Məhkəmə qərarları › İş №2(102)-4643/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4643/2019

18.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4643/2019 18.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), İlqar Rəhim oğlu Xələfov və Vəfaddin Ələm oğlu İbayevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, X1 tərcüməçiliyi, iddiaçı Azərbaycan Karlar İdman Federasiyasının vəkili Sadıqov İbrahim Miri oğlu, Cavabdeh1 və vəkili Mirmehdizadə Rəşad Mehdi oğlunun iştirakı ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8792/2018 nömrəli iş üzrə 15 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Səbail Rayon Məhkəməsinin (hakim E.E.Rəhimov) 2(009)-1579/2018 nömrəli, 25 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Karlar İdman Federasiyasının Cavabdeh1 qarşı “möhür və sənədlərin təhvil verilməsi” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh1 iddiaçı Azərbaycan Karlar İdman Federasiyasına aid möhür və sənədlər, habelə ödənilmiş 10 (on) manat dövlət rüsumunun məcburi qaydada alınaraq Azərbaycan Karlar İdman Federasiyasına təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim S.F.Hacıyev (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və F.Ş.Talışinski) 2(103)-8792/2018 nömrəli, 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1579/2018 saylı, 25 may 2018-ci il tarixli qətnaməsinin d əyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Karlar İdman Federasiyası Cavabdeh1 qarşı “möhür və sənədlərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2003-cü ilin iyun ayından Azərbaycan Karlar İdman Federasiyası İctimai Birliyinin (sonradan Federasiya adlandırılıb) Prezidenti vəzifəsində çalışmışdır. 2016-cı ilin dekabr ayında Azərbaycan Karlar İdman Federasiyasının növbədənkənar konfransı keçirildi və həmin konfransda Federasiyaya rəhbərlik etmiş Prezidentin səlahiyyət müddəti bitdiyinə görə və eyni zamanda o, Federasiyanın üzvlərinin arasında nüfuzunu itirdiyinə, onlara qarşı kobud rəftarına və yol verdiyi təhqiramiz hərəkətlərinə görə Federasiyaya yeni Prezidentin seçilməsi məsələsi müzakirə olunmuş və həmin konfransda Cavabdeh2 birliyin üzvləri tərəfindən Azərbaycan Karlar İdman Federasiyasının Prezidenti seçilmişdir. Həmin vaxtdan Federasiyanın fəaliyyəti əvvəlki Prezidentin - cavabdehin qanunazidd hərəkətləri nəticəsində iflic olmuş, Federasiyanın fəaliyyəti zəifləmişdir. Belə ki, cavabdeh Azərbaycan Karlar İdman Federasiyasının möhürünü və Federasiyaya məxsus digər sənədləri Federasiyaya və onun yeni seçilmiş prezidentinə təhvil verməkdən qəsdən yayınır. Dəfələrlə Federasiyaya yeni Prezident seçilməsi ilə əlaqədar olaraq onun Federasiyanın sənədlərini və möhürünü təhvil verməsi ilə bağlı həm poçt vasitəsilə, həm də bilavasitə ona təqdim olunmuş müraciətlərə cavabdeh bəzi hallarda cavab vermir, bəzi hallarda isə möhürü və sənədləri verməkdən imti na edir. Azərbaycan Karlar idman Federasiyası yuxarıda adı çəkilən problemlə üzləməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası İdman Nazirliyinin müvafiq strukturlarına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumlarına müraciət edərək problemin həll olunması barədə kömək etmələrini xahiş etdikdə, orada sözügedən məsələ ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Göstərilənlərə əsasən, iddiaçı Azərbaycan Karlar İdman Federasiyası, Cavabdeh1 Azərbaycan Karlar İdman Federasiyasının möhürünün və Federasiyaya məxsus sənədlərinin məcburi qaydada alınaraq Federasiyaya təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8792/2018 nömrəli iş üzrə 15 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və vəkili Mirmehdizadə Rəşad Mehdi oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı Azərbaycan Karlar İdman Federasiyasının vəkili Sadıqov İ brahim Miri oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında maraqlı şəxs Cavabdeh2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-8792/2018 nömrəli iş üzrə 15 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına t əsir göstərə bilər. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində iştirak edən X2 və X4 iddia ərizəsinin məzmununda göstərilən işin hallarına dair izahat verərək Azərbaycan Karlar İdman Federasiyasına qanuni qaydada 15.12.2016-cı il tarixdə keçirilmiş konfransın nəticəsi olaraq Cavabdeh2 prezident seçildiyini təsdiq etmişlər. Həmçinin bildirilmişdir ki, konfransa 71 nəfər dəvət olunmuş, 55 nəfər iştirak etmiş və Cavabdeh1 rəsmi qaydada məlumat verilsə də o, iclasda iştirakdan və möhür, habelə Azərbaycan Karlar İdman Federasiyasına aid sənədlərin təhvil verilməsindən yayınmışdır. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9167/2017 saylı 14.09.2017-ci tarixli Qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı "möhür və sənədlərin təhvil verilməsi" idd iası üzrə məhkəməyə müraciət etmiş və Azərbaycan Karlar İdman Federasiyasının yeni seçilmiş prezidenti olaraq Federasiyaya aid möhürün və sənədlərin təhvil verilməsini tələb etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1800/2017 saylı 06 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmədiyindən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edilmişdir. Məhkəmədə müəyyən olunmuşdur ki, Cavabdeh1 Azərbaycan Karlar idman Federasiyasının qanuni təmsilçisi olmuş və səlahiyyət müddəti 2007-ci ildə bitmişdir. İddiaçı Cavabdeh2 Azərbaycan Karlar İdman Federasiyası İctimai Birliyinin 15 dekabr 2016-cı il tarixli Konfransında Federasiyanın prezidenti seçildiyindən Federasiyanı təmsil etmək, eyni zamanda Federasiyanın hüquq və mənafelərini müdafiəsi üçün məhkəmədə hüqu qi şəxsin adından iddia qaldırmaq səlahiyyəti əldə etmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi şəxsin adından verilmiş iddia ərizəsinin qanuni təmsilçisi tərəfındən imzalandıqdan sonra hüquqi şəxsin möhürü ilə təsdiq edilməsi tələb olunmur. Hazırki halda iddiaçı fiziki şəxs kimi öz hüquq və mənafelərinin müdafiəsi üçün deyil, Federasiyanın Prezidenti olaraq hüquqi şəxsin mənafelərinin müdafiəsi üçün (hüquqi şəxsin möhürü və federasiya ilə bağlı olan bütün sənədlərin cavabdehdən alınaraq ona təhvil verilməsi) barədə tələb irəli sürdüyündən iddia hüquqi şəxsin adından qaldırılmalı idi; Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-522/2018 saylı, 22.01.2018-ci il tarixli Qərarından göründüyü kimi, Cavabdeh2 Azərbaycan Karlar İdman Federasiyası ictimai Birliyinin 15 deka br 2016-cı il tarixli Konfransında Federasiyanın prezidenti seçildiyindən hüquqi şəxsin adından iddia qaldırmaq səlahiyyəti əldə etmişdir. Lakin iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı iddianı Azərbaycan Karlar İdman Federasiyasının adından deyil öz adından qaldırmadıqda subyektiv hüququ olmamışdır. Bu səbəbdən kassasiya şikayəti təmin olunmaməş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9167/2017 saylı 14.09.2017-ci tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların, yəni Cavabdeh2 Karlar idman Federasiyası İctimai Birliyinin 15 dekabr 2016-cı il tarixli konfransında prezidenti seçilməklə hüquqi şəxsin adından iddia qaldırmaq səlahiyyəti əldə etmiş, habelə Cavabdeh1 Azərbaycan Karlar İdman Federasiyasının əvvəllər qanuni təmsilçisi olmaqla səlahiyyət müddəti 2007-ci ildə bitmişdir. Azərbaycan Karlar İdman Federasiyası İctimai Birliyinin Nizamnaməsinin: 1.5-ci bəndinə əsasən, Federasiya müstəqil balansa malik olub, hüquqi şəxsdir; 5.8-ci bəndinə əsasən, Federasiyanın Prezidenti Federasiaynı təmsil edir və onun orqanlarının fəaliyyəttinə və İdarə Heyətinin işinə rəhbərlik edir; bütün idarəetmə orqanlarında, təşkilatlarda və idarələrdə, həmçinin xarici səfərlərdə Federasiyanı təmsil edir; Federasiyanın vəsaitləri və digər maddi dəyərləri onun sərəncamındadır; Federasiya adında müqavilələr bağlayır, vəkalətlər verir, bankda hesab açır; öz səlahiyyətləri hüdudlarında əmr və sərəncam verir, işçiləri qəbul edir və azad edir, öz səlahi yyətlərinin bir qismini Vitse-Prezidentə həvalə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.3-cü maddəsinə əsasən, hüquqi şəxsin hüquqları yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər; Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Apellyasiya instansiyası məhkəmə si düzgün olaraq qeyd etmişdir ki, iddiaçı hüquqi şəxs olaraq mənafelərinin müdafiəsi üçün (özünə aid möhürü və Federasiya ilə bağlı olan bütün sənədlərin cavabdehdən alınaraq ona təhvil verilməsi) barədə tələb irəli sürməklə qanunla qorunan mənafeyi və pozulmuş hüququnun bərpa edilməsinə yönələn prosessual hərəkətlər etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Hazırda Azərbaycan Karlar İdman Federasiyasına məxsus möhür və sənədlərinin təhvil verilməsindən yayınma faktı hüquqi şəxin normal fəaliyyətinə qəsd edən hərəkətlər kimi qəbul edildiyindən həmin hərəkətlərə son qoymağı, habelə bu hərəkətlər nəticəsində hüquqi şəxsə ziyan vurulduğu halda onun ödənilməsini tələb etmək hüququ qanuni təmsilçiyə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217. 3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o va xt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8792/2018 nömrəli iş üzrə 15 avqust 2018-ci il tarixli qətnaməsi dəyi şdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8792/2018 nömrəli iş üzrə 15 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar