Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-752/2022 06.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(012)-1428/2021 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(012)-1428/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 22.08.2019-cu il tarixli XDEN-00153-17/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 24.11.2020-ci il tarixinə olan 14908,59 manat əsas borc, 2590,24 manat faiz borcu, 5 manat dəbbə borcu, ümumilikdə 17503,83 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh ilə bağlanılan 22.08.2019-cu il tarixli, XDENG-00153- 17/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldilməsi, açıq hərracda satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın likvid qiymətinin 35000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi, həmin əmlak boşaldılması hissəsində təmin edilməsi, iddia tələbi ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması hissəsində rədd edilməsi qət edilmişdir (E.Məmmədov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 22.08.2019-cu il tarixli, XDEN00153-17/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 24.11.2020-ci il tarixinə olan 14908,59 manat əsas borc, 2590,24 manat faiz borcu, 33,02 manat dəbbə borcu, ümumilikdə 17532,05 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan 22.08.2019-cu il tarixli, XDEN-00153-17/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət üzrə Cavabdeh məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh Bank "xxxx" ASC-nin xeyrinə tutulması, fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 22.08.2019-cu il tarixli, XDEN-00153-17/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 17000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh 22.08.2019-cu il tarixdə iddiaçıyla XDENG-00153-17/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini ipotekaya qoymuşdur. Sonrakı ipoteka predmeti Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə X3 arasında Sumqayıt şəhərində bağlanmış 06.08.2018-ci il tarixli, DEN-00051-17/18A saylı kredit müqaviləsi üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə X3 arasında bağlanmış 06.08.2018-ci il tarixli, DENG-00051-17/18A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-yə ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə ödənişləri lazımi qaydada icra etməmiş, ona edilən xəbərdarlığa məhəl qoymamış və nəticə onun iddiaçıya ümumilikdə 17503,83 manat məbləğində borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. O, iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, Bank "BTB ASC ilə 22.08.2019-cu ildə kredit müqaviləsi bağlamış və həmin kredit müqaviləsinə əsasən, bank ona istifadə üçün 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 17.000 manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit vermişdir və o, həmin kredit məbləğini qabiliyyətinə uyğun olaraq aylıq ödənişlərlə qaytarmaq şərti ilə öhdəlik götürmüşdür. Eyni zamanda kreditin təminatı olaraq 22.08.2019-cu il tarixli XDENG-00153-saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0.05 ha sahəsini və üzərində yerləşən fərdi yaşayış evini ipotekaya qoymuşdur. O, 17.000 manat borcdan ödənişlər etsə də, sonradan Koronavirus (Covid 19) infeksiyası ilə bağlı tətbiq edilmiş edilmiş karantin rejimi ilə bağlı işi dayandığından kredit ödənişlərini edə bilməmiş və borcu yaranmışdır. Lakin iddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən onun koronavirus (Covid 19) infeksiyası ilə bağlı tətbiq edilmiş karantin rejimi ilə bağlı zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkar olmasını nəzərə almamış, sözügedən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 14908.59 manat əsas borca əlavə 2590.24 manat faiz borcu, 33.02 manat dəbbə borcu hesablayaraq, ümumilikdə 17532.05 manat məbləğində borcun tutulmasını tələb etmişdir. Halbuki, həmin tələb olunan borc onun pandemiya şəraitində zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyekti olduğu üçün yaranmışdır. Koronavirus (Covid 19) infeksiyası ilə bağlı tətbiq edilmiş karantin rejimi ilə bağlı zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət tərəfindən dəstəklənməsi tədbirlərinin davam etdirilməsi nəzərə alınmaqla Azərbaycan Mərkəzi Bankın (AMB) requlyativ siyasətinin iqtisadiyyatın dəstəklənməsi üzrə hökumət siyasəti ilə sinxronlaşdırılması məqsədilə, kredit təşkilatlarının tənzimləmə yükünün azaldılması və maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının qorunması istiqamətində 30 dekabr 2020-ci il tarixinədək qəbul edilmiş qərarların və tövsiyələrin tətbiqi müddətinin 1 aprel 2021-ci il tarixinədək, daha sonra 01 iyul 2021-ci il tarixədək uzadılması məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020- ci il tarixli, 1950 nömrəli Sərəcamına və Nazirlər Kabineti tərəfindən qəbul edilmiş «Tədbirlər Planı»nın və sair icrası çərçivəsində tədbirlərlə bağlı kredit təşkilatlarına əlavə cərimə, faiz, dəbbə pulu və digər cərimələrin hesablanmaması tövsiyə edilmişdir. Göründüyü kimi iddiaçı sadalanan xüsusatları nəzərə almamış və ondan əsassız şəkildə yüksək məbləğdə borc tələb edir. Habelə ipoteka predmeti olan evdə ailə üzvləri ilə birlikdə yaşayırlar, həmin evin əldən çıxması onun və ailəsinin maddi imkanını daha da ağırlaşdıracaqdır. Bu hallara məhkəmə lazımi hüquqi qiymət verə bilməmiş, iş üzrə yanlış nəticəyə gəlmişdir. Qeyd olunanlar əsasında şikayət təmin edilməlidir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iddiaçı bankla razılığa gəlmək üçün vaxt verilməsini xahiş etsə də, səbəblərini bildirmədən hazırki məhkəmə iclasına gəlməmişdir. İddiaçı Bank "xxxx" ASC-yə və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə işdə iştirak edən şəxlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 22.08.2019-cu il tarixli, XDEN-00153-17/19A saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 17000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Yenə iş materiallarında olan 22.08.2019-cu il tarixli, XDENG-00153-17/19A saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, 22.08.2019-cu il tarixli, XDEN-00153-17/19A saylı kredit müqaviləsinin təminatı qismində Cavabdeh ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini "xxxx" ASC-yə ipotekaya qoymuşdur. Yenə də işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 08.09.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən **********07-10301 reyestr nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. İş materiallarına əlavə edilmiş 24.11.2020-ci il tarixli arayışdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 22.08.2019-cu il tarixli, XDEN-00153-17/19A saylı kredit müqaviləsinə əsasən 24.11.2020-ci il tarixə Cavabdeh banka 14908,59 manat əsas borc, 2590,24 manat faiz borcu, 33,22 manat dəbbə borcu, ümumilikdə borcu 17532,05 manat təşkil edir. Yenə iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 22 avqust 2019-cu il tarixli, 01/297 №-li ekspert rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən yarımtikili 120 kv.m və yerləşdiyi 0,05 ha torpaq sahəsinin bazar qiyməti 42 000 (qırx iki min) manat, bazar qiymətinə uyğun likvid dəyəri 35700 (otuz beş min yeddi yüz) manat müəyyən edilmişdir. Yenə iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 12 avqust 2021-ci il tarixli, 315/E №-li ekspert rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 120 kv.m yarımtikili və yerləşdiyi 0,05 ha torpaq sahəsinin bazar qiymətinə uyğun likvid dəyəri 35000 (otuz beş min) manat müəyyən edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını rəhbər tutaraq hesab edir ki, iddianın təmin edilməyən hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən həmin hissədə araşdırma aparılmamalıdır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(012)-1428/2021 nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 22.08.2019-cu il tarixli XDEN-00153- 17/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 17000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh 22.08.2019cu il tarixdə iddiaçıyla XDENG-00153-17/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini ipotekaya qoymuşdur. Cavabdeh kredit müqaviləsi üzrə ödənişləri lazımi qaydada icra etməmiş və nəticə onun iddiaçıya ümumilikdə 17532,05 manat məbləğində borcu yaranmışdır. Nəticədə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddianı yuxarıdakı qaydada həll etmişdir. Bundan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə bankdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. İş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının borcunu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçının AR Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən hazırda həm müqavilənin vaxtından əvvəl ləğv olunması, həm də müqavilə üzrə kredit borcunun cavabdehdən alınması barədə tələbi haqlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu işdə olan obyektiv sübutlarla, o cümlədən bankın maliyyə arayışı ilə təsdiq olunur. Cavabdehin apellyasiya şikayətində hazırki kredit müqaviləsi üzrə borcun yaranmasını “Covid-19” pandemiyası ilə əlaqələndirməsi tamamilə əsassızdır. İşdən görünür ki, borclu cüzi ödəniş etməklə müqavilə öhdəliyini yerinə yetirməmişdir. Hesablanmış faiz borcu isə əsas borca mütənasibdir. Bu məbləğdən aşağı həddə borcunun olması barədə isə cavabdeh məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Apellyasiya şikayətindən görünür ki, cavabdeh ipoteka predmeti olan yaşayış evinə tutmanın yönəldilməsi hissəsində qətnamə ilə razılaşmır. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Yenə “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İşdə olan sənədlərdən müəyyən edlir ki, Cavabdehla iş üzrə üçüncü şəxs Tünzalə Aslanova ər-arvaddır. Cavabdeh ipotekaya qoyulan yaşayış evində qeydiyyatda təkdir. X5 Aslanova məxsus ev ipotekaya qoyularkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşdür. “İpoteka haqqında” Qanunun 59.43-cü maddəsinə görə isə Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi ipoteka redmeti olan yaşayış evinə tutmanın yönəldilməsi qanunla tənzimlənir və işə baxan məhkəmə bu qaydaya əməl etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin əsassız hesab edir. Özünün apellyasiya şikayətinin dəlilləri barədə Cavabdeh məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Buna əsasən də kollegiya yaranmış mübahisə barədə birinci instanasiya məhkəməsinin gəldiyi nəticə ilə tamamilə razılaşır. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(012)- 1428/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-752/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-752/2022
06.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququna xitam verilməsi - Müqavilələrin ləğv edilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver