Məhkəmə qərarları › İş №2(102)-462/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-462/2023

24.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-462/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya şöbəsi və “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X34, X35, X19, X8, X20, Talıbova Gülnarə Məmmədağa qızı, X6, X45, X41, X13, X27, X28, X36, X37, X29, X25, X57, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğ lundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya şöbəsi və “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X34, X35, X19, X8, X20, Talıbova Gülnarə Məmmədağa qızı, X6, X45, X41, X13, X27, X28, X36, X37, X29, X25, X57, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti) qarşı hərracın nəticələrinin, satış protokolunun və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5755/2022 nömrəli, 16 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akı qərarı qəbul etdi. İşin halları

1. X42 ilə Ramazanova (Məmmədova) Manana Camal qızı arasındakı nikah 26 fevral 2013-cü il tarixdə pozulmuşdur.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-77/2013 saylı icra vərəqəsinə əsasən... təqsirləndirilən şəxs Hümbət Məmmədovun arvadı X11 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may küçəsində yerləşən 10 saylı evin və Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may küçəsində yerləşən 2 saylı evin dəyərindən, həmçinin Bakı şəhəri, Biləcəri bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 369 saylı qərarı ilə X11 adına rəsmiləşdirilmiş Bilcərəi qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m. torpaq sahəsinin üzərində olan tikilinin, Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 722 saylı qərarı ilə X11 adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi 1-ci döngədə yerləşən 600 kv.m. torpaq sahəsinin üzərində, həmçinin orada ona bağ-bostan sahəsi kimi verilmiş 200 kv.m. torpaq sahəsinin üzərində olan tikililərin və Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 377 saylı qərarı ilə X11 adına rəsmiləşdirilmiş Biləcəri bələdiyyəsi ərazisində yerləşən 300 kv.m. torpaq sahəsinin üzərində olan tikililərin dəyərindən birgə nikah dövründə əldə olunmuş ümumi əmlak kimi təqsirləndirilən şəxs Hümbət Məmmədova düşən payın üzərinə yönəldilməsi hökm edilmişdir.

3. Cavabdeh1 tərəfindən xx.xx.2015-ci il tarixdə və təkrar olaraq xx.xx.2015-ci il tarixdə icra sənədinin izah edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə ilə m üraciət edilmiş, tələbin yönəldildiyi nikah dövründə əldə olunmuş ümumi əmlaklarda Hümbət Məmmədova aid olan payların hansı qaydada (fiziki bölgü və ya hərracdan satış və s.) realizə edilməsinə izah verilməsi xahiş olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsindən daxil olmuş xx.xx.2015-ci il tarixli, 1(101)-77/2013 saylı məlumatda mülki qanunvericiliyə müvafiq olaraq borclunun ümumi paylı mülkiyyətdə olan əmlakına yönəldilmənin qanundan əmələ gələn əsas olduğu vurğulanmış və bununla bağlı olaraq mübahisə olmadığından ümumi qaydada yönəldilmənin tətbiq edilməli olması göstəriş edilmişdir.

4. Cavabdeh1 tərəfindən 17 fevral 2015-ci il tarixdə qiymətlədiricinin dəvət edilməsi haqqında qərar qəbul edilərək, ”Sərraf-N” MMC-yə göndərilmişdir, "xxxx" MMC tərəfindən verilən 30 saylı, xx.xx.2016-cı il tarixdə qiymətləndirilməsi sifariş edilən əmlakların olmaması əsas gətirilərək, xx.xx.2015-ci il tarixdə qiymətlədiricinin dəvət edilməsi haqqında qərar icra edilmədən Binəqədi rayon icra şöbəsinə geri qaytarılmışdır. 5. 18.02.2015-ci il tarixdə Ramazanova (Məmmədova) Manana Camal qızının “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sənaye Filialında olan hesabına inkasso sərəncamı qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-865/15 saylı, 28 iyul 2015-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı, 01 iyul 2013-cü il tarixli hökmü dəyişdirilmiş və hökmün nəticə hissəsində “iş üzrə zərəçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün tutmanın X14 arvadı X11 adına “Azərbaycan Beynəlxalq Bankın Sənaye filalında olan 150.000 avro məblə ğində pul vəsaitindən birgə nikah dövründə əldə olunmuş ümumi əmlak kimi təqsirləndirilən şəxs Hümbət Məmmədova düşən payın üzərinə yönəldilməsi"nə dair müddəlar xaric edilməsi qərara alınmışdır.

6. Cavabdeh1 icra məmurları və qeyriləri tərəfindən imzalanmış xx.xx.2015-ci il tarixli aktda aşağıdakılar göstərilmişdir: “... Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-77/2013 saylı icra vərəqəsinin tələbinə görə zərəçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi üçün tələb borclu X21 arvadı X11 adına olan əmlaklardakı payına yönəldilməlidir. İcra sənədinin icrası ilə bağlı xx.xx.2015-ci il tarixdə, saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may küçəsində yerləşən 10 saylı tikilidə olduq.... Tikilinin giriş qapısı bağlıdır. Obyektin (tikilinin) qaraj q apısının (dəmir darvaza) girişində mühafizəçi üçün ayrılmış bir otaqdan ibarət obyektə bitişik tikilidə olan və özünü mühafizəçi kimi təqdim edən... şəxs obyekti mühafizə etdiyini, lakin giriş qapılarının açarlarının onda olmadığını dedi. ***-***-**-** nömrəli telefonla dəfələrlə X30 ünvana dəvət olunaraq, oraya baxış keçirilməsi üçün açarları verməsi təklif olundu. X56 bundan imtina etdi və bildirdi ki, obyektə baxış keçirilməsinə etiraz etmir. Sadəcə olaraq tikilinin açarlarını tapa bilmir və əlavə olaraq baxış keçirilməsində iştirak etmək istəmir”.

7. Cavabdeh1 icra məmurları və qeyriləri tərəfindən imzalanmış xx.xx.2015-ci il tarixli aktda aşağıdakılar göstərilmişdir: “... Məmmədova (Ramazanova) X32 rayon İcra şöbəsinin inzibati binasına gəldi, icra məmuru tərəfindən icra sənədinin m əzmunu, icrası qaydası, icradan imtina ilə bağlı məsuliyyəti barədə həm şifahi, həm də yazılı qaydada bildirildi. X5 açıq şəkildə imtina edərək, izahat verməkdən və icra ilə bağlı hər hansı xəbərdarlıqları qəbul etməkdən boyun qaçırdı. Barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə baxılması üçün verilməsi zamanı protokolu imzalamaqdan imtina edərək, icra məmurunun tələblərinə tabe olmadan Binəqədi rayon İcra şöbəsinin inzibati binasını özbaşına tərk etdi”.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 8(001)-1436/15 saylı qərardadında aşağıdakılar qeyd olunmuşdur: “... tələbin yönəldiyi və üzərinə həbs qoyulmuş qeyd olunan əmlaklar hazırda X10 (Ramazanovanın) sahibliyi və istifadəsindədir. Manana Məmmədova hökmün icrasına aşkar şəkildə maneə yaratdığından mə hkəmə hesab edir ki, təqdimat təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyul 2013-cü il tarixli, 1(101)-77/2013 saylı hökmünə dair verilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-77/2013 saylı icra sənədi üzrə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən 10 saylı ev və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən 2 saylı evlərə (tikililərə) baxış keçirilməsinin təmin olunması məqsədilə evlərin giriş qapılarının qıfılları sındırılmaqla məcburi qaydada daxil olunmalıdır”.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-310/2016 saylı qərardadına əsasən X15 məxsus "xxxx" MTK, "xxxx" MTK, "Azər Ross İK” MTKdakı payların, Məmmədov Hümbətin özünə məxsus "xxxx" MMC-dəki paylar ın, M.Məmmədovanın adına "Azərbaycan Beynəlxalq Bankı” Sənaye filialındakı 150000 avro pul vəsaitinin, M.Məmmədovanın adına rəsmiləşdirilmiş Binəqədi qəsəbəsi, 1 May küçəsi, 2 saylı evin, Biləcəri Bələdiyyəsinin 11 iyul 2008-ci il tarixli, 369 saylı qərarı ilə M.Məmmədovanın adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1ci döngədə yerləşən 600 kv.metr torpaq sahəsi üzərində olan tikilinin, Biləcəri Bələdiyyəsinin 9 avqust 2004-cü il tarixli, 722 saylı qərarı ilə M.Məmmədovanın adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.metr torpaq sahəsi üzərində, həmçinin bağ-bostan məqsədi ilə verilmiş 200 kv.metr torpaq sahəsi üzərində olan tikilinin, Biləcəri Bələdiyyəsinin 11 iyul 2008-ci il tarixli, 377 saylı qərarı ilə M.Məmmədovanın adına rəsmiləşdirilmiş Biləcəri Bələdiyyəsinin ərazisində yerləşmiş 300 kv.metr torpaq sahəsi üzərində olan tikilinin üzərinə həbs qoyulması qərara alınmışdır. 10. "xxxx" MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabata əsasən Bakı şəhəri, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, 1 May küçəsi, 1-ci döngədə yerləşən 600 kv.m. torpaq sahəsinin üzərində olan tikili 1.100.000 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2017-ci il tarixdə X16 X17 xeyrinə 73000 ABŞ dolları məbləğində pul vəsaiti milli manat məzənnəsinə uyğun olaraq tutulmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-310/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi Binəqədi rayon icra şöbəsinə daxil olmuşdur. İcra sənədi xx.xx.2017-ci il tarixdə icraata qəbul edilm iş, həmin gün icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrasına dair bildiriş tərəflərə göndərilmişdir. Qeyd olunan icra sənədləri əsasında açılmış icra işləri “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin tələblərinə əsasən xx.xx.2017-ci il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. 11. 17.01.2017-ci il tarixdə 1.100.000 manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, 1 May küçəsi, 1-ci döngədə yerləşən 600 kv.m. torpaq sahəsinin üzərində olan tikilinin açıq hərracda satılması və satışdan əldə ediləcək məbləğin Binəqədi rayon icra şöbəsinin depozit hesabına ödənilməsi üçün "xxxx" MMC-yə sifariş göndərilmişdir. 12. "xxxx" MMC-dən daxil olmuş 3292 saylı, 06 iyul 2017-ci il tarixli məlumata əsasən 1.100.0 00 manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, 1 May küçəsi, 1-ci döngədə yerləşən 600 kv.m. torpaq sahəsinin üzərində olan tikili hərrac mərkəzi tərəfindən keçirilən hərraclar zamanı alıcı olmadığı üçün satılmamışdır”.

13. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin 11 mart 2020-ci il tarixli hərracın təşkili və keçirilməsi haqqında sifariş məktubuna əsasən X30 bu barədə halhazırda da qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 159, mənzil 24 ünvanı üzrə məlumatlandırılmışdır.

14. Poçt qəbzlərinə əsasən “X4 Mərkəzi” MMC tərəfindən də Məmmədova (Ramazanova) Manana Camal qızı həm qeydiyyatda olduğu ünvan (ünvan 2 yerləşdiyi ünvan üzrə, həm də yaşaması ehtimal olunan digər ünvanlar üzrə məlumatlandırılmış, laki n bütün məktublar “ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. X31 isə məktublar həbsxanaya göndərildiyindən, ünvan sahibi tərəfindən qəbul edilmiş və qəbzlərə imza edilmişdir (xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə).

15. Qəzetlərdən çıxarışlara əsasən “X4 Mərkəzi” MMC tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli buraxılışlarda müvafiq elanlar dərc edilmişdir. 16. “X4 Mərkəzi” MMC-nin 30 sentyabr 2020-ci il tarixli YP004, YP005, YP006 nömrəli satış protokollarından və hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə müqavilələrə əsasən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X31 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan 4 mər təbəli tikili (ü/s 2256,31 kv.m); Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 448 kv.m) cinayət işi üzrə zərərçəkmiş 17 nəfər şəxs - X6, X22, X45, X8, X41, X12, X34, X20, X27, X28, X36, Talıbova Gülnarə Məmmədağa qızı, X35, X37, X38, X25, X57 tərəfindən alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı cavabdehlər Cavabdeh1nə və «X4 Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4 Mərkəzi” MMC-nin Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış m assivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan 4 mərtəbəli tikiliyə dair 30 sentyabr 2020-ci il tarixli, YP 004 nömrəli satış protokolunun və 30 sentyabr 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, “X4 Mərkəzi” MMC-nin Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 442 kv.m) dair 30 sentyabr 2020-ci il tarixli, YP 005 nömrəli satış protokolunun və 30 sentyabr 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, “X4 Mərkəzi” MMC-nin Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) dair 30 sentyabr 2020-ci il tarixli, YP 006 nömrəli satış protokolunun və 30 sentyabr 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, daşınmaz əmlakların açıq hərracdan satışının təşkili və keçirilməsi zamanı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 33-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1, 218, 220, 224, 319, 414, 415, 416-cı maddələrinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İcra haqqında" Azərbaycan Respublikasının Qanunlarının tələbləri pozulmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı, 20 oktyabr 2014- cü il tarixli icra vərəqəsi üzrə iddiaçının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsi üzərində yerləşən 4 mərtəbəli tikilinin; Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 10 saylı (442 kv.m və 448 kv.m) fərdi yaşayış evlərinin dəyərindən birgə nikah dövründə əldə olunmuş ümumi əmlak kimi təqsirləndirilən şəxs Hümbət Məmmədova düşən payın üzərinə yönəldilməsinə baxmayaraq, cavabdeh “X4 Mərkəzi” MMC tərəfindən həmin əmlakların tam pay şəkildə açıq hərracı keçirilmişdir. “X4 Mərkəzi” MMC tərəfindən Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsi üzərində yerləşən 4 mərtəbəli tikilinin, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 10 saylı (442 kv.m və 448 kv.m) fərdi yaşayış evlərinin açıq hərracı təşkil olunan və keçirilən zaman iddiaçının iştirakı təmin edilməmiş, hərracın keçirilməsi zamanı iddiaçıya məlumat verilməmişdir. Hərrac iddiaçının iştirakı olmadan keçirilməklə iddiaçının adına rəsmiləşdirilmiş daşınmaz əmlakların iddiaçıya aid pay hissəsinə də qanunsuz olaraq tutma yönəldilmişdir. Bununla da, hərracın keçirilməsi qaydası pozulmuşdur. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən hərrac sifarişi verilən zaman, habelə “X4 Mərkəzi” MMC açıq hərracın təşkili və keçirilməsi zamanı təqsirləndirilən şəxs X21 və X11 payları müəyyən edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra və prob asiya şöbəsinə ünvanlanmış 1(101)-77/2013 nömrəli, 25 sentyabr 2015-ci il tarixli məktubunda sözügedən daşınmaz əmlakların iddiaçıya aid hissəsində payların müəyyən edilməsi məsələsinin zəruriliyini diqqətə çatdırmasına baxmayaraq, rayon İcra Şöbəsi tərəfindən məhkəmə aktı təhrif olunaraq, qanunsuz şəkildə tam pay şəklində əmlaklara tutma yönəldilmişdir. “X4 Mərkəzi" MMC-nin xx.xx.2020-ci il tarixli YP 004, YP 005, YP006 nömrəli “Satış Protokolları”ndan, həmin tarixlər üzrə eynilik təşkil edən mətn əsasında tərtib edilmiş "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilələrdən görünür ki, əmlakların ilkin satış qiyməti və əmlakın hərracda satılmış son qiyməti göstərilmişdir. Lakin daşınmaz əmlakın ilkin satış qiymətinin hansı faiz əmsalı üzrə azalması göstərilməmişdir. Hər üç daşınmaz əmlak üzrə xx.xx.2020-ci il tarixli "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilələrdə və xx.xx.2020-ci il tarixli YP 004, YP 005 və YP 006 nömrəli satış protokollarında alıcı qismində 17 nəfər: X6, İsrafilov X9, X8, X41, X12, X34, X20, X27, X28. X36, Talıbova Gülnarə Məmmədağa qızı, X35, X37, X38, X25, X57 iştirak etməsinə baxmayaraq, əmlakların hərracın baş tutmaması nəticəsində əldə edilməsi və ya hərrac keçirilməklə alqı-satqı üzrə hərracı udması naməlum olmuşdur. Çünki sözügedən müqavilələr protokolla ziddiyyət təşkil etmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli, YP 004, YP 005 və YP 006 nömrəli satış protokollarının 7-ci bəndində "Hərracın nəticələri haqqında protokol” qeyd edilməsinə baxmayaraq sənəd satış protokolu adlandırılmışdır. Hər bir (nömrəsiz) daşın maz əmlaka dair xx.xx.2020-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” Müqavilələrdə əmlakların alqısatqısı göstərilməsinə baxmayaraq beh məbləği, alış qiymətinin ödənilməsi müddəti və qaydası göstərilməmişdir. Halbuki qanunvericiliyə görə, elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Lakin mübahisələndirilən satış protokolları və müqavilələrdə qanunun tələblərinə əməl edilməmişdir. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Sözügedən daşınmaz əmlaklar ipoteka predmeti olmasını baxmayaraq qanunvericilikdə açıq hərracın keçirilməsinə dair müddəalar da eynilə tətbiq edilir. Hər üç daşınmaz əmlak üzrə xx.xx.2020-ci il tarixli, YP 004, YP 005 və YP 006 nömrəli satış protokollarında alıcı qismində iştirak edən 17 nəfər vətəndaşlar cinayət işi üzrə zərərkəşmiş şəxslər olduğuna görə mübahisələndirilən daşınmaz əmlakları açıq hərracı udmaq yolu ilə əldə etməmişlər, baş tutmamış hərrac tələbkarlara təklif edilməklə əldə edilmişdir. Belə olan halda, baş tutmamış hərracın nəticələrinə dair sənədləşdirilməlidir. Göründüyü kimi sözügedən satış protokolları və müqavilələr qanunun tələbləri pozulmaqla formal xarakter daşımışdır. Yuxarıda sadalanan əsaslara görə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin müvafiq hərrac sifarişi əsasında cavabdeh “X4 Mərkəri” MMC-nin xx.xx.2020-ci il tarixli, YP 004, YP 005 və YP 006 nömrəli Satış Protokolları, həmin tarixlər üzrə “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilələr qanunsuz təşkil edilmişdir.

19. X34, X35, X19, X8, X20, Talıbova Gülnarə Məmmədağa qızı, X6, X45, X41, X13, X27, X28, X36, X37, X29, X25, X57 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər.

20. Üçüncü şəxs Talıbova Gülnarə Məmmədağa qızı iddiaya etiraz ərizəsini məhkəməyə təqdim edərək bildirmişdir ki, “X2 Mərkəzi” MMC-nin YP 004 nömrəli xx.xx.2020-ci il tarixli satış protokolundan və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi və Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında «X4 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Bi nəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X31 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan 4 mərtəbəli tikili (ü/s 2256,31 kv.m) alıcılar X7, X22, X45, X8, X41, X18, X34, X20, X27, X28, X36, Talıbova Gülnarə Məmmədağa qızı, X35, X37, X38, X25, X1. Əmlakın ilkin satış qiyməti: ******* manat, əmlakın hərracda satılmış son qiyməti: 801900 manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmçinin “X2 Mərkəzi” MMC-nin YP 005 nömrəli xx.xx.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi və Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında «X4 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X31 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) alıcılar X7 və yuxarıda adları sadalanan digər 16 nəfərə satılmışdır. Əmlakın ilkin satış qiyməti: 442000 manat, əmlakın hərracda satılmış son qiyməti: 322218 manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmçinin “X2 Mərkəzi” MMC-nin YP 006 nömrəli xx.xx.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi və Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında «X4 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X31 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 448 kv.m) alıcılar X7 və yuxarıda adları sadalanan digər 16 nəfərə satılmışdır. Əmlakın ilkin satış qiyməti: 448000 manat, əmlakın hərracda satılmış son qiyməti: 326592 manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Yuxarıda da göstərilənlər kimi, hər bir əmlakla bağlı hərrac təşkilatı tərəfindən aparılan hərrac yekunlaşmış, müvafiq alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə xüsusi olaraq nəzərə almalıdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6261/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmündə də göstərildiyi kimi, X31 məxsus, lakin Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsm iləşdirilmiş altı adlı əmlakdan dördü qanunsuz olaraq İddiaçı tərəfindən satılmışdır. Həmçinin Ramazanova (Məmmədova) Manana Camal qızı hazırkı iddia tələbi ilə icra mərhələsindən keçmiş, qiymətləndirilməsi olmuş və keçirilmiş hərracdan məlumatsız olması barədə verdiyi istinadlar tam əsassız olmuşdur. Belə ki, ərizədə əks edilmiş xüsusatların cəmindən belə bir nəticəyə gəlmək olar ki, iddiaçı hərracın yekunlarından tam məlumatlı olmuşdur. Binəqədi rayon İcra və Probasiya şöbəsində aparılan icra işi ilə bağlı dəfələrlə həm iddiaçıya həm də onun vəkilinə məlumatlar verilmişdir. Qeyd olunanlara əsasən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmədən, hərracın yekun protokolunun mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərədə tutulmuş müddətin ötürülməsi əsası ilə iddiaçının tə ləbinin rədd edilməsini xahiş etmişdir.

21. Üçüncü şəxs X34 izahatında məhkəməyə bildirmişdir ki, iddia tələbi əsassızdır. O, və digər zərərçəkmişlər bu məsələdə sonuna kimi gedəcəklər. İddiaçı uzun sürən məhkəmə mübahisəsindən sonra yenə də qanunsuz əməllərinə davam etmişdir. Onlara vurduqları maddi ziyan az deyil, hələ mənəvi ziyan da vurmuşdur. Hərracdan satılmış əmlakda iddiaçıya məxsus tikiş maşınları var idi. Həmin əmlak digər əmlaklarla birgə onlara təhvil verilərkən, gəlmiş tikiş maşınlarını aparmışdır. Belə olan halda onun hərracın keçirilməsindən xəbəri olmamasını deməsi cəfəngiyat olmuşdur. Məktubları özü bilərəkdən qəbul etməmişdir. Bu onun məlumatlı olmamasına dəlalət etməmişdir.

22. Üçüncü şəxs X35 izahatında məhkəməyə bildirmişdir ki, iddiaçı üzərində həbs olmasına baxmayara q altı əmlakın dördünü satıb, qalan əmlaklara olan tələbi əsassızdır. Həmin əmlaklar zərərçəkmişlərə vurulmuş ziyanın ödənilməsinə yönəlmişdir. İddiaçının və həyat yoldaşının qanunsuz əməllərinə görə o, 4 uşaqla 12 ildir ki, kirayədə qalmışdır. İddiaçının məqsədi zərərçəkmişləri süründürmək olmuşdur. Məqsədinə də nail olmuşdur. 17 nəfərdən hal-hazırda ölənlər də var, ölüm ayağında olanlar da. Bundan əlavə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçı Hümbət Məmmədovla 2013-cü ildən boşanmışdır. Belə olan halda ümumi əmlaklarına dair məhkəmə iddiaları 3 il müddətində verilməli idi.

23. Üçüncü şəxs X22 izahatında məhkəməyə bildirmişdir ki, iddia tələbi əsassızdır. İddiaçı özü elə həyat yoldaşı məhkum X42 ilə birlikdə qanunsuz əməlləri törətmişdir. İndi isə zərərçəkmişlərə aid olan əmlaka dair tələb irəli sürmüşdür. X3 Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq sücaət göstərmişdir. Lakin bu gün o və digər zərərçəkmiş şəxslər iddiaçının əsassız iddialarına görə mənəvi iztirablara məruz qalmışlar. Erməni öldürə bilməyənləri də iddiaçı əsassız iddiaları ilə öldürəcək. Bu qanunsuzluqlara son qoyulmalıdır.

24. Üçüncü şəxs X20 izahatında məhkəməyə bildirmişdir ki, bu məsələ artiq uzun illərdir davam etmişdir. İddiaçı və məhkum həyat yoldaşı Hümbət Məmmədovun zərərçəkmişlərə qarşı qanunsuz əməlləri sonlanmır deyə, o və digər zərərçəkmiş şəxslər güzəştə getdikləri qalıq borcunu yenidən tələb edəcəklər.

25. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-2486/2022 nömrəli iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Nigar Nəb izadə) iddia rədd edilmişdir.

26. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahatında iddiaçının hazırkı iddia ərizəsi ilə məhz indi – hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə müqavilələrin bağlanmasından 2 ilə yaxın müddət keçdikdən sonra müraciət etməsini onunla əsaslandırmışdır ki, iddiaçı 2017ci ildən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ünvanında qeydiyyatda olsa da, ona hərracın keçirilməsi barədə bildirişlər Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən ünvana göndərilmişdir. Halbuki, iş materiallarında olan poçt qəbzlərindən görünür ki, “X4 Mərkəzi” MMC tərəfindən İddiaçı xx.xx.2017-ci il tarixdən hal-hazıradək qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəy ov küçəsi, ev 159, mənzil 24 ünvanına həm özünə, həm də cinayət işi üzrə adları keçmiş hüquqi şəxslərə ünvanlanan bildirişlər dəfələrlə göndərilmişdir.

27. Məhkəmə qeyd etmişdir ki, iddiaçının vəkili məhkəməyə bildirmişdir ki, iddiaçının məhkəməyə məhz indi müraciət etməsinin səbəbi onun ölkə hüdudları xaricində olması olmuşdur. Halbuki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışa əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək davamlı olaraq ölkə ərazisində olmuşdur.

28. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdeh hərrac təşkilatçısı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli YP004, YP005, YP006 nömrəli satış protokollarını və Hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə müqavilələri etibarsız hesab edilməsini mübahisələndirmək üçün qanunla müəyyən edilən müddət ötürülmüşdür. Məhkəmə hazırkı işin bütün hallarını və hadisələrin xronologiyasını nəzərə alaraq, iddiaçının hərracın keçirilməsindən və əmlakların başqa şəxslərə təhvil verilməsindən iki ilə yaxın müddətdən sonra xəbər tutmasını inandırıcı hesab etməmişdir.

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

30. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5755/2022 nömrəli mülki iş üzrə 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması qət edilmişdir.

32. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı 1 illik müddəti ötürmüşdür. Belə ki, həmin sənədlər xx.xx.2020-ci ildə tərtib olunub, iddia isə xx.xx.2022-ci ildə, yəni 1 il 5 ay sonra məhkəməyə verilmişdir. Həmin maddədə müddətin başlanğıcı təyin edilərkən “bildiyi gün” ilə yanaşı “bilməli olduğu gün” ifadəsindən istifadə olunmuşdur. Kütləvi informasiya vasitəsində xx.xx.2020-ci il tarixdə hərraca dair elan dərc edilib (cild 1, iş v. 139). Ona görə də iddiaçı satış protokolu və alqı-satqı müqaviləsinin mövcudluğunu xx.xx.2020-ci ildə bilməli idi. Müddət bitdiyinə görə iddiaçı hərracın nəticəsini mübahisələndirə bilməz.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etsə də maddi hüquq normasını düzgün tətbiq etməyib, yəni Mülki Məcəllənin 354.1-ci maddəsini tətbiq etmişdir. Bu maddədə əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi haqqında iddiadan bəhs olunmuşdur. Lakin hazırkı iddiada hərracın nəticəsində bağlanan əqd mübahisələndirilib, yəni onun mübahisələndirilən əqd kimi etibarsız sayılması tələb olunmuşdur.

34. Məhkəmə öz mö vqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

36. Şikayət onunla əsaslandırılmışdır ki, borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddi hüquq norması ilə yanaşı Bakı Ağır Cinayətlər Məhkəməsinin Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə ünvanlanmış 1(101)-77/2013 nömrəli, xx.xx.2015 -ci il tarixli məktubunda sözügedən daşınmaz əmlakların İddiaçı aid hissəsində payların müəyyən edilməsi məsələsinin zəruriliyini diqqətə çatdırılmışdır. Məhkəmə isə qeyd olunan xüsusatlara diqqət yetirməmiş və hüquqi qiymət verməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı, 20 oktyabr 2014-cü il tarixli icra vərəqəsi ilə iddiaçının mülkiyyət hüquqları qorunmuşdur. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(101)-77/2013 saylı icra vərəqəsinə icra qanunvericiliyinin müddəalarına zidd olaraq sözügedən daşınmaz əmlakın təqsirləndirilən şəxs Hümbət Məmmədova düşən payına deyil, sonuncunun və iddiaçının payına yönəltmişdir. Birinci instansiya məhkəməsi iddiaçının konstitusion təsbit edilmiş mülkiyyət hüququn u pozmuş və maddi hüquq normasını pozaraq qanunsuz olaraq məhrum etmişdir.

37. Kassator qeyd etmişdir ki, sözügedən daşınmaz əmlakların açıq hərracının təşkili zamanı iddiaçı məlumatlandırılmamışdır. Hərrac təşkiları tərəfindən formal xarakterli, ekspress poçt – “MEGA POST SERVİCE” “xidmətin”dən istifadə edərək, 019049, 006493, 006497, 006492, 010078, 010067, 010124, 010077, 010122, 010123, nömrəli qəbzləri tərtib etməklə, əksəriyyətinə “qapı bağlıdır”, “ünvanda yaşamır” qeydi göstərməklə kifayətlənmişdir. Hərrac bildirişlərini əksəriyyəti Bakı şəhəri, Biləcəri qəsgbəsi, 1 May yeni yaşayış massivi ünvanına qeyd edilmişdir. Halbuki iddiaçı ünvan 6 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarına əlavə edilmiş 010124, 010077, 010122, 010123 nömrəli poçt qəbzlərindən göründüyü kimi qeyd hiss əsində “ünvanda yaşamaması” göstərilmişdir. Halbuki Azərbaycan Respublikasında olduğu təqdirdə ünvan 7 ünvanında yaşamışdır. Bu da hərrac təşkilatı tərəfindən ekspert poçt qəbzlərinin saxtalaşdırılması faktı olmuşdur. Bu da rayon məhkəməsi tərəfindən nəzərə alınmamış, qanunvericiliyin hərrac bildirişlərin sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsinə dair tələbin pozuntusu olmuşdur.

38. Kassator qeyd etmişdir ki, mülki iş materiallarında mübahisələndirilən hərrac protokollarının və müqavilələrin iddiaçı tərəfindən əldə edilmə tarixləri mövcud olduğu halda, bir məhkəmə iclası ilə tam araşdırmadan əsassız məhkəmə aktını qəbul etmişdir. Halbuki apellyasiya instansiyası iş materiallarında olan sübutlara düzgün olmayan hüquq normasını tətbiq etmişdir. Apellyasiya instansiyası m əhkəməsinin apellyasiya şikayətinə qeyri-obyektiv baxaraq qanunsuz məhkəmə aktını qəbul etməsi eyni zamanda qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı, 20 oktyabr 2014-cü il tarixli icra vərəqəsini (hökmü) şübhə altında salmış və ziddiyyət yaratmışdır.

39. Kassator qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı, 20 oktyabr 2014-cü il tarixli icra vərəqəsi üzrə hərrac təşkilatı tərəfindən hərracın təşkili və keçirilməsi zamanı iddiaçının məlumatlandırılmasına dair heç bir sübut olmadığı təqdirdə hərrac barədə məlumatlı olması kimi qiymətləndirmişdir. Daha sonra, Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” Qərar tərəf olaraq iddia çıya təqdim edilməmiş və bununla bağlı heç bir sübut mövcud da olmamışdır.

40. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 24, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224, 415-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1, 1-1, 8, 45.8, 61, 62-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 1, 7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Üçüncü şəxs Talıbova Gülnarə Məmmədağa qızı kassasiya şikayətinə etiraz edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respubli kasının Mülki Məcəlləsi

42. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

43. Maddə 415.2.Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə ba şlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

44. Maddə 416.1.Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

45. Maddə 425.1.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 46. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı: 31. “ Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilm iş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin süb utlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya insta nsiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır.

57. Belə ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı 1 illik müddəti ötürmüşdür. Belə ki, həmin sənədlər xx.xx.2020-ci ildə tərtib olunub, iddia isə xx.xx.2022-ci ildə, yəni 1 il 5 ay sonra məhkəməyə verilmişdir. Həmin maddədə müddətin başlanğıcı təyin edilərkən “bildiyi gün” ilə yanaşı “bilməli olduğu gün” ifadəsindən istifadə olunmuşdur. Kütləvi informasiya vasitəsində xx.xx.2020-ci il tarixdə hərraca dair elan dərc edilib (cild 1, iş v. 139). Ona görə də iddiaçı satış protokolu və alqı-satqı müqaviləsinin mövcudluğunu xx.xx.2020-ci ildə bilməli idi. Müddət bitdiyinə görə iddiaçı hərracın nəticəsini mübahisələndirə bilməz.

58. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir.

59. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək s əlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

60. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradılmış, onların dəlillərinə hüquqi qiymət verilmiş və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2(103)-5755/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar