Məhkəmə qərarları › İş №2(102)-4602/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-4602/2021

24.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4602/2021 24.06.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD işin kassasiya baxışından çıxarılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3057/2021 nömrəli iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) 2(006)-3971/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası, Cavabdeh1 Cavabdeh2 və İddiaçı qarşı əmlakın qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıq lı iddiası barədə mülki iş üzrə hər iki iddianın qismən təmin olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər N.Cəfərov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və X.Cəmilova) 2(103)-3057/2021 nömrəli iş üzrə 19 mart 2021ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş və iddia həmin hissədə rədd olunmuşdur. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin icraata qəbulu barədə məsələ həll edilənədək 23 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına Bakı Şəhəri Nəs imi Rayon Məhkəməsindən məktub daxil olmuşdur. Məktubda hazırkı iş üzrə Cavabdeh1 tərəfindən ərizə verildiyi qeyd olunaraq, ərizəyə baxılması üçün mülki işin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin məktubunu nəzərə alaraq hesab edirəm ki, mülki iş ərizə üzrə prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası, Cavabdeh1 Cavabdeh2 və İddiaçı qarşı əmlakın qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar