Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4614/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qanunsuz həbsə almanın və məhkum etmənin nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2023-cü il tarixli, 2(103)3607/2023 nömrəli qətnaməsindən cavabd eh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı 28 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2022-ci il tarixli hökmü ilə birinci instansiya məhkəməsinin hökmü ləğv edilməklə, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olmasının sübuta yetməməsi əsası ilə bəraət verilmişdir.
2. İddia çı hüquqi yardıma görə 3 saylı Vəkil Bürosunun hesabına cəmi 1015 manat məbləğində pul ödəmişdir.
3. İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə əmək pensiyası almış, əlilliyinin etibarlılıq müddətinin 02 oktyabr 2021-ci il tarixdən bitməsi ilə əlaqədar 01 noyabr 2021-ci il tarixdən pensiya ödənişi dayandırılmışdır. Həmçinin ona 31 oktyabr 2021-ci il tarixədək Dövlət Sosial Müdafiə Fondundan İİ dərəcə müharibə əlilliyinə görə 350 manat məbləğində Prezident təqaüdü verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, istintaq orqanın qanunsuz hərəkəti nəticəsində ona dəymiş maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 7405,20 manat, mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 100000 manat, məhkəmə xərclərinin və məsrəflərinin əvəzinin ödənilməsi məqsədi ilə 3000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı qanunsuz olaraq tutulmuş, onun müdafiə hüquqları kobud şəkildə pozulmuş, hüquq və vəzifələri izah edilməmiş, istintaq hərəkəti iddiaçıya formal olaraq kağız üzərində təyin olunmuş müdafiəçinin iştirakı belə olmadan keçirilməklə keyfiyyətli hüquqi yardım almaq hüququ təmin edilməmişdir. Ortaixtisas təhsilli, əvvəllər pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərin könüllü iştirakçısı kimi dəfələrlə ağır yaralanaraq kontuziya almış, İİ dərəcəli əlil olan iddiaçıya, heç bir qanuni əsas olmadan hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən əvvəlcə psixi və fiziki təzyiqlər göstərilmiş, daha sonra ona heç bir aidiyyəti olmayan ağır cinayətə görə məsuliyyətə cəlb olunaraq 2 il müddətində azadlıqdan qanunsuz olaraq məhrum edilmişdir. Həbsdə olduğu müddət ərzində iddiaçıda olan xəstəliklər proqressivləşərək son həddədək kəskinləşmiş, həmçinin dəfələrlə müxtəlif başqa xəstəliklərə də yoluxaraq səhhətində ciddi problemlər yaranmışdır. 2021-ci ilin oktyabr ayında əlilliklə bağlı növbəti dəfə (hər beş ildən bir) Tibbi-Sosial Ekspert Komissiyasından (TSEK) keçmək vaxtı çatmış, lakin cəzaçəkmə yerində olduğundan həmin komissiyadan tam hə cmdə keçməyi administrasiya tərəfindən təmin edilməmiş, nəticədə əlillik müddəti bitmiş və həmin vaxtdan da həm əlilliyə görə pensiyadan, həm də müharibə veteranı kimi prezident təqaüdündən məhrum olmuşdur. Cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində iddiaçının şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, ona fiziki və mənəvi ziyan vurulmuş, uzun müddət qapalı şəraitdə saxlanıldığından səhhətində ciddi problemlər ortaya çıxmış, bu səbəbdən müalicəyə kəskin ehtiyacı yaranmışdır. Həmçinin, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 2 il həbsdə saxlanılaraq azadlıq hüququndan məhrum edilməsi iddiaçının son dərəcə inamsızlıq, narahatlıq, məyusluq hissləri keçirməyinə, stress, əzab və əziyyətlər yaşamağ ına səbəb olmuş, intihar etmək düşüncəsini belə ağlından keçirmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(006)3357/2022 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) iddia qismən təmin edilmiş, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 24000 manat məbləğində mənəvi zərərin, 7405,2 manat məbləğində maddi zərərin, 1015 manat məbləğində hüquqi yardımın əvəzi olmaqla, cəmi 32420,2 manat məbləğində pulun ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi, iddia tələbinin “mənəvi ziyan kimi 100000 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, işin mübahisəsiz halına görə iddiaçı 24 ay müddətində qanunsuz azadlıqdan məhrum edilmişdir. İddiaçı 24 ay ərzində ailəsindən və cəmiyyətdən təcrid olunm aqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. İddiaçıya vurulmuş mənəvi ziyanın məbləğinin ağlabatan və ədalətli sayılması baxımından hər ay üçün 1000 manat olmaqla, 24 ay üçün 24000 manat məbləğində müəyyən olunmalıdır.
8. Məhkəmə 7405,20 manat məbləğində maddi ziyanın ödənilməsi barədə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçının 2021-ci ilin oktyabr ayında əlilliklə bağlı növbəti dəfə (hər beş ildən bir) Tibbi Sosial Ekspert Komissiyasından (TSEK) keçmək vaxtı çatmış, lakin cəzaçəkmə yerlərində olduğundan həmin komissiyadan keçməyi administrasiya tərəfindən təmin edilməmiş, nəticədə əlillik müddəti bitmiş və elə həmin vaxtdan da iddiaçı həm əlilliyə görə hərbi pensiyadan, hə m də müharibə veteranı kimi prezident təqaüdündən məhrum olmuşdur. İddiaçı qanunsuz və əsassız olaraq həbsdə saxlanılması nəticəsində ikinci dərəcəli müharibə əlilliyinə görə hər ay 822,80 manat (350+472,80) olmaqla, 9 ay ərzində cəmi 7405,20 manat (822,80 x 9) məbləğində Prezident təqaüdü və pensiyasından məhrum olunduğu üçün həmin məbləğ də cavabdehdən tutulmalıdır.
9. İddianın hüquqi xidmət xərclərinin əvəzi kimi 3000 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsinə qiymət verərək məhkəmə qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinin tələbinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxar ılan tərəfə verilməsini qərara alır. Buna görə də hüquqi xidmət xərclərinin əvəzi 1015 manat məbləğində müəyyən edilməli və həmin pul məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 2-ci hissəsi, Cinayət Prosessual Məcəllənin 56.0.2 və 56.0.3-cü, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 4cü, Mülki Məcəllənin 21, 23, 1101.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli, "Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87. 6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli Qərarları ilə əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(006)- 3357/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2022-ci il tarixli, 2(103)-7039/2022 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Ə.Məhərrəmovadan və R.M.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(006)-3357 /2023 qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
13. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, məhkəmənin iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində iddiaçıya maddi zərər vurulması və buna görə də iddiaçıya kompensasiya ödənilməsi ilə bağlı mövqeyi düzgündür. Həmçinin iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara, iddiaçının 2 il (24 ay) müddətində azadlıqdan qanunsuz olaraq məhrum olunması faktı nəzərə alınarsa, birinci instansiya məhkəməsi mənəvi ziyana görə 24000 manat məbləğində pulun dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. İbtidai istintaq orqanı tərəfindən iddiaçıya münasibətdə cinayət təqibinin qanunsuz olaraq həy ata keçirilməsi nəticəsində iddiaçının müəyyən narahatçılıqlar, iztirab və sarsıntı keçirməsi labüddür. Bundan əlavə, iddiaçı qanunsuz və əsassız olaraq həbsdə saxlanılması nəticəsində İİ dərəcəli müharibə əlilliyinə görə hər ay 822,8 manat (350+472,8) olmaqla, 9 ay ərzində cəmi (822,8 x 9) 7405,20 manat məbləğində Prezident təqaüdü və pensiyasından məhrum olmuşdur.
14. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınma lıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.
15. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsin in, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
16. İş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
17. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2022-ci il tarixli, 2(103)-7039/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Azərbaycan Re spublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 03 aprel 2023cü il tarixli, 2(102)-1467/2023 nömrəli qərarı ilə (hakim A.Ə.Abbasovun məruzəsi ilə, hakimlər V.M.Məmmədovdan və Z.Ə.Əliyevdən ibarət tərkibdə) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2022-ci il tarixli, 2(103)- 7039/2022 nömrəli qətnaməsi qismən – 7405,20 manat maddi zərərə aid iddianın təmin edilən hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mənəvi zərər tələbi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək qeyd etmişdir ki, azadlıq hər insa n üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq 24 ay azadlıqdan məhrum olunmasının ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Buna görə, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla həmin məbləğin hər ay üçün 1000 manat olmaqla 24 ay üçün 24000 manat məbləğində müəyyən edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir. Bu baxımdan, kassasiya kollegiyası mənəvi zərərin həddi ilə bağlı apellyasiya məhkəməsinin qiymətləndirməsini əsaslı, cavabdehin bu hissədə kassasiya şikayətinin dəlillərini isə əsassız saymışdır.
20. Maddi zərərə münasibətdə kassasiya məhkəm əsi qeyd etmişdir ki, iddiaçının maddi zərəri iki ünsürdən ibarətdir: 3000 manat məhkəmə xərcləri və məsrəfləri (hüquqi xidmət xərcləri); 7405,20 manat məbləğində Prezident təqaüdü və pensiyadan məhrum olduğu əmək haqqı.
21. İddiaçının məhkəmə xərcləri və məsrəfləri barədə tələbi üzrə gəlinən nəticə də işin halları baxımından düzgün olmuşdur. Belə ki, iddiaçı həmin hissədə 3000 manat zərər tələb etsə də, məhkəmələr Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə istinadən həmin tələbin real olaraq təsdiqini tapan məbləğdə təmin edilməsini mümkün saymaqla yalnız sübut olunan hüquqi xidmət xərclərinin əvəzi kimi 1015 manat məbləğində pulun tutulmasını qət etmişlər.
22. Bununla belə, məhkəmə kollegiyası hesab etmişdir ki, maddi zərərin ikinci ünsürü olan iddiaçının 7405,20 manat məbləğində Pre zident təqaüdü və pensiyadan məhrum olduğu əmək haqqı hissəsi ilə bağlı iddia tələbinin təmin edilən hissəsində qətnamə əsaslı deyil. Belə ki, iddiaçı həmin hissədə iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin oktyabr ayında əlilliklə bağlı növbəti dəfə (hər beş ildən bir) Tibbi-Sosial Ekspert Komissiyasından (TSEK) keçmək vaxtı çatmış, lakin cəzaçəkmə yerində olduğundan həmin komissiyadan tam həcmdə keçməyi administrasiya tərəfindən təmin edilməmiş, nəticədə əlillik müddəti bitmiş və həmin vaxtdan da həm əlilliyə görə pensiyadan, həm də müharibə veteranı kimi prezident təqaüdündən məhrum olmuşdur. Əlilliyinin təkrar qiymətləndirilməsi isə yalnız 01 iyul 2022-ci il tarixdən sonra mümkün olacaqdır.
23. Kassasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, maddi zərərin ikinci ünsürü ilə bağlı iddia tələbini təmin edən məhkəmələr həmin dövr üçün iddiaçıya əlillik dərəcəsi verilib-verilməməsinə aydınlıq gətirməmişlər. İddiaçı özü əlilliyin yenidən qiymətləndirilməsinin 01 iyul 2022-ci il tarixdən sonra mümkün olacağını bildirmişdir. 24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.1-ci maddəsinə görə şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.
25. Göründüyü kimi, qanunvericilik şəxsin əlil sayılmasını müvafiq qiymətləndirmə keçirilməklə qərar əsasında müəyyən edilməsini nəzərdə tutur. Məhkəmələr işdə olan arayışlara istinad etsələr də, həmin arayışlarda əks edilən məlumatlara, ümumiyyətlə, qiymət verməmişlər. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 25 iyul 2022-ci il tarixli arayışa əsasən iddiaçıya həqiqətən də həmin Filialı tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə ödənilmiş əmək pensiyası, onun əlilliyinin etibarlılıq müddətinin 02 oktyabr 2021-ci il tarixdən bitməsi ilə əlaqədar 01 noyabr 2021-ci il tarixdən dayandırılmışdır (sonuncu pensiya ödənişi 472,80 manat). Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı “DOST Mərkəzi” tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli arayışa əsasən iddiaçı, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Dövlət Sosial Müdafiə Fondundan İİ dərəcə müharibə əlilliyinə görə 350 manat məbləğində Prezident təqaüdünü 31 oktyabr 2021-ci il tarixinə qədər almışdır. Hər iki arayışda iddiaçının İİ dərəcə əlilliyə görə müvafiq təminat almasına istinad edilmiş, üstəlik, əlilliyinin etibarlılıq müddətinin 02 oktyabr 2021-ci il tarixdən bitməsi göstərilmişdir. Buna görə də, iddiaçının təkrar qiymətləndirmə keçmədən ona əlilliyinin etibarlılıq müddəti ötdükdən sonrakı dövr üçün də əlilliyə görə pul təminatının tutulması düzgün sayıla bilməz. İddiaçı əlilliyinin yenidən qiymətləndirilməsinin 01 iyul 2022-ci il tarixdən sonra mümkün olacağını bildirsə də, işə baxan apellyasiya in stansiyası məhkəməsi həmin dövrdən sonra iddiaçının əlilliyinin yenidən qiymətləndirilməsi üçün müvafiq orqana müraciət edib-etməməsi, edibsə, ona yenidən əlillik dərəcəsi təyin edilib-edilməməsinə aydınlıq gətirməmişdir. Halbuki, iddiaçının həmin tələbi məhz bu halın (iddiaçıya növbəti yoxlama zamanı da əlilliyin təyin edilməsi) müəyyən edil-edilməməsindən asılı olaraq həll edilməli idi.
26. Kassasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının əlilliklə bağlı aldığı pensiya məbləği barədə təqdim etdiyi sübutu qanunvericiliyə uyğun qiymət vermədən yalnız ona istinad etməklə həmin hissədə iddianı təmin etmiş, apellyasiya məhkəməsi də işin yuxarıda qeyd edilən halına qiymət verməyib qətnaməni həmin hissədə dəyişdirmədən saxlamaqla eyni səhvi təkrarlamışdır. ç) Ape llyasiya instansiya məhkəməsində ikinci icraat
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2023-cü il tarixli, 2(103)-3607/2023 nömrəli qətnaməsi ilə (hakim F.H.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər F.V.Abdıyevdən və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, e2(006)-3357/2022 nömrəli qətnaməsi maddi zərərin əvəzinin ödənilməsi hissəsində dəyişdirilmiş, dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi qismində 5895,45 manat məbləğində pul vəsaitinin İddiaçı ödənilməsi qət edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi təkrar araşdırmanın nəticəsi olaraq müəyyən etmişdir ki, əvvəllər əlillik 2-ci qrup olsa da, iddiaçıya 14 oktyabr 2022-ci il tarixdən 3-cü d ərəcə əlillik təyin olunmuş, həmin tarixdən əlilliyə görə əmək pensiyası 325,05 manat məbləğində bərpa olunmuşdur. Həmçinin, prezident təqaüdünün məbləği də əlillik dərəcəsinə uyğun olaraq azaldılmaqla 330 manat təşkil etmişdir. Belə olduğu təqdirdə, maddi zərərin məbləği müəyyən olunarkən iddiaçıya yeni təyin olunmuş əlillik dərəcəsinə uyğun təyin olunmuş müavinatların məbləğləri əsas götürülməklə, maddi zərərin məbləği (325,05+330=655,05 x 9 ay = 5895,45) 5895,45 manat müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
29. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2023-cü il tarixli, 2(103)-3607/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qəra r çıxarılmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 43.3, 1096, 1100, 1101-ci, Mülki Prosessual Məcəllənin 387.2.8-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5 və 7-ci, “Büdcə sistemi haqqında” Qanunun 15 və 17-ci, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 19-cu maddələri, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamənin” 9.23-cü bəndi pozulmuşdur. Belə ki, hazırki halda vurulmuş ziyana görə Maliyyə Nazirliyi deyil, aidiyyəti pozuntunu törədən orqanı cavabdeh qismində cəlb edilməlidir. İddiaçıya münasibətdə cavabdeh heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbinin cavabdeh Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onların barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır.
31. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
32. İddiaçı kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
33. Etiraz belə əsaslandırılmışdır ki, apellyasiya məh kəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin verilməsində yeganə məqsəd apellyasiya məhkəməsinin çıxartdığı qətnamənin icrasını yubatmaqdır. Kassasiya baxışının hədləri:
34. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
35. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya məhkəməsinin əvvəlki icraatının nəticəsi olaraq apellyasiya məhkəməsinin qətnaməsi yalnız 7405,20 manat maddi zərərə aid iddianın təmin edilən hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Odur ki, təkrar apellyasiya baxışının predmetini qeyd olunan maddi zərərin tutulmasının əsaslılığının yoxlanılması təşkil etməklə, iddia bu hissədə qismən təmin olunmuşdur.
36. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin cavabdehin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq maddi zərərə dair iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
37. Azərbaycan Respublikasının Konstitusiyasının 68-cı maddəsinin İİ hissəsinə görə hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. 38. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4-cü maddəsinə müvafiq olaraq qanunda nəzərdə tutulanlara zidd olaraq tutulmuş və ya həbs olunmuş hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya almaq hüququ vardır.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş z ərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tə rəfindən tam həcmdə ödənilməlidir. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödən ilir. 40. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinə əsasən f iziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətb iq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatında irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.
44. Kassasiya şikayəti üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca nemətlərdən biridir. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, insanın bir sıra digər hüquqları deklarativ xarakter daşıyır. Bu mühüm hüquq “İnsan hüquqları haqqında Ümumi Bəy annaməsi”nin 3-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində, BMT-nin “Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 9-cu maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində geniş təsbit olunmuşdur.
45. İddiaçının qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi və məhkum olunması, sonradan isə ona bəraət verilməsi işin mübahisəsiz hallarıdır.
46. Həmçinin iddiaçıya vurulmuş maddi ziyana görə müvafiq kompensasiyanın verilməli olması və kompensasiyanın məbləği də mübahisə olunmur.
47. Hazırki kassasiya şikayətində mübahisələndirilən yeganə hal, iddiaçıya vurulmuş ziyana görə məsuliyyətin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulmasının ə sassızlığıdır.
48. Lakin, cavabdehin oxşar kassasiya şikayətinin dəlillərinə hazırki iş üzrə əvvəlki kassasiya icraatında hüquqi qiymət verilmiş, mənəvi ziyanın, habelə maddi zərərin bir hissəsinin cavabdehdən tutulmalı olmasına dair aşağı instansiya məhkəmələrinin mövqeyi təsdiq olunmuşdur.
49. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası bir daha qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Yəni dövlət orqanlarının fəaliyyəti nəticəsində hər hansı şəxsə ziyan vurulduqda, Azərbaycan Respublikası qanunla müəyyən olunan hədlərdə məsuliyyət daşıyır. 50. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 6cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
51. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edə n, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
52. Hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırki halda Maliyyə Naz irliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır.
53. Məhz bu hallar nəzərə alınmaqla, birinci instansiyası məhkəməsi iddianı qismən təmin edərkən, iddiaçıya vurulan ziyanın “Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi”ni qət etmişdir.
54. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgü n tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2023-cü il tarixli, 2(103)-3607/2023 nömrəli qətnaməsi maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.