Məhkəmə qərarları › İş №2(102)-4616/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4616/2021

21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4616/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4616/21 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı şəhəri, 21 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1971/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfin dən verilmiş kasasiya şikayəti üzrə işə 21 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş Prokurorluğunun qanunsuz hərəkətləri nəticəsində onun əsassız ittiham olunmağı, cinayət təqibinə məruz qalmağı və qanunsuz olaraq həbsdə saxlanıldığına görə dəymiş 27000 manat məbləğində maddi ziyanın və 100000 manat məbləğində mənəvi ziyanın kompensasiya olaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilm iş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, istintaq orqanı tərəfindən ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3- cü maddələri ilə ittiham elan olunmuşdur. Guya ki o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma, satma barədə istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə 10 may 2018-ci il tarixdə təxminən saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə gedən yolda cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvündən 15 ədəd polietilen bağlamada külli miqdarda 14860 qram tiryək və 10 ədəd polietilen bağlamada qablaşdırılmış külli miqdarda 9740,00 qram həşiş qətranı narkotik vasitələrini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, qeyd olunan narkotik vasitələrini 4 ədəd göy rəngli polietilen paketə yerləşdirib idarə etdiyi “VAZ-21083” markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilinin salonunun arxa oturacağının üstünə qoyaraq saxlamış, daşımış və həmin gün saat 15:00 radələrində BEndə “Fərid” şərti adı ilə alıcı qismində çıxış edən Dövlət Gömrük Komitəsi X2 Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin Əməliyyat-axtarış şöbəsinin rəisi X1 saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirinin sübuta yetirilməməsi əsası ilə barəsində bəraət hökmü çıxarılmışdır. Habelə, Azərbaycan Respublikasının Gömrük Komitəsinin əməkdaşlarının iş üzrə qanunsuz hərəkə tləri barədə 01 noyabr 2019-cu il tarixli xüsusi qərar çıxarılmışdır. Hökmü mübahisələndirən dövlət ittihamçısı apelyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli hökmünün ləğv edilməsini və ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyası həddində cinayət qanunvericiliyin tələblərinə uyğun azadlıqdan məhrumetmə cəzasının təyin olunması barədə hökm çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-95/2020 saylı, 06.03.2020-ci il tarixli qərarı ilə apelyasiya protesti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi o, məruz qaldığı əsassız və qanunsuz cinayət təqibinə görə 17 ay 21 gün qanunsuz olaraq həbsdə saxlanılmış və bu müddət ərzində səhhətində ciddi pozuntular baş vermişdir. O, həbs edilən günədək meyvə-tərəvəz alveri ilə məşğul olmuş və aylıq qazancı 1000 AZN-dən çox olmuşdur. Nəticədə iddiaçı cavabdeh orqanların səhvi nəticəsində ümumilikdə (17 ay x 1000 manat=17.000 manat) 17.000 manat məbləğində qazancından məhrum olmuşdur. Bundan əlavə, 10.05.2018-ci il tarixdən 01.11.2019-cu il tarixə kimi cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində onun əsassız olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılmaqla azadlıqdan məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə, həmçinin hüquqlarının müdafiə edilməsi üçün vəkillə müqavilə bağlanılması və müdafiə edə n vəkilin Bakı İstintaq Təcridxanasına aparılıb-gətirilməsinə ümumilikdə 10.000 manatdan çox pul sərf olunmuşdur ki, həmin məsrəfi də o, cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, onun təqsiri olmadığı halda 17 ay 21 gün müddətə haqsız yerə azadlıqdan məhrum edildiyi üçün, eləcə də heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona böyük mənəvi ziyan da dəymişdir. Belə ki, istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində iddiaçının çəkdiyi əzab-əziyyət onda əsəb pozğunluğu və ürək ağrısına gətirib çıxarmışdır. Belə ki o, barəsində heç bir əsas olmadan Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd edilən maddələri ilə cinayət işi başlanmış və iddiaçı 17 aydan çox ibtidai istintaq orqanında və məhkəmələrdə vaxt ını və əsəbini sərf etməyə məcbur olmuş, o cümlədən həmin müddət ərzində azadlıqdan məhrum edilmişdir. Nəticədə isə çox böyük psixoloji sarsıntılar, əsəb gərginlikləri keçirmişdir. Cavabdeh istintaq orqanının vurduğu maddi ziyanla yanaşı, həmçinin iddiaçının 17 ay 21 gün qanunsuz olaraq həbsdə saxlanılmağı və əsassız cinayət təqibinə məruz qaldığı üçün 100.000 manat məbləğində mənəvi ziyanı da ona ödəməyə borcludur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 oktyabr 2020-ci il tarixli, 2(006)-4162/2020 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia tələbi qismən təmin edilərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 3000 manat məbləğində pul vəsaitinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul e tdiyi qətnaməni onunla əsaslandırmışdır ki, nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona 27.000 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsi ilə bağlı qeyd edir ki, məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 3000 manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının 17 ay 21 gün həbsdə saxlanılmağı ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 3000 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli dir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 68.2-ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2, 56.0.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələri və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarı ilə əsaslandırmışdır. İddiaçı qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qə tnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsininin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Emin Mehdiyev- sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) 23 fevral 2021-ci il tarixli, 2(103)-1971/2021 saylı qətnaməsi ilə apelyasiya şikayətləri təmin olunmayaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(006)-4132/2020 saylı qətn aməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçı ona 27000 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də Kollegiya hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində iddianın təmin olunmamasına dair birinci instansiya məhkəməsinin qətnamə qanuni və əsaslıdır. Bundan başqa, iddiaçının 17 ay 21 gün həbsdə saxlanılmağı ona inamsızlıq, narahatlıq, məyusluq hiss ləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir. Beləliklə, Kollegiya toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 3000 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməsi hissəsində qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil2) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir. Belə ki, iddia ərizəsində qeyd edildiyi kimi, istintaq orqanının əməkdaşları barəsində xüsusi qərar çıxarılmış və AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılmışdır. Hələ məhkəmə istintaqı zamanı o, bildirmişdir ki, vəkili X5 ondan 20000 manat məbləğində pul alaraq ona Azərbaycan Respublikası CM-nin 206-cı maddəsi ilə ittiham irəli sürülməyəcəyi ilə bağlı istintaq orqanı irəli razılığa gəldiyini və pulu onlara verəcəyini bildirmişdir. Həmin epizodla bağlı aparılmış araşdırma nəticəsində AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru R tərəfindən 26.08.20 20-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, onun tərəfindən vəkil X3 verilmiş 20000 manat məbləğində pul vəsaiti rüşvət olmamış, həmin pul vəsaiti hüquqi yardım göstərilməsi üçün ödənilmiş pul vəsaiti olmuşdur. İddia ərizəsində vurulmuş maddi zərərin əvəzi kimi 27000 manat tələb etmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3- cü maddələri ilə ittiham elan olunmuşdur. Guya ki o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma, satma barədə istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə 10 may 2018-ci il tarixdə təxminən saat 13 radələrində Bakı şə həri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə gedən yolda cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvündən 15 ədəd polietilen bağlamada külli miqdarda 14860 qram tiryək və 10 ədəd polietilen bağlamada qablaşdırılmış külli miqdarda 9740,00 qram həşiş qətranı narkotik vasitələrini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, qeyd olunan narkotik vasitələrini 4 ədəd göy rəngli polietilen paketə yerləşdirib idarə etdiyi “VAZ-21083” markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilinin salonunun arxa oturacağının üstünə qoyaraq saxlamış, daşımış və həmin gün saat 15:00 radələrində BEndə “Fərid” şərti adı ilə alıcı qismində çıxış edən Dövlət Gömrük Komitəsi X2 Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin Əməliyyat-axtarış şöbəsinin rəisi X1 saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirinin sübuta yetirilməməsi əsası ilə barəsində bəraət hökmü çıxarılmışdır. Habelə, Azərbaycan Respublikasının Gömrük Komitəsinin əməkdaşlarının iş üzrə qanunsuz hərəkətləri barədə 01 noyabr 2019-cu il tarixli xüsusi qərar çıxarılmışdır. Hökmü mübahisələndirən dövlət ittihamçısı apelyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli hökmünün ləğv edilməsini və ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyası həddində cinayət qanunvericiliyin tələblərinə uyğun azadlıqdan məhrumetmə cəzasının təyin olunması barədə hökm çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-95/2020 saylı, 06.03.2020-ci il tarixli qərarı ilə apelyasiya protesti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi o, məruz qaldığı əsassız və qanunsuz cinayət təqibinə görə 17 ay 21 gün qanunsuz olaraq həbsdə saxlanılmış və bu müddət ərzində səhhətində ciddi pozuntular baş vermişdir. O, həbs edilən günədək meyvə-tərəvəz alveri ilə məşğul olmuş və aylıq qazancı 1000 AZN-dən çox olmuşdur. Nəticədə iddiaçı cavabdeh orqanların səhvi nəticəsində ümumilikdə (17 ay x 1000 manat=17.000 manat) 17.000 manat məbləğində qazancından məhrum olmuşdur. Bundan əlavə, 10.05.2018-ci il tarixdən 01.11.2019-cu il tarixə kimi cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində onun əsassız olaraq Azərbaycan Respublika sı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılmaqla azadlıqdan məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə, həmçinin hüquqlarının müdafiə edilməsi üçün vəkillə müqavilə bağlanılması və müdafiə edən vəkilin Bakı İstintaq Təcridxanasına aparılıb-gətirilməsinə ümumilikdə 10.000 manatdan çox pul sərf olunmuşdur ki, həmin məsrəfi də o, cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, onun təqsiri olmadığı halda 17 ay 21 gün müddətə haqsız yerə azadlıqdan məhrum edildiyi üçün, eləcə də heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona böyük mənəvi ziyan da dəymişdir. Belə ki, istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində iddiaç ının çəkdiyi əzab-əziyyət onda əsəb pozğunluğu və ürək ağrısına gətirib çıxarmışdır. Nəticədə isə çox böyük psixoloji sarsıntılar, əsəb gərginliyi keçirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun formalaşdırdığı mövqeyə görə qanunsuz həbsdə saxlanılma və azadlıqdan məhrum etmə ilə bağlı kifayət qədər yüksək məbləğdə mənəvi zərər ödənilir. Apelyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin müəyyən etdiyi 3000 manat məbləğində cüzi bir kompensasiya məbləğini dəyişməyərək onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatla ndırılmasına baxmayaraq, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət li olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsi mənəvi zərərin tutulması hissəsində dəyişdirilməli, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödəniləcək mənəvi ziyanın məbləği 17000 (on yeddi min) manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, istintaq orqanı tərəfindən İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3- cü maddələri ilə ittiham elan olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirinin sübuta yetirilməməsi əsası ilə barəsində bəraət hökmü çıxarılmışdır. Habelə, Azərbaycan Respublikasının Gömrük Komitəsinin əməkdaşlarının iş üzrə qanunsuz hərəkətləri barədə 01 noyabr 2019-cu il tarixli xüsusi qərar çıxarılmışdır. Hökmdən apelyasiya protesti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-95/2020 saylı, 06.03.2020-ci il tarixli qərarı ilə apelyasiya protesti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə o, 17 ay 21 gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqəd ədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə ba xmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyriadekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasla, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, a zadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9- cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzər də tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunverici liyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Qeyd edilən Məcəllənin 60.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu nun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həm in Qanunun 5-ci maddəsinə əsasən isə bu Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmu ş məbləğdən çıxıla bilməz. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 2-ci bəndinə əsasən, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə kollegiyası belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetir ilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə et mək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona 27.000 manat ziyan vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hes ab etmişdir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərin ə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. İddiaçıya vurulmuş mənəvi ziyanla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə kollegiyası iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməs ini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hə rəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququni bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüquqi pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması n əticəsində baş vermiş emosional amilləri–inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Mənəvi zərərin miqdarını müəyyən edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığını, bu sarsıntı və iztirabların uzun bir müddət ərzində, yəni 17 ay ərzində davam edəcəyini kifayət qədər nəzərə almayaraq mənəvi zərərin miqdarını nisbətən az müəyyən etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya vurulmu ş mənəvi zərərin əvəzi kimi müəyyən edilmiş 3000 manat pulun məbləği dəyişdirilərək 17000 manat müəyyən edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1971/2021 saylı, 23.02.2021-ci il tarixli qətnaməsi mənəvi zərərin tutulması hissəsində dəyişdirilərək dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödəniləcək mənəvi ziyanın məbləği 17000 (on yeddi min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar