Məhkəmə qərarları › İş №2(102)-4590/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4590/2022

20.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4590/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4590/22 Açar sözlər: hüquqların həyata keçirilməsində maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı hüquqların həyata keçirilməsində maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1944/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfində n verilmiş kassasiya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2018-ci il tarixli Kooperativ Binanın Mənzil Tikintisi Haqqında Müqaviləyə əsasən Cavabdeh MTK ünvan 1 ünvanınında yerləşmiş tikilməkdə olan yaşayış binasının B giriş, 12-ci mərtəbəsində 1 otaqlı ümumi sahəsi 73,75 m2 olan 130 nömrəli mənzilin payçı kimi İddiaçı verilməsi, sonuncu isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi, elektrik enerjisinin, su və qaz sayğaclarının dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəni hər kv.metrə 850 manat olmaqla, cəmi 62688 manat müəyyən edilmiş və iddiaçı tərəfindən tam ödənilmişdir. Bu barədə iddiaçıya xx.xx.2018-ci il tarix li, 08/173 nömrəli maliyyə arayışı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Oktay oğlu ilə "xxxx" MTK arasında onun aldığı mənzilə dair müqavilənin, MTK üzvlərinin ümumi yığıncağının payçının MTK-ya üzv seçilməsinə dair protokolundan və mənzilə hüquq müəyyənedici sənədlərin verilməsinə dair protokolundan çıxarışların, Mənzilin texniki pasportunun (cizgisinin), Bakı şəhəri İcra Hakimiyyətinin MTK-ya yaşayış binasının inşası ilə əlaqədar torpaq sahəsinin ayrılmasına dair sərəncamın, Maliyyə arayışının təsdiq olunmuş surətlərinin ona verilməsi öhdəliyinin "xxxx" MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla ə saslandırmışdır ki, xx.xx.2018-ci ildən Bakı şəhərinin Nərimanov rayonunda yerləşən "xxxx" MTK-nın "Payçı"-sıdır. Həmin tarixdən kooperativlə aralarında bağlanan müqaviləyə əsasən, "Kooperativ" ünvan 1 ünvanınında yerləşmiş tikilməkdə olan yaşayış binasının B giriş, 12-ci mərtəbəsində, 1 otaqlı, ümumi sahəsi 73,75 m2 olan 130 nömrəli mənzilin payçı kimi ona verilməsi, bunun müqabilində şirkətə hər m2-nə 850 manat olmaqla, cəmi 62688 manat ödənilməsi müəyyən edilmişdir. Qeyd olunan müqavilənin şərtlərinə uyğun olaraq kooperativin hesabına müqavilədə göstərilən vəsaiti ödəmişdir. Bu barədə ona xx.xx.2018-ci il tarixli 08/173 saylı maliyyə arayışı verilmişdir. Sözügedən mənzili özəlləşdirmək niyyəti ilə xx.xx.2021-ci il tarixdə 335 saylı vəkil sorğusu ilə kooperativə müraciət edərək, X1 "xxxx " MTK arasında onun aldığı mənzilə dair müqavilənin, MTK üzvlərinin ümumi yığıncağının payçının MTK-ya üzv seçilməsinə dair protokolundan və mənzilə hüquq müəyyənedici sənədlərin verilməsinə dair protokolundan çıxarışların, Mənzilin texniki pasportunun (cizgisini), Bakı şəhəri İcra Hakimiyyətinin MTK-ya yaşayış binasının inşası ilə əlaqədar torpaq sahəsinin ayrılmasına dair sərəncamının, Maliyyə arayışının təsdiq olunmuş surətlərinin göndərilməsini xahiş etmişlər. Lakin vəkilinin sorğu məktubu "xxxx" MTK-ya daxil olmasından 1 aydan yuxarı müddət keçməsinə baxmayaraq MTK rəhbərliyi müxtəlif bəhanələrlə sorğunu cavablandırmamışdır. Odur ki, məcburiyyət qarşısında məhkəməyə müraciət etməli olmuşdur.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(00 5)-3894/2021 nömrəli iş üzrə 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Ş.Quliyev) iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının B giriş, 12-ci mərtəbəsində 130 nömrəli mənzilinin İddiaçı ayrılmasına dair MTK üzvlərinin ümumi yığıncağının qərarı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi və tikintinin həyata keçmirilməsi üçün torpaq sahəsinin ayrılmasına dair sərəncamın surətinin İddiaçı verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh təşkilat arasında mənzilə dair müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etsə də, lakin c avabdeh tərəfindən iddiaçıya mülkiyyət hüququnun tanınması üçün sənədlər tam şəkildə təqdim edilməmişdir. İddiaçı cavabdehə rəsmi olaraq sorğu göndərilmiş, lakin heç bir nəticə vermədiyindən, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir.

6. Məhkəmə hesab etmişdir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrindən qeydiyyatdan keçirilməsi üçün İddiaçı Oktay oğlu ilə "xxxx" MTK arasında onun aldığı mənzilə dair müqavilə, MTK üzvlərinin ümumi yığıncağının payçının MTK-ya üzv seçilməsinə dair protokolundan və mənzilə hüquq müəyyənedici sənədlərin verilməsinə dair protokolundan çıxarışlar, maliyyə arayışı tələb olunur. Lakin cavabdeh qeyd olunan sənədləri ərizədə tələb etsə də, (iş materiallarından da görünür) İddiaçı Oktay oğlu ilə "xxxx" MTK arasında onun aldığı mənzilə dair müqav ilə və maliyyə arayışı iddiaçıya təqdim olunmuşdur. Bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir.

7. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunverilciyin tələbinə uyğun olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin qərarda mənziltikinti kooperativi binasının ünvanının və tikintinin həyata keçirilməsi üçün torpaq sahəsinin ayrılmasına dair sərəncamın surəti də təqdim edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.2, 139.3, 139.4, 152.1, 152.5, 157.1, 385.1, 385.2, 386.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 113.1, 113.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.3, 14.2, 77.1, 88, 119.1, 217.1, 218.1, 218.3, 220.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən yalnız iddiaçının izahatları və iddiaçının təqdim etdiyi mötəbərliliyi yoxlanılmayan iki sənədlə kifayətlənmişdir. Birinci instansiya məhkəməsi cavabdeh MTKnın iştirakını təmin etmədən, sonuncunun nümayəndəsini dinləmədən işə baxmış və bu zaman çəkişmə prinsipinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının MTK-ya eyni tələblərlə mür aciət edib-etməməsini aydınlaşdırmamış və bu barədə qətnamədə hər hansı məlumat göstərilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliliyini, tələb etdiyi qərarın mövcudluğunu yoxlamamışdır. Bununla da, birinci instansiya məhkəməsi, mübahisənin düzgün həlli üçün son dərəcə əhəmiyyətli olan mühüm halları araşdırmamışdır. Birinci instansiya məhkəməsi bir sıra maddi hüquq normalarını qətnamədə sadalasa da, iş üzrə konkret olaraq hansı maddi hüquq normasının tətbiq edilməli olduğunu qeyd etməmişdir. Məhkəmə tərəfindən iddia üzrə iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə heç bir araşdırma aparılmamış, qətnamədə sadəcə iddiaçının təqdim etdiyi mötəbərliliyi yoxlanılmayan iki sənədin məzmunu əks etdirilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliliyini və tələb etdiyi ümumi yığıncağın qərarının mövcudluğunu yoxlamadan, MTK-nın ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid olan məsələyə düzgün qiymət verməyərək, iddianın təmin edilməsinə dair səhv nəticəyə gəlmişdir. Cavabdeh işdə iştirak etməmiş və hər hansı sübutu ümumiyyətlə təqdim etmək imkanından məhrum olmuşdur.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil əlavə olaraq bildirmişdir ki, iddiaçı əslində mübahisəli mənzilin dəyərini ödəməmişdir. Cavabdehin vəkili və nümayəndəsi tərəfindən 14 avqust 2018-ci il tarixli borc müqaviləsinin surəti (Cavabdeh MTK ilə İddiaçı Oktay oğlu arasında 62.688 (altmış iki min altı yüz səksən səkkiz) manat məbləğində borc müqaviləsi bağlanılmışdır) təqdim olunmuş və iş materiallarına əlavə edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1944/2022 nömrəli iş üzrə 18 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), F.F.Babayev və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə” dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzg ün tətbiq olunmuşdur.

14. İddiaçının təqdim etdiyi Maliyyə arayışınının və xx.xx.2018-ci il tarixli Kooperativ Binanın Mənzil Tikintisi Haqqında Müqavilənin mötəbərliliyinə gəlincə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin sənədlər notarial qaydada təsdiq olunmaqla birinci instansiya məhkəməsinə təqdim olunmuşdur.

15. Məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında mənzilə dair müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etsə də, lakin cavabdeh tərəfindən iddiaçıya mülkiyyət hüququnun tanınması üçün sənədlər tam şəkildə təqdim edilməmişdir.

16. Məhkəmə hesab etmişdir ki, apellyasiya baxışı zamanı cavabdehin vəkili və nümayəndəsi kserosurət olaraq təqdim etdiyi xx.xx.2018-ci il tarixli B orc müqaviləsinin hazırkı iddianın təmin olunmasını istisna edən sübut olmasını əsaslandıra bilməmişdir. Həmçinin, həmin müqavilə surət olmaqla yanaşı 1.1 bəndində göstərilən mənzil dedikdə hansı mənzildən bəhs olunması müəyyən olunmamışdır. Bunun qarşılığında iddiaçının notarial qaydada təsdiq olunmaqla məhkəməyə təqdim etdiyi mənzilin dəyərinin ödənilməsinə dair Maliyyə arayışı və xx.xx.2018-ci il tarixli Kooperativ Binanın Mənzil Tikintisi Haqqında Müqavilə mövcuddur və cavabdeh həmin müqaviləni və maliyyə arayışını hal-hazıradək mübahisələndirməmişdir.

17. Məhkəmə kollegiyası apelyasiya şikayətinin “birinci instansiya məhkəməsi iddiaçının MTK-ya eyni tələblərlə müraciət edib-etməməsini aydınlaşdırmamış və bu barədə qətnamədə hər hansı məlumat göstərilməmişdir” hisssəsi ilə bağlı qeyd e tmişdir ki, iddiaçı tərəfindən cavabdehə rəsmi olaraq sorğu göndərilmiş, lakin heç bir nəticə vermədiyindən, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir.

18. Apellyasiya şikayətinin “birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi ümumi yığıncağın qərarının mövcudluğunu yoxlamadan, MTK-nın ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid olan məsələyə düzgün qiymət verməyərək, iddianın təmin edilməsinə dair səhv nəticəyə gəlmişdir” hissəsi ilə bağlı Məhkəmə Kollegiyası qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139.2, 139.3, 139.4, 152.1, 152.5, 157.1, 385.1, 385.2, 386.1-ci, Mənzil Məcəlləsinin 113.1, 113.2-ci, MPM-in 14.2, 77.1, 88, 106.1, 217.4, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassa siya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

21. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının Kooperativ üzvlüyünə qəbul edilməsinə dair qərarın mövcud olmadığını nəzərə almamışdır. Bu fakt cavabdehin nümayəndəsi tərəfindən dəfələrlə məhkəməyə bildirilsə də, məhkəmə bu fakta diqqət yetirməmiş və öz qətnaməsi ilə Kooperativin müstəsna səlahiyyətinə aid olan məsələni həll etmişdir. Belə ki, kooperativ üzvlərini qəbul etmək və çıxarmaq səlahiyyəti müstəsna olaraq Mülki Məcəllənin 111.3.3-cü maddəsinə əsasən y alnız Kooperativin ümumi yığıncağına aid edilmişdir. Ümumi yığıncaq isə belə qərar qəbul etməmişdir. Məhkəmə mövcud olmayan qərarın iddiaçıya verilməsinə dair qətnamə qəbul etməklə, ümumi yığıncağın müstəsna səlahiyyətinə müdaxilə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əml aka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

24. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

25. Maddə 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən mü əyyən edilmiş qaydada həyata keçirilir.

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanı nmasını tələb etmək ixtiyarı vardır.

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mənzil Məcəlləsi

32. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (m ənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.

33. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Mülki Prosessual Məcəllə

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyə n edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfində n qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1944/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qətnaməsi dəyi şdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar