Məhkəmə qərarları › İş №2(102)-4600/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4600/2023

19.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4600/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 iyul 2023-cü il tarixli, 2(103)3807/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 1956/1989-cu məhəllədə yerləşən, 26 saylı evin 1082 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. 2. “X14” MTK tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 26 saylı evin 14-cü mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 127.7 kv.metr olan 1082 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam məbləğdə ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “mənzildən çıxarılma” barədə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimano v rayonu, Əliyar Əliyev küçəsi, 26 saylı evin 1082 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 1956/1989-cu məhəllə, 26 saylı evin 1082 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Mənzil 16 may 2012-ci il tarixdən etibarən daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmışdır. Qeyd olunan mənzili müqavilə əsasında 2011-ci ildə aldıqdan sonra mənzili təmir etməklə, mənzildə mətbəx mebeli, yataq, otaq dəstləri, lüstrlər, soyuducu, qabyuyan maşın, paltaryuyan maşınlar, hər bir otaqda kondisionerlər, 2 ədəd böyük ölçüdə televizorlar və digər zəruri avadanlıqlar quraşdırmaqla, qısa müddət bu mənzilində ailə üzvləri ilə bir likdə yaşamışdır. O ailə üzvləri ilə birlikdə onlara məxsus olan fərdi yaşayış evində davamlı olaraq yaşadıqları üçün, bacısı X3, oğlu X2 evləndirərək ona məxsus olan mənzildə müvəqqəti yaşamağı xahiş etmişdir. Bacısının oğlu Fərid Feyzullayev 27 oktyabr 2012-ci il tarixdə Feyzullayeva (Məmmədbəyova) Nərgiz Zaur qızı ilə rəsmi nikaha daxil olmuşdur. Bacısının və bacısı oğlunun qeydiyyatda olduqları və yaşadıqları ünvan 1 ünvanı faktiki olaraq yaşamaq üçün yararlı vəziyyətdə olmadığı üçün, bacısının xahişi əsasında onun oğlunun gəlini ilə birlikdə toydan sonra onun xüsusi mülkiyyətində olan mənzilə köçüb müvəqqəti yaşamaqlarına icazə vermişdir. Mənzildə faktiki olaraq yaşamadıqları üçün, bacısına kömək məqsədilə oğlunun toydan sonra müvəqqəti olaraq yaşamaq məqsədilə ona məxsus olan evə köç məsinə və müvəqqəti olaraq orada yaşamaqlarına icazə vermişdir. Həyat yoldaşı bacısı oğlunun ona məxsus olan mənzilə köçüb yaşamasına razı olmadı. Lakin o bacısının xahişi əsasında onların gənc ailə olaraq onun mənzilində müvəqqəti yaşamasına həyat yoldaşını razı salmışdır. Xüsusi mülkiyyətində olan bu mənzildə o və qızı X6 qeydiyyatdadır. O, 2022-ci ilin ortalarında bacısına və bacısı oğluna bildirdi ki, özlərinə başqa yaşayış yeri müəyyən edib, ona məxsus olan mənzili boşaltsınlar. Bir müddət keçəndən sonra ona məlum oldu ki, yaşamaqlarına müvəqqəti icazə verdiyi bacısı oğlu X7 ilə həyat yoldaşı Cavabdeh aralarında anlaşılmazlıq baş vermişdir. Hətta son vaxtlarda ona məlum oldu ki, bacısının oğlu öz həyat yoldaşı ilə məhkəmə qaydasında boşanıblar. Bacısı oğlu Feyzullayev Fərid ona məxsus olan mənzili tərk edib, ona təhvil verməyə etiraz etmir. Hətta onun evini tərk edib anasına məxsus olan, yəni qeydiyyatda olduğu Nobel prospekti 67/36, mənzil1 ünvanına köçüb orada anası ilə birlikdə yaşayır. Buna baxmayaraq Cavabdeh ona məxsus olan xüsusi mənzili tərk etmir. Onun mənzili tərk etməsi ilə əlaqədar həyat yoldaşı (bacısı oğlu) dəfələrlə demiş, lakin hazırkı vaxta qədər mənzilini tərk etməmişdir. (Cavabdehin fərdi əşyalarından və bir ədəd yataq və qonaq otağının mebelləri, habelə mətbəxdə yerləşdirilmiş balaca ekran televizordan başqa əmlakları yoxdur). Cavabdeh çox vaxt qeydiyyatda olduğu ünvan 2 ünvanında valideynlərin himayəsində yaşayır. Buna baxmayaraq xüsusi mənzilini cavabdeh könüllü olaraq tərk etməyərək, mənzilin açarını ona qaytarmaqla mənzilini boşaltmır. Cavabde hin hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları pozulur. Məhkəmə nəzərə almalıdır ki, cavabdeh və onun həyat yoldaşının onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatları yoxdur. Onlardan heç bir kirayə haqqı almadan mənzilində müvəqqəti yaşamaqlarına razılıq vermişdir. Cavabdehin onun xüsusi mülkiyyətində olan mənzildə razılığı əsasında müvəqqəti olaraq yaşamaqları cavabdehin keçmiş həyat yoldaşı Feyzullayev Fərid və keçmiş qayınanası, bacısı X4 təsdiq edə bilər.

