Məhkəmə qərarları › İş №2(102)-463/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-463/2024

05.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-463/2024 05.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X23 qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisi və X14) iş üzrə QƏRARİ Açar sözlər: mirasın qəbulu, mirasdan imtina, vərəsəlik hüququ, qeyri-müəyyən tələb Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X23 qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət reyest r Xidmətinin 7 saylı Bərdə ərazi idarəsi, Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisi və X14) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın və onun bütün digər hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-935/2023 nömrəli iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X15 ilə Təhməzov Hilal Rza oğlunun birgə nikahından X19, X20, İddiaçı və X16 doğulmuşdur.

2. Təhməzov Hilal Rza oğlu xx.xx.1974-cü ildə ölmüş, xx.xx.1990-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə ilə onun vərəsəsi ki mi X15 tanınmış, miras əmlak Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən 6** kv.m torpaq sahəsində saman-kərpicdən tikilmiş iki otaqlı 39,56 kv.m yaşayış, 69,59 kv.m ümumi sahəsi olan yaşayış evindən ibarət olmuşdur.

3. X15 xx.xx.1990-cı il tarixli vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakını harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, həmçinin Bərdə şəhəri ünvan 1 ünvanda saman kərpicdən tikilmiş iki otaqlı yaşayış evini oğlu X12 vəsiyyət etmişdir.

4. X17 xx.xx.1989-cu ildə, X15 12.03.2**1-ci ildə, X20 xx.xx.2012-ci ildə ölmüşdür.

5. X9 oğlu X24 04 oktyabr 2**7-ci ildə ölmüşdür.

6. X6 arvadı X13 və qızı X7 mübahisəli ünvanda yaşayırlar.

7. Bərdə şəhəri, ünvan 2rləşən 280,1 kv.m sahədən ibarət fərdi yaşayış evi üzərində X8 tam mülkiyyət hüququ 22 may 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 8. 22 may 2020-ci il tarixli, 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X8 vərəsəsi – oğlu X24 olmuşdur, lakin 2**7-ci il tarixdə vəfat etməsi ilə əlaqədar miras onun təmsilçiləri - gəlini Cavabdeh1, nəvələri - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 miras əmlakdan ¼ hissədə pay almışlar. Şəhadətnamə verilən miras əmlak Bərdə şəhəri, Füzuli küçəsi ev 16 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və ümumi sahəsi 280,1 kv.m-dən ibarət fərdi yaşayış evindən ibarət olmuşdur.

9. Bərdə şəhəri, ünvan 2rləşən 280,1 kv.m sahədən ibarət fərdi yaşayış evi üzərində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyət hüququ 30 may 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınm ışdır. 10. 04 iyun 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə mülkiyyətlərində olan Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 280,1 kv.m olan 3 otaqlı fərdi yaşayış evini və Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini 6**** manata (ev 5**** manat, torpaq sahəsi 1**** manat olmaqla) X2, hər iki əmlak 11 aprel 2022-ci il tarixdə mülkiyyət hüququ ilə sonucunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X23 qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisi və X14) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X21 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab olunması, valideynlərindən miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən, ümumi sahəsi 280 kv.m-dən ibarət fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun və digər qardaşlarının böyüyüb boya-baş a çatdığı Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən ev mərhum valideynləri Təhməzov Hilal Rza oğlu və X11 məxsus olmuşdur. Valideynlərinin birgə nikahından o, Mürşüd, Rəşid və Maarif doğulmuşdur. Atası, anası, qardaşları Mürşüd, Maarif və Rəşid vəfat etmişdir. Qanun üzrə yeganə vərəsə olduğu halda Bərdə şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən anası Xanım Təhməzova vəfat etdikdən sonra, guya onunla bir təsərrüfatda yaşamış hazırkı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanun üzrə vərəsə olduğu barədə qanunsuz arayış verilmişdir. Bundan sonra cavabdehlər mərhum anası X8 adına Bərdə şəhəri, ünvan 4 ünvanının mülkiyyətinə keçirilməsi barədə 22 may 2020-ci il tarixli çıxarış almışlar. Bu faktlar yaxın günlərdə təsadüf nəticəsində ona məlum olmuşdur.

13. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(021)-1353/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Əhmədov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, onların adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

14. Məhkəmə müəyyən etmişdir ki, X15 vəfat edən günə qədər Bərdə şəhəri Füzuli küçəsi 16 ünvanında gəlini X13 və nəvəsi X7 ilə birgə yaşamışdır və sonuncular halhazırda da orada yaşayırlar. X1 Füzuli küçəsi 16 ünvanındakı həyətyanı sahədə ayrılmış 2 sot torpaq sahəsində tikilmiş evdə (ünvan 5 X8 nəvəsi mərhum X18 ailəsi Cavabdeh1, Təhməzzadə (Hüseynzadə) Xanım Rza qızı, Cavabdeh3 və Cavabdeh4 yaşamışdır. X24 2**7-ci ildə vəfat etdikdən sonra Füzuli küçəsi 16 a ünvanında onun ailəsi yaşamışdır. Hal-hazırda qeyd olunan şəxslər ünvan 6 ünvanda yaşamırlar.

15. Miras əmlakla bağlı iki ünvanın qeyd edilməsi və rəsmi sənədlərin bir qismində mübahisəli evin Bərdə şəhəri, Füzuli küçəsi ev 16, bəzi sənədlərdə isə Bərdə şəhəri ünvan 3 kimi göstərilməsi vərəsələr arasında qeyri-müəyyənlik hallarını yaratmışdır ki, bu da öz növbəsində məhkəmə mübahisəsi predmetinə çevrilmişdir.

16. Belə olduğu halda, iddia ərizəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab olunmasına dair hissədə təmin edilməli, valideynlərindən miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən, ümumi sahəsi 280 kv.m-dən ibarət fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair hissədə isə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının miras əmlakı qəbul etməsi faktı müəyyən edilməmişdir. Miras əmlak faktiki olaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X13 və X7 tərəfindən qəbul edilmişdir.

17. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 1133.1, 1133.2, 1243.2, 1159.1.1, 1274, 1276, 1134.1, 1151.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4, 76.1, 10 6.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işi birtərəfli araşdıraraq, yanlış nəticəyə gəlmiş, iddia tələbini qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. X3 ona vəsiyyətnamə vermişdir. Ancaq iddiaçının 21 ildən sonra iddia qaldırması tam əsassızdır və müddət keçmişdir. İddiaçı müddəti qəsdən keçirmişdir. Ondan pul almaq naminə belə bir iddia verir. Göründüyü kimi 21 ildi r X3 vəfat edib, onun vəfatından illər öncə də həmin evdən və həyətyanı torpaqdan o istifadə etmişdir. Mübahisəli ünvanda isə 2 ev var. İddiaçının tələb etdiyi evin ona heç bir aidiyyətı yoxdur. Hazırda həmin mübahisəli ev başqa şəxsə satılıb və sənədləşdirilib. Sadalanan xüsusatlardan göründüyü kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri isə işin hallarına uyğun deyildir.

20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-935/2023 nömrəli iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynzadə (sədrlik edən və məruzəçi), hakimlər Ş.Rzaquliyev və İ.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X21 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrə nişanlı çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmişdir.

21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının miras qalmış əmlakı nə faktiki, nə də rəsmi qaydada qəbul etməməsi nəticəsinə gələrək, iddia tələbini həmin hissədə rədd etmiş, iddiaçı isə məhkəmənin gəldiyi həmin nəticə il ə razılaşaraq, qətnamədən apellyasiya şikayəti verməmiş və mirasın qəbul edilməsi faktının rədd edilməsi hissəsində qətnamə qanuni qüvvəyə minmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi əsassız olaraq iddianı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsində təmin etmişdir.

22. İddiaçının məhkəmədə verdiyi izahatlardan və birinci instansiya məhkəməsinin qətnaməsindən belə aydın olur ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməsinin əsası kimi mübahisəli ünvanda iki ev olmasına, X3nın yaşadığı dövrdə Füzuli küçəsi 16 ünvanındakı həyətyanı sahədə ayrılmış 2 sot torpaq sahəsində ev tikilməsinə, həmin evdə nəvəsi mərhum X18 ailəsi Cavabdeh1, Təhməzzadə (Hüseynzadə) Xanım Rza qızı, Cavabdeh3, və Cavabdeh4 ilə birl ikdə (oğlu) yaşamasına, miras qalmış evdə isə X13 və X4 yaşamasına, şəhadətnamələrin isə miras qalmış 0,02 ha torpaq sahəsinə görə deyil, sonradan alınmış 0,02 ha torpaq sahəsinə və tikilmiş evə görə verilməsinə əsaslanmışdır.

23. Məhkəmə hesab etmişdir ki, iddiaçının mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinin əsassız hesab edilməsi, iddiaçının həmin miras qalmış əmlaka dair digər vərəsələrə verilmiş hüquq müəyyənedici sənədlərin ləğvi və ya etibarsızlığını mübahisələndirməsi üçün subyektiv hüququnu aradan qaldırmış olur. Çünki, iddiaçının iddianı qaldırmaqda hüquqi marağı və məqsədi miras qalmış əmlakdan pay əldə etməkdir ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia tələbinin rədd edilməsi ilə məqsədin reallaşdırılması mümkünsüz olur. Belə olduğu halda isə mirasa dair digər vərəsələrə verilmiş hüquq müəyyənedici sənədlərin ləğv və ya etibarsız hesab edilməsi əhəmiyyətsiz olmaqla, onların əsassız olaraq mülkiyyət hüquqlarının pozulmasına səbəb olur.

24. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçının təmin olunmuş tələbi irəli sürmək üçün subyektiv hüququ mövcud olduğu halda belə məhkəmənin gəldiyi nəticə yenə də qanunsuz və əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qanun üzrə vərəsəlik şəhadətnaməsinin miras qalmış əmlaka görə deyil, sonradan tikilmiş və ya alınmış torpaq sahəsinə görə verilməsi qənaətinə gəlsə də, nəzərə almamışdır ki, daşınmaz əmlakın dövlət reyestrindəki 22 may 2020-ci il tarixli, 182**09362 saylı qeydə əsasən miras qoyan X5 miras qalmış əmlak Bərdə şəhəri, Füzuli küçəsi ev 16 ünvanında, 0.06 ha torpa q sahəsində yerləşən 280,1 kv.m sahədən ibarət fərdi yaşayış evi olmuşdur. 22 may 2020-ci il tarixli, 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də həmin qeyd əsasında cavabdehlərə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindəki 22 may 2020-ci il tarixli, 182**09362 saylı qeyd ləğv edilmədiyindən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmaqla yanaşı, iddiaçı da məhz həmin əmlakın miras qalmış əmlak olmasını iddia etməklə, həmin əmlaka dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsini istəmişdir.

25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 140, 1133.1, 1134.1, 1159.1, 1159.1.1, 1159.2, 1243.2, 1243.3, 1246, 1255, MPM-in 14.1, 14.2, 76.1, 76.3, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kass asiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, mülki qanunvericilikdə mirasın qəbulu ilə əlaqədar müddətlərin müəyyən olunması vərəsənin mirasda məcburi pay almaq hüququnu məhdudlaşdıran hal kimi şərh edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə

31. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrin ə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

32. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

33. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

34. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacı sı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

35. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

36. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

37. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

38. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

39. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

40. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir

41. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmay an, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.

42. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər.

43. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Mülki Prosessual Məcəllə

44. Maddə 14.1. Məhkəmə həqi qətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir:...149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb.

49. Maddə 184.1. Hakim tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə edir.

50. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 51....387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olu nmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiya məhkəməsinin mövqeyi

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsini n Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarının qəbul edildiyi dövrdə hazırkı iş məhkəmələrin icraatında olduğu üçün həmin Qərar bu işə də şamil edilməlidir.

59. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır....vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxım dan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

60. Baxılan iş üzrə iddiaçının qanunla nəzərdə tutulmuş müddət ərzində birinci növbəli vərəsə kimi anasından qalmış miras əmlakdan imtina etdiyi müəyyən olunmadığı üçün, o, qanuna əsasən miras əmlaka mülkiyyət hüququ əldə etmişdir. İddiaçının Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində miras əmlakı rəsmi və ya faktiki qəbul etməməsi mübahisəli əmlaka dair onun vərəsəlik hüquqlarının məhrum edilməsi ilə nəticələnən hal kimi qiymətləndirilə bilməz. Bu baxımdan iddiaçının mübahisəli miras əmlaka dair tələb irəli sürməklə bağlı subyektiv hüquqa malik olmadığı barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni sayıla bilməz.

61. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin tətbiq edilməli olmayan 140-cı maddəsi mübahisəyə tətbiq edilmişdir. Belə ki, həmin maddə daşınmaz əmlakı mülkiyyətçi olmayan şəxslərdən əldə etmiş mülki dövriyyə iştirakçılarının reyestrin məzmununa olan etimadını qorumaqla, onun məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərdə tutur. Həmin prinsip daşınmaz əmlaka mülkiyyət hüquqları vərəsəlik qaydasında qeydə alınmış şəxslərə tətbiq edilə bilməz.

62. Həmçinin qeyd olunmalıdır ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının “çıxarış və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia tələbinə də mahiyyəti üzrə qiymət verərək, hə min tələb birinci instansiya məhkəməsi tərəfindən təmin, apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilmiş, bu tələbin konkret olaraq nədə ifadə olunması dəqiqləşdirilməmişdir. Halbuki, MPM-in 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.

63. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, qeyd olunan hal MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılması, icraata qəbul edildiyi halda isə MPM-in 259.0.12-ci maddəsində müəyyən edilmiş qaydada (iddiaçıya təklif olunmasına baxmayaraq müəyyən edilmiş müddət ərzində iddia tələbini dəqiqləşdirmədiyi halda) baxılmamış saxlanılması, habelə MPM-in 387.2.8-ci maddəsinə əsasən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması üçün əsas olmuşdur.

64. Mövcud qeyri-müəyyənlik məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərindən irəli gələn, işin hallarının işdə iştirak edən şəxslərlə müzakirə olunması vəzifəsinə riayət etməklə də aradan qaldırıla bilərdi. Belə ki, dispozitivlik və çəkişmə prinsiplərinə ciddi riayət etmək şərtilə, MPM-in 14.1 və 184.1-ci maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcə k hərəkətlərin nəticələri barədə tərəfləri xəbərdar etmək, işin və mübahisənin vəziyyətini müzakirə etmək, hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etmək, habelə MPM-in 167-ci maddəsinə əsasən işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri etmək hakimin vəzifəsidir.

65. Hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən MPM-in 14, 184.1 və 167-ci maddələrinin tələbləri pozulmuş, tərəflərlə lazımi müzakirələr aparılmadan qeyri-müəyyən iddia tələbinə mahiyyəti üzrə baxılmış, yol verilmiş həmin prosessual pozuntular apellyasiya instansiyası məhkəməsi tərəfindən də ar adan qaldırılmamışdır.

66. Qeyd edilənləri nəzərə almaqla, Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında ifadə edilmiş nəticələr və hüquqi mövqelər, habelə bu qərarda ifadə edilmiş mövqelər nəzərə alınmaqla mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.

67. İşə yenidən baxılarkən, həmçinin miras əmlaka hüququ olan digər vərəsələrin də dairəsi müəyyən edilməklə, qəbul edilən mə hkəmə aktı belə şəxslərin hüquqlarına və vəzifələrinə toxunursa, həmin şəxslərin işdə iştirak etməyə cəlb olunması barədə məsələ müzakirə olunmalıdır.

68. Həmçinin işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş - miras əmlakla bağlı iki ünvanın qeyd edilməsi və rəsmi sənədlərin bir qismində mübahisəli evin Bərdə şəhəri, Füzuli küçəsi ev 16, bəzi sənədlərdə isə Bərdə şəhəri ünvan 3 kimi göstərilməsinin vərəsələr arasında qeyri-müəyyənlik yaratdığı, miras əmlakın miras qoyan tərəfindən oğlu Rəşidə vəsiyyət edildiyi, sonuncunun oğlu və cavabdehlərin atası Rzanın Rəşiddən daha əvvəl öldüyü kimi hallar da nəzərə alınmaqla, MPM-in 88-ci maddəsinə əsasən həmin hallara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

69. Yuxarıda göstərilənlərə əsasən v ə MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı kassasiya şikayəti qismən təmin olunsun. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-935/2023 nömrəli iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar