Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4638/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, əsassız varlanma) 13.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-295/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hal ları 1. 2013-cü il tarixli iltizamla, Cavabdeh 12000 manata özü və ailə üzvlərinin mülkiyyətində olan ümumilikdə 5,96 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini İddiaçı satdığını imzası ilə təsdiq etmişdir.
2. Sonradan iddiaçı torpaq sahəsini öz adına rəsmiləşdirmək istəsə də cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmışdır. 2020-ci ildə iddiaçıya məlum olmuşdur ki, cavabdeh torpaq sahəsini satmaqdan imtina edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 5,96 hektar torpaq sahələrinin hazırki bazar qiymətləri ilə olan 24000 manat, həmin torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 10000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 30 manat olmaqla, cəmi 34030 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2013-cü ilin yay aylarında cavabdeh ona özünün, ailə üzvlərinin və valideynlərinin ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu Şəbiyan kəndində yerləşən ayrı-ayrılıqda 4,72 hektar və 1,24 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahələrini satdığını bildirmişdir. O, cavabdehlə razılığa gəlmiş və torpaq sahəsinin aralarında razılaşdırılmış dəyərini 12000 manat pulu cavabdehə tam şəkildə ödəməklə həmin torpaq sahəsini satın almışdır. Cavabdeh torpaq sahələrinin sənədlərini ona vermiş və mərhum valideynləri ilə əlaqədar vərəsəlik məsələləri həll ediləndən sonra alğı-satqını rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. O, aldığı torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmişdir. Cavabdehə torpaq sahələrinin alğı-satqısını rəsmiləşdirmək lazım olduğunu bildirdikdə o, hər dəfə tezliklə sənədləri qaydasına salacağını bildirmişdir. 3 il keçdikdən sonra cavabdeh ona bildirmişdir ki, ailəsində narazılıq var, ona görə də satdığı torpaq sahəsinə görə aldığı puldan 3 illik icarə haqqını çıxmaqla ona 9000 manat pul qaytarmaq istəyir. O isə cavabdehə bildirmişdir ki, keçən müdddət ərzində torpaq sahəsini münbitləşdirmək və yararlı hala salmaq üçün vəsait xərcləmişdir. Buna baxmayaraq cavabdeh aldığı 12000 manat pulu qaytararsa o da torpaq sahəsini geri qaytarar. Cavabdeh ondan aldığı pulla özünə Bakı şəhərində ev almış və yaşamaq üçün ora köçmüşdür. O, 2020-ci ilə qədər dəfələrlə cavabdehdən alğı-satqı müqav iləsinin rəsmiləşdirmək üçün gəlməsini tələb etdikdə cavabdeh hər dəfə ona ailəsini razı salacağını və alğı-satqı müqaviləsini rəsmiləşdirmək üçün gələcəyini bildirmişdir. 2020-ci ilin əvvəlində yenidən alğı-satqı müqaviləsini rəsmiləşdirmək üçün cavabdehə müraciət etdikdə o, torpaq sahəsini satmadığını və icarəyə verdiyini demişdir. Bundan sonra cavabdehin əsl niyyətini başa düşmüş və aldığı torpaq sahələrinin hazırki bazar qiymətləri ilə olan dəyərini tələb etmişdir. Cavabdeh isə təkidlə torpaq sahələrini satmadığını, aldığı pulun isə icarə haqqı olduğunu demişdir. O, torpaq sahələrini aldığı gündən bu günədək ona sahiblik etmiş və istifadəsində olmuşdur. Ötən dövr ərzində o, həmin torpaq sahələrini daşdan təmizləmiş, xeyli mineral və üzvi gübrələr vermiş, bununla da həmin torpaq sahələr ini yararlı hala gətimək üçün 10000 manat vəsait xərcləmişdir. Hazırda İsmayıllı rayonu Şəbiyan kəndində 1 hektar torpaq sahəsinin qiyməti 3500-4000 manatdır. Cavabdeh topraq sahəsini ona satmamaqla 40000 manata qədər maddi ziyan vurmuş və onun hesabına varlanmışdır. təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. 5. "xxxx" MMC-nin 06 may 2021-ci il tarixli 13 nömrəli texniki araşdırma və qiymətləndirmə rəyləri ilə, İsmayıllı rayonu Şəbiyan kəndində yerləşən Cavabdeh və ailə üzvlərinə birgə mülkiyyət hüququ əsasında məxsus olan ümumilikdə 5,96 hektar torpaq sahəsinin 1 hektar ölçüsünün hazırda mövcud bazar qiymətinin 3750 manat olmaqla,, həmin torpaq sahələrinin hazırda ərazi üzrə mövcud bazar qiymətlərinə uyğun ümumi dəyəri 22350 manat müəyyən edilmişdir.
6. İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(037)-212/2021 nömrəli qətnaməsi ilə (hakim:R.Şirinov) iddia tələbi qismən təmin edilərək, cavabdehdən 24350 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 24380 manat alınaraq İddiaçı verilməsi qət edilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir.
8. Cavabdeh iddiaçıdan torpaq sahələrinin d əyəri olaraq qarşılıqlı razılaşma ilə müəyyən edilmiş pulu aldığı halda həmin torpaq sahələrini iddiaçıya satmaqdan imtina etməklə iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahələrinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, iddia tələbi qismən təmin olunaraq ümumi 5,96 hektar torpaq sahələrinin hazırki bazar qiymətinə uyğun olaraq 22350 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Habelə məhkəmə iddiaçının torpağın tam yararlı hala gətirilməsi üçün çəkilən xərcləri 2000 manat məbləğində müəyyən edilməsini də qanuni, əsaslı və ə dalətli hesab edir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh da apellyasiya şikayəti verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-295/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Ayaz Mahmudov) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiy a şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclənilmiş 10000 manat tələbinin təmin olunmuş 2000 manata aid hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı 5,96 hektar torpaq sahələrinin hazırki bazar qiymətləri ilə olan 24000 manat, həmin torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 10000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 30 manat – cəmi 34030 manat pulun alınaraq ona verilməsi barədə tələbi həmin – torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 10000 manatın təmin edilmiş 2000 manata aid hissəsində də təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hiss ələrdə dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi torpaq sahələrinin qiymətini 22350 manat müəyyən etməklə iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə torpağın tam yararlı hala gətirilməsi üçün çəkilmiş xərclər olaraq 2000 manat məbləğində pulun cavabdehdən tutulmasını qət etməklə yanlış nəticəyə gəlmişdir.
14. Belə ki, məhkəmə kollegiyasının qənaətincə, torpaq sahələrinin dəyərinin 12000 manatdan hazırki 22350 manata qədər qalxması yalnız bazar qiymətlərinin dəyişməsi ilə deyil, həm də torpağa yaxşılaşdırmalar olaraq çəkilmiş xərclər ilə əlaqədardır. Yəni, torpağın qiyməti 22350 manat müəyyən edilməklə torpağa çəkilmiş xərclər bu məbləğə daxil edilmişdir.
15. Məhkəmə kollegiyasının araşdırmaları z amanı müəyyən edilmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir.
16. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayəti üzrə dəyərləndirmə apararaq qeyd etmişdir ki, torpaq sahəsi onun istifadəsində olduğu müddət ərzində o cavabdehdən heç bir əvəz tələb etmək hüququna malik olmamışdır. Ona görə də, iddiaçının apellyasiya şikayətində göstərdiyi, qətnamənin ləğv olunması tələbi istisna olmaqla, digər dəlillərlə yanaşı yuxarıda qeyd olunan dəlili də əsaslı deyildir və təmin edilə bilməz.
17. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.10 və 157.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndəriməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassator şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ötən illər ərzində torpaq sahələrinə xərc çəkməklə bərabər, eyni zamanda oradan mənfəət də əldə etmişdir ki, aşağı instansiya məhkəmələri buna qiymət verməmişdir.
20. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386cı maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillər i
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
23. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir..
24. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edi ldikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
38. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-295/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.