Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-463/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 19 saylı Notariat Ofisinə, Bakı şəhəri 46 saylı Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ilk iddiası; Cavabdeh4 iddiaçılar İddiaçı1 və İddiaçı2, qarşılıqlı iddia üzrə cavabdehlər X10, X8, X11, X15 qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-463/2025 (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün buraxılmış prose ssual müddətinin bərpasından imtina, şikayətin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X6 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3732/2024 nömrəli, 04 dekabr 2024-cü il tarixli qərardadından qarşılıqlı iddia üzrə cavabdeh X13 (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, ünvan 2ə qarşı “əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra İddiaçı1 nüm ayəndəsi və vəkili X16 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4, ünvan 3i və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsini əlavə olaraq cavabdehlər qismində cəlb olunmasını xahiş edərək, yekun olaraq məhkəmədən: Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 28,5 kv.m-dən ibarət mənzilinə dair ünvan 2in Xüsusi X3 tərəfindən 4Ə-422 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı2 adından Bakı şəhəri 19 saylı Notariat Ofisində verilmiş 07 oktyabr 2019-cu il tarixli 15189 reyestr nömrəli etibarnamə əsasında hərəkət edən Cavabdeh2 ilə Cavabdeh7 arasında 08 oktyabr 2019cu il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsini; Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 15,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair ünvan 2in Xüsusi X3 tərəfindən 4Ə-441 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı1 və İddiaçı2 adından Bakı şəhəri 19 saylı Notariat Ofisində verilmiş 25 oktyabr 2019-cu il tarixli 16207 və 16208 reyestr nömrəli etibarnamələr əsasında hərəkət edən Cavabdeh2 ilə Cavabdeh7 arasında 26 oktyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 28,5 kv.m-dən ibarət mənzilinə dair ünvan 3in Xüsusi X1 tərəfindən 4Ə461 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh7 ilə Cavabdeh4 arasında 30 oktyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin; Bakı şəhəri Yasamal rayo nu X2 9 saylı ünvanda yerləşən sahəsi 15,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair Bakı şəhər 30 saylı Notariat Ofisinin xüsusi X1 tərəfindən 4Ə-505 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh7 ilə Cavabdeh4 arasında 14 noyabr 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh7 adına verilmiş Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 28,5 kv.m-dən ibarət mənzilinə dair Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********01- 05101- 083001 reyestr nömrəli, 31 oktyabr 2019-cu il tarixli çıxarışların və Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi; Cavabdeh4 adına verilmiş Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 28,5 kv.m-dən ib arət mənzilinə və Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 15,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair çıxarışların və Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi; Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 28,5 kv.mdən ibarət mənzilinə İddiaçı2 və Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 15,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə (3 saylı emalatxana) dair isə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqlarının bərpa edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq olan adlarına çıxarışların verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Daha sonra Cavabdeh4 iddiaçılar İddiaçı1 və İddiaçı2, qarşılıqlı iddia üzrə cavabdehlər X10, X8, X11, X15 qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi, qətnamənin icrasına dönüş edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi, mənzildən və qeyri-yaşayış sahəsindən çıxarılma, mənzilin və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanda yerləşən sahəsi 28,5 kv.m-dən ibarət mənzilə dair İddiaçı2 (İddiaçı2 əvəzinə xx.xx.2019-cu il tarixli 16298 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7) ilə Fəridə Zeynalova arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-327 reyestr n ömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi; ünvan 4 ünvanda yerləşən sahəsi 39,9 kv.m-dən ibarət mənzilə dair Fəridə Zeynalova ilə Vüsal Qasımov arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-25 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh Vüsal Qasımovun ünvan 4 ünvanda yerləşən sahəsi 39,9 kv.m-dən ibarət mənzili üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış qeydiyyat (reyestr nömrəsi **********0105101-093003, qeydiyyat nömrəsi **********) yazısının ləğv edilməsi; ünvan 4 ünvanda yerləşən 15,6 kv.m. qeyri-yaşayış sahəsinə (emalatxanaya) dair İddiaçı1 (İddiaçı1 əvəzinə xx.xx.2019-cu il tarixli 16297 reyestr nömrə li etibarnamə əsasında Cavabdeh7), İddiaçı2 (İddiaçı2 əvəzinə xx.xx.2019-cu il tarixli 16298 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7) və Gülnarə Novruzovanın (Gülnarə Novruzovanın əvəzinə xx.xx.2015-ci il tarixli 41909 reyestr nömrəli etibarnamə əsasında Fəridə Zeynalova) arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-326 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi; ünvan 4 ünvanda yerləşən 15,6 kv.m. qeyri-yaşayış sahəsinin 7,8 kv.m. hissəsinə (emalatxanaya) dair Gülnarə Novruzova (Gülnarə Novruzovanın əvəzinə xx.xx.2015-ci il tarixli 41909 reyestr nömrəli etibarnamə əsasında Fəridə Zeynalova) ilə Zülfüqar Məmmədov arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-450 re yestr nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi; ünvan 4 ünvanda yerləşən 15,6 kv.m. qeyri-yaşayış sahəsinin 7,8 kv.m. hissəsinə (emalatxanaya) dair Gülnarə Novruzova (Gülnarə Novruzovanın əvəzinə xx.xx.2020-ci il tarixli 7098 reyestr nömrəli etibarnamə əsasında Fəridə Zeynalova) ilə Zülfüqar Məmmədov arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-420 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh Zülfüqar Məmmədovun ünvan 4 ünvanda yerləşən 15,6 kv.m. qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə (7,8 kv.m.) (reyestr nömrəsi **********01-05101-083001, qeydiyyat nömrəsi **********), xx.xx.2021-ci il tar ixdə (15,6 kv.m.) aparılmış qeydiyyat (reyestr nömrəsi **********0105101-083001, qeydiyyat nömrəsi **********) yazısının ləğv edilməsi; Ləğv edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1011/2020 nömrəli qətnaməsinin icrasına dönüş edilməsi; ünvan 4 ünvanda yerləşən sahəsi 28,5 kv.m. olan mənzilin və Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 15,6 kv.mdən ibarət qeyri-yaşayış sahəsinin (3 saylı emalatxana) üzərində Cavabdeh4 mülkiyyət hüququ bərpa edilməsi və Cavabdeh4 adına həmin əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışlar verilməsi; Cavabdehlərin ünvan 4 ünvanda yerləşən sahəsi 28,5 kv.m-dən ibarət olan mənzildən və Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 15,6 kv.m-dən ibarət qeyri-yaşayış sa həsindən (3 saylı emalatxana) çıxarılmaları və həmin sahələrin boşaldılıb Cavabdeh4 təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-206/2024 nömrəli, 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, ünvan 4 ünvanda yerləşən sahəsi 28,5 kv.m-dən ibarət mənzilə dair İddiaçı2 (İddiaçı2 əvəzinə xx.xx.2019-cu il tarixli 16298 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7) ilə Fəridə Zeynalova arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-327 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 4 ünvanda yerləşən sahəsi 39,9 kv.m-dən ibarət mənzilə dair Fəridə Zeynalova ilə Vüsal Qasımov arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-25 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh Vüsal Qasımovun ünvan 4 ünvanda yerləşən sahəsi 39,9 kv.m-dən ibarət mənzili üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış qeydiyyat (reyestr nömrəsi **********01-05101-093003, qeydiyyat nömrəsi **********) yazısının ləğv edilməsi, ünvan 4 ünvanda yerləşən 15,6 kv.m. qeyri-yaşayış sahəsinə (emalatxanaya) dair İddiaçı1 (İddiaçı1 əvəzinə xx.xx.2019-cu il tarixli 16297 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7), İddiaçı2 (İdd iaçı2 əvəzinə xx.xx.2019-cu il tarixli 16298 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh7) və Gülnarə Novruzovanın (Gülnarə Novruzovanın əvəzinə xx.xx.2015-ci il tarixli 41909 reyestr nömrəli etibarnamə əsasında Fəridə Zeynalova) arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2020ci il tarixli 4Ə-326 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 4 ünvanda yerləşən 15,6 kv.m qeyri-yaşayış sahəsinin 7,8 kv.m. hissəsinə (emalatxanaya) dair Gülnarə Novruzova (Gülnarə Novruzovanın əvəzinə xx.xx.2015-ci il tarixli 41909 reyestr nömrəli etibarnamə əsasında Fəridə Zeynalova) ilə Zülfüqar Məmmədov arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-450 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqısı müqavi ləsinin etibarsız hesab edilməsi, ünvan 4 ünvanda yerləşən 15,6 kv.m. qeyriyaşayış sahəsinin 7,8 kv.m. hissəsinə (emalatxanaya) dair Gülnarə Novruzova (Gülnarə Novruzovanın əvəzinə xx.xx.2020-ci il tarixli 7098 reyestr nömrəli etibarnamə əsasında Fəridə Zeynalova) ilə Zülfüqar Məmmədov arasında Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-420 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh Zülfüqar Məmmədovun ünvan 4 ünvanda yerləşən 15,6 kv.m. qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə (7,8 kv.m.) (reyestr nömrəsi **********0105101-083001, qeydiyyat nömrəsi **********), xx.xx.2021-ci il tarixdə (15,6 kv.m.) aparılmış qeydiyyat (reyestr nömrə si **********01-05101-083001, qeydiyyat nömrəsi **********) yazısının ləğv edilməsi, ləğv edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1011/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasına dönüş edilməsi, ünvan 4 ünvanda yerləşən sahəsi 28,5 kv.m. olan mənzilin və Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 15,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin (3 saylı emalatxana) üzərində Cavabdeh4 mülkiyyət hüququnun bərpa ediləsi və Cavabdeh4 adına həmin əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışların verilməsi, daşınmaz əmlakın dövlət reyestrində hazırkı iş üzrə çıxarılmış qətnaməyə uyğun olaraq müvafiq dəyişiklik aparılmasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Döv lət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, Vüsal Qasımovun ünvan 4 ünvanda yerləşən sahəsi 28,5 kv.m-dən ibarət olan mənzildən və Zülfüqar Məmmədovun Bakı şəhəri Yasamal rayonu X2 9 saylı ünvanda yerləşən sahəsi 15,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsindən (3 saylı emalatxana) çıxarılması və həmin sahələrin boşaldılıb Cavabdeh4 təhvil verilməsi, xx.xx.2020-ci il tarixli 4Ə-327 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsi üzrə ödənilmiş 120.000 manatın İddiaçı2 alınaraq Fəridə Zeynalovaya qaytarılması, xx.xx.2021-ci il tarixli 4Ə-25 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsi üzrə ödənilmiş 186.150 manatın Fəridə Zeynalovadan alınaraq Vüsal Qasımova ödənilməsi, xx.xx.2020-ci il tarixli 4Ə-326 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsi üzrə ödənilmiş 100.000 manat pulun 50.000 manatının İddiaçı1 alınaraq Gülnarə Novruzovaya, 50.000 manatının isə İddiaçı2 alınaraq Gülnarə Novruzovaya ödənilməsi, xx.xx.2020-ci il tarixli 4Ə-450 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsi üzrə ödənilmiş 50.000 manat və xx.xx.2021-ci il tarixli 4Ə-420 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsi üzrə ödənilmiş 30.000 manat olmaqla, cəmi 80.000 manatın Gülnarə Novruzovadan alınaraq Zülfüqar Məmmədova ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Qətnamədən qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, Vüsal Qasımov, Zülfüqar Məmmədov və iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-3732/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Məmməd Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Həmin qətnamədən iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 (Vəkil6 Bəşir qızı), qarşılıqlı iddia üzrə cavabdeh Vüsal Qasımov (Vəkil5), həmçinin qarşılıqlı iddia üzrə cavabdeh Z ülfüqar Məmmədov (Vəkil3) ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətləri Ali Məhkəməyə göndərilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3977/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə cavabdeh Zülfüqar Məmmədovun kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, şikayətin ona qaytarılması üçün mülki işin həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3732/2024 nömrəli, 21 noyabr 2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə cavabdeh Zülfüqar Məmmədov tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
9. Daha sonra qarşılıqlı iddia üzrə cavab deh Zülfüqar Məmmədov (Vəkil3) apellyasiya instansiya məhkəməsinin 30 iyul 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə ilə apellyasiya məhkəməyə müraciət etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3732/2024 nömrəli, 04 dekabr 2024-cü il tarixli qərardadı ilə, apellyasiya instansiya məhkəməsinin 30 iyul 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə qarşılıqlı iddia üzrə cavabdeh Zülfüqar Məmmədovun ərizəsi geri qaytarılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi həmin nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdeh Zülfüqar Məmmədovtərəfi ndən apellyasiya instansiya məhkəməsinin 30 iyul 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət ötürülmüş və ərizəyə müddətin üzrlü səbəbdən ötürülməsi barədə mötəbər sübutlar əlavə edilməmişdir. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə ol ma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
12. Göstərilən halları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh Zülfüqar Məmmədovun ərizəsini əsaslandırdığı hallar məhkəmə aktından şikayət verməsinə maneə törədən hal kimi qiymətləndirilə və üzrlü hesab edilə bilməz. Göründüyü kimi, cavabdeh tərəfindən 30 iyul 2024-cü il tarixli qətnamənin qəbulundan sonra kassasiya şikayəti ilə ağlabatan müddətdə məhkəməyə müraciət edilməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 128.1, 133.1, 405.0.1 və 420-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
14. Qərardaddan qarşılıqlı iddia üzrə cavabdeh Zülfüq ar Məmmədov (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsindən verilmiş kassasiya şikayətinin müddəti üzrlü səbəbdən, üçüncü şəxs Zülfüqar Məmmədova rəsmi qaydada verildiyi (rəsmi qaydada verilməmişdir) vaxt nəzərə alınmaqla verildiyi üçün buraxılmışdır. Belə ki, qətnamə xx.xx.2024-cü il tarixində elektron kabinetə yerləşdirilsə də Zülfüqar Məmmədova rəsmi qaydada çatdırılmadığı üçün vəkillə xx.xx.2024-cü il tarixində müqavilə bağlanmış həmin tarixdə order götürülərək kassasiya şikayəti elektron sistemə əlavə edilmişdir. Nəzərə almaq lazımdır ki, nümayəndə tərəfin özü de yildir və yalnız müqavilə əsasında xidmət göstərir. Həmin qətnamənin tərəfə, məhz tərəfin özünə, Zülfüqar Məmmədova rəsmi qaydada çatdırılması araşdırılmamışdır. Həmin qətnamə isə tərəfə rəsmi qaydada verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
16. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
17. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilm iş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
18. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.
19. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
20. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
21. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbin i üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
22. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
23. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
24. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı v ə 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
25. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya m əhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
27. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
28. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada ve rildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
29. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunu.
35. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.
36. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya baxışının hədləri:
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qərardad qarşılıqlı iddia üzrə cavabdeh Zülfüqar Məmmədov tərəfindən tam mübahisələndirildiyindən məhkəməsinin aktı bütövlükdə yoxlanılır. apellyasiya instansiyası Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Qarşılıqlı iddia üzrə cavabdeh Zülfüqar Məmmədovun apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçü n müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.
41. Qeyd olunmalıdır ki, qarşılıqlı iddia üzrə cavabdeh Zülfüqar Məmmədov (Vəkili Vəkil3) apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətini, apellyasiya instansiya məhkəməsinin 30 iyul 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin, qətnamənin ona rəsmi qaydada verildiyi vaxt nəzərə alınmaqla üzrlü səbəbdən buraxmaqla verilməsi, qətnamənin xx.xx.2024-cü il tarixində elektron kabinetə yerləşdirilsə də ona rəsmi qaydada çatdırılmadığı üçün vəkillə xx.xx.2024-cü il tarixində müqavilə bağlanması, həmin tarixdə order götürülərək kassasiya şikayətinin elektron sistemə əlavə edilməsi, qətnamənin ona rəsmi qaydada çatdırılmasının araşdırılmaması ilə əsa slandırmışdır.
42. Halbuki, “AZİMES” “Elektron Məhkəmə” İnformasiya Sistemindən müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3732/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq qarşılıqlı iddia üzrə cavabdeh Zülfüqar Məmmədovun apellyasiya şikayətini imzalamış nümayəndəsi (vəkili) Vəkil3 elektron kabinetinə 02 avqust 2024-cü il tarixdə yerləşdirilmişdir.
43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 2.1-ci bəndinə əsasən informasiya Sisteminin iştirakçıları və istifadəçi ləri (işdə iştirak edən şəxslər, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, vəkillər və s.) müvafiq olaraq “Məhkəmə İşlərinin Elektron İdarəedilməsi Sistemi” və Vahid Məhkəmə Portalı (https://e-mehkeme.gov.az və https://courts.gov.az) vasitəsilə İnformasiya Sisteminə daxil ola bilərlər.
44. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən Hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının İnformasiya Sistemində yaradılmış “Elektron kabinet”ində avtomatlaşdırılmış qaydada yerləşdirilir və onlara bu barədə məlumat İnformasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS vasitəsilə) çatdırılır.
45. Həmin Qaydaların 2.3-1-ci bəndinə əsasən hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş məhkəmə qərar ları (qətnamələr, əmrlər, qərardadlar və qərarlar) qəbul olunduğu gündən 1 aydan gec olmayaraq avtomatlaşdırılmış qaydada anonimləşdirilməklə elektron qaydada yayılır.
46. Lakin apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, apellyasiya məhkəməsinin qətnaməsi 02 avqust 2024-cü il tarixdə qarşılıqlı iddia üzrə cavabdeh Zülfüqar Məmmədova rəsmi qaydada verilmiş, yəni onun nümayəndəsi və vəkili Vəkil3 elektron kabinetinə yüklənmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh Zülfüqar Məmmədov isə apellyasiya instansiyası məhkəməsinin 30 iyul 2024-cü il tarixli qətnaməsi ona rəsmi təqdim edildikdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu halda bunu etməmiş, qətnaməni rəsmi qaydada aldığı tarixdən 2 ay müddət 02 oktyabr 2024-cü il tarixində bitməsinə baxmayaraq, həmin qətnamədən müd dəti ötürməklə kassasiya şikayəti vermiş, şikayət 08 oktyabr 2024-cü il tarixdə elektron sistemə yüklənmişdir. Göründüyü kimi kassasiya şikayəti onun qarşılıqlı iddia üzrə cavabdeh Zülfüqar Məmmədovun nümayəndəsi və vəkili Vəkil3 elektron sisteminə yüklənməsindən 2 ay 6 gün müddət keçdikdən sonra elektron sistemə yüklənmişdir.
47. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin qətnamənin qarşılıqlı iddia üzrə cavabdeh Zülfüqar Məmmədova rəsmi qaydada çatdırılmaması barədə dəlillərini əsassız hesab edir. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh Zülfüqar Məmmədovun müqavilə bağladığı Vəkil3 onun həm də nümayəndəsi olduğundan, qarşılıqlı iddia üzrə cavabdeh Zülfüqar Məmmədovdan aldığı vəkalətə uyğun olaraq tapşırıq müqaviləsinin şərtlərinə uyğun olaraq qətnamədən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti vermək vəzifəsi də daxil olmaqla, etibarnamədə göstərilən müddət ərzində qarşılıqlı iddia üzrə cavabdeh Zülfüqar Məmmədov qarşısında digər vəzifələrini icra etməyə də borclu olmuşdur. Etibarnamə isə Vəkil3 xx.xx.2023-cü il tarixdə üç il müddətinə xx.xx.2026-cı il tarixə kimi verilmişdir. (cild 4. i.v. 41)
48. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
49. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
50. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
51. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh Zülfüqar Məmmədov kassasiya şikayətində qətnamənin ona rəsmi qaydada verildiyi vaxt nəzərə alınmaqla üzrlü səbəbdən buraxmaqla verilməsini bildirsə də, digər tərəfdən öz mövqeyini təkzib edərək qətnamənin ona rəsmi qaydada verilmədiyini göstərir.
52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” i şlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.
53. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və dig ərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. 54. “X9 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzə rdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
55. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddəti ərzində kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
56. Buraxılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edil ə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). Qarşılıqlı iddia üzrə cavabdeh Zülfüqar Məmmədov (Vəkili Vəkil3) isə kassasiya şikayəti verilməsi barədə müddətin bərpa edilməsi haqqında ərizəsində, qətnamənin qəbul edilməsindən 2 ay 6 gün müddət keçməsindən sonra kassasiya şikayəti verməsinin səbəbini formal dəlillərlə əsaslandırmağa çalışmışdır.
57. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsində kassasiya şikayətinin məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilməsi nəzərdə tutulsa da, bu hal şikayət vermək niyyətində olan şəxsin həmin müddətin sonuncu gününlərini gözləməsi və ş ikayəti müddətin bitməsinin sonuncu günündə verməli olması anlamına gəlmir. Həmçinin mübahisələndirilən qətnamənin tərəfə təqdim edilməsindən dərhal sonra kassasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət müəyyən edilməmişdir. İşdə iştirak edən şəxs qətnamədən həqiqətən də narazıdırsa, sonradan yarana biləcək nöqsanları aradan qaldırmaq üçün vaxt əldə etnmək məqsədi ilə, şikayətini mümkün qədər, şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ilkin mərhələsində verməli, həmin müddətdən qətnamənin icrasını gecikdirmək və digər başqa məqsədlər üçün istifadə etməməlidir.
58. Bu səbəbdən müddətinin bərpasına dair ərizənin təmin edilməməsi və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Qarşılıqlı iddia üzrə cavabdeh X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3732/2024 nömrəli, 04 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi anda