmin qərəzi daxili inamına əsasən müəyyən etmədən düzgün olmayan qətnaməni qəbul etmişdir. Təəcüblüsü isə ondan ibarətdir ki, məhkəmə öz qətnaməsində MPM-in 77.1-ci maddəsinə istinad edərək mövqeyinin qəti olduğunu qeyd etsədə, həmin maddənin tələbini, yəni-prose ssual hüquq normasını kobud şəkildə pozaraq, heç bir sübuta istinad etməyərək, ümumiyyətlə heç bir sübut təqdim edilmədiyi halda iddianı qismən təmin etmişdir. Məhkəmə qətnamə qəbul edərkən işi araşdırıb iddia ərizəsinin rədd etsədə qətnaməni tərtib edərkən məlum olmayan səbəblərdən iddianın qismən təmin edilməsini qət etmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1017/2023 nömrəli iş üzrə 16 avqust 2023-cü il tarixli qətnaməsi ilə (T.Kərimov (sədrliyi və məruzəsi ilə), hakimlər C.İmanov və M.Həsənov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə əsasən, cavabdehin iddiaçıdan 2020-ci ilin sentyabr ayından başlaya raq müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə borc pullar alması iddiaçının şikayəti əsasında polisdə aparılan araşdırma zamanı cavabdehin izahatı, həmçinin cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatı ilə təsdiqini tapır. Hər iki izahatında cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda müxtəlif məbğləğlərdə olmaqla ümumilikdə 6500 manat borc aldığını etiraf edir, eyni zamanda həmin borcu faizə götürdüyünü və artıqlaması ilə qaytardığını bildirir. İddiaçı isə cavabdehin aldığı pullardan yalnız 1500 manat hissəsini qaytardığını qəbul edir. Cavabdeh borca aldığı pulları artıqlaması ilə qaytardığını bildirsə də, buna dair hər hansı bir sübutunu birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər arasında şifahi formada bağlanan borc müqaviləsi münasibətləri olmuş və iddiaçı tərəfindən bir-neçə dəfəyə ümumilikdə cavabdehə 6500 manat borc verilmişdir. İddiaçı birinci dəfə cavabdehə 3000 manat borc verdiyini bildirsə də, cavabdeh izahatlarında iddiaçıdan bir dəfəyə 3000 manat aldığını qeyd etməmiş, ümumilikdə bir-neçə dəfəyə 6500 manat borca pul aldığını bildirmişdir. Odur ki, tərəflər arasında formalaşan münasibətlər Mülki Məcəllənin 740.2-ci maddəsinin təsiri altına düşmür.
11. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəlləsinin 6.2, 14.1, 14.2.1, 385.1, 386.1, 427.3, 442, 448.1, 445.2.1, 739.1, 739.2, 740.1, 740.2, MPM-nin 4.1, 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh a qızı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü iltarixli, 2(106)-1017/2023 saylı qətnaməsinin tam ləğv edilərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində iddiaçının cavabdehə 6500 manat borcunun olması qeyd edilsədə hər hansı bir yazılı müqavilənin olmasına istinad edilməmişdir. Səbəb isə belə bir müqavilənin mövcud olmaması, iddiçının cavabdehə faizlə borca pul verməsi, və həmin borcun faizləri ilə birlikdə geri qaytarılmasıdır.
14. Bundan sonra iddiaçı cavabdehə qeyri etik təkliflər etmiş və cavabdehin sərt reaksiyası ilə qarşılaşdıqdan sonra qərəzli iddianı qaldırmış və məhəmədə həmin qərəzi daxili inamına əsasən müəyyən etmədən düzgün olmayan qətnaməni qəbul etmişdir.
15. Məhkəmə MPM-in 77-ci maddəsinin tələbini yəni- prosessual hüquq normasını kobud şəkildə pozaraq heç bir sübuta istinad etməyərək, ümumiyyətlə heç bir sübut təqdim edilmədiyi halda iddianı qismən təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı (nümayəndə və Vəkil2) kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, onun əsassız olduğu üçün rədd edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
17. Qanunun tələbinə görə, kassasi ya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Ma ddə 448.1 borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 448.2 borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
24. Maddə 739.1 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya).Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 25. 739.2(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya).Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peş ə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 26. 740.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya).Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 27. 740.2(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya).Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi dü zgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası m əhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya in stansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və sübutlara prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verilmiş, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh a qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şir van Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 avqust 2023-cü il tarixli 2(106)-1017/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.