Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-462/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X4 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-330/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıl arı müəyyən etmişlər: 2. 1 iyun 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X14 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən, ümumi sahəsi 1.1906 ha olan torpaq sahəsini 78.000 manata Cavabdeh MMC-yə (bundan sonra – MMC və ya cavabdeh) satmış, həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmış və bu barədə Reyestr Xidməti tərəfindən MMC-nin adına 7 iyun 2017-ci il tarixli Çıxarış verilmişdir; 3. 27 sentyabr 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrinə əsasən "xxxx" MMC Bakı şəhəri, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi yolunda yerləşən, ümumi sahəsi 1263.16 kv.metr, əsas sahəsi 1068.46 kv.metr, köməkçi sahəsi 194.7 kv.metr olan qeyri-yaşayış binasında n, yalnız ümumi sahəsi 378.95 kv.metr, əsas sahəsi 320.54 kv.metr, köməkçi sahəsi 58.41 kv.metr olan qeyri-yaşayış sahəsini və mülkiyyətdə olan 3 ha torpaq sahəsindən yalnız 0.9 ha torpaq sahəsini 900.000 manata İddiaçı2; ümumi sahəsi 252.63 kv.metr, əsas sahəsi 213.69 kv.metr, köməkçi sahəsi 38.94 kv.metr olan qeyri-yaşayış sahəsini və 0.6 ha torpaq sahəsini 600.000 manata X5; ümumi sahəsi 252.63 kv.metr, əsas sahəsi 213.69 kv.metr, köməkçi sahəsi 38.94 kv.metr olan qeyri-yaşayış sahəsini və 0.6 ha torpaq sahəsini 600.000 manata X11; ümumi sahəsi 378.95 kv.metr, əsas sahəsi 320.54 kv.metr, köməkçi sahəsi 58,41 kv.metr olan qeyriyaşayış sahəsini və 0.9 ha torpaq sahəsini 900.000 manata İddiaçı1 satmışdır;
4. Həmin qeyri-yaşayış sahələri və torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrind ə mülkiyyət hüqüqu üzrə onların adlarına qeydə alınmış və Reyestr Xidməti tərəfindən onların adlarına 2-4-9 oktyabr 2019-cu il tarixli Çıxarışlar verilmişdir; 5. 6 mart 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrinə əsasən X10 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi yolunda yerləşən, ümumi sahəsi 252.63 kv.metr olan qeyri-yaşayış sahəsini və 0.6 ha torpaq sahəsini 700.000 manata İddiaçı2; X17 isə mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi yolunda yerləşən, ümumi sahəsi 252.63 kv.metr olan qeyri-yaşayış sahəsini və 0.6 ha torpaq sahəsini 700.000 manata İddiaçı2 satmışdır; 6. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 1263.16 kv.metr olan qeyri-yaşayış sahəsi və 3 ha torpaq sahəs i-paylı mülkiyyət hüququ üzrə ümumi sahəsi 378.95 kv.metr olan qeyri-yaşayış sahəsi və 0,9 ha torpaq sahəsi hissəsində mülkiyyət hüqüqu üzrə İddiaçı1; ümumi sahəsi 884.21 kv.metr olan qeyri-yaşayış sahəsi və 2.1 ha torpaq sahəsi hissəsində mülkiyyət hüququ üzrə İddiaçı2 adlarına qeydə alınmış və bu barədə onların adlarına Reyestr Xidməti tərəfindən 9 oktyabr 2019-cu il və 17 mart 2020-ci il tarixli Çıxarışlar verilmişdir;
7. İddiaçı1 və İddiaçı2 tərəfindən MMC-yə 15 aprel 2020-ci il tarixdə pretenziya məktubu göndərilmiş, Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi Şossesi, 80 ünvanında yerləşən 3.0 ha torpaq sahəsinin MMC tərəfindən qanunsuz olaraq zəbt olunmuş 0.4131 ha hissəsinin boşaldılmasını, həmin torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayı ş sahələrinin, eləcə də hasarın MMC-nin hesabına sökülməsini, torpaq sahəsinin koordinatlarına uyğun yenidən MMC-nin hesabına hasarlanmasını və 0.4131 ha torpaq sahəsinin qanuni mülkiyyətçilərə qaytarılmasını 10 gün müddətində təmin edilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmişlər;
8. Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-1419/2022 nömrəli qərarı ilə MMC-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən, 1.19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçü sənədinin tərtib edilməsinin reyestr xidmətinin üzərinə qoyulması” barədə iddiası təmin edilərək, MMC-nin mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən, 1.19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçü sənədinin tərtib edilməsi vəzifəsinin Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır;
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır;
10. Ali Məhkəmənin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ləğv olunaraq, iş yenidən apellyasiya baxışına göndərilmişd ir;
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı2 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir;
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 18 aprel 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı qismən, üçüncü şəxs İddiaçı2 mülkiyyətində olan (reyestr nömrəsi **********172-06301) 0,4299 ha torpaq sahəsinə münasibətdə plan-ölçünün tərtib edilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 18 aprel 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şossesi, 80 ünvanında yerləşən torpaq sahəsinə üçüncü şəxs İddiaçı2 mülkiyyətində olan (reyestr nömrəsi **********172-06301) 0,4299 ha torpaq sahəsi istisna olmaqla mövcud vəziyyətə uyğun plan-ölçünün tərtib edilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra - iddiaçılar) MMC-yə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan ünvan 1 ünvanda yerləşən 3.0 ha torpaq sahəsinin MMC tərəfindən qanunsuz olaraq zəbt edilmiş 4299 kv.metr hissəsinin boşaldılması, həmin torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayış sahələrinin, eləcə də hasarın sonuncunun hesabına sökülməsi, torpaq sahəsinin koordinatlarına uyğun yenidən MMC-nin hesabına hasarlanması və 4299 kv.metr torpaq sahəsinin qanuni mülkiyyətçilərə qaytarılması, MMC-dən vurulmuş maddi ziyana görə 100.000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, göstərilmiş hüquqi yardıma görə 1.0 00 manat pulun tutulub onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
15. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələblərini belə əsaslandırmışlar ki, ünvan 1 ünvanda yerləşən 3.0 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində inşa edilmiş 1263.16 kv.metr qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə paylara bölünməklə onların mülkiyyətindədir. Sözügedən torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün 17 oktyabr 2019-cu il tarixdə Reyestr Xidmətinə müraciət etmişlər. Reyestr Xidmətinin 29 oktyabr 2019-cu il tarixli məktubu ilə onlara bildirilmişdir ki, qeyd olunan topraq sahəsinin koordinatları yerində müəyyən edilib və 3 ha torpaq sahəsinin 0.4131 ha hissəsinin qərb tərəfdən qonşunun hasarı daxilində yerləşdiyi müəyyən edilib. Onların mülkiyyətlərində olan torpaq sahəsinin qərb tərəfdən qonşusu isə MMC-dir. Onların mülkiyyətlərində olan torpaq sahəsinin 0.4131 ha hissəsinin MMC tərəfindən istifadə olunması, onlar tərəfindən MMC-yə göndərilmiş pretenziya məktubunun müzakirəsi (görüş zamanı) zamanı da öz təsdiqini tapıb. Əvvəlki mülkiyyətçilərdən X10 və X2 əmlakda olan paylarını alqı-satqı müqavilələrinə əsasən İddiaçı2 satmışlar. Göründüyü kimi, xüsusi mülkiyyət hüququ ilə onlara məxsus olan torpaq sahəsinin 0.4131 ha hissəsi MMC-nin istifadəsində olan torpaq sahəsinə birləşdirilərək hasara alınıb. Bunun nəticəsində onlar mülkiyyətlərinin bir hissəsindən qanunsuz məhrum edilmişlər və onlara məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüququnu tam həyata keçirə bilmirlər.
16. Cavabdeh MMC-nin nümayəndəsi iddiay a etiraz edərək göstərmişdir ki, MMC mülkiyyətində olan 1.2 ha torpaq sahəsini 31 iyul 2008 ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" Şirkətinin təsisçiləri X12 və X1 alıb. Həmin alqı-satqı müqaviləsi əvvəl MMC-nin təsisçisi X6 adına rəsmiləşib. Müqavilə üzrə tərəflərin arasında 16 avqust 2008ci il tarixdə notariat kontorunda "xxxx" firmasına məxsus 4.2 ha torpaq sahəsinin 1.2 ha hissəsinə dair cizgi-plan sənədi təsdiq edilib. Satıcı "xxxx" Şirkətinin təsisçiləri X12 və X7 1.2 ha torpaq sahəsini özləri ölçüb MMC-yə təhvil veriblər və bundan sonra torpaq sahələri arasında mərclənmə nişanları qoyulub. Ona görə də MMC-yə məxsus torpaq sahəsinin bütövlüyü təmin edilmədən bu işə baxıla bilməz. Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı ilə MMC-nin mülkiyyətində olan 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçü sənədinin tərtib edilib verilməsi vəzifəsi Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin öhdəsinə qoyulub və qərar qanuni qüvvəsini alıb. Hər iki tərəfə torpaq sahəsini satan "xxxx" Şirkəti işə cəlb edilməli və hazırkı mübahisəli məsələyə münasibəti öyrənilməlidir.
17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 25 avqust 2022-ci il tarixli məlumatına görə vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan 0,4299 ha torpaq sahəsi cavabdehin mülkiyyətində olan 1,1906 ha sahənin plan-ölçüsü daxilində yerləşmir və həmin torpaq sahəsi MMC-nin mülkiyyətində olan 1,1906 ha torpaq sahənin şərq tərəfində yerləşir. MMC-nin mülkiyyətində və daimi istifadəsində olan (1,1906 + 2,7508) ha torpaq sahələri həmsərhəd olsa da, onların bütövlüyünün bərpa edilməsi, birləşdirilməsi mümkün deyil. Belə ki, sözügedən torpaq sahələrindən biri bələdiyyənin mülkiyyətindədir.
18. Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2022-ci il tarixli ekspert rəyinə əsasən mübahisəli 4299 kv.metr torpaq sahəsi 7 iyun 2017-ci il tarixli Çıxarışa əsasən, MMC-nin mülkiyyətində olan 1.1906 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin daxilində deyil, Reyestr Xidməti tərəfindən iddiaçıların adlarına verilmiş 9 oktyabr 2019-cu il və 17 mart 2020-ci il tarixli Çıxarışlara əsasən iddiaçıların mülkiyyətlərinə verilmiş 3 ha torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən edilir. Həmçinin, 7 iyun 2017-ci il tarixli Çıxarışa əsasən MMC-nin mülkiyyətində olan 1.1906 ha torpaq sahəsi, iddiaçılarla ümumi sərhəddin (hasarın) sol tərəfindən (mübahisəli 4299 kv.metr sahədən sonra) başlayır. MMC-nin mülkiyyətində və daimi istifadəsində olan (1.1906 + 2.7508) ha torpaq sahəsinin bütövlüyünün bərpa edilib-edilməməsinin müəyyən olunması tikinti-texniki ekspertinin həll etdiyi məsələlərə aid deyil.
19. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-139/2022 nömrəli iş üzrə 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçıların **********72-06301 Daşınmaz əmlakın reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 3.0 ha torpaq sahəsinin MMC tərəfindən 4299 kv.metr hissəsinin boşaldılması, həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahələrinin, eləcə də hasarın MMC-nin hesabına sökülməsi, 4299 kv.metr torpaq sahəsinin iddiaçılara qaytarılması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir (hakim Tahirə Əsədova).
20. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar qanuni mülkiyyətlərində olan torpaq sahələrinə dair plan və ölçü sənədini ala bilmirlər, çünki həmin torpaq sahəsinin 4299 kv.metr hissəsi MMC tərəfindən hasara alınmış ərazidə yerləşir.
21. Məhkəmə hesab etmişdir ki, mübahisəli 4299 kv.metr torpaq sahəsi MMC tərəfindən hasara alınmış ərazidə yerləşdiyindən həmin torpaq sahəsi boşaldılmalı, üzərindəki tikililər və hasar sökülməli (tikililərə dair MMC-nin Çıxarışı mövcud deyil) və torpaq sahəsi iddiaçılara geri qaytarılmalıdır.
22. MMC-nin mül kiyyətində və istifadəsində olan ümumi sahəsi 3,9414 ha torpaq sahəsinin bütövlüyünün bərpa edilməsinə dair məhkəmə hesab etmişdir ki, bu hal hazırkı işin predmetinə aid deyil. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, satıcı "xxxx" Şirkətini təmsil edən X12 və X8 ilə alıcı X13 arasında bölgü sxemi tərtib edilmiş və təsdiq edilmişdir. Adıçəkilən bölgü sxeminə əsasən 1,2 ha və qalan 3,0 ha torpaq sahələrinin koordinatları göstərilməklə, aralarındakı hasarın da uzunluğu və istiqaməti göstərilmişdir.
23. Həmin bölgü sxemində 3,0 ha torpaq sahəsinin koordinatları göstərilmiş, həmin torpaq sahəsi bütövlükdə mövcud olmuşdur, lakin hazırda həmin 3,0 ha torpaq sahəsinin 4299 kv.metr hissəsi əksikdir. Hər iki torpaq sahəsi (1,2 ha və 3,0 ha) arasında hasarın məhz bölgü sxemində göstərilən koordina tlara riayət edilməklə çəkilməsinə dair MMC tərəfindən məhkəməyə sübut təqdim edilməmiş və həmin hasarın buna səlahiyyəti olan Əmlak Komitəsinin mütəxəssislərinin iştirakı ilə çəkilməsinə dair akt mövcud olmamışdır. Hazırda MMC-nin 3,9414 ha torpaq sahəsinin bütövlüyünün pozulmasının səbəbi ondan ibarət ola bilər ki, mərzçəkmə səhv həyata keçirilmiş və bunun nəticəsində sonradan bələdiyyə torpağına daimi istifadə hüququ rəsmiləşdirilərkən olmalı olduğundan daha çox əraziyə sənəd alınmışdır.
24. Məhkəmə bildirmişdir ki, hər bir halda MMC-nin faktiki istifadəsində 3,9414 ha torpaq sahəsindən artıq torpaq sahəsi vardır (mütəxəssis rəyinə əsasən 3,9654 ha). Bu hal bir daha iddiaçının çatışmayan torpaq sahəsinin MMC-nin hasarı daxilində olduğuna dəlalət edir.
25. Bakı İnzibati Məhkəməsinin 17 m art 2022-ci il tarixli qərarı ilə əlaqədar məhkəmə bildirmişdir ki, həmin qərar qanuni qüvvəsini almış olsa da, bu günədək icra edilməmiş, yeni plan-ölçü sənədi tərtib edilməmişdir. Məhkəmə, mövcud və elektron baza sistemində olan plan-ölçü sənədini nəzərə alaraq işə baxmışdır. Lakin, məhkəmə hesab etmişdir ki, qətnamənin nəticə hissəsindən "xxxx" ifadəsi çıxılmalıdır. Belə ki, MMC-nin qanunsuz zəbtə dair niyyəti olmamışdır.
26. Bundan başqa, məhkəmə hesab etmişdir ki, MMC-nin üzərinə torpaq sahəsinin yenidən hasarlanması vəzifəsi qoyula bilməz, belə ki, onun belə bir öhdəliyi nə qanunvericilikdə, nə də tərəflər arasında olan münasibətlərdə nəzərdə tutulmamışdır.
27. Daha sonra məhkəmə hesab etmişdir ki, iddia vurulmuş 100.000 manat ziyanın tutulması hissəsində də rədd edilməlidir. Belə ki, iddiaçılar tərəfindən buna dair hər-hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
28. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 180-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 68-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
29. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, apellyasiya şikayətində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-807/2023 nömrəli mülki iş üzrə 6 yanvar 2023-cü il tarixli qətnaməsi ilə MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Elşən Kazımov və İkram Şirinov).
32. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ünvan 5 ünvanda yerləşən 3,0 ha torpaq sahəsi iddiaçıların ümumi mülkiyyətindədir. Bu barədə reyestr çıxarışı var. Mübahisə predmeti olan 4.299 kv.m torpaq sahəsi iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin (yəni 3,0 ha torpaq sahəsinin) koordinantları daxilində yerlə şir, lakin faktiki olaraq MMC-nin istifadəsindədir. Bu barədə ekspert rəyi var. O, cümlədən həmin ekspert rəyi ilə müəyyən edilib ki, MMC-nin mülkiyyətində olan torpaq sahəsi iddiaçılarla olan ümumi sərhəddin sol tərəfindən (mübahisəli 4.299 kv.m torpaq sahəsindən sonra) başlayır. MMC iddiaçıların mülkiyyətində olan torpaq sahəsini zəbt edib.
33. Məhkəmə kollegiyası Mülki Məcəllənin 157.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Odur ki, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
35. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MMC 1.1906 ha torpaq sahəsini notarial qaydada təsdiq edilmiş 1 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Coşqun Əliyevdən satın alıb və həmin torpaq sahəsi 7 iyun 2017-ci il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ üzrə MMC-nin adına qeydə alınıb. Həmin torpaq sahəsinin üzərində ilk bölgü sxemi 16 avqust 2008-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsinə əsasən aparılıb. Sözügedən 4299 kv.metr torpaq sahəsi 7 iyu n 2017-ci il tarixdən MMC-nin qanuni sahibliyindədir. 2008-ci il tarixli bölgü sxemində hazırda MMCnin aldığı 1.2 ha və qalan 3 ha torpaq sahələrinin koordinatları mövcud hasarın ölçüləri və istiqamətləri bölgü sxemində göstərilib. Yəni, həmin bölgü sxemində 4.2 ha sahədən 1.2 ha hissəsinin əvvəlki mülkiyyətçilərinin və mütəxəssislərin iştirakları ilə koordinatları müəyyən edilib və heç bir mübahisəli hal yaranmayıb. MMC 4.2 ha torpaq sahəsinin 1.2 ha hissəsini ilkin satıcıdan alıb, qalan 3 ha torpaq sahəsini isə mülkiyyətçi sonradan iddiaçılara satıb. Sonradan 3 ha torpaq sahəsini satan əvvəlki mülkiyyətçi cavabdeh və ya əlavə cavabdeh qismində işə cəlb edilməyib. 2008-ci il tarixli bölgü sxemi üzrə 1.2 ha torpaq sahəsinin cavabdehə satılan hissəsini müəyyən edən sənədlər naturada torpaq sahəsinin koordinatları ilə eynilik təşkil edib-etməməsi yoxlanılmayıb. Həmin bölgü sxemindəki 1.2 ha torpaq sahəsi çıxıldıqdan sonra qalan sahənin 3 ha olub-olmaması bölgü sxemində olan ölçülərlə naturada müəyyən edilməyib. MMC tərəfindən əldə edilmiş 1.2 ha torpaq sahəsinin yerləşmə yerindən asılı olmayaraq, ilkin alıcıya məxsus olan 4.2 ha torpaq sahəsinin tərkibində yerləşib-yerləşməməsi, ondan kənara çıxıb-çıxmaması ilə bağlı suallara ekspert aydınlıq gətirməyib.
37. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2126/2023 nömrəli mülki iş üzrə 7 iyun 2023-cü il tarixli qərarı ilə MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün h əmin məhkəməyə qaytarılmışdır (hakimlər Əhməd Əhmədov - məruzəçi, İspəndiyar Şəfiyev və Vüqar Həsənov).
38. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub.
39. Əvvəla, işin mübahisə olunmayan hallarına görə, satıcı "xxxx" Şirkəti notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 4.2 ha torpaq sahəsinin 1.2 ha hissəsini naturada ayırmaqla alıcı Rəfail Mehraliyevə, sonuncu alıcı Coşqun Əliyevə, sonuncu isə alıcı "xxxx" MMC-nə satıb. İşdən görünür ki, 4.2 ha torpaq sahəsinin naturada 1.2 ha və 3.0 ha hissələrə ayrılmasına dair bu cür bölgü eskizini 31 iyul 2008-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ilkin olaraq satıcı "xxxx" Şirkəti ilə alıcı Rəfail Mehrəliyev razılaşdırmışlar. Belə ki, "xxxx" Şirkətinin təsisçiləri Rövşən Məmmədov və Mahir İbrahimov bölgü eskizi ilə razılaşaraq, bu qaydada bölgüyə etiraz etmədiklərini və gələcəkdə şikayətlərinin olmayacağını bildirib bölgü eskizinə imza atmışlar.
40. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinad edərək 4299 kv.metr torpaq sahəsinin MMC-nin mülkiyyətində olan 1.1906 ha torpaq sahəsinə dair verilmiş plan-ölçü sənədinin koordinatları daxilində deyil, iddiaçıların mülkiyyətində olan 3.0 ha torpaq sahəsinin koordinatları daxilində yerşləşdiyini göstərib birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlayarkən, həmin ekspert rəyini məhkəmə iclasında tədqiq etməyib və onu digər sübutlarla, o cümlədən 31 iyul 2008-ci il tarixli alqı-satq ı müqaviləsi üzrə satıcı "xxxx" Şirkəti ilə alıcı Rəfail Meraliyevin bəyənib imzaladıqları sözügedən bölgü eskizi, habelə cavabdehin nümayəndəsinin iş üçün əhəmiyyətli olan faktlar barədə izahatları ilə yanaşı qiymətləndirməyib.
41. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi yalnız qətnamənin nəticə hissəsində MMC-nin apellyasiya şikayətini təmin etmədiyini qeyd etməklə öz vəzifəsini bitmiş hesab edib və apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə qiymət verməyib. Bununla da Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinin tələblərini də pozub.
42. MMC məhkəmədə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, “mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 1.2 ha torpaq sahəsinə mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi və mövcud vəziyyətə uyğun texniki pasportun tərtib edilməsinin cavabdehin üzərinə qoyulması barədə” iddia qaldırıb və Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-1419/2022 nömrəli qərarı ilə iddia təmin edilib. Apellyasiya instansiyası məhkəməsi, sözügedən qərarla müəyyən edilmiş faktların hazırkı mübahisənin obyektiv həlli üçün əhəmiyyət daşıyıb-daşımadığı, MMC-nin mülkiyyətində olan 1.19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçü sənədinin verilib-verilmədiyini, mövcud vəziyyətə uyğun plan-ölçü sənədi verildikdən sonra iddiaçıların iddia etdikləri 4299 kv.metr torpaq sahəsinin MMC-nin mülkiyyətində olan 1.19 ha torpaq sahəsinin koordinatları daxilinə düşüb-düşmədiyini və sair halları araşdırmadan, boşaldılması qət olunan 4299 kv.metr torpaq sahəsində uzun müddət mövcud olan tikililərin, qeyri-yaşayış sahələrinin, hasarın hüquqi vəziyyətinə aydınlıq gətirmədən, habelə iddiaçıların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının sonradan əmələ gəldiyini, 31 iyul 2008-ci il tarixli alqı-satqı müqaviləsindən sonra müqavilə üzrə tərəflərin qarşılıqlı razılaşmasına əsasən 4.2 ha torpaq sahəsinin faktiki olaraq 1.2 ha və 3.0 ha torpaq sahələrinə naturada ayırmaqla, həmin torpaq sahələrinin arasından hasar çəkməklə, sonradan 1.2 ha torpaq sahəsində müvafiq tikinti işlərinin aparıldığını nəzərə almadan, iddianın qeyri-yaşayış sahələrinin və hasarın sökülməsi hissəsində əsaslılığını Mülki Məcəllənin 152.5, 152.6, 240.1, 240.3-cü maddələrinin tələbləri baxımından yoxlamadan, 1.2 ha torpaq sahəsinə dair həm "xxxx" Şirkəti ilə Rəfail Mehraliyev arasında, həm son uncu ilə Coşqun Əliyev arasında, həm də sonuncu ilə MMC arasında müqaviləyə qədərki danışıqlara əhəmiyyət vermədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
43. İşdən, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, "xxxx" Şirkəti 4.2 ha torpaq sahəsinin 1.2 ha hissəsini 31 iyul 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Rəfail Mehrəliyevə satdıqdan sonra, tərəflərin adlarına tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədi notarial qaydada təsdiq edilmiş bölgü eskizinə uyğun tərtib edilməyib. Həmçinin MMC, iddiaya etiraz edərək qeyd etmişdir ki, inşa etdiyi qeyri-yaşayış sahələri bölgü eskizinə əsasən ona məxsus olan torpaq sahəsində yerləşir və bölgü eskizi tərtib edildikdən sonra torpaq sahələrinin arasından eskizdə göstərilən ölçül ərə uyğun hasar çəkilib və orada qeyri-yaşayış sahələri inşa edilib.
44. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 240-cı maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
45. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-330/2024 nömrəli mülki iş üzrə 17 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Məmməd Məmmədov).
46. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların “torpaq sahəsinin 4299 k v.metr hissəsinin boşaldılması, 4299 kv.metr torpaq sahəsinin qaytarılması” tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2- ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
47. Qaytarılmasını tələb etdikləri sahənin iddiaçıların mülkiyyətində olduğu işin mübahisələndirilməyən halıdır; həmin sahənin cavabdehin sahibliyində olması və bu sahibliyin qanuni əsaslara söykənmədiyi isə həm işin halları, həm də Bakı Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının qanuni qüvvəsini almış 18 aprel 2024-cü il tarixli qərar və qərardadı ilə müəyyən olunmuşdur.
48. Kasassiya instansiyası məhkəməsinin “iddiaçıların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının sonradan əmələ gəldiyinin, 31 iyul 2008-ci il tarixli alqısatqı müqaviləsindən sonra müqavilə üzrə tərəflərin qarşılıqlı razılaşmasına əsasən 4,2 ha torpaq sahəsinin faktiki olaraq 1,2 ha və 3,0 ha torpaq sahələrinə naturada ayırmaqla, həmin torpaq sahələrinin arasından hasar çəkməklə, sonradan 1,2 ha torpaq sahəsində müvafiq tikinti işlərinin aparıldığının nəzərə alınmalı olduğu” mövqeyi ilə bağlı isə kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəsini almış 18 aprel 2024-cü il tarixli qərar və qərardadı ilə gəlinən nəticə, habelə müəyyən olunmuş hallar həmin məsələlərin hazırkı iş baxımından nəzərə alınmasını mümkünsüz edir.
49. Eyni yanaşma qətnamənin apellyasiya baxışının predmeti olan digər hissəsi, yəni “torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahələrinin, eləcə də hasarın cavabdehin hesabına sökülməsi” hissəsi üzrə də sərgilənməlidir; belə ki, həmin tələblərin əsaslılığı Mülki Məcəllənin 152.5, 152.6, 240.1, 240.3-cü maddələrinin tələbləri baxımından yoxlanıla bilməz.
50. Nəzərə alınmalıdır ki, həmin iddia tələblərinin qanuni əsasını göstərilən normalar təşkil etmir, bununla belə cavabdeh, əgər sözügedən tikililəri inşa edərkən vicdanlı sahib olaraq davranmışdırsa, bu halda torpaqdan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya, belə ayırma mümkün olmadıqda əmlakın dəyərindən artıq olma maq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
51. Xüsusilə qeyd olunmalıdır ki, daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur.
52. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı barədə hüquqi akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Belə ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsasları Mülki Məcəllənin 14-cü maddəsində sada lanmışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur.
53. Qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyənləşdirmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü mad dəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas təşkil edir.
54. Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur.
55. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 139-1, 152, 157, 180, 240-cı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” AR Qanununun 2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
56. MMC (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
57. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən 4299 kv.m hissəsi tələb edilən 1,1906 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdən MMC-nin qanuni sahibliyindədir. Beləliklə, MMC-nin 1,1906 ha torpaq sahəsinin əldə edilməsinin əsasları daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsinə aid Mülki Məcəllənin 178-ci maddəsinə tam uyğundur. MMC mübahisələndirilən 4299 kv.m hissəsinin daxil olduğu 1,2 ha torpaq sahəsini X9 alqı-satqı edəndə, 4,2 sahənin qalan 3 ha hissəsi satıcıda qalmışdır. 2008-ci il tarixli bölgü sxemində hazırda MMC-nin aldığı 1,2 ha və qalan 3 ha torpaq sahələrinin koordinatları mövcud hasarların ölçüləri və istiqaməti bölgü sxemində göstərilmişdir. Yəni həmin bölgü sxemində də 4,2 ha sahədən 1,2 ha hissəsinin mülkiyyətçilərin və mütəxəssislərin iştirakı ilə koordinatları müəyyən edilmiş, heç bir mübahisəli hal yaranmamışdır. Məhkəmə tərəfindən bu hal qeyd edilsə də, işin hallarına qiymət verilərkən, mübahisənin əsl tərəflərinin, yəni iddiaçı və cavabdehlərin düzgün müəyyən edilməsi hissəsində yanlışlığa yol verilmişdir.
58. MMC-nin ******* nömrəli reyestr çıxarışı əsasında tərəfin tələb etdyi 4299 kv.m sahənin 4,2 ha torpaq sahəsinin koordinatları daxilində olmasının müəyyən edilməsi və 1.2 ha torpaq sahəsinin həmin 4,2 ha torpaq sahəsinin tərkibindən koordinatlar üzrə alqısatqı edilib-edilməməsi müəyyən edilməlidir. Eyni zamanda ekspertizanın bu suala cavabı hazırda iddia edilən 4299 kv.m torpaq sahəsinin faktiki yeri və MMC-nin yiyələndiyi 1,1906 ha torpaq sahəsinin yeri hardan başlayıb, harda tamamlandığı da, yerində, naturada müəyyən edilməli idi. Həmçinin, bu naturada müəyyən edilmə MMC-nin sahibliyində olan 1,2 ha mübahisələndirilən torpaq sahəsinin məhz başlanma və qutarma döngələrinin həmin ölçü həddində 4,2 ha-nın hansı hissəsində yerləşib-yerləşməməsi ekspert tərəfindən aydınlaşdı rılmamışdır. Belə aydınlaşdırma MMC-nin hazırda sahibliyində olan 1,1906 ha torpaq sahəsinin 4,2 ha torpaq sahəsinin tərkibində olub-olmaması müəyyənləşdikdə, MMC-nin 4,2 ha sahədə hazırkı iddiaçılara münasibətdə ilkin alıcı olduğu üçün torpaq sahəsinin ilkin sahiblərinin hüquqlarını pozmadığı bəlli olacaqdır. Odur ki, bu istiqamətdə torpaq sahələrinin həm faktiki, həm də hüquqi sənədlər üzrə mühəndis texniki ekspertizası hərtərəfli aparılmaması düzgün qətnamə çıxarılmaması ilə nəticələnmişdir. Məhkəmə düzgün qətnamə çıxarılması üçün iş üzrə kompleks ekspertiza təyin etməklə, apellyasiya şikayətində göstərilmiş xüsusi bilik tələb edən sualların aydınlaşdırılmasına nail olunmalı idi.
59. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci, Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 54, 97, 102, 387, 418, 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
60. İddiaçı2 (vəkil Nümayəndə1) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
61. Etiraz işin faktiki hallarına istinad olunaraq əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
62. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
63. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.
64. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
65. Maddə 29, İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
66. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
67. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanu nvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
68. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
69. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
70. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
71. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
72. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
73. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
74. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüqu qu əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
75. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
78. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsi z, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
79. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
80. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
81. Qanunun tələbinə görə, kassasiya ins tansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
82. Məhkəmə kollegiyası, tərəfin qətnaməni göstərdiyi dəlillər əsasında mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər və şikayətin həddi ilə bağlıdır. Kassasiya instansiyası məh kəməsinin mövqeyi
83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
84. Baxılan işdə iddiaçılar mülkiyyətlərində olan ünvan 1 ünvanda yerləşən 3.0 ha torpaq sahəsinin 4299 kv.metr hissəsinin cavabdeh tərəfindən zəbt olunduğunu bildirərək qeyd olunan tələbləri irəli sürmüşlər (§ 14).
85. İddia tələbləri mübahisyə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir (§ 19, 45).
86. İddianın təmin olunmasına etiraz edən cavabdeh kassasiya şikayətində maddi hüquq normasının pozuntusu kimi yalnız Mülki Məcəllənin 178.1-ci maddəsinə istinad edərək bildirmişdir ki, onun 1,1906 ha torpaq sahəsinin əldə etməsinin əsasları daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsinə dair qeyd edilən normaya tam uyğundur. 2008-ci il tarixli bölgü sxemində hazırda MMC-nin aldığı 1,2 ha və qalan 3 ha torpaq sahələrinin koordinatları mövcud hasarların ölçüləri və istiqaməti bölgü sxemində göstərilmişdir. İddia edilən 4299 kv.m torpaq sahəsinin faktiki yeri və MMC-nin yiyələndiyi 1,1906 ha torpaq sahəsinin yeri hardan başlayıb, harda tamamlandığı da, yerində, naturada müəyyən edilməli idi. İş üzrə ekspertiza hərtərəfli aparılmamışdır (§ 57-59).
87. Məhkəmələrin sübut qismində q əbul etdikləri Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli 4299 kv.metr torpaq sahəsi 7 iyun 2017-ci il tarixli Çıxarışa əsasən, MMC-nin mülkiyyətində olan 1.1906 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin daxilində deyil, Reyestr Xidməti tərəfindən iddiaçıların adlarına verilmiş 9 oktyabr 2019-cu il və 17 mart 2020-ci il tarixli Çıxarışlara əsasən iddiaçıların mülkiyyətlərinə verilmiş 3 ha torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən edilir. Həmçinin, 7 iyun 2017-ci il tarixli Çıxarışa əsasən MMC-nin mülkiyyətində olan 1.1906 ha torpaq sahəsi, iddiaçılarla ümumi sərhəddin (hasarın) sol tərəfindən (mübahisəli 4299 kv.metr sahədən sonra) başlayır.
88. Beləliklə, mübahisəli sahənin iddiaçının mülkiyyətind ə olması, lakin oraya faktiki olaraq cavabdehin qanunsuz sahiblik etməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır.
89. Cavabdeh mübahisəli əraziyə faktiki sahibliyinin qanuni əsasa söykəndiyini bildirsə də bu halı sübuta yetirə bilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 18 aprel 2024-cü il tarixli qərarı ilə “Az-İnşaat MMC-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən, 1.19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçü sənədinin tərtib edilməsinin reyestr xidmətinin üzərinə qoyulması” barədə iddiası qismən təmin edilərkən üçüncü şəxs İddiaçı2 mülkiyyətində olan (reyestr nömrəsi **********17206301) 0,4299 ha torpaq sahəsi istisna edilmişdir.
90. Eyni zamanda B akı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 18 aprel 2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı qismən, üçüncü şəxs İddiaçı2 mülkiyyətində olan (reyestr nömrəsi **********172-06301) 0,4299 ha torpaq sahəsinə münasibətdə plan-ölçünün tərtib edilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamışdır.
91. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1 (102)2060/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 18 aprel 2024-cü il t arixli qərarı və qərardadı dəyişdirilmədən saxlanılmışdır.
92. Beləliklə, işə mahiyyəti üzrə baxılarkən cavabdeh mübahisəli torpaq sahəsinə əşya və digər əmlak hüquqlarının olmasını sübuta yetirə bilməmişdir.
93. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alaraq, Mülki Məcəllənin 157.2-ci maddəsi çərçivəsində iddianı təmin olunmuş hissədə əsaslı saymışdır. Həmin normaya görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
94. Apellyasiya məhkəməsi iddianın “torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahələrinin, eləcə də hasarın cavabdehin hesabına sökülməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh sözügedən tikililəri inşa edərkən vicdanlı sahib olaraq davranmışdırsa, bu halda torpaqdan ayrıla bilən öz yaxşılaşdırmaları nı özündə saxlaya, belə ayırma mümkün olmadıqda əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
95. Məhkəmə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının məcburiliyinə diqqət çəkməklə yanaşı vurğulamışdır ki, qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyənləşdirmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir.
96. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
97. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
98. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
99. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
100. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-330/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.