5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(005)-1040/2023 nömrəli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin edilərək, cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 26 saylı evin 1082 saylı mənzilindən çıxarılması qət edilmişdir.

6. Birinci inst ansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırda mübahisələndirilən mənzil xüsusi mülkiyyət kimi iddiaçının mülkiyyətindədir. Həmin mənzil hər hansı hüquqi əsas olmadan cavabdeh tərəfindən istifadə edilir. İddiaçı mülkiyyətçi olmaqla, həmin mənzildən istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edib ki, iddia əsaslıdır və təmin edilməlidir.

7. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 1 52.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-1040/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh, iddiaçının bacısı oğlu Fərid Feyzullayev ilə nikaha daxil olan zaman Fəridin valideynləri bildirmişlər ki, mənzil Fərid üçün alınıb. Fəridin valideynləri həmin ərəfədə mənzilə görə cavabdehin valideynlərinə hətta 25.000-30.000 manat məbləğində pul da xərclətdirmişlər. Bundan sonra, yəni xx.xx.2012-ci il tarixdə cavabdeh ilə Fərid nikaha daxil olmuş və cavabdeh iddiaçının ailə üzvü kimi həmin mənzilə köçmüş və ötən 10 il ərzində həmin mənzildə yaşamış, mənzilin ölçülərinə uyğun mebel, çıl-çıraq, pərdə və sair almış, öz zövqünə uyğun olaraq mənzili bəzəmişdir. Mənzildə yaşadığı dövrdə cavabdehin 2 uşağı da doğulmuşdur. Lakin işə baxmış Rayon Məhkəməsi işin bu hallarını nəzərə almamış, cavabdehin özünün və valideynlərinin mənzilə çəkdikləri xərcin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin etməmişdir.

10. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3807/2023 saylı, 25 iyul 2023-cü il tarixli qət naməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin istinad etdiyi dəlillər və maddi hüquq normaları iddianın rədd edilməsi üçün əsas sayıla bilməz. Belə ki, iddiaçının istinad etdiyi dəlillər və maddi hüquq normaları isə iddianın təmin edilməsi üçün kifayət qədər yetərlidir. Çünki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (Mülki Məcəllə; maddə 140.). Başqa sözlə, mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ mövcud olduğundan o, həmin mənzilə başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Bundan başqa, cavabdehin həmin mənzildə yaşamasının hüququ əsası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından da yaranmamışdır. Belə ki, cavabdeh iddiaçının ailə üzvü sayılmır, onların arasında etibarlı ailə münasibətləri mövcud deyil. Buna görə də, cavabdehin bildirdiyi dəlillər, yəni onun iddiaçının bacısı oğlu Fərid Feyzullayev ilə nikaha daxil olan zaman Fərid Feyzullayevin valideynlərinin mənzili onun üçün alındığını bildirmələri, onların mənzilə görə cavabdehin valideynlərinə 25.000-30.000 manat məbləğində pul xərclətdirmələri, cavabdehin ötən 10 il ərzində həmin mənzildə yaşaması, mənzilin ölçülərinə uyğun mebel, çıl-çıraq, pərdə və sair alması, öz zövqünə uyğun olaraq mənzili bəzəməsi iddiaçı t ərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin rədd edilməsi üçün əsas sayıla bilməz.

12. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin müvafiq maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3807/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh şikayəti onunla əsaslandı rmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmədə işə cavabdehin iştirakı olmadan baxılmış, məhkəmə tərəfindən onun məhkəmə müdafiəsi təminatı hüquqlarım pozmuş, məhkəmə tərəfindən tətbiq edilməli olan Mülki Məcəllənin 157, 158-ci maddələri tətbiq edilməmiş, işdə olan sübutlar düzgün qiymətləndirilməmiş, işə baxan məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyəti olan işin faktiki halları aydınlaşdırılmamış, qeyd edilən mənzilə iddiaçının bacısının, bacısı ərinin və Fəridin mənzil Fəridindir, Fəridin adına 25 yaşı tamam olması münasibətilə alınmışdır deməklə” sifarişləri əsasında həmin mənzilə mənim valideynlərim tərəfindən hələ mən gəlin köçürülməmişdən əvvəl 25000-30000 manata yaxın pul xərclətdirmələri, 2012-ci ildən cavabdehin həmin mənzil ə gəlin kimi ailə üzvü qismində köçürülməyim və ailəsi və uşaqları ilə həmin mənzildə yaşamağı apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv aydınlaşdırılmamışdır. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır ki, 2012-ci ildə toydan əvvəl elçilik zamanı iddiaçının valideynləri bildirmişdilər ki, guya Fəridin 25 yaşının tamam olması münasibətilə ona Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 3 (üç) otaqlı mənzili Fərid üçün almışlar və mənim valideynlərimə bildirmişdilər ki, bu mənzil Fəridindir, evlənəndən sonra ailəsi ilə orada yaşayacaqdır və atama demişlər ki, Fəridə məxsus olan həmin mənzilin yataq və qonaq otaqlarının ölçülərinə və dizaynına uyğun bütün mebellərini alsınlar və quraşdırsınlar, atam da qohum olacağımızı nəzərə alıb mənim toydan sonra gəlin köçüb ailə üzvü qismində bu mənzildə yaşayacağıma görə Fəridin və valideynlərinin sifarişi, iddiaçı Kəmalənin isə susması əsasında Fəridi götürüb Türkiyəyə apardı, orada öz şəxsi vəsaiti hesabına 25000-30000 manata yaxın pul xərcləyərək sırf bu mənzilin otaqlarının ölçülərinə uyğun yataq otağı mebeli dəsti, lüstürlər, pərdələr, dolablar, şüşəli dolab, həmçinin qonaq otağı mebeli dəsti, künc qonaq otağı mebeli dəsti, dolablar, şüşəli dolab, lüstrlər, otaqların ölçülərinə uyğun bütün mebelləri, xalçaları və s. məişət əşyalarını Türkiyədən sifariş edib gətirdi, gömrükdən keçirtdi, maşın tutub mənzilə çatdırdı, usta və fəhlə tutub bu mənzilə quraşdırmışdır. Həmçinin, Apellyasiya məhkəməsi araşdırmamışdır ki, hazırda özünü mənzilin mülkiyyətçisi iddia edən İddiaçı nə üçün uzun müddət ərzində, yəni 2012-ci ildən bu günə qədər mənim, ərim və uşaqlarımın həmin mənzildə yaşamağımıza baxmayaraq heç vaxt gözə görünməmişdir, susmuşdur, heç bir etiraz etməmişdir. Həmin mənzildə xx.xx.2012-ci il tarixdən artıq 11 ildir ki, mən Fəridlə birgə ümumi təsərrüfat aparmışıq, həmin mənzildə bizim birgə nikahımızdan iki övladımız anadan olub. Həmin mənzildə birgə nikahımızdan iki övladımız anadan olmuşdur - 23 sentyabr 2013-cü il tarixdə anadan olmuş oğlumuzun adını X5, 26 dekabr 2018-ci il tarixdə anadan olmuş qızımızın adını isə X1 qoymuşuq. Biz mülkiyyətçi hüququ ilə 2012ci ildən uzun müddətdir ki, açıq, fasiləsiz və etirazsız bu mənzildə yaşamışıq. Bu vaxta qədər bir dəfə də olsun hazırki iş üzrə İddiaçı bizim həmin mənzildə yaşamağımıza heç bir etiraz etməyib, susub, deməyib ki, mənzil on undur, çünki, əslində mənzil Fəridindir, mən də toydan sonra ailə üzvü qismində Fərid və valideynləri tərəfindən bu mənzilə gəlin köçürülmüşəm. Belə ki, cavabdeh və vəkili (nümayəndəm) üzürlü səbəbdən məhkəməyə gələ bilmədiyimiz barədə işin təxirə salınmasını məhkəmədən xahiş etsək də, lakin məhkəmə onların məhkəmə müdafiəsi hüququnu pozmuş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz verərək bildirmişdir ki, mübahisəli mənzil onun adına 16 may 2012-ci il tarixdə dövlət reyestrində rəsmiləşdirilib, cavabdeh isə iki ay sonra bacısı oğlu ilə nişanlanıb və 5 ay 11 gündən sonra evləniblər. Belə olan halda mənzilin cavabdehə və onun keçmiş həyat yoldaşına aidiyyəti ola bilməz. Bakı Apellyasiya M əhkəməsi Mülki kollegiyasının hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni və əsaslı olduğundan, kasasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 13, 1-ci hissə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Maddə 29 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 152.1 mülkiyyət hüququ s ubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

19. Maddə 152.5 mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

20. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Maddə 157.4 isə əgər mülkiyy ətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsi

22. Həmin maddənin 1-ci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəm ə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kass asiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

32. Belə ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, cavabdehin istinad etdiyi dəlillər və maddi hüquq normaları iddianın rədd edilməsi üçün əsas sayıla bilməz. Belə ki, iddiaçının istinad etdiyi dəlillər və maddi hüquq normaları isə iddianın təmin edilməsi üçün kifayət qədər yetərlidir.

33. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (Mülki Məcəllə; maddə 140.). Başqa sözlə, mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ mövcud olduğundan o, həmin mənzilə başqa şəxslərin sahibliyinə yol verməyə bilər.

34. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzildə y aşamasının hüququ əsası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından da yaranmamışdır. Belə ki, cavabdeh iddiaçının ailə üzvü sayılmır, onların arasında etibarlı ailə münasibətləri mövcud deyil. Buna görə də, cavabdehin bildirdiyi dəlillər, yəni onun iddiaçının bacısı oğlu Fərid Feyzullayev ilə nikaha daxil olan zaman Fərid Feyzullayevin valideynlərinin mənzili onun üçün alındığını bildirmələri, onların mənzilə görə cavabdehin valideynlərinə 25.000-30.000 manat məbləğində pul xərclətdirmələri, cavabdehin ötən 10 il ərzində həmin mənzildə yaşaması, mənzilin ölçülərinə uyğun mebel, çıl-çıraq, pərdə və sair alması, öz zövqünə uyğun olaraq mənzili bəzəməsi iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin rədd edilməsi üçün əsas sayıla bilməz.

35. Göstərilənlərə əs asən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 iy ul 2023-cü il tarixli, 2(103)-3807/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar