Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4624/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və X4 ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdeh vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxx nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı ş əhər İcra Hakimiyyəti başçısının 177 saylı xx.xx.2014-cü il tarixli sərəncamı ilə, XXXXXXXXXi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllələrdə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 5,5094 ha torpaq sahəsi İddiaçı istifadəsinə verilmiş, MMC-nin sifarişi əsasında Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən x nömrəli “Torpaq sahəsinin ayrılması və tikintinin layihələndirilməsinə dair İnşaat Pasportu” tərtib edilmiş, ayrılan torpaq sahəsinə 14/159 saylı 2014-cü il tarixli Ayrıc Aktı və ona əlavə tərtib olunmuşdur.
2. Mübahisə Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti 50 B ünvanında yerləşən, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, 27 kv.m qe yri-yaşayış sahəsinin yerində inşa edilmiş tikilinin sökülməsi və yerləşdiyi torpağın iddiaçıya verilməsi tələbi ilə bağlıdır.
3. İddiaçı işin bildirir ki, İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikinti işlərinin aparıldığını aşkar olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılması üçün Bakı şəhər İcra hakimiyyəti tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixdə nömrə ilə layihə təsdiq edilmişdir. Bakı şəhər İcra hakimiyyətinin İddiaçı MMC-yə ayırdığı torpaq sahəsində ikinci dəfə qanunsuz olaraq Cavabdeh tikinti üçün layihənin təsdiq edilməsi və tikinti işlərinin aparılmasına icazə verilməsi İddiaçı MMC-nin hüquqlarını pozmuşdur. Bununla əlaqədar Bakı Şəhəri İcra hakimiyyətinə qeyd olunanl ar barədə müraciət etmiş, İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində qanunsuz olaraq cavabdehə ayrılmasına öz etirazını bildirmişdir. Bundan sonra Bakı şəhər İcra hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin X saylı, xx.xx.2018-ci il tarixli məktubu ilə Cavabdeh tikinti aparılmasına dair verilmiş xx.xx.20127-ci il tarixli, saylı, xx.xx.2018-ci il tarixli, 18/03-8/242 saylı və xx.xx.2018-ci il tarixli, 18/03-8/476 saylı razılıq məktubları öz qüvvəsini itirmiş hesab edilmişdir. Buna baxmayaraq cavabdeh tikinti işləri aparmaqda davam etmişdir.
4. Cavabdeh isə bildirir ki, onun istifadəsində ərazidə qanunsuz tikili mövcud deyil. Həmin qeyri yaşayış sahəsi əvvəllər X3 məxsus olmuş, xx xxxxx 2004-cü il tarixdə xxoranı notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən X2a satmışdı r. Cavabdeh, sahəsi 24,7 kv.m sahəsi olan, X saylı qeyri-yaşayış binasını xx xxxx 2017-ci il tarixdə əmlakın əvvəlki (xx.xx.2013-cü il tarixdən) mülkiyyətçisi X2dan notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən almış, xx.xx.2017-ci il tarixdən isə həmin əmlaka mülkiyyət hüququ əldə etmişdir. Bakı şəhər İcra hakimiyyəti Başçısının 177 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı ilə XXXXXXXXXi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllələrdə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 5,5094 ha torpaq sahəsi İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Göründüyü kimi İddiaçı MMC həmin torpaq sahəsinə hüquq əldə etməmişdən xeyli əvvəl mübahisəli qeyri-yaşayış sahəsi başqa şəxslərin mülkiyyətində olmuş, sonradan isə Cavabdeh həmin əmlakı satın alaraq ona mülkiyyət hüququ əldə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv olunması, Bakı şəhər İcra hakimiyyəti Başçısının 177 saylı xx.xx.2014-cü il tarixli sərəncamı ilə XXXXXXXXXi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllələrdə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün ayrılan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikilinin əvəzi ödənilmədən cavabdehin öz hesabına sökülməsi və torpaq sahəsinin MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. X xx xxxxxxxx 2019-cu il tarixl i, 2(007)-112/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh istifadəsində qeyd olunan ərazidə qanunsuz tikili aşkar edilməmişdir. Mübahisələndirilən qeyri yaşayış sahəsi əvvəllər X3 məxsus olmuş, xx xxxxx 2004-cü il tarixdə xxoranı notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən X2a satmışdır. Cavabdeh qeyri-yaşayış binasını xx xxxx 2017-ci il tarixdə əmlakın əvvəlki (xx.xx.2013-cü il tarixdən) mülkiyyətçisi X2dan notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən almış xx.xx.2017-ci il tarixdən isə həmin əmlaka mülkiyyət hüququ əldə etmişdir. Bakı şəhər İcra hakimiyyəti Başçısının 177 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı ilə XXXXXXXXXi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllələrdə yerləşən tor paq sahəsində mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 5,5094 ha torpaq sahəsi İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İddiaçı MMC həmin torpaq sahəsinə hüquq əldə etməmişdən xeyli əvvəl mübahisəli qeyri-yaşayış sahəsi başqa şəxslərin mülkiyyətində olmuş, sonradan isə Cavabdeh həmin əmlakı satın alaraq ona mülkiyyət hüququ əldə etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2067/20 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanı lmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası yalnız qarşı tərəfin təqdim etdiyi iki ədəd alqı-satqı müqaviləsinə istinad edərək qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə işi hərtərəfli araşdıraraq mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün faktiki hallara qiymət verməli idi. Məhkəmə o hallara qiymət verməmişdir ki, cavabdeh tərəf dəmir konstruksiyadan olan tikilini söküb yerində yenidən tikili a parılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Layihəsini təsdiq etdikdən sonra cavabdeh tərəf həmin dəmir konstruksiyalı tikilini söküb yerində yenidən tikili inşa etməyə başlamışdır. Bundan xəbər tutduqdan sonra iddiaçı aidiyyatı üzrə Bakı Şəhər İcra Hakimiyyətinə etirazlazını bildirdi və nəticədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən cavabdehə dəmir konstuksiyadan ola tikilinin söklərək yerində yeni tikilinin aparılması barədəki məktublar və layihə ləğv edildi və bu barədə cavabdehə bildiriş məktubu göndərildi hansı ki, iş materiallarına əlavə olunmuşdur. Bundan sonra iddiaçı, aidiyyatı üzrə məhkəməyə müraciət edərək qanunsuz olaraq inşa edilmiş tikilinin əvəzi ödənilmədən cavabdehin öz hesabına sökülməsi və iddiaçıya təhvil verilməsi barədə iddia qaldırdı. Həmçinin iddianın təmin tədbiri barədə ərizə ilə Nizami rayon məhkəməsinə müraciət etdi ki, ərizəsi də məhkəmənin xx xxxx 2018-ci il tarixli qərarı ilə təmin olundu. Həmin qərardada əsasən, İddiaçı MMC-yə ayrılan torpaq sahəsində hər hansı tikinti işlərinin aparılması Cavabdeh və digər şəxslərə qadağan edildi. Tikinti işləri apanlmasaydı əgər məhkəmə hansı tikilinin davam etdirilməsinə qadağa qoya bilərdi? Lakin cavabdeh tərəf məhkəməni yanıltmaq üçün tikilinin yanında beş-on kvadratlıq yerə beton tökərək guya mübahisə edilən tikili hazırkı tikili yox onun yanında beton tökülmüş yerdir. Bütün bunlara baxmayaraq məhkəmə kollegiyası işi hərtərəfli araşdıraraq mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamış və nəticədə əsassız qətnamə qəbul olunmuşdur. Həmçinin Məhkəmə kollegiyası belə bir nəticəyə gəlmişdir ki, cavabdehin mülkiyyətində olan tikilinin əvvəllər metal konstruksiyadan inşa edildiyi, sonradan isə sökülərək yerində daş binanın tikildiyi barədə apelyatorun irəli sürdüyü arqumenti də kollegiya əsassız hesab edir; belə ki, həmin tikilinin xx.xx.2013-cü il tarixdə tərtib olunmuş texniki pasportunda onun bünövrəsinin və döşəmələrinin beton olduğu, xarici və daxili divarların isə mişar daşından inşa edildiyi əksini tapmışdır. Məhkəmə kollegiyasının istinad etdiyi və xx.xx.2013-cü il tarixdə tərtib olunmuş texniki pasportunda tikilinin bünövrəsinin və döşəmələrinin beton olduğu, xarici və daxili divarların isə mişar daşından inşa edildiyi əks olunan bütün qrafalarda hamısının qarşısında çıxaq (-) işarəsi qoyulmuşdur ki, buda tikilin in bünövrəsinin və döşəmələrinin beton olmadığı, xarici və daxili divarların isə mişar daşından inşa edilmədiyini bildirir. Əgər həqiqətən də məhkəmə kollegiyasının qeyd etdiyi kimi tikilinin bünövrəsinin və döşəmələrinin betondan, xarici və daxili divarların isə mişar daşından inşa edilsə idi, o zaman həmin qrafalarada var sözü və ya üstəgəl (+) işarəsi olardı. Lakin göründüyü kimi məhkəmə kollegiyası sadalanan halları cavabdehin xeyrinə şərh edərək və tikilinin əvvəllər dəmir konstruksiyadan olmadığı əsas gətirərək ədalətsiz qətnamə qəbul etmişdir. Halbuki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qeyri-yaşayış sahəsinin texniki pasportunda göstərilən ölçülər hazırkı tiklinin ölçüləri ilə əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, iddiaçının nümayəndəsinin iştirakı ilə tikiliyə baxış k eşirilmiş və qanunsuz tikilinin faktiki ölçüləri yerində ölçülmüşdür. Lakin tikili texniki pasportda götərildiyi kimi dəmir konstruksiyalı deyil, daşla tikilmiş və həmin tikilinin ölçüləri texniki pasportda olan ölçüdən 5 kv.m artıq olmuşdur. Yəni texniki pasportda ümumi sahə 24,7 kv.m göstərilsə də, tikilinin arxasında bitişik inşa edilmiş sanuzelin ölçüləri istisna olmaqla faktiki ölçü 29 kv.m olmuşdur. Göründüyü kimi cavabdeh tərəf əvvəlki dəmir konstruksiyadan olan tikilini alğı-satqı müqaviləsi əsasında ala bilər, amma onun yerində inşa edilmiş tikili isə sonradan sökülərək yerində qanunsuz tikili inşa edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdil. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
16. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
17. Ma ddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
20. Hazı rkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tə nzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. 24. x və N küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllələrdə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 5,5094 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 177 saylı xx.xx.2014-cü il tarixli sərəncamı ilə MMC-nin istifadəsinə verilmiş, MMC-nin sifarişi əsasın da Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən x nömrəli “Torpaq sahəsinin ayrılması və tikintinin layihələndirilməsinə dair İnşaat Pasportu” tərtib edilmiş, ayrılan torpaq sahəsinə 14/159 saylı 2014-cü il tarixli Ayrıc Aktı və ona əlavə tərtib olunmuşdur.
25. İddiaçı, cavabdehin ona ayrılmış torpaq sahəsində özbaşına tikili inşa etmiş olması ilə əsaslandırmış, tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 180-ci maddəsinə istinad etmişdir (§ 15-17).
26. İş üzrə müəyyən edilmişdir ki, iddiaçıya tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində - B xında yerləşən, ümumi sahəsi 24.7 kv.m olan qeyri-yaşayış binası X3 məxsus olmuş, adı çəkilən şəxs həmin əmlakı xx.xx.2004-cü il tarixdə X2 175 000 000 manata (AZM), sonuncu isə xx.xx.2017-ci il tarixli alqı-satq ı müqaviləsinə əsasən Cavabdeh 24 000 manata satmış, Cavabdeh əmlak üzərindəki mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır.
27. Göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iddiaçı, cavabdehin qanuni istifadəsində olan torpaq sahəsində inşa edilmiş və mülkiyyət hüququ əsasında ona məxsus tikilinin özbaşına tikili hesab edilərək sökülməsini tələb edir – halbuki, həmin tikili qanunsuz tikili hesab oluna bilməz.
28. Apelyasiya instansiyası məhkəməsi cavabdehin mülkiyyətində olan tikilinin əvvəllər metal konstruksiyadan inşa edildiyi, sonradan isə sökülürək yerində daş binanın tikildiyi barədə iddiaçının irəli sürdüyü arqumenti də əsassız saymışdır. Belə ki, həmin tikilinin xx.xx.2013-cü il tarixdə tərtib olunmuş texniki pasportunda onun bünövrəsinin və döşəmələrinin beton olduğu, xarici və daxili divarlarının isə mişar daşından inşa edildiyi əksini tapmışdır.
29. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ərizəçinin tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
30. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxx nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.