Məhkəmə qərarları › İş №2(102)-4619/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4619/2023

27.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4619/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 (hüquq varisi X7), İddiaçı6 Cavabdehna (hazırda "xxxx" MMC) qarşı “maddi və mənəvi zərərin ödənilməsinə” tələbinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ilk, habelə iddiaçı Cavabdeh (hazırda "xxxx" MMC-nin) cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 (hüquq varisi X11), İddiaçı6 qarşı “özbaşına tikililərin sökülməsi, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi, hüquqdan sui-istifadənin yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(103)4134/2023 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında dövlət mülkiyyətində olan 0,06331 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 518,3 kv.m olan birmərtəbəli qeyri-yaşayış sahəsi (çörək sexi) (bundan sonra mübahisələndirilən t orpaq sahəsi) Cavabdeh (hazırda "xxxx" MMC) mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Həmin qeyri-yaşayış sahəsində konstruktiv dəyişikliklər edilərək, habelə qarşısında və ona bitişik vəziyyətdə müxtəlif təyinatlı əlavə tikililər inşa olunaraq, orada İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 (hüquq varisi X12r) və X8 ailə üzvləri ilə birgə yaşayırlar.

3. Həmçinin, həmin sahənin 100 kv.m hissəsi üzərində ünvan 2 ünvanı kimi İddiaçı6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası qismən təmin edilərək, cavabdehlər İddiaçı3, İddiaçı4, İddiaçı1 Əbdül oğlunun və İddiaçı2 Cavabdehna məxsus ünvan 3 ünvanında yerləşə n qeyri-yaşayış binasından çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin cavabdeh İddiaçı5 münasibətdə rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbinin təmin edilməsi, İddiaçı5 Cavabdehna məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdehlər İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı4 apellyasiya şikayətlərinin təmin edilməməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasın ın 28 dekabr 2021-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh, cavabdeh İddiaçı4 tərəfindən ayrı-ayrılıqda, cavabdehlər İddiaçı5 hüquqi varisi olan X14, İddiaçı3, İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən - İddiaçı1 xeyrinə 15000 ABŞ dolları, 66000 manat məbləğində maddi zərərin və 20000 manat məbləğində mənəvi zərərin, - İddiaçı2 xeyrinə 3300 ABŞ dolları və 25000 ABŞ dolları məbləğində maddi zərərin, 20000 manat məbləğində mənəvi zərərin, - İddiaçı3 xeyrinə 9800 ABŞ dolları, 10000 ABŞ dolları məbləğində maddi zərərin və 20000 manat məbləğində mənəvi zərərin, - İddiaçı4 xeyrinə 4000 ABŞ dolları və 75000 manat məbləğində maddi zərərin, - İddiaçı5 xeyrinə 5000 ABŞ dolları, 15000 manat məbləğində maddi zərərin və 20000 manat məbləğində mənəvi zərərin, - İddiaçı6 xeyrinə 3800 ABŞ dolları, 120000 manat maddi zərərin və 20000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. İddia belə əsaslandırılmışdır ki, Cavabdeh direktoru Nümayəndə mübahisələndirilən qeyri-yaşayış sahəsini iddiaçılara satarkən ödənilmiş pulları, həmçinin təmir-tikinti işlərinə çəkdikləri külli miqdarda vəsaiti qaytarmalıdır.

9. İddiaçı Cavabdeh (hazırda "xxxx" MMC) cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 (hüquq varisi X11), İddiaçı6 qarşı qarşılıqlı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, - Cavabdeh mülkiyyətində olmaqla, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülərək, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, - Cavabdehna məxsus əmlakların məhv edilməsi nəticəsində vurulmuş zərərin dəyərini təşkil edən 127700 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq, Cavabdehna ödənilməsi, - mübahisələndirilən torpaq sahəsinin istehsalat sahəsi kimi fəaliyyət göstərməyə yararlı vəziyyətə gə tirilməsi üçün tələb olunan 100000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada Cavabdehna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 2004-cü ildən cavabdehlər Cavabdehna məxsus qeyri-yaşayış sahəsini zəbt edərək orada məskunlaşmaqla və qeyriyaşayış sahəsinin ətrafında özbaşına tikililər inşa etməklə firmaya külli miqdarda ziyan vurmuş, uzun illər boyu firmanı öz mülkiyyətindən məhrum etmişlər. Həmin şəxslərdən dəfələrlə qeyri-yaşayış sahəsini boşaltmaları tələb edilsə də, onlar bundan imtina etmişlər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə qarşılıqlı iddia üzrə cavabdehlərin Cavabdehna məxsus qeyri-yaşayış sahəsində qanunsuz olaraq yaşadıqları, orada qanunsuz tikinti işləri aparmaları müəyyən edilmişdi r. Cavabdehlər tərəfindən Cavabdehna məxsus qeyri-yaşayış sahəsi qanunsuz olaraq zəbt edilən zaman həmin qeyri-yaşayış sahəsi istehsalat sahəsi kimi fəaliyyət göstərmiş, orada xeyli avadanlıqlar, inventarlar və mal-maddi qiymətlilər olmuşdur. Sonuncu dəfə 2019-cu ilin may ayında məhkəmənin iştirakı ilə qeyri-yaşayış sahəsinə keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, qeyri-yaşayış sahəsində 17 adda, ümumi dəyəri 127700 manat olan avadanlıqlar yoxdur. Cavabdehlər həmin qeyri-yaşayış sahəsini zəbt etdikdən sonra orada olan bütün avadanlıqları, inventarları və mal-maddi qiymətliləri yoxa çıxarmaqla şirkətə külli miqdarda maddi ziyan vurmuşlar. Onlar, həmçinin istehsalat sahəsini istehsalat fəaliyyəti göstərmək üçün yararsız vəziyyətə gətirmişlər ki, bununla da şirkətə xeyli maddi zi yan vurmuşlar. Qeyri-yaşayış sahəsinin yenidən istehsalat fəaliyyəti üçün yararlı hala gətirilməsi üçün 100000 manat məbləğində maddi vəsait tələb olunur.

11. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X8 Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30000 manat vəsaitin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Həmin iddia onunla əsaslandırılmışdır ki, üçüncü şəxs də aldanaraq cavabdehə əvvəlcə 5000 manat alqı-satqı üçün pul vermiş, sonra isə 25000 manata kimi xərc çəkərək özünə bir otaqlı şərait yaratmışdır.

13. İş üzrə birinci instansiya məhkəməsində təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 dekabr 2022-ci il tarixli rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əml akın Dövlət Reyestrindən ******* nömrəli çıxarışda qeyd olunan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının tərkibində (həyətyanı tikililər və qurğular) daxil olan 636,1 kv.m ərazinin koordinatları müvafiq quruma (Əmlak Məsələləri Dövlət Xidməti) sorğu verilməklə müəyyən oluna bilər. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışda qarşılıqlı iddiaçı Cavabdeh mülkiyyətində olan, ümumi sahəsi 518,3 kv.m olan birmərtəbəli qeyri-yaşayış sahəsinə dair xx.xx.2011-ci il tarixdə tərtib olunmuş texniki pasportda qeyd olunan ərazinin (0,1654 ha) hüdudları daxilində yerləşən (İddiaçı4, Arzu Kərimovanın, İddiaçı1, Oruc Şirinovun, İddiaçı2 və İddiaçı6 faktiki istifadəsində olan) bütün tikililərin sxemi tərtib olunmuşdur. Sxem rəyin tədqiqat h issəsində göstərilmişdir.

14. Bakı şəhəri Suraxanı Rayon məhkəməsi 06 mart 2023-cü il tarixli, 2(010)7/2023 nömrəli qətnaməsi ilə (hakim S.M.Miriyeva) ilkin iddianın, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının və qarşılıqlı iddianın təmin edilməməsi qət etmişdir.

15. Birinci instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı6 istisna olmaqla ilk iddiaçılar və üçüncü şəxs tərəfindən Cavabdeh qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüququna müdaxilə edilmişdir. Belə ki, işin mübahisəsiz halıdır ki, Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinə konstruktiv dəyişikliklər edilmiş və hazırda ilk iddiaçılar və üçüncü şəxs tərəfindən ərazidən yaşayış sahəsi kimi istifadə edilir. Lakin, mülkiyyət hüququna müdaxilənin müəyyən edilməsi hələ iddianın əsaslı olduğu məna sına gəlmir. Belə ki, müdaxilə müəyyən edildikdən sonra müdaxilənin əsasının olubolmaması, başqa sözlə, müdaxiləyə haqq qazandırmağın mümkünlüyü məsələsi həll edilməlidir.

16. Hazırkı işin xüsusi halı ondan ibarətdir ki, qarşılıqlı iddiaçı Cavabdeh qeyriyaşayış sahəsi üzərindəki mülkiyyət hüququna müdaxilə heç də Cavabdeh direktoru Nümayəndə təsvir etdiyi kimi onun heç bir məlumatı, icazəsi olmadan, tamamilə iradəsindən kənar şəkildə “əmlakı zəbtetmə” şəklində baş tutmamışdır. Əksinə, qeyriyaşayış sahəsindəki bu günki vəziyyətin yaranmasına gətirib çıxaran əsas amil elə firmanın direktoru Nümayəndə cinayət əməlləri olmuşdur. Belə ki, o, hələ firmanın qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmadığı dövrdə qeyri-yaşayış sahəsinin otaqlarını yaşayış sahəsinə çevirib satmaq v ədi ilə Samir Abbasov və Şahvələd Məmmədov adlı şəxslərə qarşı dələduzluq cinayəti törətmiş, bu əməllərin törədilməsində təqsirli bilinməsinə dair məhkəmə hökmü çıxmışdır. Hazırkı iş üzrə ilk iddiaçıların bəziləri də yaşadıqları “ev”ləri həmin şəxslərdən almışlar. Hətta iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 oktyabr 2004-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Nümayəndə iddia ərizəsini əsaslandırarkən Şahvələd Məmmədovun ona “yaşamaq üçün müvəqqəti verdiyi” otaqları (hansı ki, hökmlə bu otaqların heç də müvəqqəti verilmədiyi, əksinə dələduzluq yolu ilə “satıldığı” müəyyən olunur) İddiaçı5 “satdığı”nı, 200 ABŞ dolları qarşılığında müvəqqəti otaqlarda yaşamasına icazə verdiyi Şəmsi Ağayev adlı şəxsin faktiki nikahda olduğu Telli Abdullayevanın isə otaqları Ramiz Vahidov adlı şəxsə satdığını bildirmişdir. Hazırkı iş üzrə ilk iddiaçılardan İddiaçı3 da öz yaşadığı “ev”i elə həmin Ramiz Vahidovdan almışdır.

17. İlk iddiaçıların bəzilərinin qeyri-yaşayış sahəsində yerləşməsi isə elə birbaşa Nümayəndəla bağlı olmuşdur. Belə ki, o, ilk iddiaçılardan İddiaçı2 qeyri-yaşayış sahəsinin iki otağına dair etibarnamə vermiş, İddiaçı6 həmin ünvanda yerləşən torpaq sahəsindən 450 kv.m ayrılmasına razılıq vermiş, İddiaçı1 isə qeyri-yaşayış sahəsini icarəyə vermişdir.

18. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə ilk iddiaçıların qeyri-yaşayış sahəsini Cavabdeh direktoru Nümayəndə məlumatı olmadan, özbaşına şəkildə zəbt etməsi barədə qarşılıqlı iddiaçının mövqeyi ilə razılaşmamış və hesab etmişdir ki, Cavabdeh qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüququna müdaxiləyə əsasən firmanın direktorunun qeyri-qanuni hərəkətləri səbəb olmuşdur. Məhkəmə hesab etmişdir ki, mülkiyyət hüququna müdaxilənin mütənasibliyi qiymətləndirilərkən bu hal mütləq nəzərə alınmalıdır.

19. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə iclasında iştirak edən firmanın direktoru Nümayəndə tikililərin sökülməsinə dair qarşılıqlı iddianı firmanın istehsalat fəaliyyətini bərpa etmək üçün qaldırdığını bildirmiş, hətta firmanın fəaliyyətinin bərpası üçün cavabdehlərdən dəymiş zərər kimi pul tələb etmişdir. Qarşılıqlı iddiaçının əksinə, ilk iddiaçılar isə həmin qeyri-yaşayış sahəsindən yaşayış yeri kimi istifadə edir. İş materiallarından görünür ki, həmin ərazidə yeddi ailə məskunlaşmışdır. Bu vəziyyətdə məhkəmə hesab etmişdir ki, yeganə yaşayış yerləri olan tikililərin sökülməsi il ə ilk iddiaçıların hədsiz məhrumiyyətlə üzləşəcəyi labüddür, üstəlik bu məhrumiyyət Cavabdeh istehsalat maraqlarına mütənasib olmayacaq ölçüdə böyük bir məhrumiyyətdir.

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilk iddiaçıların həmin ünvandan çıxarılmalarına dair qanuni qüvvəsini almış məhkəmə qərarı olsa da, onların ailə üzvlərinin çıxarılmaları ilə bağlı heç bir qərar yoxdur. Belə olan halda həmin ünvanda yerləşən tikililərin sökülməsi ilə həm də ilk iddiaçıların ailə üzvləri yaşayış yerlərindən məhrum olacaq. Bu baxımdan məhkəmə hesab etmişdir ki, bu tikililərin sökülməsi sözsüz ki, ilk iddiaçı və ailə üzvlərinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınmış mənzilinə hörmət hüququna müdaxilə təşkil edəcəkdi r.

21. Məhkəmə qeyd etmişdir ki, ilk iddiaçılar 2000-2005-ci illərdən etibarən ailələri ilə birlikdə həmin ünvanda yaşamışlar. Odur ki, məhkəmə mübahisəli ərazidəki tikililəri Konvensiyanın 8-ci maddəsinin mənası baxımından ev kimi qəbul etmiş və bu tikililərin sökülməsinin qət edilməsi ilə ilk iddiaçı və ailə üzvlərinin evinə hörmət hüququna müdaxilə edilməsinin labüd olduğu nəticəsinə gəlmişdir.

22. Hazırkı iş üzrə pozulması labüd maraqları qarşılıqlı şəkildə müqayisə edən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçının kommersiya maraqları bu tikililərə ailələri ilə birlikdə yeganə yaşayış yeri kimi ehtiyacı olan ilk iddiaçıların evlərinin sökülməsi ilə üzləşəcəyi məhrumiyyətə qətiyyən mütənasib deyil. Odur ki, tikililərin sökülməsi hissəsində qarşılıqlı iddia əsassızdır və təmin edilm əməlidir.

23. Cavabdehna məxsus əmlakların məhv edilməsi nəticəsində vurulmuş zərər və firmanın istehsalat fəaliyyətinin bərpası üçün tələb edilən pulla bağlı hissələrdə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsinə əlavədə cavabdehlər tərəfindən məhv edilib yararsız hala gətirilən çoxsaylı əşya adı çəksə də, bu əşyalardan heç biri ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Firmanın istehsalat fəaliyyətini bərpa etmək üçün zəruri olan pulla bağlı hissədə də məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Odur ki, qarşılıqlı iddia bu hissələrdə də təmin edilə bilməz.

24. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı6 münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin şəxsin yaşadığı fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış olduğunda n ona münasibətdə qarşılıqlı iddianın təmin edilməsi ən başdan istisna edilmişdir.

25. Eyni zamanda məhkəmə ilk iddia tələbini də əsassız hesab etmiş və qeyd etmişdir ki, ilk iddiaçılar nə tikdikləri (təmir etdikləri) vaxt, nə də hazırda heç bir mülkiyyət hüquqlarının olmadığı otaqlara görə çəkdiklərini iddia etdikləri pulları ilk iddia üzrə Cavabdehndan tələb etməkdə haqlı olmamışlar. Belə ki, ilk iddiaçıların qeyri-yaşayış sahəsi daxilində, yaxud kənarda hansısa tikiliyə pul xərcləmiş olması sübut edilsə belə, nəzərə alınmalıdır ki, ilk iddiaçılar həmin pulları xərcləyərkən rəsmən özlərinə məxsus olmadığını bildikləri əmlaka pul qoymuşlar. Cavabdeh İddiaçı6 isə əksinə, hazırda öz mülkiyyətində olan fərdi yaşayış evinə görə çəkdiyi xərci başqasından tələb edə bilməz. Odur ki, ilk iddiaçıl arın Cavabdehndan özlərinə dəymiş zərər kimi pul tələb etmələri əsassız olmuşdur. Eyni səbəbdən müstəqil tələb irəli sürən üçüncü şəxsin də iddiasının təmin edilməsi mümkün deyil. İlk iddiaçılara dəymiş mənəvi zərərlə bağlı tələb maddi zərərdən törəmə tələb olduğundan və hər hansı maddi zərər müəyyən edilmədiyindən mənəvi zərərlə bağlı hissədə də ilk iddia əsassızdır.

26. Birinci instansiya məhkəməsi mövqeyini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci, Mülki Məcəllənin 180-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. İlk və üçüncü şəxsin iddiası üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon məhkəməsi 06 mart 2023cü il tarixli, 2(010)-7/2023 nömrəli qətnaməsinin qismən - qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(103)-4134/2023 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və P.A.Hüseynovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon məhkəməsi 06 mart 2023-cü il tarixli, 2(010)7/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

29. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasi ya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, cavabdehin qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüququna müdaxilə heç də Cavabdeh direktoru Nümayəndə təsvir etdiyi kimi onun heç bir məlumatı, icazəsi olmadan, tamamilə iradəsindən kənar şəkildə “əmlakı zəbtetmə” şəklində baş tutmamışdır. Əksinə, qeyri-yaşayış sahəsindəki bu günkü vəziyyətin yaranmasına gətirib çıxaran əsas amil elə firmanın direktoru Nümayəndə cinayət əməlləri olmuşdur. Belə ki, o, hələ firmanın qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmadığı dövrdə qeyri-yaşayış sahəsinin otaqlarını yaşayış sahəsinə çevirib satmaq vədi ilə Samir Abbasov və Şahvələd Məmmədov adlı şəxslərə qarşı dələduzluq cinayəti törətmiş, bu əməllərin törədilməsində təqsirli bilinməsinə dair məhkəmə hökmü çıxmışdır. Hazırkı iş üzrə ilk iddiaçıların bəziləri də yaşadıqları “ev”ləri həmin şəxslərdən “al”mışlar. Hətta iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 oktyabr 2004-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Nümayəndə iddia ərizəsini əsaslandırarkən Şahvələd Məmmədovun ona “yaşamaq üçün müvəqqəti verdiyi” otaqları (hansı ki, hökmlə bu otaqların heç də müvəqqəti verilmədiyi, əksinə dələduzluq yolu ilə “satıldığı” müəyyən olunur) İddiaçı5 “satdığı”nı, 200 ABŞ dolları qarşılığında müvəqqəti otaqlarda yaşamasına icazə verdiyi Şəmsi Ağayev adlı şəxsin faktiki nikahda olduğu Telli Abdullayevanın isə otaqları Ramiz Vahidov adlı şəxsə satdığını bildirmişdir. Hazırkı iş üzrə ilk iddiaçılardan İddiaçı3 da öz yaşadığı “ev”i elə həmin Ramiz Vahidovdan “al”mışdır. İlk iddiaçıların bəzilərinin qey ri-yaşayış sahəsində yerləşməsidə elə birbaşa Nümayəndəla bağlı olmuşdur. Məhkəmə kollegiyasının iclasında da cavabdehin nümayəndəsi Nümayəndə özü də İddiaçı6 450 kv.m torpaq sahəsi verilməsinə dair aidiyyəti qurumlara məktub yazdığını bildirmişdir. Beləliklə, rayon məhkəməsinin qeyd etdiyi kimi cavabdeh İddiaçı6 münasibətdə həmin şəxsin yaşadığı fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış olduğundan ona münasibətdə qarşılıqlı iddianın təmin edilməsi ən başdan istisna edilmişdir.

30. Apellyasiya şikayətinin digər dəlili sökülməsi tələb olunan həmin qanunsuz tikililərin 15 oktyabr 2011-ci il tarixli Texniki Pasportla mülkiyyətçiyə ayrılmış və onun istifadəsi üçün nəzərdə tutulmuş torpağın ərazisində tikilməsi və həmin qanunsuz tikililərin əsasən hamam və sanitar qovşaq hi ssələrindən ibarət olması ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, rayon məhkəməsi həmin dəlilə qiymət vermiş, iddiaçıların həmin ərazini yaşayış yeri kimi istifadə etməsi müəyyən edilmiş və həmin tikililərə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi kontekstindən ev kimi qiymət vermişdir, bu səbəbdən bu tikililərin hansı təyinatlı olması dəlili əhəmiyyətsizdir.

31. Apellyasiya kollegiyası apellyasiya şikayətinin iddiaçıların həmin ərazidən çıxarılmasına dair qüvvədə olan məhkəmə aktları olması barədə dəlili üzrə qeyd etmişdir ki, həmin tikililərdən ilk iddiaçılar və üçüncü şəxs yaşayış yeri kimi istifadə edir, istinad olunan məhkəmə aktları isə iddiaçıların yalnız firmanın mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çı xarılması ilə əlaqədardır. Cavabdehin hazırkı qarşılıqlı iddia tələbi də ilkin iddiaçılar tərəfindən inşa edilmiş özbaşına tikililərin onların hesabına sökülərək qeyriyaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması ilə bağlıdır.

32. Apellyasiya instansiya məhkəməsi həmçinin, apellyasiya şikayətinin digər dəlilini, yəni cavabdehin nümayəndəsi (direktoru) Nümayəndə uzun müddətdir ailəsi ilə kirayələrdə qalması barədə dəlili üzrə qeyd edir ki, birincisi, o, bununla bağlı hər-hansı sübut təqdim etməmiş, başlıcası isə bu məsələnin hazırkı mübahisənin həllinə hər hansı təsiri ola bilməz.

33. Apellyasiya şikayətində daha sonra qeyd edilmişdir ki, mülki iş materiallarında olan 02 iyun 2004-cü il tarixli Suraxanı Rayon Məhkəməsinin hökmünü rayon məhk əməsi birtərəfli istifadə edərək təsisçi və qanuni təmsilçi Nümayəndə CM-in 178-ci maddəsi ilə məhkum edilməsini qeyd edir. Halbuki, hökmdən görünür ki, hökm qanuni qüvvəsini alana qədər zərərçəkmiş kimi tanınmış X3, X2, X1 onlardan aldığı pulları qaytarmışdır və həmin şəxslərin ona qarşı heç bir şikayət və tələbləri olmadığı göstərilmişdir. Başqa heç kimdən Nümayəndə pul vəsaiti almamışdır. Cavabdehna məxsus ərazidə kimlərinsə yerləşdirilməsi və həmin şəxslərdən (İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X8) pul alınması icarə müqaviləsinə əsasən sahəni götürmüş İddiaçı1 tərəfindən edilmişdir. Bu o şəxsdir ki, indiyə qədər bir manat olsun belə icarə haqqı Cavabdehna, ya Nümayəndə ödəməmişdir. Apellyasiya məhkəməsi şikayətin həmin dəlili ilə razılaşmamış və qeyd etmişdir ki, həmin dəlil Sura xanı Rayon Məhkəməsinin 02 iyun 2004-cü il tarixli hökmü, həmçinin Nümayəndə ilk iddiaçılardan İddiaçı2 qeyri-yaşayış sahəsinin iki otağına dair etibarnamə verməsi, habelə İddiaçı6 həmin ünvanda yerləşən torpaq sahəsindən 450 kv.m ayrılmasına razılıq verməsinə dair 28 oktyabr 2000-ci il tarixli ərizəsi ilə təkzib olunur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

34. İlk və üçüncü şəxsin iddiası üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(103)-4134/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır k i, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi, həmin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Mülki Məcəllənin 152.1, 180.1, 180.2, 180.3, 180.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 2.2, 9.1, 9.3, 82.3, 217.1, 217.2, 218.1, 372.6-cı maddələri pozulmuşdur.

36. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam araşdırmamış, qarşılıqlı iddia üzrə iddiaçının qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun olmasını, onun hüquqlarının müdafiəsi üçün 2004-cü ildən addımlar atmasını, qarşılıqlı iddia üzrə cavabdehlərin həmin tələb üzrə iddiaçının qanuni təmsilçisi olan Nümayəndə qarşı qanunsuz hərəkətlər etməsini, Nümayəndə özünün uzun mü ddət yaşayış sahəsindən mərhum olunmaqla, ailəsi ilə kirayədə yaşamasını, cavabdehlərin inşa etdikləri tikililərin özbaşına tikili olmasını, cavabdehlərin MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılması tələbinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin olunmasını nəzərə almamışdır.

37. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

38. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı4 ayrıca, habelə cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı5 hüquq varisi X14, İddiaçı1 hüquqi varisi X4, üçüncü şəxs X8 birgə kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

39. Etirazlar iş in faktiki halları ilə əsaslandırılmış, maddi və prosessual hüquq normalarına istinad olunmamışdır. Kassasiya baxışının hədləri:

40. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edi lmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

41. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə əsa sən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 560.1- ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətin i tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının tələbləri əsassızdır. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə bir daha qeyd edi r ki, qarşılıqlı iddia bir neçə tələbdən ibarət olmaqla, birincisi qarşılıqlı iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsində cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi və qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasıdır. Həmin tələb üzrə işin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olsa və cavabdehlər tərəfindən zəbt olunsa da, sökülməsi tələb olunan tikililər məhz iddiaçının qanuni təmsilçisinin icazəsi və razılığı ilə inşa olunmuşlar. Belə olan halda, həmin tikililərin cavabdehlərin hesabına sökülməsinin tələbi Mülki Məcəllənin 560-cı maddəsinə əsasən hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

47. Cavabdeh İddiaçı6 münasibətdə isə bu tələb ümumiyyətlə əsassızdır. Bu səbəbdən ki, sonuncunun yaşadığı fərdi yaşayış evi və tikililəri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

48. Qarşılıqlı iddianın digər tələblərinin: iddiaçının mülkiyyətində olmuş əmlakların məhv edilməsi nəticəsində 127700 manat məbləğində zərərin, mübahisələndirilən torpaq sahəsinin istehsalat sahəsi kimi fəaliyyət göstərməyə yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan 100000 manat məbləğində pul vəsaitinin tutulmasının təmini isə sübutetmədən asılıdır.

49. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməl in (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).

50. Hazırki halda, qarşılıqlı iddia üzrə iddiaçı məhv olunan əmlakların mövcudluğunu, qeyri-yaşayış sahəsinin isə əvvəllər MMC-nin fəaliyyəti üçün yararlı vəziyyətdə olmasını, onların yararsız hala düşməsini və buna görə məhz cavabdeh lərin məsuliyyət daşımasını sübut etməlidir ki, bununla bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

51. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

52. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir.

53. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 15 sentyabr 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəl lənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Bu səbəbdən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk və üçüncü şəxsin iddiası üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(103)-4134/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar