Məhkəmə qərarları › İş №2(102)-4591/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4591/2021

27.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4591/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsinin etibarsız hesab edilməsi 27.12.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3158/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 dekabr 2021-ci il tarixd ə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 18.02.2016-cı il tarixli reyestrdə 3M-234 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə “Borc verən” “Borc alana” ******* ABŞ dolları şəklində bugünki manatla kurs üzrə (1 ABŞ dolları=1.60) 2640000,00 AZN məbləğində pul borc verməyi, “Borc alan” isə krediti 18.02.2017-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər X və Cavabdeh1 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 fevral 2016-cı il tarixdə Cavabdeh1 ilə onun arasında BX bağlanmış kr edit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir..

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Rusiyada yaşayan Cavabdeh1 bir neçə ildir ki, tanıyır. Tanışlıqları ticarət qurulması ilə bağlı olub. Belə ki, meyvə-tərəvəz ticarətinin təşkili ilə bağlı Cavabdeh1la onun arasında 2014- ci il tarixdə razılaşma olmuşdur. Razılaşmaya görə, Türkiyədən meyvə-tərəvəz alınması, Rusiyaya göndərilməsi və satılması işini birlikdə təşkil etməli idilər. Bu işin maddi təchizatını, yatırımını o etməli, meyvə-tərəvəzin alınmasım və göndərilməsini o, həyata keçirməli idi. Ticarətin qurulması ilə bağlı söhbətlərində Cavabdeh1 bildirmişdi ki, özünün pulu olmadığı üçün, başqa şəxsi, yaxın dostunu bu işə cəlb edəcək, yatırımı da o edəcəkdir. Beləliklə, razıl aşmaları əsasında Cavabdeh1 tatar millətindən olan dostu ticarət üçün lazım olan pulu Avropadakı banklardan biri vasitəsilə İstanbuldakı öz nümayəndələrinin də işlədiyi bir şirkətə göndərdi və hətta aralarında bir etibarlılıq olsun deyə onu da həmin şirkətə payçı qismində ortaq etdilər. Pul İstanbuldakı şirkət hesabına hissə-hissə köçürülürdü. Həmin şirkətdən isə ümumi ticarətləri üçün lazım olan miqdarlar imza səlahiyyəti olan başqa bir şirkətə köçürülürdü. Lazım olan pul köçürüldükdən sonra bu pullar meyvə-tərəvəz alınmasma, nəqlinə, bununla bağlı olan işlərə sərf olunurdu. Bəzən, elə olurdu ki,Cavabdeh1 özü də ümumi işlərvə gələcək ticarətlərinin təşkili, mövcud ticarətin gələcəkdə genişləndirilməsi ilə bağlı zəruri məsələlər üçün bu puldan müəyyən miqdar istəyir, o, da etiraz etmədən verirmiş. 2014-cü ilin sentyabr ayından 2015-ci ilin avqust ayına kimi təxminən bir il ərzində ******* ABŞ dolları məbləğində pul hesablarına yatırıldı. Daxil olan puldan Cavabdeh1 təxminən cəmi 280000 ABŞ dollarına yaxın nağd pul verilmişdir. Digər pulları isə razılaşdırılmış ticarət üçün zəruri olan işlərin görülməsinə, ticarətin qurulmasına sərf etmişlər. İşlərinin gedişində obyektiv səbəblərdən bir sıra uğursuzluqlar oldu. Həmçinin, işlərin gedişində məlum oldu ki, bu işi qurmaq üçün öncədən düşündükləri yatırım məbləği azlıq edir, əlavə yatırıma ehtiyac vardır. Lakin işlərin uğursuz alındığı üçün Cavabdeh1 pul yatıran dostundan yatırım üçün əlavə pul ala bilmədi. Onlar birlikdə yollar axtarır, yeni investisiya mənbələri düşünürdülər. 2016-cı ilin fevral ayında bununla bağlı Bakıda ol arkən Cavabdeh1 bildirdi ki, tatar dostundan ticarətin davamı üçün əlavə pul ala bilər. Lakin bildirdi ki, tatar dostunu bu dəfə pulun batmayacağına nə iləsə inandırmaq lazımdır. O bildirdi ki, "gəl notariusda görünüş üçün bir borc müqaviləsi bağlayaq, guya mən sənə borc pul vermişəm, mən də həmin müqaviləni tatara göstərərəm ki, bu dəfə yatıracağın pul barəsində narahat olma, Beləliklə, 18 fevral 2016-cı il tarixdə Bakı şəhərində 9 saylı notariat kontorunda Cavabdeh1la iddiaçı arasında uydurma borc müqaviləsi bağlandı. Müqavilənin məzmununu Cavabdeh1 sözləri ilə notarius işçiləri tərtib etdilər. Sonra o, heç məzmuna baxmadan müqaviləyə imza etmişdir. X o dərəcədə inanırmış ki, heç müqavilənin surətini belə götürməmişdir. Hal-hazırda məhkəməyə təqdim etdiyi müqavilənin surətini notariat ko ntoruna müraciət edərək əldə etmişdir. Elə həmin gündə də birlikdə Bakıdan İstanbul şəhərinə gəlmiş və ticarətin davamı üçün pul gözləməyə başlamışlar. Hər dəfə Cavabdeh1la görüşüb, yaxud telefonla danışıb gələcək pul köçürülməsi barədə soruşduqda o, bu gün-sabah söyləyir, dostunun investisiya yatırımını davam etdirəcəyini, pulu köçürəcəyini bildirmişdir. Lakin aylar keçsə də pul yatırılmadı, ticarəti də davam etdirə bilməmişlər. Cavabdeh1la aralarında soyuqluq yarandı və münasibətləri korlandı. İşləri yarımçıq qaldı, ticarətləri isə iflas oldu. Hal-hazırda, Cavabdeh1la münasibətləri soyuq olan bu vaxtında hesab edir və düşünür ki, onunla aralarında görünüş üçün bağladıqları uydurma müqavilədən o, iddiaçıya qarşı istifadə edə bilər. Buna görə də həmin müqaviləni məhkəmə qaydasında etibarsı z hesab etdirmək niyyətindədir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, həmin müqavilə məzmunca mülki-hüquqi xarakterli deyildir, hüquqi nəticələr yaratmaq üçün bağlanmamışdı. Həmin məbləğdə borc pula iddiaçının Bakı şəhərində ehtiyacı yox idi, bu məbləğdə pulun borc alınması istəyi, fikri, iradəsi ümumiyyətlə, heç vaxt olmamışdır, yənimüqavilənin bağlanması həqiqi iradəsinin ifadəsi deyildi. Müqavilə üzrə iddiaçıya nağd olaraq Bakı şəhərində həmin gün və ya ondan əvvəlki günlərdə heç bir borc məbləği ödənilməyib, bu məbləğdə pulu iddiaçı nə qəbul etmiş, nə almış, nə dəki özü ilə xaricə aparmışdır. Bunu gömrük orqanlarına sorğu verməklə də təsdiq etmək mümkündür. Həmçinin, əgər X videomüşahidə qurğularının qeydləri ilə bağlı arxivləşmə aparılırsa, bu görüntülər də təsdiq edə bilər ki, o, Cavabdeh1 notariat kontorunda pul qəbul etməmişdir. Cavabdeh1 müqavilənin icrası və borcun ödənilməsi, ödənişlərin icra olunması və ya gecikdirilməsi, gecikdirilmənin səbəblərinin aydınlaşdırılması ilə bağlı olaraq iddiaçıya qarşı heç bir tələb, iddia irəli sürməyib. Müqavilə 3-cü şəxs qarşısında etibar qazanmaq üçün və gələcək yatırım təminatı üçün görünüş olaraq bağlanmışdı ki, belə bir yatırım da həyata keçməmişdir. Həmin müqavilə cavabdehlə onun arasında uydurma olaraq, saxta və formal olaraq, həqiqətə uyğun olmayan və həqiqəti əks etdirməyən məzmunda bağlanmışdı. Cavabdeh1 bu məbləğdə pulu olmayıb, həmin pula Bakıda malik olmasına dair, yaxud bu məbləğdə pulu Rusiyadan Bakıya gətirməsinə dair hər hansı sübutu-dəlili yoxdur.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.Ədilova ) 2(005)-6/2020 saylı işi üzrə 26.11.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X 18.02.2016-cı il tarixli “borc verən” Cavabdeh1 ilə “borc alan” İddiaçı arasında kredit müqaviləsi bağlanan zaman “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda iddiaçının qeyd etdiyi əsaslar üzrə, yəni ona cavabdeh tərəfindən həmin miqdarda pul vəsaitinin heç bir zaman verilməməsi, pulun iddiaçının adına mədaxil edilməsi ilə bağlı heç bir sənəd və sübut mövcud olmaması, müqavilənin 3- cü şəxs qarşısında etibar qazanmaq üçün və gələcək yatırımın təminatı üçün görünüş olaraq bağlanmışdı ki, belə bir yatırımın da həyata keçmədiyini, həmin müqavilənin cavabdehlə onun arasında uydurma olaraq, saxta və forma l, həqiqətə uyğun olmayan və həqiqəti əks etdirməyən məzmunda bağlandığını, cavabdehin bu həcmdə pulunun olmadığını, həmin pula Bakıda malik olmasına dair yaxud da bu məbləğdə pulu Rusiyadan Bakıya gətirməsinə dair hər hansı sübutu, dəlilinin olmadığı, bu səbəbdən də 18.02.2016- cı il tarixdə bağlanmış kredit müqaviləsinin uydurma, saxta və formal, həqiqətə uyğun olmayan və həqiqəti əks etdirməyən əqd olması və başqa məqsədlər üçün bağlanması halları sübuta yetmir.

6. Məhkəmə iclasında Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinin görünüş üçün bağlanmasını, yəni uydurma əqd olmasını təsdiq edəcək hər hansı hal müəyyən edilməmişdir. Həmin əqdi mübahisələndirən İddiaçı da bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

7. Kredit müqaviləsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, MM-nin mülki qanunvericiliyin prinsiplərini əhatə edən 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur.

8. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən kredit 18.02.2016-cı ildə tərəflərin iştirakı ilə, X bağlanmışdır. İddiaçı sözügedən müqavilənin etibarsız sayılmağa əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində mübahisələndirmiş və belə olan təqdirdə iddiaçı 1 il ərzində əqdin etibarsızlığını mübahisə etmək hüququndan istifadə etdiyinə gö rə müddətin keçməsinə görə subyektiv hüququndan məhrum olmamışdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 329.1, 334.1, 334.2, 337, 340.1, 354, 390-cı, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 78.1, 81, 217.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3158/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Şirinov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6/2020 saylı işi üzrə 26.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya ins tansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmış, apellyasiya şikayətinin iddianın mahiyyətinə aiddiyyəti olmayan (yalnız şəxsi mülahizələrdən ibarət olan) və sübutedici əsasları olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş dir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdeh1 vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3- cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

22. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına y önəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (maddə 324.1)

23. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. (maddə 324.2)

24. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. (maddə 324.4)

25. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (maddə 324.5)

26. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. (maddə 329.1)

27. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd e tibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (maddə 337.1)

28. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (maddə 337.2)

29. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. (maddə 337.3)

30. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (maddə 337.4)

31. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (maddə 337.5)

32. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. (maddə 340.1)

33. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (maddə 354.1)

34. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (maddə 354.2)

35. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. (maddə 390.1) Mülki Prossesual Məcəllə

36. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

37. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

38. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

39. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə v ə ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3158/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar