Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4597/2021 07.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh1, X2 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ölmüş şəxsə qarşı iddia qaldırmağın yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-474/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 07 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh1, X1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli 05.08.2020 qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ümumi birgə mülkiyyətdə olan 0.4996 ha torpaq sahəsi üzərində, ********** qeydiyyat nömrəli 05.08.2020 qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ümumi birgə mülkiyyətdə olan 0.3693 ha torpaq sahəsi üzərində, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş ümumi birgə mülkiyyətdə olan 0.2930 ha torpaq sahəsi üzərində, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş ümumi birgə mülkiyyətdə ola n 0.2060 ha torpaq sahəsi üzərində hər birinin payının bərabər olması, yəni hər birinin payının 1/7 hissə olmasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İşin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, xxx kəndində yerləşən 0,4996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,2060 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi, 0,2930 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əlmələr) torpaq sahəsi və 0,3693 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı3, İddiaçı2, Cavabdeh4, Cavabdeh1, X2 və Cavabdeh2 adına qeydiyyata alınmışdır.
3. Həmçinin o da mübahisə edilmir ki, iş üzrə cavabdehlər qismində göstərilmiş Cavabdeh4 28.08.2005-ci ildə, Cavabdeh1 isə 28.01.2017-ci ildə vəfat etmişdir.
4. İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 bildirir ki, onların ümumi birgə mülkiyyətlərində bir neçə yerdə torpaq sahələri vardır. Həmin torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən Çıxarışlar da verilmişdir. Cavabdeh2 keçmiş əridir. Nikahları uzun illərdir pozulmuşdur və onlar ayrı yaşayırlar. Digər cavabdehlər isə Cavabdeh2 anası və bacılarıdır. Lakin ümumi birgə mülkiyyətdə olan torpaq sahələrindən cavabdehlər özləri istifadə edirlər, onlara düşən hissədən də istifadə edərək onların əmlakını mənimsəyirlər. Torpaq sahəsinin sənədləri dövlət tərəfindən indiyə qədər paylanmadığına görə özlərinə məxsus torpaq sahəsi tələbi ilə məhkəmədə iddia qaldıra bilməmişlər. Torpaq sahələri üzərində paylar məlum olmadığından hazırki iddia ilə məhkəməyə müraciət et məli olmuşlar. Məqsədləri torpaq üzərində payları müəyyən etdirdikdən sonra naturada böldürməkdir.
5. Cavabdeh2 bildirir ki, iddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətində 4 torpaq sahəsi var. Həmin torpaq sahələrinin bir hissəsindən o və cavabdeh olan bacısı X istifadə etsə də, torpaq sahəsinin qalan hissəsindən iddiaçılar istifadə edir. O, iddiaçılara mülkiyyətində olan torpaq sahələrindən paylarını vermişdir. Öz istifadəsində olan torpaq sahəsinə isə müəyyən xərclər çəkmiş və həmin torpaq sahəsini abadlaşdırmışdır.
6. Cavabdeh X2 bildirir ki, iddia ərizəsi əsassızdır.
7. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya m əhkəməsində icraat
8. Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tаrixli, 2(033)-995/2020 saylı qətnaməsi ilə (hakim Tural Həsənov) iddia ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 191 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********42 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, xxx kəndində yerləşən 0,4996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, daşınmaz əmlakın dövlət reyestrində 145 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********80 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, xxxx kəndində yerləşən 0,2060 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi, daşınmaz əmlakın dövlət reyestrində 145 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********79 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, xxxx kəndində yerləşən 0,2930 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əlmələr) torpaq sahəsi, daşınmaz əmlakın dövlət reyestrində 191 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********41 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, xxx kəndində yerləşən 0,3693 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı 1, İddiaçı3 və İddiaçı2 hər birinin 1/7 hissədən ibarət olmaqla paylarının müəyyən edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, xxx kəndində yerləşən 0,4996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,2060 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi, 0,2930 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əlmələr) torpaq sahəsi və 0,3693 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında mülki iş üzrə tərəflərin adına qeydiyyata alınmışdır.
10. Hazırkı iddia ərizəsi ilə iddiaçılar İddiaçı1, İddiaçı3, X3 xxx kəndində yerləşən 0,4996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,2060 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi, 0,2930 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əlmələr) torpaq sahəsi və 0,3693 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hər birinin 1/7 hissədə paylarının müəyyən edilməsini xahiş edir.
11. İddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 213, 214.1, 215.1, 220.1, 220.2, 223.3, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-474/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Hüseynov - sədrlik edən və məruzəçi, M.Hüseynov və G.Abbasov) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tаrixli, 2(033)995/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
16. Məhkəmə kollegiyası Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmamışdır. Belə ki, apellyasiya şikayətinin dəlilləri ancaq formal mülahizələrdən ibarət olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh2 kassasiya şikayəti verərək apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaya cavab verməli olan şəxslərdən Cavabdeh4 28.08.2005-ci ildə, Cavabdeh1 28.01.2017-ci ildə vəfat etmişdir. Göründüyü kimi iddia ona cavab verməyi mümkün olmayan şəxslərə qarşı qaldırılmışdır. Apelyasiya instansiya məhkəməsi isə bu hala hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi k assasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində Cavabdeh2 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
25. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
26. Tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. (maddə 46)
27. İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. (maddə 47.2)
28. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyət i) tam həcmdə yetkinlik yaşma çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. (49.1)
29. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
30. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
31. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
32. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
33. İş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. (maddə 261.0.7)
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
35. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
37. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (53)
38. İş materiallarıdan görünür ki, iddiaçılar Cavabdeh4, Cavabdeh1, X1 və Cavabdeh2 qarşı hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə 18.09.2020-ci ildə müraciət etmişlər.
39. Həmçinin iş materiallarından görünür ki, iş üzrə cavabdehlər qismində göstərilmiş Cavabdeh4 28.08.2005-ci ildə, Cavabdeh1 isə 28.01.2017-ci ildə vəfat etmişdir.
40. Göründüyü kimi Cavabdeh4 və Cavabdeh1 öldükdən sonra iddiaçılar məhkəmə yə hazırkı iddia ərizəsi ilə 18.09.2020-ci ildə, müraciət etmişlər.
41. Azərbaycan Respublikası MPM-in 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir.
42. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və y azılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər.
43. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşma çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.
44. Göründüyü kimi qanunvericilik işdə iştirak edən tərəf kimi cavabdeh üçün müəyyən prosessua l hüquq və vəzifələr müəyyən etmişdir ki, həmin hüquq və vəzifələri də məhkəmə iclasında iştirak etmək iqtidarında olan şəxs həyata keçirə bilər.
45. Hazırkı halda isə iddiaçı iddia ərizəsində yuxarıda qeyd edilən hüquq və vəzifələri həyata keçirmək üçün məhkəmə iclasında iştirak etmək, həmçinin verilən iddiaya görə cavabdehlik daşımaq iqtidarında olmayan, yəni ölmüş şəxsləri də cavabdeh qismində göstərmişdir.
46. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, iddia verilərkən sağ olmuş şəxs öldükdən sonra da mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyi halda məhkəmə Mülki Prossesual Məcəllənin 261.0.7-ci maddəsinə istinad etməklə iş üzrə icraata xitam verməlidir.
47. Qeyd edilən hallara hüquqi qiymət verilməsi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olmasına baxmayaraq, nə birinci instansiya məhkəməsi nə də apelyasiya instansiyası məhkəməsi bu hala hüquqi qiymət verməmişdir.
48. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
49. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
50. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələri ni rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-474/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.