Məhkəmə qərarları › İş №2(102)-4638/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4638/2020

08.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4638/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, Cavabdeh “xxxx” KB ASC-nin vəkili Vnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)12029/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim R.Qafarova) xx.xx.2019-cu il tarixli, 2(009)-366/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3ın cavabdehlər «xxxx» MMC-yə, “xxxx” ASC-yə və Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, hərracın yekun nəticələri haqqında protokolun və hərracın yekunları üzrə alqı-satqı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının(hakimlər A.Hüseyn, E.Nəbiyev, R.Qurbanov) xx.xx.2019-cu il tarixli 2(103)-12029/2019 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)366/2019 saylı qətnaməsi “hərracın yekun nəticələri haqqında protokolun və hərracın yekunları üzrə alqı-satqı barədə mü qavilənin etibarsız hesab edilməsinin rədd edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseyn, E.Nəbiyev, R.Qurbanov) xx.xx.2019-cu il tarixli, 2(103)-12029/2019 nömrəli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-366/2019 nömrəli qətnaməsinin “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən birgə kasasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İdd iaçı4 və İddiaçı3 cavabdehlər «xxxx» MMC-yə, “xxxx” ASC-yə və Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın yekun nəticələri haqqında yekun Y-218 saylı Protokolun və hərracın yekunları üzrə alqısatqı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, ipoteka predmeti olan E saylı mənzilinə dair hərracın nəticələri haqqında yekun Y-218 saylı Protokolun və hərracın yekunları üzrə xx.xx.2018-ci il tarixli alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və onların vəkili R kasasiya şikayətini onunla əsaslandırmışlar ki, icra məmurunun icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərarından 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə şikayət verilmiş, buna baxmayaraq icra şöbəsi qanunsuzluq edərək iş üzrə icraatı dayandırmamış, iş üzrə hərrac təyin olunmuş, mənzil iddiaçıların xəbəri olmadan hərraca çıxarılmış, qiyməti qəsdən aşağı salınaraq satışı təşkil olunmuşdur. İddiaçılar hərracın protokolları ilə tanış olmamış, onlara heç bir sənəd təqdim olunmamışdır. Bundan başqa, mövcud borcun bir hissəsinin banka ödənilməsi şərti ilə mənzilin ipoteka predmetindən çıxarılması zərurəti yaranmışdır. Belə ki, iddiaçıların başqa yaşamağa yerləri yoxdur. Hazırda ailə üzvlərindən iki nəfər işləyir və bankla yeni müqavilə bağlayaraq aylıq ödə nişləri də edə bilərlər. İşdəki sənədlərdən də görünür ki, banka olan borc dolların kursu qalxanadək stabil olaraq 20000 manat ödənişlər edilmişdir. Hazırda hesab edirlər ki, hərracın nəticələri qanunsuzdur və hazırki mübahisə həll edilənədək hərracın keçirilməsi dayandırılmalıdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-12029/2019 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, onların vəkili R, cavabdehlər xxxx» MMC-nin və Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlmə miş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” KB ASC-nin vəkili V kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-12029/2019 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)366/2019 saylı qətnaməsi “hərracın yekun nəticələri haqqında protokolun və hərracın yekunları üzrə alqı-satqı barədə müqavilənin etibarsız hesab edilməsi” hissəsində ləğv edilib həmin hissədə iş üzrə icraata xitam verildiyindən hazırda apelyasiya baxışının hədlərini qətnamənin “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi” hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən t ərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfində n hərrac yolu ilə satılır. Həmin Qanunun 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. “İpoteka haqqında” qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilmə si üçün kifayət qədər olsun. İş materialları ilə müəyyən olunur ki, Bakı Apelyasiya Məhkəməsinin (103)7681/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası Suraxanı rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmuş, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini rəhbər tutaraq mübahisəli əmlakın hərrac vasitəsilə satılması üçün zəruri hərəkətlər edərək, əmlakın hərrac vasitəsilə satılması üçün “xxxx” MMC-yə sifariş vermiş və əmlak iki dəfə satılmadığından ipoteka saxlayan “xxxx” KB ASC tərəfindən əldə edilmişdir. Göründüyü kimi, icra məmuru və hərrac mərkəzi məhkəmənin icra vərəqəsinin icrası ilə bağlı vəzifələrini yerinə yetirmək üçün qanunun onlara verdiyi səlahiyyətlərdən istifadə edərək əmlakın açıq hərracdan satışını təşkil etm əklə məhkəmənin icra vərəqəsinin icrasını təmin etməyə yönəlmiş hərəkətlər etmişlər. Beləliklə, apelyasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi” hissəsində qanuni və əsaslı olmaqla işin hallarına uyğundur Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayəti formal olaraq əsaslandırılmağa çalışılmışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi” hissəsi üzrə qətnamə qəbul etmiş, “hərracın yekun nəticələri haqqında protokolun və hərracın yekunları üzrə alqısatqı barədə müqavilənin etibarsız hesab edilməsi” hissəsində məhkəmə qət naməsi ilə eyni tarixli qərardad qəbul etmişdir. İddiaçılar isə hazırda apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamədən şikayət verdiyi halda, iş üzrə icraata xitam verilmiş hissə, hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsi üzrə kasasiya şikayətini əsaslandırmağa çalışmışdır. Məhkəmə qətnaməsinin kasasiya yoxlaması həyata keçirilən zaman isə apelyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmiş, əksinə apelyasiya kollegiyası maddi hüquq normalarını düzgün tətbiq edərək, hərracın keçirilməsi ilə bağlı cavabdehlərin hərəkətlərinin qanunsuz olmadığı qənaətinə gəlmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməs i üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-12029/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar