Məhkəmə qərarları › İş №2(102)-4603/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4603/2019

10.07.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4603/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı, iddiaçının vəkili MR, Cavabdeh2 və onun vəkili XRnın iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 10 iyul 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Nuriyev, iş № 2(007)-3101/2018 saylı mülki iş) iddia tələbi təmin edilərək, Bakı şəhəri, ÜNVANin 2 otaqlı 11-ci mənzili açıq hərracdan satılması və açıq hərracdan əldə edilmiş pul vəsaitinin 3/18 hissəsinin X1, 3/18 hissəsinin Cavabdeh3, 9/18 hissəsinin İddiaçı və 3/18 hissəsinin Cavabdeh2 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən, məruzəçi), X.Cəmilova və İ.Xəlilov, 2(103)-606/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 qarşı əmlakın hərraca çıxarılaraq satılması və əldə edilmiş vəsaitin payçılar arasında bölünməsi tələbinə dair iddiası tə min edilməmişdir. İşin halları İddiaçı cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 qarşı əmlakın hərraca çıxarılaraq satılması və əldə edilmiş vəsaitin payçılar arasında bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ÜNVANin 2 otaqlı 11-ci mənzili açıq hərracdan satılması və açıq hərracdan əldə edilmiş pul vəsaitinin 3/18 hissəsinin X1, 3/18 hissəsinin Cavabdeh3, 9/18 hissəsinin İddiaçı və 3/18 hissəsinin Cavabdeh2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qə rar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdehlər X2 və Cavabdeh3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı, iddiaçının vəkili MR kassasiya şikayətlərini müdafiə edərək, şikayətlərin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və onun vəkili XR kassasiya şikayətlərini müdafiə edərək, şikayətlərin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İddianın təmin edilərək Bakı şəhəri,ÜNVANin 11 saylı 2 otaqlı mənzilinin açıq hərracda satılması və açıq hərracdan əldə edilmiş pul vəsaitinin 3/18 hissəsinin X1, 3/18 hissəsinin Ca vabdeh3, 3/18 hissəsinin HHya və 9/18 hissəsinin isə İddiaçı verilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, mübahisəli ümumi əmlakın payçılar arasında naturada bölünməsi mümkün deyildir və qanunvericiliyin müəyyən etdiyi mərhələli qaydaya əsasən paylı mülkiyyətin mülkiyyətçisi hazırki mərhələdə ona kompensasiya ödənilməsini tələb edə bilər. Lakin iddiaçının digər mülkiyyətçilərə qarşı ona kompensasiya tələbi ödənilməsi barədə tələbi olmamışdır. Belə olan təqdirdə paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiq i hallarına uyğun olmamaqla qətnamə maddi hüquq normalarına düzgün tətbiq edilməməklə qəbul edilmişdir. Belə ki, mülki işin materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ÜNVANin 11 saylı mənzili paylı mülkiyyət hüququ ilə X1 (3/18 hissə), Cavabdeh3 (3/18 hissə), İddiaçı (3/18 hissə) və Cavabdeh2 (3/18 hissə) məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2016-cı il tarixli 10653 nömrəli rəyindən müəyyən olunur ki, Bakı şəhər, ÜNVAN 2 otaqlı 11 saylı mənzilinin iş üzrə iddiaçı və cavabdehlər arasında hər kəsə payına uyğun natura şəklində bölünməsi "İnşaat Norma və Qaydaları" 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün dey ildir. İş materiallarında olan Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli, 2(007)-1519/2016 saylı qətnaməsindən aydın olur ki, İddiaçı cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 qarşı ümumi payın naturada ayrılması barədə iddiası rədd edilmişdir. İşdə olan sübutlardan müəyyən olunur ki, X2 və Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 220.1-220.2-ci və 220.3-220.5-ci maddələrinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mü lkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə arada qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, rəal surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadam da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Məcəllənin 220.6-cı maddəsinə görə isə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətinin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair"Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlak ın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın aç ıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib sürətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən əmlakın naturada bölünüb-bölünməməsi aydınlaşdırılmış, əmlakın naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin 30 iyun 2016-cı il tarixli qətnaməsi də mövcuddur. İş materiallarından və kassasiya şikayətinin dəlillərindən də göründüyü kimi cavabdehlər iddiaçını yarısının iddiaçıya məxsus olan evə buraxmayaraq pa yına uyğun olaraq mənzilin dəyərinin yarısının ona ödəməli olduğunu bildirmiş, lakin cavabdehlər ona kompensasiya verməkdən imtina etmişlər. Paylı mülkiyyətə dair irəli sürüldükdən sonra və bu tələblə bağlı mütləq məhkəmə qərarı olduqdan sonra hərrac yolu ilə paylı mülkiyyətin bölünməsinin mümkünlüyü barədə qanunvericilikdə hər hansı bir qayda nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsi özü də məhkəmə iclasında tərəflərin kompensasiya ilə əlaqədar razılıqları olub-olmamasını aydınlaşdıra və buna müvafiq qiymət verə bilərdi. İş materiallarından görünür ki, tərəflərin arasında mübahisəli mənzil ilə əlaqədar uzun müddətdir ki, məhkəmə mübahisəsi getməklə mübahisəli mənzilin 9/18 hissədə payı olan İddiaçı və 3/18 hissədə payı olan AH öz mülkiyyətindən sərbəst surətdə istifadə etm ək imkanından məhrum olmuşlar və cavabdehlər tərəfindən onların mülkiyyət hüququ pozulur. Lakin iddianı rədd edən apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edən obyektiv hallarını nəzərə almadan qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşin yeni apellyasiya baxışı zamanı qərarda göstərilənlərə əməl edilməklə iş üzrə qanuni qərar qəbul edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh Hüseynova Aytac Rövşən qızının kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 12 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar