Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4620/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı CavabdehAAAAAAAAAA-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Aşirov Kənan Şərif oğlunun iştirakı ilə, İddiaçı cavabdehAAAAAAAAAA-ya qarşı müqavilənin etibarsız hesab edilməsinə və sair tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1833/2021 nömrəli, 04 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehAAAAAAAAAA tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 05.07.2018-ci il tarixli № 0507/01-18 saylı müqaviləyə əsasən şifarişçi Orxan TİT MMC podratçıAAAAAAAAAA-ya ünvan 1 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa etməsini sifariş etmiş, sonuncu səlahiyyəti olmadığı halda 07.12.2018-ci il tarixli B-104/03 saylı müqaviləyə əsasən inşasını ödəsinə götürdüyü həmin binada yerləşən mənzili yəni, ünvan 2 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 m2 yaşayış sahəsi 87,90 m2 olan 2 otaqdan ibarət B01 saylı mənzili inşa edərək İddiaçı təhvil verməyi öhdəsinə götürməsi barədə 07.12.2018-ci il tarixli müqavilə bağlamış, mənzilin tam dəyərinin ödənilməsi ba rədə № 080 saylı maliyyə arayışı vermişdir. Müqavilədə nəzərdə tutuldan mənzil İddiaçı təhvil verilməmişdir. Səbəbi ondan ibarət olmuşdur ki, şirkətin mənzil satmağa səlahiyyəti olmamışdır. Ona görə İddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MTK-dan 127959 (bir yüz iyirmi yeddi min doqquz yüz əlli doqquz) manat pulun, 20000 (iyirmi) manat mənəvi ziyanın, 300 (üç yüz) manat vəkilə ödənilən xidmət haqqı və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 148.289 (bir yüz qırx səkkiz min iki yüz səksən doqquz) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırm ışdır ki, İddiaçı iləAAAAAAAAAA arasında 07.12. 2018-ci il tarixdə B-104/03 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə ilə kooperativ ünvan 2 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 m2, yaşayış sahəsi 87,90 m2 olan izolə olunmuş 2 otaqdan ibarət B01 saylı mənzilin payçıya verilməsi barədə öhdəlik götürmüşdür. Mənzil sahəsinin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 1300 manat təşkil etməklə mənzilin ümumi dəyəri 127959 manat təşkil etmiş və payçı İddiaçı ümumi məbləği 07.12.2018-ci il tarixdə 080 saylı maliyyə arayışı ilə MTK-ya tam ödəmişdir. İddiaçı dəfələrlə inşa olunan binaya getmiş, mənzilin vəziyyəti ilə maraqlanmış, iddiaçıya mənzillərin sakinlərə müqavilədə qeyd olunan müddətdən əvvəl təhvil veriləcəyi də bildirilmişdir. Lakin təxminən 2020-ci ilin mart ayında ünvan 2 ünvanında yerləşən binanın birinci mərtəbəsindəAAAAAAAAAA-nın ofisinin yerində Orxan-TİT MMC-nin əməkdaşları yerləşərək kooperativdən mənzil alan sakinlərəAAAAAAAAAA-nın qeyd olunan binada mənzil satmaq hüququnun olmaması,AAAAAAAAAA-nın podratçı şirkət olaraq yalnız tikinti işləri aparmaq səlahiyyətinin olmasını bildirmişlər. Bu anlaşılmazlıq ilə bağlı iddiaçı Orxan-TİT MMC-də olmuş və oradan iddiaçıya İddiaçı aid ünvan 2 ünvanında inşa olunan binada mənzilin olmaması bildirilmişdir. İddiaçı həmçinin digər mənzil alan şəxslərlə dəfələrləAAAAAAAAAA-da olmuş və oradan problemlərin tezliklə həll olunacağı deyilsə də, artıq 4 aydan çoxdur ki, sakinlərin xeyrinə heç bir müsbət nəticə yoxdur. Həmçinin 11.03.2020-ci il tarixdə 377 saylı Ədalət Vəkil Bürosunun sorğusu iləAAAAAAAAAA-ya müraciət edərək qeyd olunan binaya münasibətdə kooperativin hansı hüquqlarının olması barədə məlumat vermələrini xahiş etsələr də, bu günə qədər cavab ala bilməmişlər. Eynimənzumlu suallarla Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, OrxanTİT MMC-yə müraciət olunmuş lakin nəticəsi olmamışdır. İşin faktiki hallarından göründüyü kimiAAAAAAAAAA-nın ünvan 2 ünvanında inşa olunan binaya və oradakı mənzillərə dair sərəncam vermək hüququ olmamış, yanlız tikinti işləri aparmaq üçün Orxan-TİT MMC-dən sifariş almışdır. 07 dekabr 2018-ci il tarixli B-104/03 saylı müqaviləyə və 07 dekabr 2018-ci il tarixli 080 saylı maliyyə arayışına əsasən, İddiaçıAAAAAAAAAA-ya 127959 manat ödəniş etmiş, lakin Orxan-TİT MMC-yə məxsus ərazidə i nşa olunan binayaAAAAAAAAAA-nın heç bir aidiyyatı olmadığı üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ ona geri qaytarılmalıdır. Kooperativin mənzil satmağa hüququ olmadığı üçün tərəflər arasında bağlanmış müqavilə özlüyündə etibarsız əqddir. Cavabdeh qanunsuz şəkildə iddiaçının pulunu ələ keçirmiş, əsassız şəkildə varlanmışdır. İddiaçıAAAAAAAAAA tərəfindən aldadılaraq əqd bağlanılmış və iddiaçının əmlakı ələ keçirilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı dərin mənəvi sarsıntı və iztirablar keçirmişdir. Həmin pulu iddiaçı uzun illər zəhməti bahasına mənzil sahibi olmaq üçün toplamış, lakin məlum olmuşdur ki, cavabdehin həmin binaya və mənzillərə dair sərəncam vermək üçün heç bir səlahiyyəti, hüququ yoxdur. İddiaçının psixoloji vəziyyəti çox ağır formada pozulmuş, əsəb sist emi tarıma çəkilmişdir. Bütün bunlar cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(001)- 4197/2020 nömrəli qətnaməsi ilə (hakim. S.Səlimova) iddia ərizəsi qismən təmin edilərək, podratçıAAAAAAAAAA-nın icraçı direktoru X1 ilə payçı İddiaçı arasında bağlanmış 07.12.2018-ci il tarixli B-104/03 saylı müqavilənin etibarsız hesab edilməsi,AAAAAAAAAA-dan müqavilə üzrə ödənilmiş vəsaitə görə 127.959 manat, mənəvi zərərə görə 1000 manat, məhkəmə xərclərinə görə 330 manat olmaqla cəmi 129.289 manat İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 389, 390, 752.1-ci maddələrinə istina d etmişdir.
6. Qətnamədən narazı qalan cavabdeh ondan apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev ) Apellyasiya şikayətləri təmin olunmaması; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(001)- 4197/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdehAAAAAAAAAA kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayəti nin dəlilləri
10. CavabdehAAAAAAAAAA apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin şirkətdə mənzillərin qeyri-qanuni satılması faktı ilə bağlı cinayət işi başlanmış və cinayət işinə baxılıb qurtarana qədər iş üzrə icraat dayandlırılmalı idi. İddiaçı şirkətə iddia tələbində qeyd olunan məbləğdə vəsait ödəməmişdir. O, şirkətə 70.000 manat pul ödəmişdir. Həmin pulun təminatı olaraq qeyd olunan məbləğdə vəsaitə dair sənədləşmə aparılmışdır. Ona görə iddia tələbini 70.000 manat məbləğində qəbul edirlər. Apelyasiya instansiyası məhkəməsi sübutlara obyektiv qiymət verməmiş, işə birtərəfli baxmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. c)
12. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Aşirov Kənan Şərif oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
15. Maddə. 337.1. Mülki Məcəllədə müəyyə nləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
16. Maddə. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər.
17. Maddə. 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
18. Maddə. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənir sə, etibarlı olur.
19. Maddə. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutl arla əsaslandırır.
24. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əl avə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmələr müəyyən etmişlər ki, 05.07.2018-ci il tarixli № 0507/01- 18 saylı müqaviləyə əsasən şifarişçi Orxan TİT MMC podratçıAAAAAAAAAA-ya ünvan 1 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa etməsini sifariş etmiş, sonuncu səlahiyyəti olmadığı halda 07.12.2018-ci il tarixli B-104/03 saylı müqaviləyə əsasən inşasını ödəsinə götürdüyü həmin binada yerləşən mənzili yəni, ünvan 2 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 m2 yaşayış sahəsi 87,90 m2 olan 2 o taqdan ibarət B01 saylı mənzili hər m2 dəyəri 1300 manat olmaqla cəmi 127959 manata inşa edərək İddiaçı təhvil verməyi öhdəsinə götürərək özünün 07.12.2018-ci il tarixli № 080 saylı maliyyə arayışına əsasən mənzilin dəyərinin tam olaraq almasını təsdiq etmişdir.
28. Cavabdeh şirkət özü də qətnaməni tutulan məbləğlə bağlı hissədə mübahisələndirir. Cavabdeh hesab edir ki, həmin məbləğ 70.000 manat civarında təmin oluna bilər, çünki şirkətə həmin məbləğ verilmişdir.
29. Etibarsız əqdlər üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarını geri qaytarmalı olduqlarından məhkəmə kollegiyası hesab edir ki, 07.12.2018-ci il tarixli B-104/03 saylı müqavilə üzrə ödənilən 127959 manatAAAAAAAAAA-dan İddiaçı xeyrinə tutulması düzgündür. Ona görə ki, cavabdeh təşkilat ona başqa məbləğin verilməsi halını sübut a yetirə bilməmişdir.
30. Mənzilə görə verilmiş vəsaitin borc müqaviləsini pərdələmək üçün verilməsi, məbləğin az olması barədə dəlilə də Apellyasiya instansiya məhkəməsi qiymət verərək qeyd etmidşir ki, İddiaçı ilə Cavabdeh MTK arasıda 07.12.2018-ci il tarixli, B-104/03 saylı müqavilə bağlanan zaman niyyətin mənzilin alınması olmaması, yəni iddiaçının Cavabdeh MTK-nın nümayəndələri X4 və X3 faizə verdiyi 70.000,0 manatın təminatı olaraq müqavilə bağlanması ilə bağlı halı cavabdeh sübut edə bilməmişdir. Hansıki, cavabdehin kassasiya şikayətinin dəlilini də həmin məsələ təşkil edir.
31. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün qətnamə dəyişdirilmədə n saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: CavabdehAAAAAAAAAA-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1833/2021 nömrəli, 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.