Məhkəmə qərarları › İş №2(102)-4601/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4601/2019

18.06.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4601/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Əliyev, iş № 2(009)-xx/18) ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı “payl ı mülkiyyətdə olan əşyanın bölünməsi və payın ayrılması” tələbinə dair ilk iddiası tam, Cavabdeh qarşılıqlı iddiası isə qismən təmin edilərək Bakı şəhəri, ev1, Bakı şəhəri, ev2 və “X10 Prado” markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, İddiaçı Cavabdeh xeyrinə 6422 (altı min dörd yüz iyirmi iki) manat məbləğində pulun tutulması, “X10 Prado” markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin hərracda satışından əldə olunmuş vəsait hesabına İddiaçı payına düşən hissə ödənilərkən Cavabdeh İddiaçı qarşı 10.067 manat (Səbail Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(009)-xx/2013 saylı qətnaməsi əsasında 3.645 manat, hazırk ı qətnamə əsasında 6422 manat) tələb hüququnun nəzərə alınması qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmiş, eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər İddiaçı və X2 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. Həmin qətnamədən həm İddiaçı, həm də Cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev-sədrlik edən və məruzəçi, R.Qurbanov və A.Hüseyn, iş № 2(103)-xx/18) apellyasiya şikayətləri qismən təmin edilərək Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi qismən, yəni Bakı şəhəri, Yasamal rayonu, ev3və “X10 Prado” markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi hissəsində ləğv edilmiş, həmin hissədə İddiaçı ilk iddiası və Cavabdeh qarşılıqlı iddiası rədd edilmiş, qətnamə qalan hissədə yəni, iddiaların rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx2018-ci il tarixli qərardadı ilə ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, ev2 2/5 payının naturada bölünməsi hissəsində iddiadan imtinası qəbul olunaraq, Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi Bakı şəhəri, ev2 açıq hərracdan satılması və əldə edilmiş vəsaitin mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi hissəsində ləğv edilmiş və ilkin iddia üzrə İddiaçı Bakı şəhəri,ev2 olan 2/5 payın naturada ayrılması hissəsində iddia tələbi üzrə icraata xitam verilmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ev4, üç otaqlı, 6 saylı, Bakı şəhəri, ev2 olan 2/5 payının naturada ayrılması, eyni zamanda “X10 Prado” markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobil bölünməz əşya hesab edildiyindən onun əldə etmə qiymətinin 2/5 hissəsinin ona kompensasiya şəklində ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qar şılıqlı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, tərəflərin paylı mülkiyyətində olan “X10 Prado” markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri bölünərkən, İddiaçı onun xeyrinə tutulmalı olan cəmi 10.067 (6.422 və 3.645) manat məbləğində pul vəsaitini, avtomobilə görə kompensasiya tutularkən nəzərə alınmasını xahiş etmiş, İddiaçı ilə X4 arasında bağlanmış ünvan 1-də yerləşən 26 saylı mənzilin bağışlanmasına dair xx xxx 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 25 və 26 saylı mənzillərin ümumi istifadəsindəki faktiki sahə nəzərə alınmaqla, ünvan 1 ünvanında yerləşən 25 saylı mənzildən Cavabdeh 3/5 hissədə payının naturada ayrılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. X6 müstəqil tələb irəli sür ən üçüncü şəxs kimi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və X4 arasında bağlanmış ünvan 1-də yerləşən 26 saylı mənzilin bağışlanmasına dair xx xxx 2015-ci il tarixli və ünvan 2 ünvanındakı 2/5 hissə payın bağışlanmasına dair xx xxx 2015-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh və vəkili R.Məmmədova məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdil ər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız İddiaçı mübahisələndirmişdir. İşdə iştirak edən digər şəxslər tərəfindən kassasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yalnız İddiaçı kassasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçini, Cavabdeh və vəkili R.Məmmədovanın izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətitəmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, tərəflər xx xxx 1991-ci il tarixdə rəsmi nikaha daxil olmuş və Səbail Rayon Məhkəməsinin xx xxx2013-cü il tarixli qətnaməsi ilə bu nikah pozulmuşdur. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 tərəflərin birgə nikahından xx x xx 1993-cü ildə dünyaya gəlmiş qızlarıdır. Birgə nikah dövründə tərəflər Bakı şəhəri, ev4 3 otaqlı 6 saylı mənzilini, Bakı şəhəri, ev2ni, eləcə də “X10 Prado” markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmiş və yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2014-cü il tarixli, 2(102)-xx/2014 saylı qərarı əsasında birgə mülkiyyətə daxil olan həmin əşyalar üzərində Cavabdeh 3/5 hissədə, İddiaçı isə 2/5 hissədə mülkiyyət hüququ tanınmışdır. Bununla yanaşı, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(009)-xx/2013 saylı qətnaməsi ilə digər tələblərlə yanaşı, İddiaçı Cavabdeh xeyrinə 3.645 manat pul tutulması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2013-cü il tarixli, 2(103)-xx/2013 s aylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin həmin qətnaməsi sözügedən hissədə dəyişdirilmədən saxlanılmış və həmin akt İddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirilməmişdir. Bununla yanaşı, ilkin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ev5xx xxx 2015-ci il tarixli, Bakı şəhəri, ev4 6 saylı mənzilinin paylı mülkiyyət hüququ üzrə ona məxsus hissəsini xx xxx 2015-ci il tarixli bağışlama müqaviləsi əsasında bacısı X2 bağışlamışdır. Yuxarıda qeyd olunduğu kimi, hazırkı işdə 3 tələbə baxılmışdır: İddiaçı ilk iddiasına; Cavabdeh qarşılıqlı iddiasına; müstəqil tələb irəli sürən üçüncü şəxs X1iddiasına. Birinci instansiya məhkəməsi tərəfindən ilk və qarşılıqlı iddialar qismən təmin olunmuş, 3-cü şəxsin iddiası isə rədd edilmişdir. Həmin qətnamədən İddiaçı və Cavabdeh apellyasiya ş ikayəti vermiş, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərini qismən təmin edərək qətnaməni qismən, yəni Bakı şəhəri, Yasamal rayonu, ev3və “X10 Prado” markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi hissəsində ləğv etmiş, həmin hissədə ilk və qarşılıqlı iddiaları rədd etmiş, həmçinin, Bakı şəhəri, ev2 2/5 payının naturada bölünməsi hissəsində işin icraatına iddiaçı iddiadan imtina etdiyinə görə xitam vermişdir. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya baxışı zamanı İddiaçı ərizə ilə müraciət edərək Bakı şəhəri, ev2 ilə bağlı qarşı tərəflə hər hansı bir mübahisə qalmadığından iddia tələbinin həmin hissəsindən imtina etdiyi bildirmiş və apellyasiya instansiyası məhkəməsi xx xxx2018-ci il tarixli qərardadla bu imtinanı qəbul edərək həmin hissədə işin icraatına xitam vermişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, mübahisəli digər əmlaka “X10 Prado” markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2014-cü il tarixli, 2(102)-xx/2014 saylı qərarı əsasında Cavabdeh 3/5 hissədə, İddiaçı isə 2/5 hissədə mülkiyyət hüququ tanınmışdır. Məhkəmənin həmin qərarı icraya yönəlmişdir. Həmin nəqliyyat vasitəsi ilə bağlı hazırkı mübahisənin hüquqi həllinin vasitəsi icra mərhələsində bir tərəfin digərinə payının dəyərinin mütanasib surətdə kompensasiya şəkilin də ödəməsidir. Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən Cavabdeh göndərdiyi ərizəsində və məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, “X10 Prado” markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı məhkəmənin qərarının icrası zamanı İddiaçı çatası məbləği o ödəmiş, buna dair İddiaçı notariat qaydasında təsdiq edilmiş ərizə verərək birdirmişdir ki, avtomobilə dair onun heç bir tələbi yoxdur. Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 18.08.2018ci il tarixli İddiaçı ərizəsində sonuncu bildirmişdir ki, “məhkəmənin qətnaməsinə əsasən “X10 Prado” avtomaşınına görə keçmiş həyat yoldaşım Cavabdeh tərəfindən mənə ödənilməli olan 7.413 manat məbləğ tam ödənildiyi üçün, mən Məmmədov X5 qarşı heç bir iddia və tələbim yox dur. Gələcəkdə bununla bağlı heç bir məhkəmə və digər orqanlara müraciət etməyəcəyəm.” İddiaçı apellyasiya baxışı zamanı bildirmişdir ki, o, Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edib “X10 Prado” markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı əvvəllər verdiyi ərizəsindən imtina etmişdir. Beləliklə, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, “X10 Prado” markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı tərəflər arasında payların müəyyən edilməsi, bölüşdürülməsi və paylara mütənasib surətdə kompensasiyanın ödənilməsinə dair məhkəmənin xx xxx 2014-cü il tarixli qərarı icraya yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2014-cü il tarixli, 2(102)-xx/2014 saylı qərarı əsasında Bakı şəhəri, ev4 3 otaqlı 6 saylı mənzilini üzərində Cavabdeh 3/5 hissədə, İddiaçı isə 2/5 hissədə mülkiyyət hüququ tanınmışdır. Hazırkı iş üzrə iddia ərizəsində İddiaçı həmin Bakı şəhəri, ev4 3 otaqlı 6 saylı mənzildə olan 2/5 payının naturada ayrılmasını xahiş etmiş və birinci instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx2017-ci il tarixli, 17890 saylı rəyində əsaslanıb, həmin mənzilin 2/5 hissəsinin naturada ayrılmasının mümkünsüz olmasını nəzərə alaraq, Mülki Məcəllənin müvafiq normalarına istinad edib belə nətəcəyə gəlmişdir ki, iddia qismən təmin olunmaqla Bakı şəhəri, ev4 3 otaqlı 6 saylı mənzil açıq hərracdan satılsın və satışdan əldə olunmuş vəsaitin mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. Apellyasiya instansiyası məhkəməsin in qənaətinə görə birinci instansiya məhkəməsi mübahisəli mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında onların paylarına mütənasib surətdə bölünməsi barədə nəticəyə gəlməklə mülki qanunvericiliyinin tələblərini düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx2017-ci il tarixli, 17890 saylı rəyindən görünür ki, Bakı şəhəri, ev4 6 saylı mənzilinin təcrid mənzillər şəklində, tərəflərin paylarına uyğun naturada bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsaəsn paylı mülkiyyətdə olan əşya mülkiyyə tçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə nat urada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisi naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yolverilir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi h aqqında qərar qəbul edə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd olunan maddələrinə görə qanuni payın ayrılmasının mexanizmi mərhələli şəkildə həyata keçirilməsini tələb edir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən məsələ ilə bağlı mövqeyini əsas götürür. Belə ki, Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payı nın dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil ”. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarında göstərilmişdir ki, “...əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir... Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil”. İş materiallarından göründüyü kimi ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, ev4 6 saylı mənzilinin paylarına uyğun olaraq qar şı tərəfə kompensasiya vermək tələbini, təklifini irəli sürməmişlər. Lakin, birinci instansiya məhkəməsi mülki qanunvericiliyinin və Konstitusiya Məhkəməsinin Plenumunun tələblərinə zidd olaraq, tərəflərin payının ayrılmasının mərhələli qaydada tənzimlənməsini gözləmədən, iddia tələbləri hədlərindən kənara çıxaraq mübahisəli mənzili açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin tərəflər arasında paylarına mütənasib surətdə bölünməsinə dair əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bundan əlavə iş materiallarından göründüyü kimi, 07.07.2014-cü il tarixdə İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət ediləndən sonra 09.09.2015-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, ev4 6 saylı mənzilində özünə məxsus 2/5 payını bacı sı X2 bağışlamış və həmin müqavilə İddiaçı və Cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh qarşılıqlı iddia tələbinin “xx xxx 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” hissəsində iddianı rədd edərkən birinci instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, həmin müqavilə əsasında İddiaçı fərdi mülkiyyətində olan Bakı şəhəri, ev5X2 bağışlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, mülkiyyət hüququ özündə həm də subyektin ona mənsub əmlaka dair öz istədiyi kimi sərəncam vermək imkanını nəzərdə tutur. Lakin, Cavabdeh, sözügedən mü qaviləni mübahisələndirsə də, bu müqavilənin bağlanması nəticəsində hər hansı hüquq və mənafeyinin pozulmasını, eləcə də həmin mənzilə dair əşya və ya tələb hüququnun mövcudluğunu təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddianın qeyd olunan hissəsini təmin etməmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Bakı şəhəri, ev4 3 otaqlı 6 saylı mənzilinə və “X10 Prado” markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilinə dair iddiaların təmin edilməsi hissəsində lə ğv olunmalı, həmin hissədə ilk iddia və qarşılıqlı iddia rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 220-ci maddəsini düzgün tətbiq etməmiş, iddia tələbindən kənara çıxmaq səlahiyyəti olsa da, bu səlahiyyətindən istifadə etməmiş, əmlakın açıq hərracdan satışı və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında paylara uyğun bölüşdürülməsi haqqında qərar qəbul etməmişdir. Məhkəmə kollegiyası aşağıdak ılara görə bu dəlili əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddənin məzmunundan da göründüyü kimi prosessual qanunvericilik iddia tələblərinin hüdudlarının (həcminin) müəyyən edilməsini iddiaçının dispozitiv hüququ kimi nəzərdə tutmuşdur. Bu hüquq iddiaçıya məhkəmə tərəfindən qətnamə çıxarılanadək Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinin tələbinə müvafiq olaraq iddia tələbinin həcmini artırmaq və ya azaltmaq imkanı verir. Lakin işdən göründüyü kimi iddiaçı iddia tələbinin həcminin artırılması və ya azaldılması, yaxud iddianın dəyişdirilməsi barədə məhkəməyə müraciət etməmişdir. Qanunun tələbinə görə işə baxan məhkəmənin vəzifəsi iddianı əsaslı hesab etdiyi halda onu mə hz iddia ərizəsində göstərilən həcmdə, yəni iddia tələbindən kənara çıxmamaqla təmin etməkdən və bu barədə qətnamə çıxarmaqdan ibarətdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qanunun mənasına görə hakim iddia tələbindən yalnız o halda kənara çıxa bilər ki, bu, müstəsna hal kimi qanunda nəzərdə tutulmuş olsun. Qanun iddia tələbindən kənara çıxma dedikdə iddianın əsasının və ya predmetinin dəyişdirilməsini nəzərdə tutmur. Digər tərəfdən, məhkəmə qanunda göstərilən müstəsna hallarda belə iddia tələbindən kənara çıxdıqda, bu barədə gəldiyi nəticəni qətnamənin əsaslandırıcı və nəticə hissələrində göstərməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə məhkəmənin iddia tələbindən kənara çıx ması üçün qanunda nəzərdə tutulan hər hansı hal mövcud olmamışdır və bu baxımdan məhkəmə yalnız iddiaçı tərəfindən irəli sürülmüş tələblər üzrə qətnamə çıxarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dair əsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin hə m mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx2018-ci il tarixli, 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar