Məhkəmə qərarları › İş №2(102)-4581/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4581/2022

13.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4581/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyət hüququnun müdafiəsi, vindikasiya iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “evdən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3494/2022 nömrəli, 5 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şika yətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh, X1, X3 və X2 müştərək qaydada əsas borc üzrə 84596,64 manat, faiz borcu üzrə 9446,01 manat, cərimə borcu üzrə 20 manat, ödənilmiş dövlət rüsumu üzrə 30 manat olmaqla cəmi 94092,65 manatın İddiaçı QSC-nin xeyrinə tutulması, Cavabdeh məxsus Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Qasımov prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 35a nömrəli fərdi yaşayış evinin ixtisaslaşdırılmış açıq hərracdan satılması, torpaq sahəsi və fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, torpaq sahəsi və fərdi yaşayış evinin satışından götürülmüş məbləğ bankın tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğin Cavabdeh, X1, X3 və X2 müştərək qaydada tutulması, torpaq sahəsi və fərdi yaşayış evinin satışından əldə edilmiş məbləğ bankın tələbindən artıq olarsa, artıq məbləğin Cavabdeh qaytarılması qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmiş və Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Qasımov prospektində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin ilkin satış qiyməti 130000 manat müəyyənləşdirilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx. xx.2019-cu il tarixli qətnaməsi Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icraya yönəldilmiş və sözügedən ev hərraca çıxarılmış, hərraclar baş tutmadığından iddiaçı banka təklif edilmiş, xx.xx.2020-ci il tarixdə bankın mülkiyyətinə keçirilmişdir.

5. Mənzilin boşaldılması barədə bankın müraciətinin təmin edilməsindən isə Qaradağ rayon İcra şöbəsi tərəfindən “əmlakın boşaldılması məhkəmə qərarında göstərilmədiyi” əsas göstərilməklə imtina olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov prospektində yerlə şən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsındə yerləşən 35a saylı fərdi yaşayış evindən məcburi çıxarılması və bütün əmlakın boşaldılaraq “AccessBank'’ QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisəli əmlak üzərində bankın mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla tanmışdır. Əmlakın boşaldılması barədə xahişlə Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinə müraciət olunmuş, sonuncu tərəfindən əmlakın boşaldılması tələbi ilə aidiyyatı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bundan sonra yaşayış evinin 10 gün ərzində könüllü olaraq boşaldılması və banka təhvil verilməsi barədə xx.xx.2021-ci il tarixdə keç miş mülkiyyətçi Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, məktub sonuncu tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Lakin cavabdeh verilmiş müddətin başa çatmasına baxmayaraq əmlakı könüllü olaraq boşaldıb banka təhvil verməmişdir. Cavabdeh hazırki tarixədək əmlakı boşaltmamaqla əmlak üzərində mülkiyyətçi kimi hüquqlarını həyata keçirməyə mane olur.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-264/2022 nömrəli iş üzrə 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbi təmin edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisə predmeti olan mənzilin mülkiyyətçisidir. Cavabdehin həmin mənzildə yaşaması isə iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də, iddiaçının cavabdehə q arşı olan tələbi əsaslıdır və mənzildən çıxarılmalıdır

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 33-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikаyətini hərracın ondan xəbərsiz keçirildiyi, evinin bank tərəfindən dəyərindən aşağı qiymətlə və qanunsuz yollarla əldə edildiyi, evində məcburi köçkünlərin yaşadıqlarının nəzərə alınmadığı arqumentləri ilə əsaslandırmışdır

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3494/2022 nömrəli iş üzrə 5 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə gəldiyi n əticəni onunla əsaslandırmışdır ki, “İpoteka haqqında” Qanunla mülkiyyət hüququnun itirilməsi üçün mütləq ipoteka predmetinin satılması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüquqlarının xitam olunma əsasları və mülkiyyət hüquqlarının qeydiyyatı barədə müvafiq norma da öz əksini tapmış, həmin Məcəllənin 205.2-ci maddəsində tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verildiyi nəzərdə tutulmuşdur.

14. Məhkəmə qeyd etmişdir ki, tutmanın yönəldilməsi hərrac yolu ilə həyata keçirilə bilər və hərracdan sonra hər hansı şəxs ipoteka predmetini müqavilə qüvvəsinə malik olan protokol imzalamaqla alarsa onda ipoteka predmetində olan şəxslər oranı məcburi tərk etməlidi rlər. “İpoteka haqqında” Qanunun 28 dekabr 2018-ci il tarixli 1439-VQD saylı Qanunla dəyişiklik edilmiş 59.4-cü maddəsinə görə də, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

15. Baxılan işdə Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Qasımov prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 35a saylı fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və sonradan açıq hərrac nəticəsində onun mülkiyyətçisi dəyişmişdir. Məhz bu səbəblə həmin evdə yaşayan cavabdehin orada mülkiyyətçinin iradəsinin əleyhinə qalması, hüquqi əsaslar olmadan oradan istifadə və mənzildən çıxmaqdan imtina etməsi sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin müdaxiləsi nəticəsində iddiaçı bank öz əmlakı üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də birinci instansiya məhkəməsi onun iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

16. Evinin bank tərəfindən dəyərindən aşağı qiymətlə əldə edildiyi barədə apellyatorun dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin arqumentin hazırkı iş baxımından hər hansı əhəmiyyəti mövcud deyildir və cavabdeh hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edirsə, bununla bağlı müvafiq iddia irəli sürmək hüququna sahibdir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 157.2 və 205.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 59.1, 59.3, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

19. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normaları nın tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.

20. Məhkəmə zamanı hərrac sənədlərinin ona verilməsi barədə bildirsə də, bank həmin sənədləri ona verməkdən imtina etmişdir. Bu barədə verdiyi vəsatət isə məhkəmə tərəfindən təmin olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə

13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə

29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam ver mək hüquqlarından ibarətdir. Mülki Məcəllə

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibl iyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.

30. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar.

31. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılır lar. Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktik i halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əs as ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətlə ndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Normanın tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddia tələbinin əsaslı olması üçün qeyd edilən normanın dispozitiv şərtləri hazırki işin hallarına uyğun olmalıdır. Bunun üçün iddiaçı iddia etdiyi əmlakən mülkiyyətçisi olmalı, əmlak özgəsinin sahibiyində olmalı və özgəsinin əmlaka sahibliyi qanunsuz olmalıdır.

47. İddiaçı bank mübahisəli əmlakın mülikyyətçisidir. Belə ki, keçirilmiş hərracın yekununda həmin ev banka təklif edilmiş və bankın evə dair mülkiyyət hüquqları dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır.

48. Cavabdehin həmin əmlaka sahibliyinin hər hansı bir qanuni əsası yoxdur. Çünki tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir.

49. Cavabdehin həmin əmlaka mülkiyyət hüquqlarına xitam verilmiş, eyni zamanda onun həmin evdə yaşaması üçün digər hər hansı qanuni əsas müəyyən edilməmişdir.

50. Qeyd edilənlərə əsasən i şə baxan məhkəmələr hazırki iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişlər.

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3494/2022 nömrəli, 5 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar