Məhkəmə qərarları › İş №2(102)-4608/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4608/2022

06.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4608/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4608/2022 Açar sözlər: Başqasının əmlakının sökülməsinin hüquqi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlunun məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı, Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mülkiyyət hüquqlarına müdaxilə nəticəsində maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-424/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya ş ikayətinə dair işə 6 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzili xx.xx.2015-ci il tarixdə X12 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. X24 27 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. Bundan sonra X3i varisi kimi X9 24 saylı Notariat Kontoru tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzilindən tam pay alması barədə xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmilmişdir. Qeyd edilən şəhadətnamə əsasında mübahisəli mənzilə X5 hüquqları dövlət reyestrində qeydə alınmış və ona xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir

2. X2 Flora Şəmistan qızı, X17 və X14 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

3. Bakı şəhər İcra Hakimiyyəti Başçisinin xx.xx.2016-cı il tarixli sərəncamına əsasən ünvan 1 ünvanlarda yaşayış binasının tikintisi üçün Cavabdehnə icazə verilmişdir.

4. Bundan sonra Cavabdeh X16 ilə şifahi alğı-satqı müqaviləsi bağlamış, əvəzində X9 həmin binadan 142.7 kv.m sahədən də artıq sahəyə malik ümumilikdə 3 mənzil verilməsi razılaşdırılmışdır.

5. Mübahisəli mənzil cavabdeh MMC tərəfindən sökülən zaman iddiaçı Rusiya Federasiyasında olmuş xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasına qayıtmış, mübahisəli mənzilin söküldüyünü, anasının vəfatından sonra qardaşı X9 24 saylı Dövlət Notariat Kontorunda vərəsəlik şəhadətnaməsi alaraq mübahisəli mənzili adına keçirtdiyini öyrənmiş və cavabdehlər X18, X9, 24 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi və mirasın bölüşdürülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzilinə 24 saylı notariat kontoru tərəfindən cavabdeh X9 xx.xx.2017-ci il tarixində verilmiş vərəsəlik hüququ haqqında ş əhadətnamənin ləğv edilərək X13 miras qalmış olan Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzilin o və digər vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3281/2019 saylı 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, X5 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilərək həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən Bakı şəhəri, Nərimano v rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə X5 adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “Reyestrdən çıxarış” ləğv edilmiş, mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılmış, miras qalmış əmlakda Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzildə mərhum X12 vərəsələri İddiaçı, X25, X16, X19, X26, X23 və X6 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

7. Həmin qətnamə əsasında Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 1/7 hissədə İddiaçı, 1/7 hissədə X15, 1/7 hissədə X5, 1/7 hissədə X7, 1/7 hissədə X20, 1/7 hissədə X10 və 1/7 hissəd ə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 24 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, Bakı şəhər İcra Hakimiyyətinə, Nərimanov Rayon İcra Hakimiyyətinə və AR Nazirlər Kabinetinə qarşı “mülkiyyət hüquqlarına müdaxilə nəticəsində maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia və iddia tələbinin həcminin artırılması barədə ərizələr verərək cavabdehlər "xxxx" MMC, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon icra Hakimiyyətindən 1/7 hissədə mülkiyyətçisi olduğu Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin cavabdeh "xxxx" MMC tərəfindən sökülərək, y erində onun icazəsi olmadan çoxmərtəbəli yaşayış binasının tikilməyi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, cavabdeh "xxxx" MMC məxsus çox mənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması, eləcə də mirasın açıldığı andan hesablanmaqla 5 il üçün aylıq 500 manat kirayə haqqı məbləğində cəmi 30000 manat pulun və məruz qaldığı mənəvi zərərin əvəzi olaraq isə 50.000, həmçinin sökülmüş mülkiyyətin hər kv.metrinə görə 2500 (iki min beş yüz) manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X18 və qeyrilərinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi, cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunaraq miras payından məhrum olunmaları, miras əmlakının qəbul edilməsi üçün prosessual müddətin bərpa edilməsi və mirasın bölüşdürülməsi” tələblərinə dair iddiası Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3281/2019 nömrəli 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, X5 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli m ənzilinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X5 adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “reyestrdən çıxarış” ləğv edilmişdir. Mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılmışdır. Miras qalmış əmlakda Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilində mərhum X12 vərəsələri İddiaçı, X25, X16, X19, X26, X23 və X6 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin 1/7 hissəsi üzərində iddiaçının mülkiyyət hüququ tanınmışdır. Cavabdeh bina tikintisi ilə məşğul olan şirkətdir. Cavabdeh MMC hələ məhkəmə mübahisəsinin davam etdiyi dövrdə digər vərəsə və mənzilin cəmi 1/7 hissəsində mülkiy yət hüququ olan qardaşı X16 ilə razılığa gələrək onun da mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzili ilə bağlı alqı-satqı müqaviləsi bağlayaraq, əvəzində X9 həmin binadan 86 kv.metr, 210 kv.metr, 74 kv.metr və 140 kv.metrdən ibarət olan mənzillər vermişdir. Bundan əlavə, binanın tikintisi davam etdiyi müddət üçün MMC aylıq kirayənin əvəzi olaraq ona heç bir məbləğ ödəməmişdir. İddiaçı dəfələrlə cavabdeh MMC-yə müraciət edərək dəymiş zərərin əvəzi olaraq, həmin binadan üç otaqlı mənzil verilməyini tələb etsə də, cavabdeh MMC ona yalnız 30 kv.metlik mənzil verə biləcəyini bildirib, zərərin qalan hissəsinin ödənilməsindən imtina etmişdir. Mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşya sökülərkən onun razılığı alınmamışd ır. Cavabdeh MMC-nin məhz həmin dövrdə Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin faktiki olaraq X5 mülkiyyətində olmasını iddia etsə də, cavabdeh MMC həmin daşınmaz əşyanın vərəsəlik hüququ əsasında digər cavabdeh X1 və aralarında məhkəmə mübahisəsi olduğundan məlumatlı idi. MMC-nin təqsirli hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşyadan məhrum olmuş və əlavə olaraq beş il ərzində qeydiyyatda olduğu evdən qeyri-qanuni uzaqlaşdırılaraq 30.000 manat (aylıq 500 manat məbləğində kirayə pulu olmaqla) məbləğində maddi zərərə məruz qalmışdır. Həmçinin, cavabdeh şirkətin təqsirli hərəkətləri nəticəsində iddiaçı 50.000 (əlli min) manat məbləğində mənəvi zərərə məruz qalmışdır. Belə ki, iddiaçı dəfələrlə ş irkətə müraciət edərək mülkiyyətçi olduğunu, onun icazəsi olmadan ona məxsus əşyanın söküldüyünü və ona zərər dəydiyini bildirsə də, cavabdeh şirkət zərəri ödəməkdən imtina etmişdir. MMC-nin tikdiyi çoxmənzilli bina pilot layihə olub və pilot layihə ilə bağlı AR Nazirlər Kabineti qərar, Bakı şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti isə icazə verib. Bu onu sübut edir ki, iddiaçının mülkiyyətinin dağıdılaraq yerində çoxmənzilli binanın tikilməsinə görə məsuliyyəti ORXAN-TİT MMC ilə yanaşı, AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti də daşıyır. Belə ki, onların səhv qərarları və icazələri nəticəsində iddiaçının mülkiyyəti sökülmüş və yerində çoxmənzilli bina tikilmişdir. Ona görə də ORXAN-TİT MMC, AR Nazirlər Kabineti, Bakı Şəhər İc ra Hakimiyyəti və Bakı Şəhər Nərimanov Rayon icra Hakimiyyəti müştərək məsuliyyət daşımalıdırlar.

10. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X21 iddianı qismən qəbul edərək bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda yeni binanın inşası davam edir. Bakı şəhəri Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi mülkiyyətçisi vardır. Həmin mülkiyyətçilərin hamısı Cavabdeh MMC-yə yaxınlaşarsa, onlarla 180 kv.mlik mənzilə dair müqavilə bağlamağa razıdırlar. Lakin hər biri ilə ayrı-ayrılıqla müqavilə bağlamaq qeyri-mümkündür.

11. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi X34 məhkəmə iclasında İcra Hakimiyyətinə münasibətdə iddianı qəbul etməyərək, rədd olunmasını xahiş etmişdir.

12. Müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X16 izahatında bildirmişdir ki, İddiaçı onun bacısıdır. Bakı şəhəri Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi mülkiyyətçisi vardır. Cavabdeh bütün mülkiyyətçiləri MMC-yə dəvət edərək müqavilə bağlamağa etiraz etmir. Lakin bacısı məhz onunla ayrıca müqavilə bağlanmağını istəyir. Hər birinin payı həmin mənzilə 1/7 hissədədir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)1206/2021 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddianın qismən təmin edilməsi, İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tər əfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, cavabdeh "xxxx" MMC məxsus çoxmənzilli yeni yaşayış binasından 1 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.

14. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qald ığı zərərin əvəzi olaraq, "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, cavabdeh "xxxx" MMC məxsus çox mənzilli yeni yaşayış binasından 1 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsi qoyulmalı, qalan hissələrdə iddia tələbləri rədd edilməlidir.

15. Belə ki, iddianın “mirasın açıldığı andan hesablanmaqla 5 il üçün aylıq 500 manat kirayə haqqı məbləğində cəmi 30000 manat pulun” cavabdehlərdən tutulması hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı və cavabdeh "xxxx" MMC arasında hər hansi kirayə haqqının ödənilməsi ilə əlaqədar müqavilə bağlanmamış və müqavilə öhdəliyi yaranmamışdır.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlər inin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmamışdır.

17. İddianın “sökülmüş mülkiyyətin hər kv.metrinə görə 2500 (iki min beş yüz) manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi” hissəsinə münsibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı sübutlar təqdim edilmədiyindən rədd edilməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü, Mülki Məcəllənin 6, 16.1, 21, 152.1, 152.5, 152.6, 157.1, 157.2, 157.4, 158.3, 560.1, 560.2, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 106.1, 217.3, 217.4-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə kirayə haqqı, vurulmuş mənəvi və maddi zərərləri nəzərə almaqla iddiaçını ən azı 3 otaqlı mənzillə təmin etməli olduğu halda düzgün olmayan qətnamə qəbul etmişdir.

21. Qətnamədən həmçinin Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnamə si qeyri-obyektiv, hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar tam sübut edilməmiş, habelə məhkəmənin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Belə ki, mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli 142,7 kv.m olan mənzil sökülən zaman iddiaçının özünün qeyd etdiyi kimi, Azərbaycan Respublikasında olmamış, Bakıya xx.xx.2017-ci ildə gəlmişdir. Həmçinin həmin dövrdə qeyd edilən mənzilin tam paya malik mülkiyyətçisi iddiaçının qardaşı X16 olmuş, sonuncu ilə MMC arasında mənzilin sökülməsi və əvəzində yeni tikilən binadan yeni mənzilin verilməsi ilə bağlı razılıq əldə edilmişdir. İddiaçı sonradan məhkəməyə müraciət edərək 2019-cu ildə mübahisəli mənzilin 1/7 hissəsinə mülkiyyət hüququ əldə etmişdir. Göründüyü kimi iddiaçının mülkiyyət hüququ mənzil söküləndən sonra yaranmışdır. Ona görə də mənzilin sökülməsi zamanı iddiaçının razılığının alınması qeyri-mümkün olmuşdur. Bundan başqa iş materiallarından görünür ki, iddiaçının vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsızlığı, miras əmlakda payın müəyyən edilməsi barədə iddiası ilə bağlı məhkəmə mübahisəsinə baxılan zaman MMC işə cəlb edilməmiş belə bir mübahisənin olmasından xəbərdar olmamışdır. Həmçinin qətnamə məhkəmə iddiaçının MMC-yə müraciət edərək 3 otaqlı mənzil istəməsi və qarşılığından MMC-nin 30 kv.metrlik mənzil təklif etməsini qeyd etsə də həmin hal iş materialları ilə təsdiq edilmir.

23. Qətnamədən eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və İddiaçı 26.0 kv.m yaşayış sahəsinin verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 3281/2019 saylı qətnaməsilə miras əmlak üzərində bütün vərəsələrin ayrı-ayrılıqda 1/7 hissədə bərabər payları müəyyən edilmişdir. Miras əmlak 142.7 kv.m sahəyə malik olub, cavabdeh tərəfindən həmin əmlakın əvəzi olaraq təxminən 182.4 kv. m sahəni təşkil edən hər biri 60.8 kv m olan 3 ədəd 2 otaqlı mənzil təklif edilib. Məhkəmə qətnamə çıxararkən iddiaçıya 1 otaqlı mənzil verilməsi öhdəliyini cavabdehin üzərinə qoyub. Lakin, ona təklif olunan 182.4 kv.m yaşayış sahəsində 1 otaqlı mənzil yoxdur, bundan başqa, 1 otaqlı mənzillər özü 58 kv.m sahəyə malikdir. Belə olan halda iddiaçıya 2 nəfərin yaşayış sahəsi verilmiş olur ki, 7 nəfər vərəsədən birinin hüququ pozulur, 1 nəfər paydan məhrum olur. Məhkəmə 182.4 kv.m yaşayış sahəsini 7 nəfər arasında bölməklə hər bir payçıya 26.0 kv.m yaşayış sahəsi nəzərdə tutulmaqla iddiaçıya 26.0 yaşayış sahəsi üzrə payın verilməsi öhdəliyini cavabdehin üzərinə qoymalı idi.

25. İşə apellyasiya icraatı qaydasında baxılan zaman iddiaçı tərəf iddia tələbinin həcminin azaldılması (iddiadan qismən imtina edilməsi barədə) barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin «sökülmüş mülkiyyətin hər kv.m-nə görə 2500 manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddi açı verilməsi hissəsindən imtina edilməsini göstərmişdir.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-424/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Həsənov Elnur və Sadıqov Vahid) hazırkı mülki iş üzrə icraata iddia tələbinin “sökülmüş mülkiyyətin hər kv.m-nə görə 2500 manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-424/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Həsənov Elnur və Sadıqov Vahid) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MMC-nin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 apellyasiya şika yətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)-1206/2021 saylı qətnaməsi “iddianın təmin olunmuş” hissəsində dəyişdirilmiş, İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, Cavabdeh MMC-yə məxsus çoxmənzilli yeni yaşayış binasından 28 kv.metr ümumi sahədən ibarət mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmuş, qətnamə qalan hissələrdə (imtina olunmuş his sə istisna olmaqla) dəyişdirilmədən saxlanılmış, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində pulun iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində «İddiaçı 1/7 hissədə məxsus olan mənzilə görə ona həmin mənzilin yerində inşa ediləcək binadan 1 otaqlı mənzilin verilməsi» hissəsi istisna olmaqla digər hissələrində (imtina olunmuş hissə istisna olmaqla) gəldiyi nəticə işin hallarına uyğundur və ədalətlidir. Belə ki, işin materiallarından görünür ki, mübahisəli ev sökülən zaman iddiaçı Azərbaycan Respublikasının ərazisində olmamış və onun həmin ev üzərində mülkiyyət hüquqları qeydə alınmamışdır. Bu iş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2018- ci il tarixli və onun ləğv edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3281/2019 saylı 05 aprel 2019-cu il tarixli qətnamələrinin məzmunu ilə təsdiq edilir. Həmin qətnamələrdə əksini tapmış iddia tələbində iddiaçı göstərmişdir ki, o, xx.xx.1967-ci il tarixində doğulmuş və 1990-cı il tarixində anası X24 və onların bütün ailəsi (5 qardaş 2 bacıdan ibarət) Bakıya gəlmiş, 1992-ci il tarixindən ünvan 4 ünvanına qeydiyyata düşmüş və orada yaşamışlar. Anası X24 xx.xx.2016-cı il tarixində rəhmətə getmişdir. Anası vəfat etməmişdən əvvəl o, Rusiya Federasiyasına getmiş, orada olan zaman sənədlərini itirmiş və bu səbəbdən də uzun müddət Azərbaycan Respublikasına qayıda bilməmişdir. Rusiya Federasiyasında olan Azərbaycan Səfirliyinə sənədlərini itirdiyini, bu səbəbdən də Azərbaycana qayıda bilmədiyini, bunun üçün də ona müvafiq sənədin verilməsi üçün müraciət etmişdir. Müraciəti əsasında ona xx.xx.2017-ci il tarixin AA seriyalı ******* saylı Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi verilmişdir. Bu şəhadətnamə ilə xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasına qayıtmışdır. Qayıdan zaman evinə gemtiş, lakin evlərinin söküldüyünü görmüşdü. Bununla bağlı araşdırma aparan zaman ona məlum olmuşdur ki, anasının vəfatından sonra qardaşı X9 24 saylı Dövlət Notariat Kontorunda vərəsəlik şəhadətnaməsi verilmişdir. Sonuncu da bunun əsasında müvafiq Çıxarış almışdır. İşin mübahisəsiz hallarına görə İddiaçı digər vərəsələr ilə aralarında olan müba hisə 2019-cu ildə məhkəmə tərəfindən araşdırılmış və paylar müəyyən edilmişdir. Qətnamə əsasında da İddiaçı yalnız xx.xx.2019-cu il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzilin 1/7 hissəsinin mülkiyyətçisi kimi tanınmışdır.

29. Məhkəmə kollegiyası hesab etmişdir ki, mənzil sökulən zaman onun mulkiyyətçisi X5 olmasına dair müvafiq Çıxarış olduğu üçün cavabdehin onunla şifahi müqavilə bağlayaraq müəyyən razılaşmalara gəlməsində cavabdeh MMC-nin heç bir təqsirli və ya qanunsuz hərəkətləri olmamışdır. Həmçinin, işin materiallarından görünür ki, məhkəmə qətnaməsi əsasında X5 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilib, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr ləğv edildikdən sonra İdd iaçı Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 1/7 hissədə xx.xx.2019-cu ildə mülkiyyət payı dövlət reyestrində qeydə alınmışdır. Buna baxmayaraq iddiaçının mülkiyyət hüquqları bərpa olunmaqla qeydiyyata alındığı ev artıq sökülmüşdür və cavabdeh MMC tərəfindən tikinti işlərinə start verilərək davam olunurdu. Ona görə də apellyasiya şikayətinin cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşyadan məhrum olması və 3 il ərzində qeydiyyatda olduğu evdən qeyriqanuni uzaqlaşdırılmaqla ona maddi zərər vurması kimi dəlilləri tam əsassızdır.

30. Məhkəmə kollegiyası hesab etmişdir ki, mənəvi ziyan vurulması hissəsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri də əsassızdır.

31. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmamasına dair nəticəsi işin araşdırılmış halarına tam uyğundur.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək şikayətin məhkəmənin kirayə haqqı, vurulmuş mənəvi və maddi zərərləri nəzərə almaqla ən azı iddiaçının 3 otaqlı mənzillə təmin etməli olmasına dair dəlili ilə bağlı qeyd etmişdir ki, əvvəla iddiaçıya maddi və mənəvi zərər vurulmasının təsdiq olunmamasına hüquqi qiymət verilmişdir. İkincisi də iddia tələblərindən görünür ki, iddiaçı tələbində cavabdeh "xxxx" MMC məxsus çoxmənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin o lunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulmasını göstərmişdir. Başqa sözlə, iddiaçının tələbi bu hissədə konkret olmayaraq hansı otaqlı mənzilin verilməsi məsələsinin həllini məhkəmənin üzərinə qoyduğunu müəyyən etmək mümkün deyildir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdehin üzərinə 1 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsini qoysa da, iddiaçı apellyasiya şikayətində məhkəmənin ona 1 otaqlı mənzil verilməsi zamanı yalnız mənzilin nominal dəyərinin nəzərə alınmasını göstərmişdir. Başqa sözlə, iddiaçı ona 3 otaqlı mənzil verilməli olmasını göstərsə də, bunu konkret tələb kimi göstərməmiş və ona məhz 3 otaqlı mənzil verilməli olmasını əsaslandırmamışdır.

33. Məhkəmə hə mçinin hesab etmişdir ki, iddiaçı tələbində cavabdeh "xxxx" MMC-ə məxsus çox mənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin olunmasi kimi tələbi anlaşılan deyildir. Belə ki, kollegiyanın qənaətinə görə Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin cavabdeh "xxxx" MMC tərəfindən sökülməsi ilə iddiaçının həmin mənzildə olan mülkiyyət payının əvəzlənməsi mütləqdir və bu hissədə tələbi qanunidir. Həmçinin də hazırki mövcud vəziyyədə iddiaçının mülkiyyət payının yeni tikilmiş yaşayış binasındakı yaşayış sahəsi ilə əvəzlənməsi ilə bağlı məhkəmənin qənaəti də düzgündür. Lakin birinci instansiya məhkəməsinin İddiaçı 1/7 hissədə məxsus olan mənzilə görə ona həmin mənzilin yerində inşa ediləcək binadan məhz 1 otaqlı mənzilin verilməsini ha nsı əsasla müəyyən etdiyi aydın deyildir. 3-cü şəxsin izahatlarına və apellyasiya şikayətinin dəlillərinə əsasən mübahisəli mənzildə İddiaçı 1/7 hissədə düşən pay 3-cü şəxslə razılaşdırılmış 182.4 kv.m sahəyə münasibətdə 26 kv.m (182.4: 7) hissə təşkil edir. İşin materiallarından görünür ki, 3-cü şəxs bu hesablamanı ona təklif edilən hər birinin sahəsi 60,80 kv.m olan 3 mənzilin sahəsinə nisbətdə götürmüşdür (60,80+60,80+60,80= 182,4).

34. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, yeni yaşayış binasında 1 otaqlı mənzillə təmin olunması qənaətinə gələrkən nəzərə almamışdır ki, həmin binada olan 1 otaqlı mənzilin sahəsi iddiaçının mülkiyyət payına uyğu n sahədən çoxdur və bu da digər paylı mülkiyyətçilərin hüqüqlarının birbaşa pozulması ilə nəticələnə bilər.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh MMC tərəfin izahat və təqdim etdiyi sənədlərdən isə görünür ki, mübahisəli mənzilin payçılarına ümumilikdə 178 kv.m yaşayış sahəsi verilməsi nəzərdə tutulub. Belə ki, tikilmiş yeni binanın A blokunun 8ci mərtəbəsində hər birinin sahəsi 60,80 kv.m olan iki mənzil (satış sahələri 69,10 və 68,67 kv.m) 11-ci mərtəbəsində 60,80 kvm olan bir mənzil (satış sahəsi 69,10 kv.m) ayrılmışdır. Lakin iddiaçı ilə digər altı vərəsə arasında mübahisə olduğundan müqavilələr indiyə kimi bağlanmayıb. Cavabdeh MMC-nin təklif etdiyi mənzillərin satış sahələrinin ölçüsü baxımından iddiaçıya düşən pay 29,5 kv.m (69,10+68,67+69,10=206,87: 7) təşkil edir. «A zərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndində dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsi nəzərdə tutulsa da, bu müddəalar qanunun analogiyası prinsipinə əsasən hazırki işin hallarına tətbiq edilməlidir. Belə ki, dövlət ehtiyaclarında dövlət satınalmasının məqsədi qazanc deyil, yaranmış dövlət zərurətləridir, sosial ehtiyaclar üçün satınlama da isə sahibkar tikinti şirkətinin məqsədi gəlir və qazanc əldə etməklə yanaşı mül kiyyətinə müdaxilə edilmiş şəxsin yaşayış şəraitinin daha da və əlavə sahələr verilməklə yaxşılaşdırılmasından ibarətdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçıya kompensasiya edilməli yaşayış sahəsinin sahəsinə 20% əlavə sahə verilməsi tarazlaşdırılmış ədalətli balansa uyğundur. Nə qədər ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 142.7 kv.metr ümumi sahədən ibarət olmaqla 1/7 hissədə İddiaçı məxsus olduğundan həmin mənzilin sökülüb yerində tikilmiş Cavabdeh MMC-yə məxsus çoxmənzilli yaşayış binasından onun payına mütənasib, cavabdeh və 3-cü şəxsin təklif etdiyi sahələr üzrə ortalama 28 kv.metr ümumi sahədən ibarət mənzillə təmin olunması işin hallarına uyğun olmaqla ədalətli olardı.

36. Məhkəmə göstərilən nəticəyə gələrkən iddiaçıya d üşən paydan artıq sahəsi olan mənzillə təmin edilməsinin digər 6 vərəsənin mülkiyyət paylarına müdaxilə və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilməsini nəzərə almışdır.

37. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 157.8, 158.4-cü, Mülki Prossesual Məcəlləsinin 9.1, 9.3, 88, 107, 119.1, 217.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazı rkı işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da məhkəmə mübahisəli evin nə vaxt söküldüyünü müəyyənləşdirməmişdir. Belə ki, iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli sərəncamı ilə tikintinin başlanılmasına icazə verilmiş, mənzilin əvvəlki mülkiyyətçisi olan X24 isə xx.xx.2016-cı ildə vəfat etmişdir. Göründüyü kimi söküntü işləri başlanılan zaman Əliyeva Faya sağ olduğundan mübahisəli mənzilin sökülməsi barədə razılaşma onunla bağlanmalı idi.

40. Bundan başqa apellyasiya instansiyası məhkəməsinin iddiaçıya ayrıca mənzilin verilməsinin mübahisəli mənzilin digər mülkiyyəçilərinin hüquqlarını poza bilməsi barədə əsaslandırması əsassızdır. Belə ki, iddiaçının iddiası digər mülkiyyətçilərə deyil dövlət qurumlarına və Cavabdeh MMC-yə yönəlmişdir. Ona görə də hazırkı iddianın təmin edilməsi mübahisəli mənzilin digər mülkiyyətçilərinin hüquqlarını pozmamaqla, onlara cavabdeh MMC-dən əlavə pay almaq hüququ verəcəkdir.

41. Bununla yanaşı məhkəmə kollegiyası iddiaçının 28 kv.metr ümumi sahədən ibarət mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsini Cavabdeh MMC-nin üzərinə qoysa da yeni tikilən binada qeyd edilən ölçüdə mənzilin olmadığını nəzərə almamış bununla da qətnamənin gələcək icrasını qeyrimümkün etmişdir.

42. Eyni zamanda məhkəmə mübahisəli mənzilin 1 kv. metrinin qiyməti ilə cavabdeh MMC tərəfindən tikilən binadakı mənzil 1 kv. metrinin qiyməti arasında kəskin fərqin olmasını nəzərə almamışdır. Belə ki, iş materiallarında olan ekspert rəyi ilə mübahisəli mənzilin 1 kv. metrinin qiyməti 2500 manat, cavabdeh MMC-nin tikdiyi binadakı mənzilin 1 kv. metrinin qiyməti isə 1300 manat müəyyən edilmişdir. Bundan başqa cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli elektron məhkəmə sisteminə daxil etdiyi təqdimatdan görünür ki, MMC-nin tikdiyi binadakı mənzillərin 1 kv. metri 1500 manata təklif edilir. Göründüyü kimi qiymətlər arasında 90 faizə yaxın fərqin olduğundan həmin fərq iddiaçının payına 20 faiz əlavə verilməklə kompensiya edilə bilməz. Digər tərəfədn mübahisəli mənzil birmərtəbəli olduğundan onun sökülməsi iddiaçını həmin mənzili qeyriyaşayış obyetki etməklə dəyərini artırmaq hüququndan məhrum etmişdir. Ona görə də apellyasiya məhkəməsinin təyin etdiyi kompensasiya ədalətli deyildir.

43. Ümumiyyətlə məhkəmə yanlış olaraq hazırkı işə daşınmaz əmlakın dövlət eh tiyacları üçün alınması qaydasını tətbiq etmişdir. Belə ki, cavabdeh MMC tərəfindən inşa edilən bina pilot layihə olmamaqla, gəlir götürmək məqsədi ilə inşa edilir.

44. Həmçinin məhkəmə nəzərə almamışdır ki, ümumi qəbul edilmiş işgüzar qaydaya uyğun olaraq mülkiyyətçi yeni mənzillə təmin edilənədək, onun yaşayış hüququ təmin edilməli, eyni ərazidə və şəraitə malik mənzilin kirayə haqqı verilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

46. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

47. Maddə 157.1 Mülkiyyətçinin mül kiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

48. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

49. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

50. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

51. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

52. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmla kına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

53. Maddə 1097.3 Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Mülki Prossesual Məcəllə

54. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmi ş qüvvəsi yoxdur.

57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiya sı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməmiş hissəsində mübahisələndirir. Lakin, iddianın təmin olunmayan hissəsi onun təmin olunan hissəsi ilə bağlıdır. Məsələn, iddiaçının tələbi qismən təmin olunaraq 1,2, 3 otaqlı mənzil əvəzinə sahəsi 28 kv.m olan mənzil verilməsi qət olunsa da, iddiaçı yenə əvvəlki kimi ona 1,2 və yaxud 3 otaqlı izolə olunmuş mənzil verilməsini tələb edir. Ona görə kassasiya instansiyası apelyasiya məhkəməsinin qətnaməsini bütövlükdə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır.

65. Apellyasiya Məhkəməsi İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu B akı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, Cavabdeh MMC-yə məxsus çoxmənzilli yeni yaşayış binasından 28 kv.metr ümumi sahədən ibarət mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulmasını qət etmişdir.

66. İddiaçının kassasiya şikayətinin dəlilərindən biri inşa edilən yaşayış binasında 28 kv.metr ümumi sahədən ibarət mənzilin mövcud olmadığı və həmin qətnamənin icra edilməyəcəyi ilə bağlıdır.

67. Məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab edir. Apelyasiya Məhkəməsi iddiaçıya 28 kv.metr ümumi sahədən ibarət mənzil verilməsi öhdəliyini şirkətin üzərinə qoysa da, həmin ölçülərə məxsus mənzilin olması halı yoxlanılmamışdır.

68. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.3. maddəsi mənzilə anlayış vermişdir. Həmin normada deyilir ki, bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.

69. Apelyasiya Məhkəməsi iddiaçıya verilməsi qət edilmiş sahəyə uyğun mənzilin olub-olmaması, belə bir mənzil sahəsinin binanın layihəsində nəzərdə tutulubtutulmamasını yoxlamamışdır.

70. Nəzərə almaq lazımdır ki, mənzil y aşayış sahəsi kimi istifadə olunur. Mənzil Məcəlləsinin 12.2. maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür.

71. Yaşayış binasında hansısa sahənin 28 kv.m ölçüdə ayrılaraq iddiaçıya verilməsi mənzil ayrılması anlamına gəlmir. Ayrılan mənzil müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara (mənzilin pəncərəsi, havalndırma sistemi, kanalizasiya sistemi, mətbəxin quraşdırılması üçün lazım olan texniki şərtlər, onların havalandırması və.s.) uyğun olmalıdır. Ona görə mübahisə iddiaçıya vərəsə olaraq payına düşən sahəyə uyğun sa hənin ayrılması ilə bitmir, mübahisə iddiaçının əmlakının əvəzi olaraq yaşayış sahəsi, mənzillə təmin olunması ilə həll edilə bilər.

72. Ona görə işə yenidən baxılarkən məhkəmə Cavabdeh MMC-nin mübahisəli ünvanda inşa etdiyi yaşayış binasının layihə sənədlərini tələb edərək öyrənməli, iddiaçının payına uyğun ayrıca mənzilin olub-olmaması məsələsini aydınlaşdırmalıdır.

73. Məhkəmə mübahisənin həll edərkən (o cümlədən ayrıca mənzilin sahəsi ilə bağlı məsələni) işin faktiki hallarından çıxış etməlidir. O cümlədən, məhkəmə Cavabdeh MMC-nin iddiaçının əmlak hüquqlarının pozulmasından vaxtında məlumatlı olubolmaması, şirkətin vicdanlı olub-olmaması məsələsini aydınlaşdırmalıdır.

74. Yeni məhkəmə baxışı zamanı məhkəmə iddiaçının anası X12 nə vaxt vəfat etməsi (xx.xx.2016-cı il tarixdə), şirkətin həmin ünvanda nə vaxt ev inşa etməyə başlamasına razılıq verilməsi (xx.xx.2016-cı il tarixli sərəncamla) tarixlərini müqayisə etməli, şirkətin sökülməsi nəzərdə tutulan ərazidə əmlak hüquqları olan şəxslər barədə vaxtında məlumatlı olub-olmaması, əgər məlumatlı deyildisə, nəyə görə keçən illər ərzində iddiaçının qardaşı iş üzrə üçüncü şəxs X22 ilə yazılı müqavilə bağlanmaması məsələlərini aydınlaşdırmalı, həmi məlumatları digər sübutlarla məcmu halında qiymət verməklə vicdanlılıq məsələsi həll edilməlidir.

75. Şirkətin vicdanlılığı məsələsinin aydınlaşdırılması həm veriləcək mənzilin sahəsi ilə bağlı mübahisələri həll etmiş olur, həm də iddiaçının digər tələblərinə-kirayə haqlı, maddi və mənəvi zərər, və.s. tələblərinə münasibət bildirməyə köməklik etmiş olur. Şirkətin vərəsənin hüquqlar ının pouzmlasından məlumatlı olmaması iddiaçının həmin tələbləri gələcəkdə öz qardaşına qarşı irəli sürməsi üçün hüquqi zəmin yaradır. Çünki, məhkəmələrin gəldii qənaət ondan ibarətdir ki, iddiaçı-vərəsənin əmlak hüquqlarını onun qardaşı X22 pozmuşdur.

76. Bundan başqa, iddiaçıya əmlakının əvəzi olaraq mənzil sahəsi ayrılarkən onun qardaşı X11 nə qədər sahənin veriləcəyi ilə bağlı şifahi razılaşmanın əhəmiyyəti yoxdur. Çünki şirkətin iddiaçının qardaşı ilə əldə etdiyi razılaşma digər mülkiyyətçi üçün məcburi deyil. Ona görə həmin razılaşmadan çıxış edərək idiaçıya 1/7 hissədə pay ayrılması əsaslı hesab oluna bilməz. İddiaçı öz əmlakının əvəzi olaraq şirkətdən mənzil sahəsi tələb etməkdə haqlıdır. Ona görə kassator haqlı olaraq şikayətində qeyd etmişdir ki, mənzil sahəsi verilərkən onların sökülmüş evlərinin sahəsi, yerləşmə yeri, dəyəri və.s nəzərə alınmalıydı. Həm də belə yanaşma digər vərəsələrin əmlak hüquqlarını pozmur. 77. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

78. Kollegiyanın yekun qənaəti ondan ibarətdir ki, apelyasiya məhkəməsi mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnamə ləğv olunaraq iş yeni apelyasiya baxışına göndərilməlidir.

79. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-424/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar