Məhkəmə qərarları › İş №2(102)-4598/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-4598/2020

18.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4598/2020 18.08.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Ali Məhkəmənin hakimi Quliyev X1 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2020-ci il tarixli qərardadından cavabdeh İddiaçı verdiyi kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: Göyçay Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.B.Fəttahov; iş № 2(046)-1348/19)İddiaçı iddiası qismən təmin edilmiş, 100 manat pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov, M.M.Hüseynov, M.R.Hüseynov; iş № 2(107)-356/2020, iddiaçının şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının 19 may 2020-ci il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunmasına dair ərizəsi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2020-ci il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1.1 və 408.1.3-cü maddələrinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsiylə kassasiya qaydasında baxılan aktların dairəsi müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya ko llegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən,apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Hazırki kassasiya şikayəti həmin maddədə göstərilən qərardadlara aid olsa da, kassasiya şikayətinin məzmununa dair tələblər pozulmaqla verildiyindən kassasiya instansiyasında icraata qəbul edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407 və 408-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2020-ci il tarixli qərardadından İddiaçı verdiyi kassasiya şikayəti icraata qəbul edilmədən Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar