Məhkəmə qərarları › İş №2(102)-4609/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4609/2023

18.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4609/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (maddi və mənəvi ziyanın ödənilməsi, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-734/2023 nömrəli iş üzrə 15 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 18 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər yaxın qohumdurlar, İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra “cavabdeh”) əmisidir və Bakı şəhəri, Sabunçu bələdiyyəsinin 20 iyun 2005-ci il tarixli, 56 saylı qərarına, Sabunçu bələdiyyəsi ilə cavabdeh arasında bağlanmış “Torpaq sahəsinin alqı-satqısına dair” Akta, habelə həmin sənədlərə əlavə edilmiş torpaq sahəsinin yerləşdiyi yerin Sxeminə əsasən, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən 400 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün cavabdehə satılıb və sözügdən Akt 20 iyun 2005-ci il tarixdə 11 nömrə ilə Sabunçu bələdiyyəsində qeydiyyata alınıb. 2. 20 iyun 2005-ci il tarixli qəbzə əsasən, cavabdeh tərəfindən 400 kv.metr torpaq sahəsinin alqı-satqıs ı üçün Sabunçu bələdiyyəsinə 3.520.000 manat (AZM) pul ödənilib. 3. 30 may 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən, cavabdeh harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakları üzərində sərəncam verməyi və sair hərəkətləri etməyə dair iddiaçının adına 9 il müddətinə qüvvədə olmaqla etibarnamə verib. 4. 20 sentyabr 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən cavabdeh, Sabunçu bələdiyyəsinin 20 iyun 2005-ci il tarixli, 56 saylı qərarına əsasən, onun adına olan Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.metr torpaq sahəsini özəlləşdirməyi və sair hərəkətləri etməyə dair 20 sentyabr 2097-ci il tarixədək qüvvədə olmaqla X1 adına etibarnamə verib və etibarn aməyə sözügedən torpaq sahəsinin cavabdehə satılmasına dair Sabunçu bələdiyyəsinin 20 iyun 2005-ci il tarixli, 56 saylı qərarının, “Torpaq sahəsinin alqı-satqısına dair” Aktın və torpaq sahəsinin Sxeminin surətləri əlavə edilib.

5. Cavabdehin notarial qaydada təsdiq edilmiş 13 sentyabr 2017-ci il tarixli ərizəsinə əsasən, o, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən 0,04 ha torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evini İlham Səbrəliyevə satdığını, sonuncudan həmin əmlaka görə 53.000 manat pulu tam məbləğdə aldığını, evin və torpaq sahəsinin İlham Səbrliyevin adına sənədləşdirilməsinə razı olduğunu və gələcəkdə bununla bağlı heç bir iddiasının və tələbinin olmayacağını etiraf edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya m əhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ona dəymiş maddi zərər qismində 157 000 (yüz əlli yeddi min) manat, 18 800 (on səkkiz min səkkiz yüz) ABŞ dolları və mənəvi zərər qismində 25 000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbini belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qardaşı oğludur. İddiaçının əsas iş yeri Rusiya Federasiyasında olduğuna görə o, daimi Rusiyaya gedibgəlir, Bakı şəhərində çox qısa müddətdə olur, Bakı şəhərinə gələndə qızının evində qalırdı. 2005-ci ildə iddiaçı Rusiya Federasiyasında olduğu zaman cavabdeh ona Sabunçu Bələdiyyəsi tərəfindən Anaşkin küçəsində torpaq sahələrinin satılmasını bildirmiş və ona həmin ərazidə özləri üçün torpaq sahəsi almalarını demişdir.

8. İddiaçı o zaman onun da torpaq almaq istədiyini bildirmiş və onun üçün də torpaq almasını tapşırmışdır. Cavabdeh bu məqsədlə Sabunçu Bələdiyyəsinin 20 iyun 2005-ci il tarixli sərəncamı ilə iddiaçı üçün öz adına 4 sot torpaq sahəsi almış və həmin torpaq sahəsinin bir sotuna görə iddiaçıdan 4700 ABŞ dolları, ümumilikdə 18800 ABŞ dolları almışdır. İddiaçı həmin torpaq sahəsi üçün 18800 ABŞ dolları pul vəsaitini cavabdehə ödəmiş, bundan sonra cavabdeh həmin torpaq sahəsinə dair Sabunçu Bələdiyyəsinin 20 iyun 2005-ci il tarixli sərəncamını və ayrıca aktını iddiaçıya təqdim etmişdir.

9. Həmin sənədlər iddiaçıya təqdim edildikdən sonra o, həmin torpaq sahəsini mişar daşı ilə hasara aldırmış, həyətdə bir qaraj tikmiş, sonra isə tikilmiş həmin qarajı yaşayış sahəsinə çevirərək, həyətdə hamam, ayaqyolu və mətbəx tikdirmişdir. Qaz, su və işıq çəkdirərək oranı kirayəyə vermişdir. 2012-ci ildə iddiaçı həmin torpaq sahəsi üzərində özünə fərdi yaşayış evi tikdirmək qərarına gəlmiş və həmin ildə də orada iki mərtəbəli, ümumi sahəsi 270 kv.m olan bir fərdi yaşayış evi inşa etdirmişdir. Həmin dövrdə iddiaçı Rusiya Federasiyasında olduğu üçün burada onun tikinti işlərini onun tapşırığı ilə qohumu X4 həyata keçirmişdir.

10. X4 iddiaçının bütün işlərini Bakı şəhərində yerinə yetirmiş, evi tikdirib başa çatdırmış, təmir etdirmiş, yaşayış üçün yararlı hala gətirmişdir. Ümumilikdə torpaq sahəsi üzərində hasar çəkilmiş, darvaza qoyulmuş, həyətdə qaraj, hamam-tualet, mətbəx və iki mərtəbəli fərdi yaşayış evi inşa edilmiş, bu t ikinti işlərinin aparılması üçün isə iddiaçının 150000 manat xərci çıxmışdır. Həmin ev inşa edilib başa çatdıqdan sonra iddiaçı 7000 manata ev üçün bütün zəruri mebel dəstlərini almış, evi mebellə təchiz etmişdir. Ev hazır olsa da, iddiaçı orada yaşamadığına görə 2016-cı ildə evi satmaq qərarına gəlmişdir. Həmin dövrdə iddiaçı Rusiya Federasiyasında yaşadığına görə, cavabdeh Moskva şəhərinə gəlib həmin torpaq sahəsinə dair 30 may 2016-cı il tarixdə iddiaçıya 40 illik etibarnamə vermişdir. Bundan sonra iddiaçı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə Dövlət Reyestrində qeydə aldırmaq istəsə də, bu, mümkün olmamış, ona həmin sərəncamla torpaq sahələrinin reyestrdə qeydə alınmaması bildirilmişdir. 2017-2019-cu il tarixlərdə iddiaçı Bakı şəhərinə gələ bilməmiş, torpaq sahəsinin sənədlərini İlqar adlı tanışına verib, torpaq sahəsi və tikilmiş ev üçün Çıxarış almasını İlqara tapşırmışdır.

11. Cavabdeh torpaq sahəsinin sənədlərinin İlqarda olmasını bilib, 2017-ci ilin payızında ondan sənədləri almış, torpaq sahəsi üçün Çıxarış almaqda ona kömək edəcəyini İlqara demişdir. Bundan sonra isə cavabdeh iddiaçının xəbəri olmadan torpaq sahəsini və evi satmışdır. 2020-ci ilin mart ayında iddiaçı Bakı şəhərinə gəlib öz evinə getmək istədikdə, həmin evdə başqa şəxsin yaşamasını görmüş, evdə yaşayan şəxslərə evin ona məxsus olmasını bildirmişdir. Lakin həmin şəxslər evi İlham adlı şəxsdən 53 000 manata almasını bildirib, evi tərk etməkdən imtina etmişlər.

12. İddiaçı bu barədə cavabdehdən soruşduqda, cavabdeh ona həmin evi satdığını, borcu olduğu üçün pulu xərclədiyini bildirmişdir. Cava bdehin atası Əkbərov xxx Məmməd oğlu da bilirdi ki, həmin torpaq sahəsi və ev iddiaçıya məxsusdur. Bu barədə soruşduqda, xxx iddiaçıya demişdir ki, xxxun borcu olduğuna görə evi satıb borcunu ödəyib.

13. İddiaçı cavabdehdən evdə olan mebellərin ona qaytarılmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirib, həmin mebellərin hansısa qarajda yığılmasını ona bildirmiş, lakin həmin mebelləri də ona qaytarmamışdır. İddiaçı pulu da tələb etmiş, lakin cavabdeh pulu verməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı ilk dəfə cavabdehin barəsində şikayət etmək üçün Sabunçu rayon məhkəməsinə getmiş, lakin həmin zamanlar karantin rejimi ilə əlaqədar məhkəmlər işləmədiyinə görə ondan ərizəni qəbul etməmişlər.

14. Bundan sonra iddiaçı cavabdehin barəsində Polis Şöbəsinə müraciət etmişdir. Sabunçu RP İ-nin 12-ci PŞ-nin 20 avqust 2020-ci il tarixli məktubu ilə iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

15. Göründüyü kimi iddiaçının cavabdehin adına aldığı torpaq sahəsi üzərində apardığı tikinti işlərinə 150000 manat, həmin evi mebellə təchiz etməsi üçün 7000 manat, torpaq sahəsinin alınması üçün isə 18 800 ABŞ dolları məbləğində xərci çıxmışdır ki, cavabdeh öz əməlləri ilə iddiaçıya həmin məbləğdə zərər vurmuşdur. Bu səbəbdən də iddiaçı cavabdehə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.

16. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2 və 1096.1-ci maddələrinə istinad etmişdir

17. Cavabdehin nümayəndəsi (qardaşı) X6 iddiaya etiraz edərək bildirmişdir ki, əmisi qardaşının adına torpaq almışdır. Atası əmisinin yanında işləmiş və əmisinin atasına 12000 manat əmək haqqı borcu olmuşdur. Atası bazardan mal almış əmisinə vermiş, həmin malın pulunu onlar əmisinin xəbəri olmaqla borclarına çıxmışlar. Atası şəkər xəstəsi olduğu üçün Bakıya qayıtmış, əmisinin də qeyd etdiyi kimi onların ortaq tanışları İlqar adlı şəxs əmisi ilə danışıb sonra da ona zəng eləmişdir ki, əmisi deyir evi satın. O, sonra əmisinə zəng etmiş ki, bəs İlqar deyir evi satsınlar. Əmisi “evi satın sizə aid olan borcu götürün” demişdir. O, əmisinə evin 53000 manata satılması barədə məlumat vermişdir. İlqarla evi satandan sonra onlara olan borcu 25800 manatı götürmüşlər. Həmin məbləğə atasının əmək haqqını və atasına olan malın pulunu götürmüşlər. Sonra qalan puldan İlqar özünə aid olanı götürmüş, yerdə qalan pulu əmisi İlqara demişdir ki, kiməsə ver gət irsin. Onların İlqarla sövdələşmələri olmamışdır. Evi alan şəxsin dediyinə görə əmisinin qızı və baldızı gəlib əşyaları aparmışlar. Onlar əmilərinə demişdilər ki, ev 53000 manata satılıb. Ev makler vasitəsi ilə satılmış ordan əmisinin atasına olan 25800 manat mal və əmək haqqı borcunu götürmüş, maklerə isə 4000 manat pul verilmişlər. Əmisinin bazarda hamıya borcu olmuş heç kəs ona mal verməmiş, ona görə də atası əmisinin əvəzindən mal götürmüşdür. Əmisinin İlqara 8000 ABŞ dollar borcu olmuş, İlqar əmisinə evin pulundan Əliqulu adlı şəxsin vasitəsi ilə 7600 manat pul vermişdir.

18. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-770/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 13.800 manat pulun tutulub iddiaçıya ödənilməsi, qalan hissədə iddian ın rədd olunması qət edilmişdir. (hakim Əhmədova Həqiqət)

19. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2005-ci il tarixdə İddiaçı 3.520.000 manata (704 manat) qardaşı oğlu Cavabdeh adına rəsmiləşdirilməklə Bakı şəhəri Sabunçu rayonu Anaşkin küçəsində 0,04 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində onun vəsaiti ilə 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi tikilmişdir. Evin tikintisi tam başa çatmamışdır.

20. Həmçinin İddiaçı evin 53000 manata satılmasından xəbərdar olmuş, evlə birlikdə torpaq sahəsi də ümumilikdə 53000 manata satılmışdır. Həmin vəsaitin 15600 manat hissəsi iddiaçının da etiraf etdiyi kimi İlqara olan borcunun ödənilməsinə, 4000 manat hissəsi evin satılması ilə bağlı vasitəçilərə (maklerə), o cümlədən 1200 manatı İlqara, 7600 manat hissəsi isə Elxanın gös tərişi ilə İlqar tərəfindən Əliyullah adlı şəxsə verilmişdir.

21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz halına görə Əkbərov xxx qardaşı İddiaçı yanında işçisi kimi çalışmış və ondan məvacib almışdır. Hazırki halda ona əmək haqqının ödənilməsini sübutetmə yükü İddiaçı üzərinə düşdüyü üçün əmək haqqının ödənilməsini sübut etmək onun üzərinə düşür. İddiaçı məhkəmə iclasında qardaşına olan əmək haqqını ödəməsini bildirsə də, buna dair məhkəməyə sübutlar təqdim etməmişdir. Ödəmənin aparılması sübut olunmamasına görə evin satılmasından 12000 manat vəsaitin Əkbərov xxx Məmməd oğluna verilməsi əsaslı olmuşdur.

22. Birinci instansiya məhkəməsinin mövqeyinə görə evin satılması nəticəsində əldə qalmış 13800 manat vəsaitin həqiqətən cavabdeh tərəfin iddiaçının ayrı-ayrı şəxsl ərə olan borclarına görə ödəmələrini sübut etmək yükü cavabdehin üzərinə düşdüyü üçün və onlar tərəfindən həmin ödəmənin aparılması məhkəmədə sübut edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh 13800 manat İddiaçı xeyrinə tutulmalıdır.

23. Birinci instansiya məhkəməsi iddianın evin əşyalarına görə 7000 manat vəsaitin ödənilməsi hissəsi ilə bağlı bildirmişdir ki, iş üzrə şahidlərinin ifadələri ilə təsdiq olunur ki, həqiqətən iddiaçının qohumları tərəfindən həmin əşyalar götürülmüşdür. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir.

24. Birinci instansiya məhkəməsi iddianın mənəvi zərərə aid hissəni də rədd edərək göstərmişdir ki, iddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz cavabdehi n təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 386.1, 433.3,1091.1, 1091.2, 1092.1-ci, Əmək Məcəlləsinin 172 və 178-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat

26. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunmayan hissəsində ləğv edilib, iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. İddiaçının apellyasiya şikayətinin dəlilləri belə olmuşdur: - məhkəmə cavabdeh tərəfin, habelə cavabdeh tərəfin təqdim etdiyi şahidlərin ifadələrinin iddia tələbinin tam təmin edilməməsi üçün sübut kimi q əbul etmişdir. Lakin onların dediklərini təsdiq edən heç bir sübut yoxdur. Məhkəmədə iştirak edən cavabdeh xxx və onun nümayəndəsi olan qardaşı Tural, habelə şahidlik edən şəxslərdən bəziləri (X3, Əkbərov xxx Məmməd oğlu və X7, ərizəsi elan olunmuş X2) əlbir olub onun razılığı olmadan torpağını və evini sataraq pullarını mənimsəyən şəxslər olmuşlar. Buna görə də onların ifadələri sübut kimi qəbul oluna bilməzdi: - iddiaçı nə cavabdehə, nə də məhkəmə iclasında ifadə vermiş digər şəxslərə torpağını və evini ev əşyaları ilə birlikdə 53000 manata satmalarını və həmin puldan borclarına çıxılmasını deməmişdir. Onun heç kimə, o cümlədən də qardaşı xxxa (12600 manat əmək haqqı borcu), nə də Əliyullah adlı şəxsə borcu (7600 manat) olmamış, evin satışından kiməsə olan borcunu ödəmələrini heç kimə de məmişdir. Eləcə də əgər onun kiməsə borcu olsa belə, həmin borcların silinməsi üçün faktiki olaraq ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən 4 sot torpaq sahəsini və orada tikdirdidiyi 2 mərtəbəli, ümumi sahəsi 70 kv.metr olan evinin satılmasına razılıq verməmişdir. Bu barədə nə cavabdeh, nə də onun tərəfini saxlayan şahidlər məhkəməyə heç bir yazılı sübut təqdim etməmişlər; - iddiaçının yalnız İlqar Hacıyevə 8000 ABŞ dolları (13600 manat) borcu olmuşdur ki, həmin məbləğin əşyaları ilə birlikdə 157000 manat məbləğində olan 2 mərtəbəli evinin dəyərindən çıxılmasına məhkəmə iclasında razılıq vermişdir, qalan 143400 manat məbləği, torpağın alınması üçün cavabdeh xxxa verdiyi 18800 ABŞ dollarını və mənəvi ziyana görə 25000 manat məbləğində pulu m əhkəmədə cavabdehdən onun xeyrinə olaraq alınmasını tələb etmişdir. Lakin məhkəmə qərəzli olaraq adları qeyd olunan şəxslərin ifadələrini iddia tələbini qismən rədd edən sübut kimi qəbul etmişdir; - bundan başqa, əgər cavabdeh xxxun atası və onun qardaşı xxxa əmək haqqı borcu olmuşsa, qardaşı xxx ona qarşı iddia qaldıra bilərdi. Həmçinin də, qardaşı xxx Azərbaycanda deyil, Moskva şəhərində fəaliyyət göstərən "xxxx" MMC-də işləmişdir. Belə olan halda qardaşı xxx ona qarşı deyil, "xxxx" MMC-yə qarşı Moskva şəhərində iddia qaldıra bilərdi; - məhkəmə iddia tələbindən kənara çıxaraq rəsmi qaydada ona qarşı iddia olmadığı halda onun evinin bazar qiymətindən dəfələrlə ucuz qiymətə satışından əldə olunmuş cüzi məbləğdə pulu (53000 manat) qanunsuz və əsassız olaraq daha da azaldır. Hətta məhkəmədə əmək haqqının alınması ilə əlaqədar olaraq qardaşı xxxun ona qarşı iddiası olmadığı halda, həmin məbləğdən əmək haqqı ödənişini silir; - məhkəmə iddia tələbini maddi ziyan hissədə qismən təmin etdiyi halda, habelə məhkəmə iclasında da cavabdeh tərəfindən get-gələ salınması, əsəb sarsıntıları keçirməsi, polisə, məhkəməyə müraciət etməsi təsdiq olunsa da, ona dəymiş mənəvi ziyanı tam rədd etmişdir. Halbuki, çəkdiyi mənəvi sarsıntılar, iztirablar səbəbli əlaqə olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir.

28. Cavabdeh də apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Cavabdehin apell yasiya şikayətinin dəlilləri belə olmuşdur: - iddiaçıya evin 53000 manata satılması barədə məlumat vermişdir. İlqarla evi satandan sonra onlara olan borcu 25800 manatı götürmüşlər. Həmin məbləğə daxil idi 11.000 ABŞ dolları (yəni 18700 manat) və bazara olan borcun əvəzi olaraq 7100 manat). Yerdə qalan puldan makler və vasitəçilərin pulu ödənilmiş, İddiaçıya 6700 manat pul qaytarılmışdır; - məhkəmənin qətnamədə 13800 manat pulun qalması ilə bağlı gəlmiş olduğu nəticə qeyri-müəyyən olaraq qalmışdır. Çünki həmin məbləğin necə hesablanması qətnamədə öz əksini tapmamışdır. İşin halarında göstərilən xüsusatlar birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında tam olaraq sübuta yetirilmişdir; - məhkəmə iclasında iştirak etmiş şahidlər öz ifadələri ilə bunları təsdiq etmişlər. Məhkəmə bütün qey d edilən hallara düzgün yanaşsa da nəticə etibarı ilə müəyyən etdiyi 13800 manat vəsaitin necə əmələ gəlməsini əsaslandırmamışdır. Belə ki, məhkəmədə şahid kimi ifadə vermiş xxx Əkbərov ona iddiaçınını 11.000 ABŞ dolları borcu olduğunu bildirsə də, məhkəmə həmin məbləği 12.000 manat kimi qəbul etmişdir. Halbuki göstərilən rəqəmlər arasında 7700 manat fərq vardır. Belə olan halda, məhkəmənin Mülki Məcəllənin 386, 433, 1091-ci maddələrinə istinad etməsi, mübahisəinin həlli baxımından düzgün olmamışdır.

30. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qətnaməsi cavabdehdən tutulmalı olan məbləğin müəyyən edilməsi his səsində dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğin 37.400 manat müəyyən edilməsi və cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən- məruzəçi), Vəfaddin İbayev, Rəşad Həsənov)

31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda sözügedən evin iddiaçının göstərişi ilə satılıb-satılmaması işin faktiki halları ilə müəyyən edilməmişdir, bu barədə mötəbər sübutlar təqdim edilməmişdir, həmin halın təsdiq edilməməsi özüözlüyündə iddia tələbinin əsassız olması demək deyil, çünki iddiaçı hal-hazırda ona dəymiş maddi və mənəvi ziyanı tələb edir.

32. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, hazırda işin mübahisə edilməyən halı ondan ibarətdir ki, evlə birlikdə torpaq sahəsi də ümumilikdə 53000 manata satılmışdır. Belə olan halda iddiaçının iddia tələbində göstərdiyi kimi “cavabdehin adına aldığı torpaq sahəsi üzərində apardığı tikinti işlərinə 150 000 manat, həmin evi mebellə təchiz etməsi üçün 7000 manat, torpaq sahəsinin alınması üçün isə 18 800 ABŞ dolları məbləğində xərc çəkməsi” öz təsdiqini tapmamışdır.

33. Cavabdehin iddiaçıya evin 53000 manata satılması barədə məlumat verməsi, İlqarla evi satandan sonra onlara olan 25800 manat borcu götürmələri, həmin məbləğin 11.000 ABŞ dollarının (yəni 18700 manat) və bazara olan borcun əvəzi olaraq (7100 manat), yerdə qalan puldan makler və vasitəçilərin pulunun ödənilməsini, iddiaçıya 6700 manat pul qaytarılmalı olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cav abdeh tərəf də evin satılmasından əldə edilmiş 53000 manat vəsaitdən hansı məbləğdə pulun iddiaçının borclarına ödəməsini sübut etməlidir. Lakin işin materiallarında iddiaçının Cavabdeh atasına əmək haqqı və digər borcunun olması müəyyən edilmir, eləcə də bu barədə sübutetmə yükü cavabdehin üzərinə düşsə də, qeyd olunan hallara dair hər hansı mötəbər sübutlar təqdim edilməmişdir, bundan başqa, cavabdeh makler və vasitəçilərə vəsait ödənilməsini də sübut edə bilməmişdir. Bunun əvəzində iddiaçı tərəf evin satılmasından əldə edilmiş 53000 manat vəsaitdən 15600 manat hissəsinin İlqar adlı şəxsə borcun ödənilməsi üçün verilməsini qəbul etmişdir. Baxmayaraq ki, iddiaçı apelyasiya şikayətində bu məbləği dəyişdirərək 13800 manat olduğunu bildirsə də, iddiaçının məhz birinci instansiya məhkəməsin də verdiyi izahatındakı məbləğlə bağlı etirafı (iddiaçıya çatası puldan 15600 manat vəsaitin İlqar adlı şəxsə ödənilməsi) əsaslı hesab edilməlidir.

34. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 53000 manat vəsaitdən cəmi 15600 manat vəsait iddiaçının göstərişi ilə başqa şəxsə verilmiş, qalan vəsaitin, yəni 37400 manatın isə yuxarıdakı əsaslandırma baxımından iddiaçının borclarına sərf edilməsi təsdiq edilməmişdir.

35. Apellyasiya instabnsiyası məhkəməsi Mülki Məcəllənin 386.1, 1091.1, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

36. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

37. İddiaçının kassasiya şikayətini dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə apellyasiya şikayətinin dəlillərinə qiymət verməyib və mübahisəni əmlaka dəymiş zərərə görə Mülki Məcəllənin 21-ci maddəsinin tələbləri baxımından araşdırmayıb. İşin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi üçün mülki iş materiallarında olan "xxxx" MMC-nin qiymətləndiricisi tərəfindən ona məxsus sözügedən tikilinin qiymətinin və smeta dəyərinin 124.000 manat olmasına dair rəyini nəzərə almayıb, həmin rəyi sübut kimi qəbul etməyib, araşdırmayıb və ümumiyyətlə, rəylə nəyə görə razılaşmamasının səbəblərini qətnamədə göstərməyib. Bununla da Mülki Prosessual Məcəllənin 9.3, 88, 217 və 220-ci maddələrinin tələblərini pozub, tətbiq edilməli olan maddi hüquq normalar ını tətbiq etməyib, tətbiq etdiyi normaları isə düzgün təfsir etməyib.

38. Cavabdeh də kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv, həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

39. Cavabdehin kassasiya şikayətinin dəlilləri isə belə olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi onun və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri mötəbər sübut kimi qəbul etməməkdə səhvə yol verib. Habelə, Mülki Məcəllənin 777-ci maddəsinin tələblərini hazırki mülki mübahisəyə tətbiq etməməklə həmin maddənin tələblərini pozub və onun əsassız varlanmasına istinad edərək, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Bundan başqa, sübutetmə vəzifəsini yalnız onun üzərinə qoymaqla mül ki prosessual normaların tələblərini pozub.

40. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)3833/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 dekabr 2021ci il tarixli, 2(103)- 11249/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmış, Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir.

41. Ali Məhkəmənin kassasiya şikayətləri üzrə mövqeyi belə olub: - iddiaçı torpaq sahəsinin satın alınması üçün cavabdehə 18.800 ABŞ dolları ödədiyini, fərdi yaşayış evinin tikintisinə isə 150.000 manat xərc çəkdiyini iddia edir. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, iddiaçının sözügedən torpaq sahəsini satın alması üçün 18.800 ABŞ dolları xərc çəkməsinin öz təsdiqini tapmadığını göstərsə də, bununla razılaşmaq olmaz. Belə ki, işə əlavə edilmiş sənədlərdən, o cümlədən Sabunçu bələdiyyəsi tərəfindən verilmiş 20 iyun 2005-ci il tarixli qəbzdən görünür ki, cavabdeh tərəfindən 400 kv.metr torpaq sahəsinin alqı-satqısı üçün Sabunçu bələdiyyəsinə 3.520.000 manat (AZM) pul ödənilib. Cavabdeh isə torpaq sahəsinin məhz iddiaçının vəsaiti hesabına satın alınmasını inkar etmir. Apellyasiya instansiyası məhkəməsi bu hallara, həmçinin cavabdehin 400 kv.metr torpaq sahəsini məhz iddiaçının tapşırığı ilə bələdiyyədən satın almasına diqqət yetirmədən, iddia olunan 18.800 ABŞ dolları ilə torpağın dəyəri kimi ödənilmiş 3.520.000 manat (AZM) pulun bağlılığını tam, hərtərəfli və obyektiv araşdırmadan, cavabdehin bu barədə izahatını iş ü zrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, müvafiq ekspertiza keçirib 400 kv.metr torpaq sahəsinin real bazar qiymətini müəyyən etmədən, iddiaçının torpaq sahəsini satın alması üçün 18.800 ABŞ dolları xərc çəkməsinin öz təsdiqini tapmadığına dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinin mənasına görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - digər tərəfdən, cavabdehin adına satın alınmış 400 kv.metr torpaq sahəsində iddiaçının öz vəsaiti hesabına fərdi yaşayış evi, digər tikililər inşa etməsi, həmçinin cavabdehin bu halları təsdiq etməsi də, həmin torpaq sahəsinin məhz iddiaçının vəsaiti hesabına alınması və sözügedən fərdi yaşayış evi və tikililərlə birlikdə 400 kv.metr torpaq sahəsinin bütövlükdə 53.000 manata satılmaması nəticəsinə gəlməyə əsas verir və bu, Bakı şəhərində olan daşınmaz əmlakın qiymətlərinə da açıq-aşkar uyğun deyil; - Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; Həmin Məcəllənin 777.2-ci maddəsinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; - sadalanan normaların mənasına görə, tapşır ıq müqaviləsi mülki hüquq münasibətləri iştirakçılarına bu münasibətlərdə öz seçimi ilə təyin etdiyi və müvafiq vəkalət verdiyi şəxs vasitəsilə iştirak etməyə imkan verən hüquqi vasitədir. Şərh olunan maddələrdə nəzərdə tutulduğu kimi, tapşırıq müqaviləsinə əsasən, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Göründüyü kimi, tapşırıq müqaviləsi, hər şeydən əvvəl, bir şəxsin (vəkalət verənin) digər şəxs (vəkalət alan) tərəfindən təmsil edilməsi haqqında ikitərəfli, konsensual, tərəflərin iradəsindən asılı olaraq əvəzli və ya əvəzsiz müqavilədir. Bu baxımdan, iddiaçının rəsmi sənədlərə əsasən 400 kv.metr torpaq s ahəsini cavabdehin vasitəsi ilə bələdiyyədən 20 iyun 2005-ci il tarixdə satın alarkən 3.520.000 manat (AZM) pul ödədiyi halda, həmin torpaq sahəsini və sonradan onun üzərində inşa etdiyi 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evini, habelə orada olan digər tikililəri 13 sentyabr 2017-ci il tarixdə bütövlükdə 53.000 manata satması inandırıcı, ağlabatan görünmür; - daha sonra, iddiaçının onun üçün 400 kv.metr torpaq sahəsini satın alması ilə bağlı cavabdehə müvafiq tapşırıq verməsi mülki iş materialları, habelə cavabdehin özünün izahatı ilə təsdiq olunduğu halda, onun torpaq sahəsini və üzərində olan fərdi yaşayış evini və orada olan tikililəri 53.000 manata satmasına dair cavabdehə hər hansı tapşırıq, səlahiyyət verməsi mülki iş materialları ilə müəyyən olunmur. Əksinə, iddiaçının izahatından, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, sözügedən fərdi yaşayış evi və orada olan digər tikililər faktiki olaraq 440 kv.metr torpaq sahəsində yerləşir və torpaq sahəsi ilə birlikdə 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin hazırda real bazar qiyməti 124.000 manat təşkil edir; - həmçinin işdən görünür ki, iddiaçı cavabdehə sözügedən torpaq sahəsini, fərdi yaşayış evini və orada olan digər tikililəri 53.000 manata satmasına dair hər hansı tapşırıq, səlahiyyət verməyib və ümumiyyətlə işdə, bu barədə heç bir mötəbər yazılı sübut yoxdur. Cavabdeh isə sözügedən torpaq sahəsini, fərdi yaşayış evini və orada olan tikilələri 53.000 manata məhz iddiaçının tapşırığı ilə satdığını göstərib iddiaya etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçü n məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. İddiaçı özü də cavabdehə belə bir tapşırıq, səlahiyyət vermədiyini bildirir. Belə olan halda, etirazının əsası kimi istinad etdiyi halları, habelə iddiaçının sözügedən tələblərinin əsassız olmasını sübut etmək yükü bilavasitə cavabdehin üzərinə düşür; - cavabdehin sözügedən fərdi yaşayış evini, orada olan tikililəri və torpaq sahəsini bilavasitə iddiaçının tapşırığı ilə onunla razılaşdırılmış qiymətə, yəni 53.000 manata satmasına dair işin halları, onun məhkəməyə təqdim etdiyi 13 sentyabr 2017-ci il tarixli ərizəsi, habelə həmin əmlaklara dair onun İlham Səbrəliyevin adına verdiyi 20 sentyabr 2017-ci il tarixli etibarnamə ilə təsdiq oluna bilməz. Belə ki, cavabdehin etirazında göstərdiyi halları ilk növbədə iddiaçı təsdiq etməlidir. İddiaçı isə nəinki cavabdehin irəli sürdüyü dəlilləri qəbul edir, əksinə iddia edir ki, cavabdeh sözügedən əmlakları onun razılığı olmadan satıb və satış qiymətini onunla razılaşdırmayıb. Halbuki, prosessual normaların mənasına görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutilarla təsdiq oluna bilməz; - notarial qaydada iddiaçı sözügedən torpaq sahəsinin, fərdi yaşayış evinin və orada olan tikililərin özgəninkiləşdirilməsi ilə bağlı cavabdehə hər hansı bir səlahiyyət vermədiyindən, onun etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün torpaq sahəsini, fərdi yaşayış evini və orada olan digər tikililəri 53.000 manata İlham Səbrəliyevə satmasına dair məhkəməyə təqdim etdiyi 13 sentyabr 2017- ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsi, habelə onun adına verdiyi etibarnamə sübutların mümkünlüyü baxımından mötəbər sübut kimi qəbul edilə və həmin sənədlər bilavasitə iddiaçının iradəsinin ifadəsi kimi qəbul edilə bilməz; - Mülki Məcəllənin 778.3, 779.1 və 781-ci maddələrinin mənasına görə, vəkalət alan tapşırıqları vicdanla həyata keçirməlidir. Öhdəliyin vicdanla həyata keçirilməsi dedikdə isə, ülki Məcəllənin 425-ci maddəsinə əsasən, öhdəliyin şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda, işgüzar adətlər və ya adətən irəli sürülən digər tələblərə əməl etməklə icrası anlaşılır; - vəkalət alanın təqsiri üzündən bu tələblərin pozulması nəticəsində vəkalət verənə dəym iş zərər üçün o, məsuliyyət daşıyır. Vəkalət alan tapşırıq müqaviləsi üzrə öz borcunu o, vaxt yerinə yetirmiş saylır ki, tapşırığın icrası üçün lazım olan bütün hərəkətləri vicdanla həyata keçirmiş olsun; - hazırki halda, iddiaçı tərəfindən verilmiş tapşırığın icrası üçün lazım olan bütün hərəkətləri cavabdehin vicdanla həyata keçirməsi mülki iş materialları ilə təsdiq edilmir. Belə ki, iddiaçı öz vəsaiti hesabına cavabdehə onun üçün öz adına 400 kv.metr torpaq sahəsi almağı tapşırdığı halda, cavabdeh tapşırıqdan kənara çıxaraq iddiaçının razılığı olmadan həmin torpaq sahəsini və sonradan onun üzərində inşa edilmiş fərdi yaşayış evini, orada olan digər tikililəri, qiymətini əvvəlcədən razılaşdırmadan, ümumiyyətlə bu barədə iddiaçıya hər hansı məlumat vermədən, faktiki İlham Səbrəliyevə sat maqla, sözügedən tapşırıq müqaviləsinin şərtlərini pozub. Göründüyü kimi, cavabdehin təqsiri üzündən tapşırıq müqaviləsinin pozulması nətcəsində iddiaçıya zərər dəyib və dəymiş zərərə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır; - apellyasiya instansiyası məhkəməsi hazırki mübahisənin obyektiv həlli üçün iş üzrə müvafiq ekspertiza keçirib fərdi yaşayış evinin və orada olan digər tikililərin real bazar qiymətlərini müəyyən etmədən, bu barədə iddiaçının tələbində və cavabdehin etirazında göstərdikləri xüsusi bilik tələb edən suallara aydınlıq gətirmədən, başqa sözlə cavabdehin təqsiri üzündən iddiaçıya dəymiş real zərərin məbləğini müəyyən etmədən, yalnız cavabdehin irəli sürdüyü arqumentlərlə, habelə onun tərəfindən məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə kifayətlənərək, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləği bütövlükdə 37.400 manat müəyyən edib; - cavabdeh iddiaçı ilə aralarında bağlanmış tapşırıq müqaviləsinin şərtlərini pozmaqla yanaşı, sonrakı mərhələdə hüquqi əsas olmadan onun hesabına həm də əsassız varlanıb. Tərəflər arasında sözügedən torpaq sahəsinin satın alınması mərhələsinədək tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olub və sonradan cavabdeh tapşırıq müqaviləsinin şərtlərindən kənara çıxaraq, faktiki iddiaçıya məxsus olan torpaq sahəsini, fərdi yaşayış evini və orada olan digər tikililəri faktiki İlham Səbrəliyevə satmaqla, iddiaçının hesabına əsassız varlanıb; - Mülki Məcəllənin 1091.1,1091.2 və 1092.1-ci maddələrinin mənasına görə, əsassız varlanma dedikdə, bir şəxsin heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etməsi anlaşılır, yəni bir şəxsin əmlak itkisi hesabına başqa şəxsin qanunsuz zənginləşməsi başa düşülür. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Nəzərə alanmalıdır ki, hər bir hüquqazidd hərəkət kimi əsassız varlanma da müəyyən hüquqi nəticələr yaradır. Buna görə də əsassız varlanma nəticəsində itkilərə məruz qalmış şəxsin pozulmuş hüququnun Mülki Məcəllənin 6.1.8-ci maddəsinə əsasən, bərpası təmin edilməlidir; - mülki qanunverciliyin prinsiplərinə əsaslanan bu müddəaya görə əsassız varlanmış şəxs əldə etdiklərini mərhum olanın tələbi ilə ona qaytarmalıdır. Bunun nəticəsində əsassız varlanmış şəxs hüquqazidd yolla əldə etdiklərindən məhrum olur, onlardan əsassız məh rum olmuş şəxs isə itirdiklərini əldə etmiş olur və nəticədə qanunçuluq bərpa edilir; - apellyasiya instansiyası məhkəməsi sadalanan normaların tələblərini pozaraq, tərəflər arasında yarınmış mülki hüquqi münasibətlərə aydınlıq gətirməyib və işin yuxarıda müəyyən edilmiş halları üzrə səhv nəticəyə gəlib və tətbiq edilməli olan qanunu tətbiq etməyib. Bu isə Mülki Prosessual Məcəllənin 386, 418.1, 418.2-ci maddələrinin tələblərinə görə, apellyasiya insiansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır; - bundan başqa, apellyasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayətində göstərdiyi cavabdehin adına satın aldığı torpaq sahəsində apardığı tikinti işlərinə görə 150.000 manat, evin mebellə təchiz edilməsinə görə 7.000 manat, torpaq sahəsini satın almağa görə 18.800 ABŞ dolları xərc çəkməsinə, habelə cavabdehin təqsiri üzündən ona 25.000 manat mənəvi zərər dəyməsinə, eləcə də onun İlqar Hacıyevə 15.600 manat deyil, 13.600 manat borcunun olmasına dair dəlilləri üzrə kifayət qədər araşdırma aparmayıb və onun apellyasiya şikayətini hansı dəlillərə əsasən təmin etmədiyini qətnamədə göstərməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətini hansı dəlillərə əsasən təmin etmədiyini qətnamədə göstərməyə borcludur. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

42. İddiaçı təkrar apellyasiya baxışı zamanı "xxxx" MMC-nin MB 15/1732 nömrəli, xx.xx.2022-ci il tarixli rəyini təqdim etmişdir. Həmin rəyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsin də yerləşən iki mərtəbəli fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixinə hesablanmış bazar dəyəri 135.000 manatdır.

43. Cavabdehin nümayəndəsi iddiaçının təqdim etdiyi rəylə razılaşmayaraq mübahisədə adı keçən evin qiymətləndirilməsi üçün ekspertiza təyin edilmsəni xahiş etmişdir.

44. Apellyasiya instansiyası məhkəməsi 31 yanvar 2023-cü il tarixli qərardadla əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Məhkəmə Ekspertizası Mərkəzinə tapşırmışdır.

45. Məhkəmə Ekspertizası Mərkəzi ekspertizanın aparılmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, cavabdeh tədqiq olunan obyektin ilkin vəziyyətdə saxlanmadığından ölçü işlərinin aparılmasına etiraz etmiş, eyni zamanda evdə yaşayan şəxs etiraz etdiyindən tədqiqat obyektinə vaxış keçirilməsi mümkün olmamışdı r.

46. Cavabdeh də apellyasiya baxışında "xxxx" MMC-nin LP 114/2023 nömrəli, xx.xx.2023-cü il tarixli rəyini təqim etmişdir. Həmin rəyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində yerləşən fərdi yaşayış evinin 2018-ci il tarixində bazar dəyəri 52.000 manat, 2023-cü il tarixdə 73.000 manat təşkil edir.

47. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Nizami Rayon Məhkəməsinin 2(007)-770/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 73.000 (yetmiş üç min) manatın alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin və apellyasiya şika yətinin verilməsi üçün ödənilmiş (30+15=45) cəmi 45 (qırx beş) manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov, Namiq Cəfərov)

48. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı özü də məhkəmə iclasında hazırda evin yeni sahibinin evdə əsaslı tikinti işləri apardığını, evin ölçülərində və təmirində əsaslı dəyişiklik olduğunu qeyd etmiş, hazırda keçirilən ekspertiza nəticəsində onun həmin vaxt mənzilə çəkdiyi xərci dəqiq müəyyən etməyin mümkün olmayacağını bildirmişdir.

49. Bununla yanaşı, həmin fərdi yaşayış evinin bazar dəyəri ilə bağlı iddiaçı tərəfindən ayrı-ayrılıqda iki, cavabdeh tərəfindən bir mütəxəssis rəyi təqdim edilmişdir. İddiaçı tərəfindən təqdim olunan "xxxx" MMC-nin M B 15/1732 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixinə hesablanmış bazar dəyəri 135.000 manat təşkil edir. İddiaçı tərəfindən təqdim olunan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən həmin evin bazar dəyəri 124000 manatdır.

50. Cavabdeh tərəfindən təqdim olunan "xxxx" MMC-nin LP 114/2023 nömrəli, xx.xx.2023-cü il tarixli rəyində evin 2018-ci il tarixində bazar dəyəri 52.000 manat, 2023cü il tarixdə 73.000 manat təşkil edir.

51. Apellyasiya instansiyası məhkəməsi iddiaçının verdiyi hər iki mütəxəssis rəyini qiymətləndirib, həmçinin iddiaçının məhkəmə kollegiyasında ümumilikdə 65-70 min manat xərc çəkməsi ilə bağlı izahatını da diqqətə alıb, eləcə də hə min mütəxəssis rəyləri arasında olan ziddiyyətləri nəzərə alaraq, hesab etmişdir ki, mütəxəssis rəyləri iddiaçının tələb etdiyi maddi zərərin müəyyən olunması zamanı əsas götürülə bilməz və onlara tənqidi yanaşılmalıdır.

52. Apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi mütəxəssis rəylərini araşdırarkən həmin ərazinin əsasən bataqlıq və namünasib yer olması barədə proses iştirakçılarının verdikləri məlumatları da nəzərə almış və hesab etmişdir ki, iddiaçıya məxsus olmuş fərdi evin bazar dəyərinin 73.000 manat olması ilə bağlı cavabdehin təqdim etdiyi "xxxx" MMC-nin LP 114/2023 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi daha inandırıcı və ağılabatan olmaqla işin hallarına uyğundur.

53. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə qənatə gəlmişdir ki, i ddia tələbi maddi zərər hissədə qismən təmin edilməli, maddi ziyan ilə bağlı cavabdehdən 73.000 manat pul vəsaiti alınaraq iddiaçıya verilməli, iddia tələbi maddi zərərlə bağlı qalan hissədə, mənəvi zərərlə bağlı isə bütünlüklə təmin edilməməlidir.

54. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin həmin evdə olan və iddiaçıya məxsus mebellərlə bağlı hissəsində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin araşdırmaları ilə mübahisəsiz olaraq müəyyən olunmuşdur ki, məhz iddiaçının öz qohumları tərəfindən həmin evdən əşyalar götürülərək aparılmışdır, buna görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir.

55. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsində apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, həmin iddianı təmin etməyən rayon məhkəməsi iddiaçının özünə mənəvi zər ər vurulmasına, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməməsinə görə rədd etmişdir.

56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsus atlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

57. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, hazırkı işin halları ilə də cavabdehin hərəkətləri nəticəsində idiaçının məyus olması, özünü gücsüz sayması, ümidsizliyə qapanması, bunlarınsa onun şüurunda mənfi reyaksiyaya səbəb olması, demək ki, onun mənəvi sarsıntıya məruz qalması danılmazdır.

58. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər.

59. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırı lması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır).

60. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, bu işin halları baxımından iddia tələbinin maddi zərər hissədə qismən təmin edilməsi özözlüyündə mənəvi zərəri də kompensasiya edir, ona görə də iddiaçının tələbi mənəvi zərər hissəsində sübut edilməməsi əsası ilə deyil, məhz yuxarıda qeyd edilən əsasla təmin edilməməlidir.

61. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 386.1, 777.1, 777.2, 778.1, 778.3, 779.1, 781, 1091.1, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

62. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

63. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin nə üçün evin 2018ci il üzrə dəyərinin əsas deyil, 2023-cü il üzrə müəyyən edilmiş 73000 manat dəyərin əsas götürülməsinə dair əsaslandırma aparılmamışdır. Halbuki iş materialları ilə və iddia ərizəsindəki tələblə müəyyən edilir ki, mübahisə 2018-ci ilə aiddir və belə olduğu halda məhkəmə mütəxəssis rəyini əsas götürəcəyi halda mütləq 2018-ci ilə dair qiyməti əsas götürməli idi, yəni 52.000 manat dəyəri. Bundan başqa, məhkəmə qətnamənin əsaslandırma hissəsində bir sıra şahid ifadələrini, ən önəmlisi isə evi almış şəxsin izahatını qeyd edərək göstərmişdir ki, evin alıcısı evi 53.000 manata aldığını etiraf etmişdir. Hətta iddiaçının evi geri istəməsi halında ona 53000 manatı geri qaytarmasını və evi təhvil almasını da təklif etməsini bildirmişdir. Amma məhkəmə bu halı da nəzərə almamışdır. Bundan başqa, iş materiallarını sadalayan məhkəmə evin satılmasında iştirak edən şəxslərin, vasitəçilərin və əldə olunan vəsaitin bir qismini iddiaçıya vermiş şəxslərin izahat və ifadələrini də hüquqi qiymətləndirmə etməmişdir. Eyni zamanda iddiaçı məhkəmədə etiraf etmişdir ki, evin satışından xəbərdar olmuş və hətta onun tapşırığı ilə 15600 manat vəsaitin İlqar Hacıyevə ödənilməsini bildirmişdir. Belə olan halda məhkəmə əgər mütəxəssis rəyindəki 2018-ci il üzrə qiymətləndirməni (52000 manat) və iddiaçının öz ifadəsini (15600 manat) nəzərə almış olsa idi bu zaman məbləğ 36400 manat kimi müəyyən edilə bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

64. Kassasiya şikayətinə iddiaçı yazılı etiraz vermişdir. Etirazda işin faktiki hallarına istinad edilməklə, qətnamənin dəyişdirilmədən saxlanması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir; Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkal ət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir; Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır; Maddə

781. Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hes abat verməlidir; Maddə 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi ist inad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadı nı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

65. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni həmin hissədə yoxlayır.

67. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

69. Apellyas iya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

70. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

71. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

72. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi kassa siya instansiyası məhkəməsinin göstərişinə əməl edərək, mübahisədə adı keçən əmlakın dəyəri barədə tərəflərin təqdim etdiyi rəylərə qiymət verməklə evin dəyərini müəyyən etmişdir.

73. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər kassasiya instansiyası məhkəməsinin əvvəlki mövqeyi baxımından əsaslı deyil.

74. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

75. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-734/2023 nömrəli, 15 avq ust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar