Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4614/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka pre dmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-752/2022 nömrəli, 06 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2019-cu il tarixli, XDEN-00153-17/19A saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 17000 manat məbləğində, aylıq əsasla qaytar ılmaq şərti ilə kredit verilmişdir. 2. xx.xx.2019-cu il tarixli, XDENG-00153-17/19A saylı sonrakı ipoteka müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli, XDEN-00153-17/19A saylı kredit müqaviləsinin təminatı qismində Cavabdeh ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini "xxxx" ASC-yə ipotekaya qoymuşdur.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən Cavabdeh məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən **********07-10301 reyestr nömrəli fərdi yaşayış evinə tutmanı n yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. 4. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, XDEN-00153-17/19A saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə Cavabdeh banka 14908,59 manat əsas borc, 2590,24 manat faiz borcu, 33,22 manat dəbbə borcu, ümumilikdə borcu 17532,05 manat təşkil edir. 5. "xxxx" MMC-nin 22 avqust 2019-cu il tarixli, 01/297 №-li ekspert rəyinə əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən yarımtikili 120 kv.m və yerləşdiyi 0,05 ha torpaq sahəsinin bazar qiyməti 42 000 (qırx iki min) manat, bazar qiymətinə uyğun likvid dəyəri 35700 (otuz beş min yeddi yüz) manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə akt ları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, XDEN00153-17/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə olan 14908,59 manat əsas borc, 2590,24 manat faiz borcu, 33,02 manat dəbbə borcu, ümumilikdə 17532,05 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan xx.xx.2019-cu il tarixli, XDEN-00153-17/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət üzrə Cavabdeh məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəll ə ünvanında yerləşən 0,05 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh Bank "xxxx" ASC-nin xeyrinə tutulması, fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, XDEN00153-17/ 19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 17000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçıyla XDENG-00153-17/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini ipotekaya qoymuşdur. Sonrakı ipoteka predmeti Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə X1 arasında Sumqayıt şəhərində bağlanmış xx.xx.2018-ci il tarixli, DEN-00051-17/18A saylı kredit müqaviləsi üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "x xxx" ASC-nin “Sumqayıt” filialı ilə X1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, DENG-00051-17/18A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-yə ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə ödənişləri lazımi qaydada icra etməmiş, ona edilən xəbərdarlığa məhəl qoymamış və nəticə onun iddiaçıya ümumilikdə 17503,83 manat məbləğində borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddia tələbi təmin olunmalıdır.
8. Abşeron rayon Məhkəməsinin 2(012)-1428/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadları ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 9. "xxxx" MMC-nin 12 avqust 2021-ci il tarixli, 315/E №-li ekspert rəyinə əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən yarımtikili 120 kv.m və torpaq sahəs isə 0,05 ha torpaq sahəsinin b azar qiymətinin bazar qiymətinə uyğun likvid dəyəri 35000 (otuz beş min) manat müəyyən edilmişdir.Məhkəmə ekspertiza rəyini tədqiq edib, hesab edir ki, həmin rəyini təkzib edən digər sübutlar mövcud olmadığından, iddia tələbi həmin rəy əsasında qiymətləndirilməlidir.
10. Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(012)-1428/2021 saylı qətnaməsi ilə (E.Məmmədov) iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli XDEN-00153-17/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə olan 14908,59 manat əsas borc, 2590,24 manat faiz borcu, 5 manat dəbbə borcu, ümumilikdə 17503,83 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat ban k xidməti haqqının Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə tutulması, Cavabdeh ilə bağlanılan xx.xx.2019-cu il tarixli, XDENG-0015317/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldilməsi, açıq hərracda satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın likvid qiymətinin 35000 Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi, həmin əmlak boşaldılması hissəsində təmin edilm əsi, iddia tələbi ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması hissəsində rədd edilməsi qət edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçı təşkilatın cavabdehdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır.
12. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab etmişdir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlmişdir. Belə ki, hesablanmış 33,02 manat məbləğində cərimə pulu cavadehin on suzda ağır olan maddi durumunu daha da ağırlaşdıra bilər. Ona görə də məhkəmə hesab etmişdir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 5 manat məbləğində olmalıdır.
13. Məhkəmə Cavabdeh kredit ödənişlərini ardıcıl olaraq uzun müddət ödəməməsini müqavilənin əhəmiyyətli pozuntusu kimi qiymətləndirmişdir və Mülki Məcəllənin 421-ci maddəsinin tələbləri baxımından iddiaçının müqavilənin vaxtından əvvəl ləğv edilməsi tələbini qanuni sayır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, bağlanılmış xx.xx.2019-cu il tarixli XDEN-00153-17/19A saylı kredit müqaviləsi ləğv olunmalıdır.
14. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir.
15. Məhkəmə hesab etmişdir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələblərinə əsasən, Cavabdeh mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan sonra həmin ev boşaldılmalı və Banka təhvil verilməlidir.
16. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutul ması hissəsində hesab etmişdir ki, iddia bu hissədə də konkret olmadığından və bu barədə mötəbər sübutlar təqdim edilmədiyindən təmin oluna bilməz.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki MəcəlləSİnin 425.1, 442, 445.2.1, 448.1, 462.1, 739.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34.1, 59.3, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
19. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. O, iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, Bank "BTB ASC ilə xx.xx.2019-cu ildə kredit müqaviləsi bağlamış və həmin kredit müqaviləsinə əsasən, bank ona istifadə üçün 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 17.000 manat məbləğində kredit vermişdir və o, həmin kredit məbləğini aylıq ödənişlərlə qaytarmaq şərti ilə öhdəlik götürmüşdür. Eyni zamanda kreditin təminatı olaraq xx.xx.2019-cu il tarixli XDENG-00153-saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0.05 ha sahəsini və üzərində yerləşən fərdi yaşayış evini ipotekaya qoymuşdur. O, 17.000 manat borcdan ödənişlər etsə də, sonradan Koronavirus (Covid 19) infeksiyası ilə bağlı tətbiq edilmiş karantin rejimi ilə bağlı işi dayandığından kredit ödəni şlərini edə bilməmiş və borcu yaranmışdır. Lakin iddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən onun koronavirus (Covid 19) infeksiyası ilə bağlı tətbiq edilmiş karantin rejimi ilə bağlı zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkar olmasını nəzərə almamış, sözügedən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 14908.59 manat əsas borca əlavə 2590.24 manat faiz borcu, 33.02 manat dəbbə borcu hesablayaraq, ümumilikdə 17532.05 manat məbləğində borcun tutulmasını tələb etmişdir. Halbuki, həmin tələb olunan borc onun pandemiya şəraitində zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyekti olduğu üçün yaranmışdır. Koronavirus (Covid 19) infeksiyası ilə bağlı tətbiq edilmiş karantin rejimi ilə bağlı zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət tərəfindən dəstəklənməsi tədbirlərinin davam etdirilməsi nəzərə alınmaqla Azərbaycan Mərkəzi Bankın (AMB) requlyativ siyasətinin iqtisadiyyatın dəstəklənməsi üzrə hökumət siyasəti ilə sinxronlaşdırılması məqsədilə, kredit təşkilatlarının tənzimləmə yükünün azaldılması və maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının qorunması istiqamətində 30 dekabr 2020-ci il tarixinədək qəbul edilmiş qərarların və tövsiyələrin tətbiqi müddətinin 1 aprel 2021-ci il tarixinədək, daha sonra 01 iyul 2021-ci il tarixədək uzadılması məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020- ci il tarixli, 1950 nömrəli Sərəcamına və Nazirlər Kabineti tərəfindən qəbul edilmiş «Tədbirlər Planı»nın və sair icrası çərçivəsində tədbirlərlə bağlı kredit təşkilatlar ına əlavə cərimə, faiz, dəbbə pulu və digər cərimələrin hesablanmaması tövsiyə edilmişdir. Göründüyü kimi iddiaçı sadalanan xüsusatları nəzərə almamış və ondan əsassız şəkildə yüksək məbləğdə borc tələb edir. Habelə ipoteka predmeti olan evdə ailə üzvləri ilə birlikdə yaşayırlar, həmin evin əldən çıxması onun və ailəsinin maddi imkanını daha da ağırlaşdıracaqdır. Bu hallara məhkəmə lazımi hüquqi qiymət verə bilməmiş, iş üzrə yanlış nəticəyə gəlmişdir
20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-752/22 nömrəli iş üzrə 06 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər –Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari, T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sax lanılmışdır.
21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır.
22. Məhkəmə cavabdehin apellyasiya şikayətinin əsassız hesab etmişdir. Özünün apellyasiya şikayətinin dəlilləri barədə Cavabdeh məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Buna əsasən də kollegiya yaranmış mübahisə barədə birinci instanasiya məhkəməsinin gəldiyi nəticə ilə tamamilə razılaşır.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 414.4, 415.2, 416.1, MPM-nin 385.1.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yedinən baxılması üçün apelyasiya məhkəməsinə qaytarı lması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsipini pozmuşdur. Belə ki, apelyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən aparılmış ödənişləri nəzərə almadan, həmin ödənilən məbləğləri belə tələb olunan borcdan çıxmadan eyni ilə birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunan məbləğdə iddia tələbinin təmin olunması ilə razılaşmışdır. Halbuki təqdim edilən qəbzdən görünür ki, cavabdeh tərəfindən 5000 manat ödəniş aparılmışdır.
26. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445, 448, 739, MPM-nin 8, 14, 77-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)
27. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şi kayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu
28. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir.
29. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipote ka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
30. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsası nda 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Mülki Məcəllə
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
34. Maddələr 448.1, 448.2. Ə gər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
35. Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
36. Maddə
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pi sləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmə nin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəs ində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış v ə (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Kassasiya şikayətinin dəlill ərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə a laraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-752/2022 nömrəli mülki iş üzrə 06 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.