Məhkəmə qərarları › İş №2(102)-4619/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4619/2022

13.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4619/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istehlakçıların hüquqlarının pozulması, qüsurlu və keyfiyyətsiz malların verilməsi nəticələri, öhdəliyin yerinə yetirilməsi, beh məbləği, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı “istehlakçıların hüquqlarının pozulması, qüsurlu və keyfiyyətsiz ma lların təklif etmə hərəkətlərinin qanunsuz hesab edilməsi, öhdəliyin yerinə yetirilməsi, ödənilmiş beh məbləğinin qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2972/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2019-cu il tarixdə qızına cehiz almaq məqsədilə Bakı şəhəri, Babək prospekti, 74C ünvanında yerləşən “Lorenza” (“Yuvam Mobilya”) adlandırılan mebel mağazasından yerli istehsal olan ağ mirvari rəngli “LİZA” qonaq və yataq mebel dəstlərini almış, mebelin qiyməti 7000 manat dəyərində razılaşdırılmışdır. Tərəflər həmin məbləğdən 3000 manat 2 həftə müddətində, qalan 3000 manatını xx.xx.2019-cu ildə, qalan 1000 manatın isə mebellər oğlan evində (Sumqayıt şəhəri, St.Sumqayıt (Ceyranbatan) qəsəbəsində) tam quraşdırıldıqdan sonra qüsurlar olmadığı təqdirdə ödənilməsi barədə şifahi razılığa gəlmişlər. İddiaçı tərəfindən mağazaya əvvəlcədən ümumilikdə 6000 manat ödəniş edilmişdir. Ödəniş qəbzlərinə Cavabdeh1 adına olan möhür vurulmuşdur. Göstərilən mebellər müəyyən edilmiş vaxtda quraşdırılmamış, quraşdırıldıqdan sonra isə mebellərdə qüsurların olduğu aşkar edildiyindən iddiaçı tərəfindən xx.xx.2019-cu ildə mağazaya geri qaytarılmışdır.

2. Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı ərizəsi əsasında topl anmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətlərinin (istehlakçı hüquqlarını pozaraq qüsurlu və keyfiyyətsiz malların təklif edilməsi) qanunsuz hesab edilməsi, cavabdehlərdən müştərək qaydada mebellərin alınması üçün beh kimi ödədiyi 6000 manat məbləğində pulun 2 misli, yəni 12000 (on iki min) manat məbləğində pulun, 2019-cu ilin iyun ayından başlayaraq halhazıradək olan 24 ay müddətində 6000 (altı min) manat məbləğində pulundan faydalandıqları üçün faizə görə 7200 (yeddi min iki yüz) manat məbləğində pulun, ma ddi ziyana görə 600 (altı yüz) manat məbləğində pulun və mənəvi ziyana görə 50000 (əlli min) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə, cavabdehlərin hərəkətlərində AR CM-nin 200.2-ci, 178.2.1, 178.2.4-cü maddələrinin tərkib əlamətləri olduğundan onların barəsində prokurora xəbər verilməklə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə qızına cehiz almaq məqsədilə Bakı şəhəri, Babək prospekti, 74C ünvanında yerləşən “Lorenza” (“Yuvam Mobilya”) adlandırılan mebel mağazasına getmişdir. Həmin mağazada onu özünü satış üzrə menecer kimi təqdim edən Cavabdeh3 qarşılamış və ona qızı üçün cehizlik mebel almaq istədiyini bildirmişdir. Cavabdeh3 yerli istehsal olan ağ mirvari rəngli “LİZA” qonaq və yataq mebel dəstlərini təqdim edərək Ramazan ayı olduğundan xüsusi endirimdə olduğunu, əlavə olaraq üstündə künc divanı (2,5 m x 3,5 m) da hədiyyə verildiyini bildirmişdir. Mebelin qiymətini Cavabdeh3 ilə 7000 (yeddi min) manata razılaşmışlar və ödəniş barədə aralarında şifahi razılaşma olmuşdur. Həmin məbləğdən 3000 manat 2 həftə müddətində, qalan 3000 manatını qızının toyunun səhərisi günü, yəni xx.xx.2019-cu il tarixdə, qalan 1000 manatını isə mebellər oğlan evində (Sumqayıt şəhəri, St.Sumqayıt (Ceyranbatan) qəsəbəsində) tam quraşdırıldıqdan sonra, qüsurlar olmadığı təqdirdə ödəmək barədə razılığa gəlmişlər. Razılaşmalarına görə sifariş etdikləri mebellər (komplektə daxil olan əşyaların adları, ölçüləri, keyfiyyəti, hazır olma vaxtı və s) barədə Cavabdeh3 xx.xx.2019-cu ildə “Müştəri Anketi” adlan an sifariş cədvəlini yazaraq imzalamış və ona vermişdir. Müqaviləni əvəz edən həmin sifariş cədvəlində sifarişçi kimi onun ad, soyadı, ata adı, tarix (xx.xx.2021-də), mebelin adı (“Liza” yataq və qonaq dəsti), hansı əşyaların olması, razılaşdığımız qiyməti (7000 manat), mebelin hazır olma vaxtı (2425 iyun 2019-da), hansı ünvana göndərilməsi və s. məlumatlar qeyd olunmuşdur. İlk 3000 manatı hissə-hissə (500+500+1000+1000) təxminən 2 həftə müddətində ödəmişdir. Qızının toyunun səhərisi günü, yəni xx.xx.2019-cu ildə razılaşdıqları 3000 manat pulu da aparıb mebel mağazasına vermək istəyəndə, satış üzrə menecer Ülviyyəni orada tapmamışdır. Cavabdeh2 adlı satıcı Ülviyyənin xəstə olduğundan məzuniyyətə çıxdığını ona görə də işdə olmadığını, mebelin pulunu ödəyəcəyi halda 1-2 günə mebelləri ünvanı na göndərəcəklərini bildirmişdir. O da Fəxriyyənin sözlərinə inanaraq 3000 manat pulu onların 3-cü mərtəbədə olan kassalarına ödəmişdir. Ödənişləri barədə cavabdehlərin kassalarından ona ümumilikdə 6000 manat məbləğində ödəniş etməyi barədə ödəniş qəbzləri verilmişdir. Həmin ödəniş qəbzlərinin üzərində “Yuvam Mobilya 2” ştampı və üzərində Cavabdeh1 adı yazılmış möhür vardır. 24-25 iyun 2019-cu il tarixlərdə mebellərin təhvil verilməsi barədə cavabdehlərdən heç bir məlumat almadığına görə mağaza ilə telefon əlaqəsi saxlamağa başlamışdır. Telefonla danışan mağazada satıcı olan Fəxriyyə adlı satıcı mebellərin guya hazır olduğunu və mebellərin çatdırılması ilə məşğul olan şəxslərin telefon nömrələrini verərək onlarla əlaqə saxlamağını bildirmişdir. Bundan sonra o, mütəmadi olaraq müxtəlif günl ərdə (xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək olan müddətində) həm telefon vasitəsilə, həm də mağazaya gedərək cavabdehlərlə əlaqə saxlasa da, cavabdeh tərəf (əsasən də Cavabdeh2 və onların telefon nömrələri ilə istiqamətləndirdiyi şəxslər) hər dəfə vəd verirmişlər ki, mebelləri 1-2 günə gətirib yerində təhvil verəcəklər. Onlar vədlərinə əməl etməmişlər, hətta xx.xx.2019-cu il tarixdə axşam saat 18:00-dək mebellərin çatdırılacağına söz versələr də, mebelləri çatdırmadıqlarına görə xx.xx.2019- cu il tarixdə mağazaya gedərək mebeldən imtina etdiyini satıcı Fəxriyyəyə bildirmiş və verdiyi behin 2 qat məbləğdə qaytarılmasını tələb etmişdir. Fəxriyyəyə məsələni həll etmək üçün 1-2 gün vaxt istəsə də, təkliflə razılaşmamış, lakin onların dediyi vaxtı da gözləməyə məcbur olmuşdur ki, bəlkə mebel ləri oğlan toyundan qabaq çatdırıb quraşdırarlar. Buna baxmayaraq yenə də cavabdehlər vədlərinə əməl etməmişlər. Nəhayət, toya 1-2 gün qalmış, yəni 03-04 iyul 2019-cu il tarixlərdə Sifariş etdikləri mebel əşyalarından yalnız cüzi bir hissəsi gətirilmiş, lakin ustaları olmadığından mebellər də quraşdırılmamışdır. Hətta xx.xx.2020-ci il tarixdə şəxsən özü oğlan evinə getdiyi axşam saat 22:00-dək mebel quraşdıran ustaları gözləsə də, ustalar gəlib çıxmamışlar. Cavabdehlərin verdikləri telefonlarla Elvin, Fərrux adlı şəxslərlə əlaqə saxlamış və həmin şəxslər söz vermişlər ki, xx.xx.2019-cu ildə, səhər tezdən mebellərin qalan hissələri ilə birlikdə 2 nəfər usta göndərəcək və ustalar 2 saat müddətində mebelləri tam quraşdıracaqlar. Onlar yenə də vədlərinə əməl etməmişlər və toy günündə, yəni xx. xx.2019-cu il tarixdə qızı mebelsiz gəlin köçmüş, toydan sonra yenə də cavabdehlərə şans vermişdir ki, mebellərin qalan hissələrini gətirsinlər və işlərini təhvil versinlər. Onlar yenə də 2 gün müddətində (06-07 iyul 2019-cu il tarixlərdə) mebelləri tam gətirib çıxarmamışlar və sonrakı 2 gün müddətində (08-09 iyul 2019) onlardan heç bir xəbər çıxmamışdır. Həmin günlərdə yarımçıq quraşdırılmış mebellərə baxanda məlum olmuşdur ki, mebellərin rəngi də sifariş etdiyi (ağ, mirvari) rəngdə deyil və bəzi yerlərində ləkələri, qüsurları (dolab yığılan zaman küncləri uyğun gəlmədiyindən həmin hissələr kobud şəkildə kəsilmişdir) vardır. Cavabdehlər xx.xx.2019-cu il tarixdə sifariş etdiyi mebellərini 22-25 iyun 2019-cu il tarixlərdə təhvil verməli olduqları halda, hətta onların diqtəsi, yəni tələb və təkidləri ilə toy gününə (xx.xx.2019-ci il tarixə) kimi gözləməyə məcbur olsa da, yenə də onu aldadaraq öhdəliklərini yerinə yetirməmişlər. Hətta cavabdehlər oğlan toyundan (xx.xx.2019-cu il tarixdən) sonra 3-4 gün müddətində də öhdəliklərini layiqincə yerinə yetirməmişlər. Cavabdehlərlə razılaşdıqları mebel əşyalarından bəziləri (stullar, günc divanı və s.) isə ümumiyyətlə gətirilməmişdir. Bundan başqa sifariş verdiyikləri mebellərin rəngi bəyəndikləri (ağ, mirvari) rəngə uyğun olmadığından, sifariş etdikləri rəngə uyğun olmaması, bəzi yerlərində qüsurlar olması barədə cavabdehlərə xx.xx.2019-cu ildə telefonla məlumat verərək mebellərdən tam imtina etdiyini bildirmiş və onlardan tələb etmişdir ki, gedib yararsız və keyfiyyətsiz mebellərini, habelə xeyli hissəsi qablaşdırmada qalan mebel lərini geri götürüb pullarını qaytarsınlar. Lakin cavabdehlər mebelləri geri qaytarmaqdan qəti surətdə imtina etmişlər. Cavabdehhlərin imtinasından təxminən bir ay sonra məcbur olub xeyli miqdarda borca düşərək Xırdalan şəhərində yerləşən Riyad Ticarət Mərkəzində “Bizim Ev” Mebel Mağazalarından qızı üçün qonaq və yataq dəsti almağa məcbur olmuşdur. Orada ondan cəmi 100 manat beh almışlar və sifariş etdiyi mebelləri vaxtından 3 gün əvvəl, yəni bir həftə müddətində tam quraşdırmışlar. 2019-cu ilin avqust-sentyabr aylarında özünü cavabdehlərin hüquqşünası kimi təqdim edən Mahir (əlaqə tel: ***-***-**-**) adlı şəxs onunla telefon əlaqəsi saxlayaraq “Yuvam Mobilya” mebel mağazasının əməkdaşları adından üzrxahlıq etsə də, mübahisəni həll etməmişdir. Hətta söz vermişdir ki, rəhbərliklə danışıb me bellərin satılmasını təşkil edəcəkdir. Lakin bu vədinə də əməl etməmiş və 2 ay müddətində heç bir problemi həll etməmişlər. Bundan sonra qızının evində mebellərin qalmasına şərait olmadığından məcbur olub xx.xx.2019cu il tarixdə mebelləri xərc çəkərək yük maşını ilə “Xalqlar dostluğu” metrosu yaxınlığında olan “Lorenza” (Yuvam Mobilya) mağazasına gətirmişdir. Orada mebelləri təhvil almaları üçün mağazaya daxil olduqda cavabdehlərdən Ülviyyə və Fəxriyyəni orada görmüşdür. Onlara bildirmişdir ki, mebelləri təhvil alsınlar (əslində onlar ona heç bir mebeli təhvil verməmişlər). Onlar dərhal onunla mübahisəyə başlamışlar və mebelləri qəbul etməkdən imtina etmişlər. Bu səbəbdən də öz telefonu ilə videoçəkiliş apararaq, mebellərin bir hissəsini həmin mağazaya boşaltmağa başlamışlar Lakin cavabdeh lərin mağazanın qapısını bağlamaları səbəbindən məcbur olub qalan mebelləri mağazanın qarşısına boşaltmalı olmuşlar. Mebelləri boşaldıb gedən zaman Cavabdeh3 mağazanın qarşısında imiş və onu təhqir edərək hədələmiş, hətta münaqişəyə cəlb etmək məqsədilə onu şantaj etmişdir. Dəfələrlə cavabdehlərdən müqavilə öhdəliklərini yerinə yetirmədikləri üçün verdiyi pulları qaytarmalarını tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də cavabdehlərin ona qarşı hüquqa zidd hərəkətləri hazırda da davam etməsi nəticəsində konstitusion hüquqları kobud surətdə pozduğundan, onların bilə-bilə qanunsuz hərəkətlərinin və hərəkətsizliyinin qarşısının alınması, ona əsassız olaraq maddi və mənəvi zərər vurulduğundan həmin zərələrin ödənilməsi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. “Yuvam Mobilya” mebel mağazaları şəbəkəsinin faktiki rəhbəri Cavabdeh4 adlı şəxs olmuşdur. Ona görə o da cavabdeh qismində cəlb edilməlidir. Cavabdehlər onunla bağladıqları “Müqavilə” üzrə öhdəliklərini yerinə yerinə yetirməmişlər, dəfələrlə onlardan müqavilə öhdəliklərini yerinə yetirmələrini tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Bu müddətdə cavabdehlərlə aralarında dəfələrlə narazılıqlar yaranmış, əsəbləri tamam pozulmuş, həm özü, həm də ailə üzvləri mənəvi iztirablar çəkmişlər. Cavabdehlər müştərək qaydada ona vurduqları maddi və mənəvi ziyanın əvəzini ödəməlidirlər. Eləcə də, cavabdehlər 2019-cu ilin iyun ayından başlayaraq hal-hazıradək olan 24 ay müddətində 6000 (altı min) manat məbləğində pulundan faydalanmışlar. Bu səbəbdən də cavabdehlərdən behin iki mislinin (12 min manat) qaytarılmasından əlavə olaraq, həmin pulundan faydalandıqlarına görə 2019-cu ilin iyun ayından başlayaraq 24 ay üçün əldən çıxmış fayda (qazanc) kimi faizlərini də tələb edir. Belə hesab edir ki, cavabdehlər ona hər ay üçün 5% hesabı ilə (6000:100 x 5% = 300 manat), 24 ay üçün (300 manat x 24 ay ), cəmi 7200 (yeddi min iki yüz) manat məbləğində faizə görə pul ödəməlidir. Əlavə olaraq cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində get-gələ düşdüyünə, nəqliyyat və əlavə xərclərə görə 600 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində əsəb sarsıntısı, iztirablar çəkdiyinə görə mənəvi ziyana görə də pul ödəməlidirlər. Ona dəymiş mənəvi ziyanın məbləğini 50000 (əlli min) manat məbləğində qiymətləndirmiş və həmin məbl əği cavabdehlərdən tələb etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, iddia tələbini maddi ziyan kimi tələb olunan 6000 manat hissəsini qəbul etsə də, iddia tələbinin digər hissələri ilə razı deyil. Məhkəmə araşdırması zamanı iddiaçıyla razılıq əldə edilməsi üçün təkliflər edilsə də, iddiaçı bununla razılaşmamışdır. Mebellərdə müəyyən qüsurlar olsa da, vaxtında çatdırılmışdır. İddiaçıya mənəvi ziyan vurulmamışdır və iddia tələbini bu hissədə qəbul etməmişdir. Qeyd edilənlərə əsasən iddianın qismən təmin edilməsini xahiş etmişdir. 6. 18.08.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, 2017-2018-ci illərdə “Yuvam Mobilya” mebel mağazasından çıxmışdır. Sonradan həmin mağazada onun adına olan möhürdən isti fadə edildiyini eşitmişdir. İlk olaraq VÖEN-i bağlatdırmalı olduğunu bilmədiyindən, sonradan fevralın ayında VÖEN-i bağlatdırmışdır. Cavabdeh4 ona demişdir ki, onun adına VÖEN açdıracaqlar. Mühasib İlqar möhür və digər sənədləşmə işlərinə baxırdı. O, işdən çıxdıqdan sonra soruşanda ki, onun adına olan möhürdən istifadə edilirmi, Təhmasibin qardaşı Bəhruz onun adına olan möhürdən istifadə edilmədiyini bildirmişdir. O, keçən ilin yay ayında orada işləyən işçinin maşınının baqajından möhürü tapmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, onun adına olan möhürdən istifadə edilir. Satıcı olan Abbasov Elşən möhür vurarkən o, möhürü götürərək qırmışdır. Təhmasib dükanı işlədən şəxsdir və müdirdir. Qırxa yaxın yaşı olar, Masallıdandır. Onunla qohumluğu yoxdur. Bir kənddən deyillər. O, mebel mağazasın da çoxdan çıxmışdır. O, Baksol filialında mühasib kimi işləmişdir. Balaxanıda yerləşən fabriklə işləmişdir. Laçında, Maştağa, Sumqayıt, Yasamal filialları olmuşdur. İndi heç biri fəaliyyət göstərmir.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-3063/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim B.N.Qasımov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 vurulmuş maddi ziyana görə 6000 (altı min) manat, bank uçot dərəcəsinə görə 600 (altı yüz) manat, mənəvi ziyana görə 2000 (iki min) manat olmaqla, cəmi 8600 (səkkiz min altı yüz) manat və ödənilmiş 3,70 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, idd iaçı “Lorenza” (“Yuvam Mobilya”) adlandırılan mebel mağazasının xidmətindən istifadə etmək üçün cavabdehlərə müraciət etmiş və onlardan “LİZA” qonaq və yataq mebel dəstlərini təhvil aldıqda sonra mallarda qüsurlar olduğunu aşkar etmiş, həmin əşyaları mebel mağazasına qaytarmışdır. Qanunvericiliyin tələbinə əsasən xidmətin qüsurları nəticəsində istehlakçının əmlakına dəymiş zərər günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. Cavabdeh tərəfindən iddiaçıya göstərilmiş xidmətdə qüsurlar olduğundan, onun tərəfindən keyfiyyətli xidmət göstərilməsinə dair öhdəlik lazımınca icra edilməmiş və bunun nəticəsində iddiaçıya zərər dəymişdir. İş materiallarına əlavə edilmiş və tərəflərin izahatlarından aydın olmuşdur ki, iddiaçı tərəfindən “Lorenza” (“Yuvam Mobilya”) adlandırılan mebel mağazasına 6 000 manat məbləğində ödəniş edilmişdir.

9. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilərək, Cavabdeh1 vurulmuş maddi ziyana görə 6000 (altı min) manat tutularaq iddiaçıya ödənilməlidir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı yönəlsə də, iddiaçı ilə “Lorenza” (“Yuvam Mobilya”) adlandırılan mebel mağazası arasında aparılmış bütün əməliyyatlar Cavabdeh1 məxsus möhürlə təsdiqlənərək onun adından həyata keçirilmişdir və özü də iddiaçıya maddi ziyan vurulması halını qəbul etmişdir. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 həmin mağazada işçi kimi işlədiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 “Lorenza” (“Yuvam Mobilya”) adlandırılan mebel mağazasının göstərdiyi xidmətə görə məsuliyyət daşımır və onların təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

11. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 tərəfindən iki il müddətinə iddiaçıya məxsus olan 6000 manat məbləğində pul geri qaytarılmadığından bank uçot dərəcəsinə görə 600 (altı yüz) manat pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.

12. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə hesab etmişdir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmişdir, buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə, iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını nəzərə alaraq, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində ağlabatan və ədalətli məbləğ kimi Cavabdeh1 2000 manatın alınıb, iddiaçıya verilməsini məqsədə müvafiq hesab etmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər barəsində şikayət edilmiş və Nizami RPİ-nin 24-cü PŞ-nin xx.xx.2019-cu tarixli qərarı ilə onların əməlləri barəsində cinayət işinin başlanması rədd edildiyindən hazırda xüsusi qərardad çıxarılması üçün əsaslar yoxdur.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 21, 445.7, 449.1, 449.2, 1129.1, 1129.2, 1129.3-cü, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 5, 7, 9.8, 9.9, 10, 11, 12-ci, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88, 119.1, 265.4-cü maddələrinə, “Mənəvi zər ərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli xx.xx.2008-ci il tarixli qərarınına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin qismən, iddia tələblərinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apelyasiya şikayətində göstərilmişdir ki, digər cavabdehlər qanunsuz və əsassız olaraq cavabdehlikdən kənarda qalmışlar. Məhkəmə istehlakçı hüquqlarının pozulmasını qəbul etsə də, iddia tələbini qismən təmin etmişdir. Cavabdehlərlə arasında olan razılaşma əslində beh müqaviləsi olmuşdur. Cavabdeh tərəfindən sifariş qüsurlu y erinə yetirilmişdir.

17. Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin bank uçot dərəcəsinə görə hesablanmış 600 manat, mənəvi ziyana görə 2000 manat pulun tutulması hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı mebellərin alınması üçün 6000 manat ödəniş etmiş, lakin mebellər qüsurlu vəziyyətdə çatdırılmışdır, qüsurların aradan qaldırılması üçün iddiaçıdan şərait yaradılması xahiş edilsə də, iddiaçı razılaşmamış, mebelləri özü sökərək tam yararsız vəziyyətdə satış mağazasına boşaltmışdır. Buna görə ona 4200 manat maddi ziyan vurulmuşdur. Dəfələrlə iddiaçıya 6000 manatı geri qaytarmağı təklif etsə də, iddiaçı razılaşmamış, məhkəmə isə əsassız olaraq bank uçot dərəcə sinə görə 600 manat pul tutmuşdur. İddiaçıya mənəvi ziyan vurulmamışdır.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2972/22 nömrəli iş üzrə 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilmiş, Cavabdeh1 hərəkətləri qanunsuz hesab edilməklə, mebellərə görə ödənilmiş 6000 manat, illik 5 faizlə əldən çıxmış faydaya görə 600 manat, çəkilmiş xərclərin əvəzi olaraq 400 manat, mənəvi ziyana görə 3000 manat tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmi n edilməməsi qət edilmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin maddi ziyana görə 600 manat məbləğində pulun tutulması hissəsinə ümumiyyətlə qiymət verməmişdir. Buna görə də qətnamə ləğv edilməlidir.

21. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya göstərilmiş xidmətdə qüsurlar olduğundan, onun tərəfindən keyfiyyətli xidmət göstərilməsinə dair öhdəlik lazımınca icra edilməmiş və bunun nəticəsində iddiaçıya zərər dəymişdir

22. Kollegiya iddiaçının iddia tələbində beh kimi ödədiyi 6000 manat məbləğin iki misli 12000 manat tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi qismən əsaslıdır. İddiaçı 6000 manatı beh olaraq ödədiyini qeyd etsə də, bu barədə razılaşmanın yazılı formada olması müəyyən edilməmişdir. Belə olan halda, həmin ödənişin beh kimi ödənilməsi nəticəsinə gəlmək qanunvericiliyin tələbinə görə yolverilməz olduğundan, MMin 492.2-ci maddəsinə istinadən 12000 manatın tələb edilməsi də əsassızdır.

23. Kollegiya qeyd etmişdir ki, iddiaçı tərəfindən 6000 manat məbləğində ödəniş edilməsi işin mübahisəsiz halı olduğundan iddia bu hissədə qismən təmin edilərək, ödənilmiş 6000 manat Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.

24. Digər cavabehlərə münasibətdə Kollegiya hesab etmişdir ki, iddia tələbləri təmin edilməməlidir, belə ki, iddiaçı ilə “Lorenza” (“Yuvam Mobilya”) adlandırılan mebel mağazası arasında aparılmış bütün əməliyyatlar Cavabdeh1 məxsus möhürlə təsdiqlənərək onun adından həyata keçirilmişdir, digər cavabdehlərin həmin mağazada işçi kimi işlədiyi müəyyən edilmişdir, həmin cavabdehlə r qeyd edilən mebel mağazasının göstərdiyi xidmətə görə məsuliyyət daşımır və onların təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

25. Kollegiya hesab etmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməsə də, mübahisələndirilən pul vəsaitindən faydalanması halı sübuta yetirilmir və iş materiallarından müəyyən edilmir, belə olan halda MM-nin 449-cu maddəsinin dispozisiya şərtləri daxilində cavabdehdən bank uçot dərəcəsinə uyğun olaraq pulun (maliyyə sanksiyasının) tutulması yolverilməzdir. İddia tələbi bu hissədə qismən təmin edilməli və iki il üçün 600 manat məbləğində pul tutulmalıdır.

26. Eyni zamanda Kollegiya qeyd etmişdir ki, iddiaçı apelyasiya şikayətində illik 5%-ə görə 9000 manat ödənilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili əsassı zdır, belə ki, iddia tələbində iddiaçı 7200 manat tutulmasını tələb etmişdir. İşdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarıldığı üçün apellyasiya məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

27. Kollegiya hesab etmişdir ki, iddiaçıya zərər vurulması, həmçinin mebellərin iddiaçı tərəfindən tutulmuş maşınla mağazaya geri qaytarılması, boşaldılması işin mübahisəsiz halı olduğundan, iddiaçının çəkdiyi xərclərin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh1 onun xeyrinə tutulmalıdır. İddiaçının pozulmuş hüququnu bərpa etmək üçün 400 manat məbləğində xərc çəkməsi ağlabatan mühakimə əsasında da ağlabatandır.

28. Məhkəmə kollegiyası iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli hesab etməyib, bu məqsədlə iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlmişdir.

29. İddiaçının cavabdehlərin barəsində prokurora xəbər verilməklə xüsusi qərardad çıxarılması ilə bağlı tələbi barədə kollegiya qeyd etmişdir ki, bu iddia tələbi sayılmır və prosessual qanunvericiliklə məhkəmələrə verilmiş hüquqdur. Hazırki işdə isə belə hallar müəyyən edilməmişdir.

30. Məhkəmə gəldiyi nəticəni MM-in 21, 443, 445, 445.2, 445.2.1, 445.7, 449, 491, 492.2, 1129.1, 1129.2, 1129.3-cü, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 5, 7, 9.8, 9.9, 10, 11-ci, MPM-in 218.3, 265.4, 372.1, 372.4, 372.6, 372.7, 384.0.2-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli xx.xx.2008-ci il tarixli Qərarına, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır.

33. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin illik 5 faizlə hesablanmaqla əldən çıxmış faydasına görə 600 (altı yüz) manat pulun, çəkilmiş xərcl ərin əvəzi olaraq 400 (dörd yüz) manat pulun və mənəvi ziyana görə 3000 (üç min) manat pulun tutulması hissəsində ləğv edilməsi və həmin hissələrdə iddia ərizəsinin təmin edilməməsi barədə yeni qərar qəbul edəsiniz. xahiş etmişdir.

34. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b)

35. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

36. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

37. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

38. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

39. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

40. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

41. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ö dəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

42. Maddə 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır.

43. Maddə

449. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutu lduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

44. Maddə

491. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

45. Maddə 1129.1. Malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir.

46. Maddə 1129.2. işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir.

47. Maddə 1129.3. Mal (iş, xidmət) haqqında tam və ya düzgün informasiya veril məməsi nəticəsində vurulmuş zərərin əvəzini bu Məcəllənin 1129.1 və 1129.2-ci maddələrində göstərilmiş şəxslər ödəməlidirlər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun

48. Maddə

3. İstehlakçı istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması hüququna malikdir.

49. Maddə

5. İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir.

50. Maddə

7. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə sat ıcıdan və ya istehsalçıdan müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüqüquna malikdir. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.

51. Maddə 9 İcraçı istehlakçıdan qəbul etdiyi əşyanı (materialı) itirdikdə, korladıqda, zədələdikdə istehlakçıya özünün keyfiyyətcə və qiymətcə oxşar əşyasını qaytarmalı (iş görməli və xidmət göstərməli), bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın (materialın) dəyərini və dəymiş itkiləri ona bir aydan gec olmamaq şərti ilə ödəməlidir. İcraçı əşyanın (materialın) korlanmasına, gətirib çıxara bilən xüsusi xassələri barədə istehlakçını xəbərdar etməlidir. Elmi və texniki biliklərin səv iyyəsi əşyanın (materialın) xüsusi xassələrini üzə çıxarmağa imkan vermədikdə belə, icraçı məsuliyyətdən azad edilmir. İş görülməsində və xidmət göstərilməsində, istehlakçının həyatını, sağlamlığını və ya əmlakının təhlükəsizliyini təmin etməyən materialların, avadanlıqların cihazların, alətlərin, qurğuların və başqa vasitələrin tətbiqi nəticəsində vətəndaşın həyatına, sağlamlığına və ya əmlakına zərər dəyərsə, icraçı onlar xassələrini bilib-bilmədiyindən asılı olmayaraq məsuliyyət daşıyır.

52. Maddə

11. Malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. Malın, işin və ya xidməti n qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli xx.xx.2008-ci il tarixli Qərarı

53. Bənd

2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

54. Bənd

8. AR Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zər ərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

55. Bənd

10. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mülki Prosessual Məcəllə

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar ın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı və Cavabdeh1 tərəfindən mebellərə görə ödənilmiş 6000 manat pulun tutulması hissəsi is tisna olunmaqla qalan hissələrdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

69. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər apelyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.

70. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

71. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2972/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar