Məhkəmə qərarları › İş №2(102)-4633/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4633/2020

27.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4633/2020 27.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov AbiddinQabil oğlu və X23 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X8 və X9 nümayəndəsi və vəkili X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2, Cavabdeh1 vəkili X3, Üçünü şəxs Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndəsi X31 və vəkili X5 iştirakı ilə, Cavabdeh1 və üçünü şəxs Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(103)-571/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Sabunçu Rayon Məhkəməsinin (hakim Anar Rzayev) xx xxx 2019-cu il tarixli 2(022)1175/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsini, pilot layihə çərçivəsində Cavabdeh1 tərəfindən ünvan1 sökülmüş mağazanın yerində inşa ediləcək yaşayış binasından 120 kvadrat metr tam təmirli qeyri-yaşayış sahəsi və 120 kvadrat metr yaşayış sahələrinin inşasının təmin olunaraq həmin sahələr üzərində İddiaçı, X7, X8, X9 və Cavabdeh2 bərabər paylarının, yəni hər birinin 1/5 payının müəyyən edilməsini, iddianın qalan hissədə təmin edilməməsini, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının cavabdehdən alınaraq iddiaçıya ödənilməsini, ger i qalan 15 manatın isə iddiaçıya aid edilməsini qət etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Elşad Şamayev) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləapellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2019-cu il tarixli qətnamə qismən, yəni “iddiaçıya və iş üzrə üçüncü şəxslərəCavabdeh1 tərəfindən 120 kvadrat metr ölçüdə təmirli yaşayış yerinin ayrılması” və “Cavabdeh1 tərəfindən onlara ayrılmalı olan təmirli qeyri-yaşayış sahəsinin ölçüsünün 120 kvadrat metr müəyyən edilməsi”, habelə “qeyri-yaşayış sahəsinin icarə haqqı qismində verilən aylıq 1500 manat məbləğində pul vəsaiti barədə tələbin rədd edilməsi” hissəsində ləğv edilm iş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddianın qismən təmin edilməsi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14, X15, X16 və Cavabdeh2 Cavabdeh1 tərəfindən ayrılmalı olan təmirli qeyri-yaşayış sahəsinin ölçüsü 428 kvadrat metr kimi müəyyən edilməsi, həmin qeyri-yaşayış sahəsinin Cavabdeh1 tərəfindən təhvil verilənə qədər həmin sahənin aylıq icarə haqqı olaraq 1500 manat məbləğində pulun Cavabdeh1ndən tutularaq İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14, X15, X16 və Cavabdeh2 bərabər hissələr ilə, yəni hər birinə 300 manat olmaqla verilməsi qət edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qətnamənin qalan hissəsi, yəni “pilot layihə çərçivəsində Cavabdeh1 tərəfindən ünvan1 sökülmüş mağ azanın yerində inşa ediləcək yaşayış binasından təmirli qeyri-yaşayış sahəsinin üzərində İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14, X15, X16 və Cavabdeh2 bərabər paylarının, yəni hər birinin 1/5 payının müəyyən edilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının Cavabdeh1ndən tutularaq İddiaçı ödənilməsi, qalan 15 manatın isə İddiaçı özünə aid edilməsi hissəsi dəyişdirilmədən saxlanılmşdır. İşin halları: İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizələr ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, son nəticədə, pilot layihə çərçivəsində cavabdeh MTK tərəfindən sökülərək tikilməsi nəzərdə tutulan ünvan1 yerləşən obyektin inşa olunaraq, obyektin sahibi olmuş mərhum X4 vərəsələri, yəni iddiaçı (mərhumun arvadı) İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər (mərhumun övladları) X14, X15, X16 və Cavabdeh2 arasında bərabər paylarda bölünməsi və qeyri-yaşayış sahəsinin icarə haqqı qismində verilən aylıq 1.500 manat məbləğində pul vəsaitinin vərəsələr arasında bərabər paylarda bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, (mərhum) X10 ilə iddiaçının nikahından 8 övladı var. Onlar 1951-ci ildə Ermənistan Respublikasından ailəlikcə köçərək Bərdə rayonunun, Əmirli kəndində yaşamışlar. X23un müraciətindən sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 244 nömrəli sərəncamı ilə ünvan1 yerləşən bir mağazanın inşasına icazə almış, mağaza inşa olunduqdan sonra isəhəmin mağazaya sahiblik etməklə ondan istifadə etmişlər. xx.xx.2015-ci il tarixdə iddiaçının əri İ.Qələndərov vəfat etmişdir. Əri vəfat edəndən sonra iddiaçı, xeyli müddət səhhəti ilə bağlı narahatçılıqlar keçirdiyi üçün mağaza ilə maraqlanmamış, mağaza övladları tərəfindən istifadə olunmuşdur. Münasib vaxt tapanda mağazaya öz adına mülkiyyət hüququnu qeydiyyata aldırıb övladları arasında bölünməsini qərarlaşdırmışdır. xx.xx.2018-ci il tarixində sahiblik etdiyi mağaza cavabdeh MTK tərəfindən qanunsuz olaraq, daha doğrusu onunla hər hansı bir müqavilə bağlanmadan mağazanın dəyəri ödənilmədən sökülmüşdür. Ortancıl oğlu X8 mağazanın söküntüsü ilə maraqlananda məlum olmuşdur ki, mağazanın sökülməsi ilə əlaqədar MTK-nın nümayəndələri digər oğlu Cavabdeh2la hansısa formada əlaqə saxlay araq razılığa gəlmişdir. Hansı ki, nə iddiaçı tərəfindən, nə də mərhum əri İ.Qələndərov tərəfindən sözügedən mağaza ilə bağlı Cavabdeh2 səlahiyyət verilməmişdir. Mağaza əri ilə iddiaçının birgə nikah dövründə təsərrüfat aparmaqla əldə etdiyi pul vəsaiti hesabına inşa olunduğundan MTK tərəfindən mağaza söküləcəyi təqdirdə istənilən halda onunla razılaşmalı idi. MTK-nın bu hərəkəti qanunvericiliyin tələbləri baxımından da hüquqazidd olduğundan iddiaçı hesab edir ki, ona dəyən həm maddi, həm də mənəvi ziyan ödənilməlidir. Çünki qeyd olunan mağaza əri ilə iddiaçının birgə nikahdan əldə etdiyi maddi vəsaiti hesabına Sabunçu RİH başçısının xx.xx.2007-ci il tarixli sərəncamı əsasında qanuni əsaslarla inşa olunmuş və həmin mağazadan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadə etmiş lər. Mağazanın tikinti sahəsi 428 kvadrat metr təşkil edir ki, qeyri-yaşayış sahəsi olaraq yerləşdiyi ərazidə qeyri-yaşayış sahəsinin bir kvadrat metr-nin minimal qiyməti 2.300 manat təşkil edir ki, bu da 428x2.300=984.400 manat deməkdir. Qanunsuz olaraq MTK tərəfindən mağazanın sökülməsi iddiaçıya psixi təsir etməklə emosional gərginlik yaradır ki, bu da onun mənəvi ziyan çəkməyinə səbəb olur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Üçünü şəxs Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslər ayrı-ayrılıqda verdikləri izahatlarda məhkəməyə təqdim olun muş barışıq sazişinin təsdiq olunmasını, mülki işin icraatına xitam verilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası, İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli barışıq sazişini, təqdim edilmiş ərizələri nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikası MPM-in 261.0.5, 262, 417.1.5-ci maddələrinin tələbinə əsasən barışıq sazişi təsdiq edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İ ddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X8 və X9 nümayəndəsi və vəkili X6 məhkəməyə yazılı ərizə təqdim edərək iddiaçı ilə cavabdeh MTK arasında xx.xx.2020-ci il tarixdə barışıq sazişi bağlandığını, barışıq sazişinin təsdiq edilrək mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Cavabdeh1 MTK tərəfindən də eyni məzmunlu ərizə daxil olmuşdur. Məhkəməyə iş üzrə digər üçüncü şəxslər Cavabdeh2 və Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən də eyni məzmunlu ərizələr ünvanlanmış və barışıq sazişinin təsdiq edilrək mülki işin icraatına xitam verilməsi xahiş edilmişdir. Ərizələr notarial qaydada təsdiq edilmiş, nümayəndələr səlahiyyətli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağ lamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2020-c i il tarixli barışıq sazişinə əsasən:

1. Tərəflər razılaşırlar ki, İddiaçı cavabdeh “Cavabdeh1" MTK·ya qarşı “pilot layihə çərçivəsində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti 72 ünvanda yerləşən obyektin sökülərək onun yerində inşa edilən binada İddiaçı və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən şəxslər Cavabdeh2 İsgəndər oğlu, X17, X18 və X19 arasında bərabər payda bölünməsi” və mübahisə predmeti olan qeyri-yaşayış yaşayış sahəsinin icarə haqqı qismində 1500 manat pul vəsaitinin vərəsələr, yəni İddiaçı və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən şəxslər Cavabdeh2 İsgəndər oğlu, X17, X18 və X19 arasında bərabər payda bölünməsi” şərti ilə iddiasından imtina edir;

2. Cavabdeh “Cavabdeh1" MTK İddiaçı və onun tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü ş əxslərə 120 kvadrat metr qeyri- yaşayış, 210 kvadrat metr yaşayış sahəsinin tam təmirli vəziyyətdə verilməsini, həmçinin icarə haqqı qismində aylıqq olaraq 1500 manat pulun verilməsini öz üzərinə götürür;

3. Tərəflər razılaşdar ki, aylıq icarə haqqı 1500 manat cavabdeh “Cavabdeh1" Mənzil Tikinti Kooperativi tərəfindən obyekt inşa olunaraq tam təmirli vəziyyətdə təhvil verilən günədək iddiaçı X12 və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən şəxslər Cavabdeh2 İsgəndər oğlu, X1 Tahir İsgəndər oğlu və X11 ödəniləcəkdir;

4. Cavabdeh1 öhdəlik götürür ki, obyektin təmirinə sərf olunacaq tikinti materialları tikinti norma və standartlarına, həmçinin obyektin kommunikasiya xətlərinə sərf ediləcək materiallar mövcud keyfiyyət standartlarına uyğun olacaqdır. Əks təqdirdə obyektin təmirində v ə kommunikasiya xətlərində qüsurlar aşkar ediləcəyi təqdirdə həmin qüsurların aradan qaldırılması cavabdeh tərəfindən onun maddi vəsaiti hesabına həyata keçiriləcəkdir;

5. Tərəflər razılaşırlar ki, hazırda bir-birilərinə qarşı başqa maddi, əmlak və digər tələb üzrə hər hansı iddia və şikayətləri yoxdur, gələcəkdə də belə bir iddia və şikayətləri olmayacaqdır. Hər iki tərəf barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə yazılı ərizə təqdim etmişlər. Barışıq sazişində qanunvericiliyin tələblərinə zidd və 3-cü şəxslərin maraqlarına toxunan müddəalar yoxdur. Barışıq sazişinin təsdiqindən imtina üçün əsaslar mövcud deyildir. Üçüncü şəxslər barışıq sazişinin təsdiq edilməsinə razıdırlar. Tərəflər və üçüncü şəxslər barışıq sazişi bağlamaqla iş üzrə icraata xitam veril məsinin nəticələrinin onlara aydın olduğunu göstərdilər. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52.3, 261.0.5, 262.4, 416, 417.1.5, 419, 421-c i maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı ilə Cavabdeh1 MTK-nın hazırkı iş üzrə aşağıda göstərilən şərtlərlə bağladıqları xx.xx.2020-ci il tarixli barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı cavabdeh “Cavabdeh1" MTK·ya qarşı “pilot layihə çərçivəsində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti 72 ünvanda yerləşən obyektin sökülərək onun yerində inşa edilən binada İddiaçı və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən şəxslər Cavabdeh2 İsgəndər oğlu, X17, X18 və X19 arasında bərabər payda bölünməsi” və mübahisə predmeti olan qeyri-yaşayış yaşayış sahəsinin icarə haqqı qismində 1500 manat pul vəsaitinin vərəsələr, yəni İddiaçı və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən şəxslər Cavabdeh2 İsgəndər oğlu, X17, X18 və X19 arasında bərabər pa yda bölünməsi” şərti ilə iddiasından imtina edir;

2. Cavabdeh “Cavabdeh1" MTK İddiaçı və onun tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə 120 kvadrat metr qeyri- yaşayış, 210 kvadrat metr yaşayış sahəsinin tam təmirli vəziyyətdə verilməsini, həmçinin icarə haqqı qismində aylıqq olaraq 1500 manat pulun verilməsini öz üzərinə götürür;

3. Aylıq icarə haqqı 1500 manat cavabdeh “Cavabdeh1" Mənzil Tikinti Kooperativi tərəfindən obyekt inşa olunaraq tam təmirli vəziyyətdə təhvil verilən günədək iddiaçı X12 və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən şəxslər Cavabdeh2 İsgəndər oğlu, X1 Tahir İsgəndər oğlu və X11 ödəniləcəkdir;

4. Cavabdeh1 öhdəlik götürür ki, obyektin təmirinə sərf olunacaq tikinti materialları tikinti norma və standartlarına, həmçinin obyektin kommunikasiya x ətlərinə sərf ediləcək materiallar mövcud keyfiyyət standartlarına uyğun olacaqdır. Əks təqdirdə obyektin təmirində və kommunikasiya xətlərində qüsurlar aşkar ediləcəyi təqdirdə həmin qüsurların aradan qaldırılması cavabdeh tərəfindən onun maddi vəsaiti hesabına həyata keçiriləcəkdir;

5. Tərəflərin hazırda bir-birilərinə qarşı başqa maddi, əmlak və digər tələb üzrə hər hansı iddia və şikayətləri yoxdur, gələcəkdə də belə bir iddia və şikayətləri olmayacaqdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)571/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar