Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4619/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4619/20 (Açar sözlər: torpağın dövlət ehtiyacları üçün alınması, maddi və mənəvi zərərin tutulması) Bakı şəhəri, 12 oktyabr 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının 16 yanvar 2020-ci il tarixli, 2(103)-980/2020 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh Cavabdeh ASC-nin kassasiya şikayətlərinə 12 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.1998-ci il tarixli 66 saylı qərarına əsasən Kənd Bələdiyyəsi tərəfindən iddiaçıya və onun ailə üzvlərinə 2.12 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir.
2. Torpaq sahəsi fındıq bağından ibarətdir.
3. JN-056F, kod 40507018 nömrəsiylə fındıq bağı dövlət reystrində qeydə alınmışdır. 4. xx.xx.2009-cu il tarixində iddiaçıya və ailə üzvlərinə xəbərdarlıq edilmədən "Cavabdeh" ASC-nin əməkdaşları tərəfındən 50 sot fındıq sahəsinə müdaxilə olunub, texnika yeridilərək fındıq sahəsində yerləşən 125 fındıq topası məhv edilib. a) B irinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi zərərin əvəzi olaraq 65375 manat və mənəvi zərərin əvəzi olaraq 45000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırıb ki, mülkiyyətində olan 2.12 ha torpaq sahəsinin 0,50 ha hissəsi Oğuz-Qəbələ-Bakı su kəmərinin altına düşüb. Həmin hissədə mülkiyyətində olan torpaqdan və torpağın üzərindəki 125 fındıq topasından məhrum olub.
7. Cavabdeh təşkilat təşkilat mülkiyyətində olan 2.12 ha torpaq sahəsinin 0,50 ha hissəsini dövlət ehtiyacı üçün götürsə də, ədalətli əvəz ödəməmişdir. 8. xx.xx.2009-cu il tarixindən bu günə qədər şəxsi mülkiyyətində olan 125 fındıq topasından ibarət olan fındıq bağından isti fadə edib gəlir götürə bilməmişdir. 9. "Cavabdeh" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya və ailəsinə küllü miqdarda ziyan vurulmuşdur.
10. İddiaçı faktla bağlı "Cavabdeh" ASC-yə dəfələrlə müraciət edib danışıq aparılmasını və dəyən zərərin ödənilməsini xahiş etmişdir. 11. "Cavabdeh" ASC-nin xx.xx.2009-cu il tarixli, 6/1861 saylı cavabında qeyd edilmişdir ki, su kəmərinin planına düşən şəxsi mülkiyyətində olan torpaq sahəsi mövcud qanunvericiliyə müvafiq olaraq həll ediləcək və hər kəs razı qalacaqdır. 12XXX iddiaçıya ünvanladığı xx.xx.2009-cu il tarixli, 772 saylı cavabda qeyd olunmuşdur ki, su kəmərinin planına düşən şəxsi mülkiyyətiniz dövlət ehtiyacları üçün torpaqların geri alınması qaydasına uyğun olaraq həll ediləcəkdir. Həmin rəsmi cavablar vəd olaraq qalmışdır.
13. Oğuz rayon İcr a Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 02 saylı sərancamına əsasən, Oğuz-Qəbələ-Bakı su kəməri altına düşən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin qiymətləndirilməsi barəsində komissiya təşkil olunmuşdur. Adı gedən komissiya tərəfindən onun fındıq bağı ilə əlaqədar akt tərtib olunmuşdur. 125 ədəd fındıq topası kəməraltı əraziyə düşmüşdür.
14. Akta əsasən 2008-ci ildə onun 50 sot su kəmərinin altına düşən torpağı 10837 manat dəyərində qiymətləndirilmişdir. 15. "Cavabdeh" ASC tərəflndən ailəsinə vurulan ziyanın miqdarı, aktda göstərildiyindən qat-qat yüksəkdir.
16. Ailəsinə vurulan ziyanın əvəzi cavabdehdən aşağıdakı qaydada məhkəmə qərarı ilə alınaraq ona verilməlidir: - 1 sot (ağacsız) torpağın bazar dəyəri 450 manat; - 1 sot fındıq bağının dəyəri 700 manat; - 1 topa fındıq ağacı nın məhsulu 9 kq; - 1 kq fındığın bazar qiyməti 3 manat.
17. Beləliklə ona vurulan maddi zərərin ümumi məbləği 65375 manatdır.
18. Mənəvi zərəri iddiaçı 45000 manat qiymətləndirmişdir.
19. İddiaçı tələbini hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 21, 157.1.9, 169.2.3, 247, 248, 1097.1, Torpaq Məcəlləsinin 70.5ci maddələrinə istinad etmişdir.
20. Cavabdeh "Cavabdeh" ASC -nin nümayəndəsi birinci instansiya məhkəməsində icraat vəsatət verərək, iddiaçının torpaq sahəsinin su kəmərinin altına düşüb-düşməməsini və zərərin məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmişdir.
21. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə məhkəmə-tikinti ekspertizası təyin edilmiş, ekspert qarşısında iddiaçın ın mülkiyyətində olan torpağın nə qədər hissəsinin Oğuz-Qəbələ-Bakı su kəməri altına düşməsi barədə sual qoyulmuşdur.
22. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, **********91 saylı mütəxəssis rəyinə əsasən iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə" əsasən hazırda faktiki olaraq yerləşdiyi əraziyə və ölçüyə uyğun olduğu, torpaq sahəsinin 0,4403 ha hissəsinin Oğuz-Qəbələ-Bakı su kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir.
23. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadı ilə məhkəmə-əmttəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında 0,4403 ha torpaqdan (torpaq sahəsi, 125 fındıq topası və fındıq məhsulu) məhrum olması nəticəsində iddiaçıya dəymi ş zərərin məbləğinin müəyyən edilməsi barədə sual qoyulmuşdur.
24. Aqronom arayışı təqdim edilmədiyinə görə xx xxx 2018-ci il tarixli qərardadla təyin edilmiş məhkəmə-əmttəşünaslıq ekspertizasından imtina edilir.
25. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Oğuz X2 Mərkəzinin xx.xx.2019-cu il tarixli, 100 saylı mütəxəssis rəyi ilə müəyyən edilib ki, Oğuz rayon Sincan kənd sakini İddiaçı məxsus JN-056F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə verilmiş 2,12 ha fındıq bağının Oğuz-Qəbələ-Bakı su kəmərinin keçdiyi əraziyə vizual baxış keçirilmişdir. Baxış zamanı mövcud bağın 6x6 sxemi ilə əkildiyi müəyyən olunmuşdur. Kəmərin altına vətəndaşın 0,44 ha bağ sahəsi düşmüşdür, bu da bağın salınma sxeminə əsasən 125 fındıq topasının məhv edildiyini göstərir. Bağ mə hv edilərkən tam məhsul dövründə olmuşdur. Tam məhsula düşmüş fındıq topasının məhsuldarlığı aqrotexniki qulluqdan asılı olaraq 8-15 kq arasında dəyişir. 26.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə-əmttəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında 0,4403 ha torpaqdan (torpaq sahəsi, 125 fındıq topası və fındıq məhsulu) məhrum olması nəticəsində iddiaçıya dəymiş zərərin məbləğinin müəyyən edilməsi barədə sual qoyulmuşdur.
27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 15554/15715 saylı ekspert rəyinə əsasən aparılmış tədqiqat nəticəsində Respublikada yerləşən ticarət şəbəkələrində, ağac satışı bazarlarında, Mərkəzdə olan məlumatlar və eləcə də, iş materiallarında olan, təqdim edilmiş mütəxəssis rəyinə əsasən məhsuldarlığı 8-15 kq olan 125 ədəd fındıq topasının məhv edilməsi nəticəsində dəymiş ziyan aşağıdakı kimidir: - 125 ədəd fındıq topasından əldə ediləcək gəlir – 6000 manat (125x12= 1500kqx4 m.); - 125 ədəd fındıq topası – 12500 manat. 28.İddiaçının təqdim etdiyi “xxxx” MMC-nin xx xxxxxxx 2019-cu il tarixli Mütəxəssis rəyi ilə Oğuz rayonunun ətraf kəndlərində və Sincan kəndində boş sahə torpağın hər sotunun 1200-1700 manat, flndı ağaclı torpağın hər sotunun 1700-2100 manat olması göstərilib. Beləliklə, 46 sot boş torpağın orta bazar qiyməti 69000 manat, 46 sot fndıq bağının orta bazar qiyməti 85000 manatdır.
29. İddiaçı ərizə verib torpağın hər sotunun 1000 manat qiymətləndiriməsini xahiş etmişdir.
30. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-109/20 19 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “Cavabdeh“ ASC-dən İddiaçı xeyrinə dəymiş maddi zərərin əvəzi kimi 0,44 ha torpaq sahəsinə görə hər sotu 1000 manatdan hesablanaraq 44000 manat, 125 ədəd fındıq topasına görə hər biri 100 manat olmaqla 12500 manat, əldən çıxmış faydaya görə 6000 manat və mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 63000 (altmış üç min) manat pul vəsaitinin tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun 15 (on beş) manatının cavabdeh “Cavabdeh“ ASCdən tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 160 (bir yüz altmış) manatın 80 (səksən) manatının İddiaçı, 80 (səksən) manatının cavabdeh “Cavabdeh“ ASC-dən tutularaq dövlət büdcəsinə keçirilməs i qət edilmişdir. (hakim Emin Mehdiyev)
31. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, o cümlədən ekspert rəylərinə istinadən müəyyən etmişdir ki, “Cavabdeh“ ASC tərəfindən OğuzQəbələ-Bakı su kəmərinin bir hissəsinin Oğuz rayonunun Sincan kəndi ərazisində İddiaçı məxsus olan bağ sahəsinin 0,44 ha hissəsində inşa edildiyi, bu zaman həmin sahədə əkilmiş 125 ədəd fındıq topasının məhv edildiyi, iddiaçının müraciət etməsinə baxmayaraq cavabdeh tərəfindən torpaq sahəsinə və ağac kollarının məhv edilməsinə görə müvafiq kompensasiya məbləği ödənilmədiyi və cavabdehin həmin hərəkətləri ilə iddiaçıya maddi və mənəvi ziyan vurulması təsdiqini tapır.
32. Məhkəmə “Cavabdeh“ ASC-dən İddiaçı xeyrinə dəymiş maddi zərərin əvəzi kimi 0,44 ha torpaq sahəsinə görə hər sotu ağlabatan hədd ə 1000 manatdan hesablanaraq 44000 manat, 125 ədəd fındıq topasına görə hər biri 100 manat olmaqla 12500 manat, əldən çıxmış faydaya görə 6000 manat və mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 63000 (altmış üç min) manat pul vəsaiti tutulmalı olmasını qət etmişdir.
33. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 29, Mülki Məcəllənin 21,152.1, 157.2, 157.4, 238, 1096-1099, “Torpaq islahatı haqqında” Qanunun 9, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3.1.1, 4.1, Torpaq Məcəlləsinin 101-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına və «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcr übəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı Qərarına istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
34. Cavabdeh “Cavabdeh“ ASC apelyasiya şikayəti verib, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
35. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, “Cavabdeh“ ASC bu işdə cavabdeh ola bilməzdi. “Cavabdeh“ ASC tərəfindən heç bir qanunsuzluğa yol verilməyib.
36. Azərbaycan Respublikası Prezidentinin 972 saylı xx xxxxxx 2005-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair” tədbirlər planının 1.1-ci bəndinə əsasən, Oğuz, Qəbələ rayonlarının ərazilərindən Bakı şəhərinə yeni su kəmərinin çəkilməsinə dair təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Nazirlər Kabinetinə və Cavabdeh ASC-yə tapşırılmışdır.
37. Azərbaycan Respublikası X3 2006-cı il büdcəsi barədə Azərbaycan Respublikası Prezidentinin 346 saylı, xx xxxxxx 2005-ci il tarixli Fərmanının 5-ci bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, X3 vəsaiti hesabına maliyyələşdirilən Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi iləbağlı işlərin həyata keçirilməsi üçün sifarişçi təşkilatları Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin və digər məsələləri həll etsin.
38. Azərbayca n Respublikası Nazirlər Kabinetinin 42s saylı, xx xxxxxx 2006-cı il tarixli Sərəncamına əsasən isə, X3 vəsaiti hesabına maliyyələşdirilən “Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi” obyektinin sifarişçisi kimi Cavabdeh ASC müəyyən edilmişdir.
39. Sözügedən layihə dövlət layihəsi olduğuna görə layihənin həyata keçirilməsi zamanı su kəmərinin altında və ya mühafizə zolağında qalan torpaq sahələrinin mülkiyyətçilərinə və istifadəçilərinə onların müvafiq hüquqlarının itirilməsi ilə bağlı kompensasiya verilməsi qanunvericiliyin torpaqların dövlət ehtiyacları üçün alınmasına dair müddəaları ilə həll olunur. 40. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentin in 382 nömrəli, xx xxxxxx 2011-ci il tarixli Fərmanının 1.1-ci bəndində göstərilir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində əzərdə tutulan “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Oğuz-Qəbələ-Bakı su kəməri ilə bağlı 211s nömrəli, xx xxxxxx 2009-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsinin 5-ci abzasına və 70-ci maddəsinin 8-ci bəndinə əsasən, Oğuz-Qəbələ-Bakı su kəmərinin və bununla əlaqədar olan digər qurğuların Oğuz rayonunun inzibati ərazisindəki hissəsinin mühafizə zolağında yerləşən və xüsusi mülkiyyətdə olan 781,53 hektar torpaq sahələrinin dövlət mülkiyyətindən eyni ölçüdə torpaq sahələri ilə əvəzləşdirilməsi (xüsusi mülkiyyətçilərə verilməsi) barədə Oğuz Rayon İcra Hakimiyyətinin və göstərilmiş bələdiyyələrin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq qəbul edilmişdir.
42. Nazirlər Kabinetinin bu qərarından göründüyü kimi iddiaçının bu mülki iş üzrə iddia ərizəsində qaldırdığı məsələlər həmin qərarın əsasında və qərarda adı çəkilən təşkilatlar tərəfindən həll edilməlidir və Cavabdeh ASC müvafiq normativ hüquqi aktlarla OğuzQəbələ- Bakı su kəmərinin çəkilməsi ilə bağlı sifarişçi təşkilat kimi müəyyən edilsə də, onun su kəmərinin çəkilişinin təsirinə məruz qalan torpaqların dövlət ehtiyacları üçün alınması və ya əvəzləşdirilməsi məsələsinə heç bir aidiyyəti və səlahiyyəti yoxdur.
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 42s saylı xx xxxxxx 2006-cı il tarixli Sərəncamına əsasən, X3 vəsaiti hesabına maliyyələşdirilən “Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi” obyektinin sifarişçisi kimi Cavabdeh ASC müəyyən edilmişdir.
44. Cavabdeh ASC müvafiq qanunvericilik aktları ilə üzərinə qoyulan vəzifələri icra edərək müəyyən edilmiş və razılaşdırılmış sənədlərə uyğun olaraq su kəmərinin çəkilməsini müvafiq qanunvericilik aktlarına əsasən həyata keçirmişdir.
45. Cavabdeh ASC-nin bu sahədə fəaliyyəti hər hansı hüquq normasına zidd olmamışdır.
46. İddiaçı apelyasiya şikayətini belə əsaslandırıb ki məhkəmə əldən çıxmış fayda məbləğini yalnız 1 il üçün hesablamış, həmin məbləği qətnamə qəbul olunan dövrədək hesablamalı olduğu halda bunu etməmişdir.
47. Torpaq sahəsinin 0,4403 ha hissəsi zəbt olunmasına baxmayaraq, məhkəmə həmin rəqəmi 0,44 ha kimi qəbul edib, ziyan məbləğini səhvən 300 manat azaltmışdır.
48. Məhkəmə xərcləri düzgün olmayaraq onun üzərinə qoyulmuşdur.
49. Mənəvi zərərin məbləğini az müəyyənləşdirilmişdir.
50. İddiaçı apelyasiya şikayətində Cavabdeh ASC-dən xeyrinə maddi zərərin əvəzi qismində 0,4403 ha torpaq sahəsinə görə hər sotu 1000 manatdan hesablanmaqla 44 300 manatın, 125 ədəd fındıq topasına görə hər biri 100 manatdan hesablanmaqla 12 500 manatın, əldən çıxmış fayda ya görə 66 000 manatın, mənəvi zərərə görə 49 500 manatın, cəmi 172300 manatın tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
51. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-980/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-109/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh ASC-dən torpaq sahəsinə görə hər sotu 1000 manatdan hesablanaraq 44 000 manatın tutulması” hissəsində dəyişdirilmiş, Cavabdeh ASC-dən 0,4403 ha torpaq sahəsinə görə İddiaçı xeyrinə tutulmalı olan məbləğ 44 300 (qırx dörd min üç yüz) manat müəyyənləşdirilmiş, qətnamə “iddiaçının ödədiyi 30 manat dövlət rüsumunun 15 (on beş) manatının Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi, ekspertiza tədq iqatının dəyəri olan 160 (bir yüz altmış) manatın 80 (səksən) manatının iddiaçıdan, 80 (səksən) manatının Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə keçirilməsi” hissələrində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia ərizəsini verərkən iddiaçının ödəmiş olduğu dövlət rüsumunun (bank xidmət haqqı ilə birlikdə) əvəzi qismində 31 (otuz bir) manatın Cavabdeh ASC-dən alınaraq ona ödənilməsi; keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 160 (yüz altmış) manatın Cavabdeh ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/hAZ85NABZ**********0003003944, SWİFT-BİK CTREAZ22, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcin əvəzi olan 60 (altmış) manatın Cavabdeh ASC-dən tutularaq “xxxx” MMC-nin hesabına (hesab №: AZ23AİİB********************, “xxxx” ASC-nin 1 saylı Xətai Filialı) köçürülməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin “mənəvi zərərə görə 500 manatın Cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməsi” ilə bağlı hissədə ləğv olunması və iddia tələbinin həmin hissədə də təmin edilməməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi) X4 Babayev)
52. Apelyasiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 42 S saylı Sərəncamı ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi üçün dövlət sifarişçisi Cavabdeh ASC təyin edilmiş, Nazirlər Kabinetinin xx xxxxxx 2009-cu il tarixli 211s nömrəli Sərəncamının 1-ci bəndin ə görə isə Torpaq Məcəlləsinin 6-cı maddəsinin beşinci abzasına və 70-ci maddəsinin 7-ci bəndinə əsasən Oğuz-Qəbələ-Bakı su kəmərinin və bununla əlaqədar olan digər qurğuların Oğuz rayonunun inzibati ərazisindəki hissəsinin mühafizə zolağında yerləşən və xüsusi mülkiyyətdə olan 781,53 hektar torpaq sahələrinin eyni ölçüdə torpaq sahələri ilə əvəzləşdirilməsi (xüsusi mülkiyyətçilərə verilməsi) üçün dövlət mülkiyyətindən torpaq sahələrinin verilməsi barədə Oğuz rayon İcra Hakimiyyətinin və müvafiq bələdiyyələrin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Torpaqvə Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifləri qəbul olunmuşdur.
53. Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi ilə əlaqədar torpaq sahələrinin alınması deyil, su kəmərinin və bununla əlaqədar olan digər qurğuların Oğuz rayonunun inzibati ərazisindəki hissəsinin mühafizə zolağında yerləşən və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin eyni ölçüdə torpaq sahələri ilə əvəzləşdirilməsi Oğuz Rayon İcra Hakimiyyətinə həvalə edilmiş, kəmərin tikintisi üçün dövlət sifarişçisi isə Cavabdeh ASC müəyyənləşdirilmişdir.
54. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya kompensasiya verilmədən ona məxsus torpaq sahəsində sifarişçi Cavabdeh ASC tərəfindən layihənin həyata keçirilməsi istiqamətində işlərin görülməsinə və mülkiyyətçilərin faktiki olaraq öz mülkiyyətlərindən məhrum edilmələrinə görə məsuliyyə t həmin ASC-nin üzərinə düşür və ASC-nin apelyasiya şikayətinin bununla bağlı dəlilləri əsaslı deyildir.
55. Bu qənaətə gələrkən aApelyasiya məhkəməsi xüsusilə onu da nəzərə alıb ki, Cavabdeh ASC-nin həmin arqumenti bənzər mübahisələr üzrə də araşdırma predmeti olmuş və qanuni qüvvəsini almış məhkəmə aktları ilə təkzib edilmişdir. 56.Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mübahisənin həlli zamanı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli rəyini əsasgötürməsini düzgün hesab etmişdir. Məhkəmə həmin rəyi kifayət qədər əsaslandırılmış və aydın olduğunu, həmçinin iş materiallarındakı digər sübutlarla ziddiyyət təşkil etmədiyini vurğulamışdır.
57. Bununla belə, apelyasiya məhkəməsi qeyd etmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri X idməti tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 0,4403 ha hissəsinin su kəmərinin mühafizə zolağının altına düşdüyünün müəyyən edilməsinə və bu halın mübahisəli olmamasına baxmayaraq, ekspert öz rəyində müvafiq sahəni 0,44 ha kimi göstərmiş, məhkəmə də həmin səhvi təkrarlayaraq torpaq sahəsinin qiymətini yanlışlıqla 44 000 manat hesablamışdır.
58. Buna görə də apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi müvafiq hissədə dəyişdirilməli, iddiaçıya və onun ailə üzvlərinə məxsus 0,4403 ha torpaq sahəsinin Bakı-Qəbələ-Oğuz su kəmərinin tikintisi ilə əlaqədar zəbt olunması ilə əlaqədar Cavabdeh ASC-dən iddiaçının xeyrinə tutulmalı olan kompensasiya həmin torpaq sahəsinin hər 0,01 ha-na görə 1000,0 (bir min) manat hesablanmaqla 44 300 (0,4403 ha x 1000 man at) manat məbləğində müəyyənləşdirilməlidir.
59. İddiaçıya fındıq topalarına görə 12 500 manat pul ödənilməsi hissəsində qətnamə əsaslı hesab edilmişdir. Çünki Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli rəyi ilə iddiaçıya məxsus torpaq sahəsində məhv edilmiş bir ədəd fındıq topasının şərti qiymətinin 100 manat olduğu göstərilmişdir
60. Apelyasiya məhkəməsi Cavabdeh ASC-nin apelyasiya şikayəti üzrə onu da qeyd etmişdir ki, iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin dəlillərində iddiaçının xeyrinə 12500 manat (125 fındıq topasına görə hər biri 100 manat olmaqla) pul tutulmasına etiraz, ümumiyyətlə, əsaslandırılmamışdır.
61. Apelyasiya məhkəməsinin qənaətinə görə, torpaqlar əvəz olunarkən bağ və həyətyanı torpaqlarda olan əmlakların əvəzinə hər hansı şəkildə kompensasiyanın verilməsinin konkret normativ sənəddə nəzərdə tutulmaması, bununla bağlı vəsaitin ayrılmaması, eləcə də alan orqanın müəyyən edilməməsi vurulmuş əmlak zərərinin əvəzinin tutulmasından imtina üçün əsas ola bilməz.
62. Apelyasiya məhkəməsi qeyd etdiklərinə əsasən birinci instansiya məhkəməsinin Cavabdeh ASC-dən iddiaçının xeyrinə məhv edilmiş 125 ədəd fındıq topasına görə hər biri 100 manat olmaqla 12 500 manat pul tutmaqda haqlı olması nəticəsinə gəlmişdir.
63. Apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi əldən çıxmış fayda kimi iddiaçının xeyrinə 6000 manat pulun tutulmalı olduğu qənaətinə gəlməkdə də haqlı olmuşdur.
64. İddiaçı apelyasiya şikayətində həmin məbləğin 1 il üçün deyil, ötən 11 il üçün hesablanmalı olduğunu irəli sürsə də, apelyasiya məhkəməsi nəzərə almışdır ki, iddiaçının müvafiq tələbi olmamış, maddi zərərlə bağlı iddia tələbinin həcmi isə ümumilikdə 65 375 manat təşkil etmişdir.
65. İddiaçının xeyrinə torpaq sahəsi və fındıq topalarına görə ümumilikdə 56 800 manat pul tutulmalı olduğu qənaətinə gəlindiyini və Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbini nəzərə alaraq apelyaisya məhkəməsi qeyd etmişdir ki, hazırkı icraat çərçivəsində iddiaçının əldən çıxmış faydasının ötən 11 illik müddət üçün hesablanması və şikayətində irəli sürdüyü kimi 66 000 manat müəyyənləşdirilməsi mümkün deyildir.
66. Bu zaman o da nəzərə alınmışdır ki, apelyasiya baxışı zamanı iddiaçının bənzər tələblə hələ 2012-ci ilin əvvəllərində iddia qaldırmış və Cavabdeh AS C-dən 20025 manat pul tələb etmişdir, lakin məhkəmə iclasına gəlmədiyi üçün iddiasının baxılmamış saxlandığı müəyyən olunmuşdur. Hazırkı iddianı 8 il sonra qaldırmış olması isə ötən müddət üçün əldən çıxmış faydanın hesablanmasına əsas vermir.
67. İddiaçının mənəvi ziyan tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni apelyasiya məhkəməsi əsaslı hesab etməmişdir.
68. Məhkəmə qeyd etmişdir ki, mənəvi ziyan tələbi kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir.
69. Apelyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh müəssisənin hərəkətlərinin pozuntu kimi tanınaraq ondan iddiaçının xeyrinə maddi ziyanın tutulması mənəvi ziyanın ədalətli kompensasiyasıdır və göstərilən səbəbdən həmin hissədə iddia təmin edilməməlidir.
70. Apelyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq, həmçinin birinci instansiya məhkəməsinin ödənilmiş məhkəmə xərclərinin iddiaçıya aid etməsini düzgün saymamış, məhkəmə xərclərinin məhz iddiaçının hüquqlarının pozulmasına yol açmış (səbəb olmuş) cavabdehə aid olunmasını qət etmişdir.
71. Apelyasiya məhkəməsi əlavə olaraq “Mülki Məcəllənin 247, Torpaq Məcəlləsinin 111 və 112-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
72. İddiaçı qətnamədən kassasiya şikayəti verib.
73. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, 11 il ərzində torpaqdan gəlir götürməməsi nəzərə alınmayıb. Nəzərə alınsa idi, hər il üçün 6000 manatdan bu məbləğ 66000 manat təşkil edərdi.
74. Hər fındıq ağacının qiyməti 300-400 manat olsa da, məhkəmələr ekspert rəyinə əsasən bunu səhvən 100 manat müəyyən etmişlər.
75. Torpağın hər sotu rəydə 1700-2100 manat müəyyən edilsə də, apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin səhvini aradan qaldırmamışdır.
76. Torpağın hər sotuna əlavə olaraq 20 faiz satınalma qiyməti də hesablanmalıdır.
77. Bundan əlavə, apelyasiya məhkəməsi mənəvi zərər tələbini rədd edərkən bunu əsaslandırmamışdır.
78. Cavabdeh ASC qətnamədən kassasiya şikayəti verib.
79. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılıb ki, “Cavabdeh“ ASC bu işdə cavabdeh ola bilməzdi. “Cavabdeh“ ASC tərəfindən he ç bir qanunsuzluğa yol verilməyib. b) Kassasiya şikayətlərinə qarşı tərəflərin etirazının dəlilləri
80. Kassasiya şikayətlərinə qarşı tərəflərin yaızlı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
81. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin vəkili Bağır-zadə Nofəl İsax oğlu təmsil etdiyi təşkilatın kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini, iddiaçının kassasiya şikayətinin təmin edilməməsini xahiş etdil.
82. İddiaçı məhkəmə kollegiyasında vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Kons titusiyası Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa et mək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Maddə 2 38.4. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. Maddə 247.1. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiya müxtəlif üsullarla hesablanır. Maddə 247.5. Alınmanın təsirinə məruz qalan şəxs ona ödənilməli kompensasiyanın bir və ya daha çox növünü seçə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Torpaq islahatı haqqında” Qanunun Maddə 9.Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun Maddə 3.1.1.Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alına biləcəyi dövlət ehtiyacıdır. Maddə 4.1. bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpa q və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Torpaq Məcəlləsi Maddə
101. Torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri ilə torpaqların keyfiyyətinin pisləşməsi nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilməlidir. Torpaq sahələri geri alınarkən qeyd ol unan xərclərlə yanaşı, habelə torpaq mülkiyyətçisinin üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü xərci də ödəməlidir. Vurulmuş zərəri, o cümlədən əldən çıxmış gəliri, geri alınan torpaq sahələrini əldə etmiş hüquqi və fiziki şəxslər, habelə fəaliyyəti torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşmasına, yaxud yaxınlıqda yerləşən torpaqların keyfiyyətinin pisləşməsinə səbəb olan hüquqi və fiziki şəxslər bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilən qaydada ödəyirlər. Zərərin ödənilməsi ilə əlaqədar mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Maddə
112. Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətin də işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hüququn tətbiqi ilə bağlı ali məhkəmə orqanlarının istinad edilən qərarları «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarı «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarı Kassasiya baxışının hədləri
83. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
84. Hazırkı kassasiya şikayətlərində iddiaçı və cavabdeh apelyasiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etsələr də, şikayətləri n dəillərindən görünür ki, qətnamə iddiaçı və cavabdeh tərəfindən müvafiq olaraq iddianın rədd və təmin edilən hissəslərində mübahisələndirilir. Buna görə də hazırki kassasiya baxışının predmeti iddiaçının kassasiya şikayəti üzrə iddianın rədd, cavabdehin kassasiya şikayəti üzrə iddianın təmin edilən hissəsindən ibarətdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
85. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsa s yoxdur.
86. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi hər iki apelyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
87. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətlərinin dəlillərini tam araşdırımış, həmin dəlillərə işin müəyyən edilmiş halları və tətbiq edilən qanunvericilik baxımından düzgün qiymət vermişdir.
88. İddiaçının mülkiyyətində olan torpağın 0,4403 ha hissəsinin Bakı-Qəbələ-Oğuz su kəmərinin tikintisi ilə əlaqədar mülkiyyətdən çıxması və bununla da iddiaçının zərərə düşməsi işin mübahisəsiz halı kimi müəyyən edilib.
89. Dəymiş maddi zərərin məbləği də ekspertiza rəyləri ilə təsdiq edilib.
90. İşin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normlarının dispozitiv şərtləri ilə üst-üstə düşür.
91. Apelyasiya məhkəməsi bütün sübutları, o cümlədən ekspert rəylərini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
92. İddiaçının kassasiya şikayətinin dəlilləri – əldən çıxmış faydanın 11 il üçün hesablanmaması, hər fındıq ağacının qiymətinin 300-400 manat qiymətləndirilməməsi, torpağın hər sotu ekspert rəyində 1700-2100 müəyyən edilsə də, həmin məbləğdə pulun tutulmaması, torpağın hər sotuna 20 faiz satınalma qiymətinin əlavə olunmalı olması, mənəvi zərər tələbini rədd edərkən apelyasiya məhkəməsinin bunu əsaslandırmaması – əsassızdır. Əvvəla, həmin dəlillərin bir qisminə apelyasiya instansiyası tərəfindən qiymət verilib.
93. İddiaçının kassasiya şikayətinin dəlilləri üzrə kollegiya da öz növbəsində qeyd edir ki, iddiaçı nın 11 il üçün əldən çıxmış fayda barədə tələbi olmamışdır. Bu dəlili apelyasiya məhkəməsi də eyni əsasla rədd etmişdir.
94. İddiaçı kassasiya şikayətində hər fındıq ağacının qiymətinin 300-400 manat olmasını göstərsə də, apelyaisya instansiyası ekspert rəyinə əsasən həmin qiymətin 100 manat olmasını müəyyən edib.
95. Torpağın hər sotunun ekspert rəyində 1700-2100 müəyyən edilməsinə baxmayaraq, hər sota görə 1000 manat tutulmasını iddiaçı səhv hesab etsə də, iddiaçı özü torpağın hər sotununa görə 1000 manat ödənilməsini xahiş etmişdir. Məhkəmə də düzgün olaraq həmin hissədə iddia tələbi həddində qətnamə çıxarımışdır.
96. Torpağın hər sotuna 20 faiz satınalma qiymətinin əlavə olunmalı olması barədə dəlil də əsassızdır. Çünki iddiaçının belə bir tələbi olmamışdır.
97. Bundan əlavə, iddiaçı a pelyasiya şikayətində torpağın hər sotuna 20 faiz satınalma qiymətinin əlavə olunmalı olması barədə hər hansı dəlil irəli sürməmişdir. Belə olan halda, apelyasiya şikayətində irəli sürmədiyi dəlilin apelyasiya instansiyası tərəfindən araşdırılmaması barədə kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.
98. Mənəvi zərər tələbini rədd edərkən isə apelyasiya məhkəməsi gəldiyi nəticəni qətnamədə əsaslandırmış və göstərmişdir ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. Həmçinin cavabdeh müəssisənin hərəkətlərinin pozuntu kimi tanınaraq ondan iddiaçının xeyrinə maddi ziyan tutulması mənəvi ziyanın ədalətli kompensas iyasıdır.
99. Məhkəmə kollegiyası mənəvi zərər tələbi ilə bağlı apelyasiya məhkəməsinin gəldiyi nəticəni və dəyərləndirməni də əsaslı hesab edir.
100. Cavavdeh təşkilatın hazırki iş üzrə iddiaya cavab verməli olmayan şəxs olması və iddiaçıya vurulmuş zərərdə təqsirinin olmaması barədə kassasiya şikayətin dəlilləri cavabdehin apelyasiya şikayətin dəlilləri ilə eyni və işin faktiki halları ilə əlaqəlidir.
100. Apelyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin həmin dəlillərinə və işin faktiki hallarına qiymət verildiyindən, məhkəmə kollegiyası da apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, cavabdehin kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətna məsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur.
101. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
102. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçıX və cavabdeh X Cavabdeh ASC-nin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli, 2(103)-980/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.