Məhkəmə qərarları › İş №2(102)-4644/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4644/2022

27.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4644/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X1 Korporasiya” ASC-yə qarşı iş üzrə QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “X1 Korporasiya” ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3011/2022 nömrəli, 26 aprel 2022ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İşin halları 1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 30 yanvar 2012-ci il tarixli kredit müqaviləsinə əsasən, kreditor müqavilənin şərtlərinə uyğun olaraq borcalan İddiaçı məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 74833,95 manat məbləğində 240 ay müddətinə kredit vermişdir. Kredit borcalana Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanova qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilən 1 saylı binanın, 1 blok, 13 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 114.9 kv.m olan mənzilin alınmasına görə verilmişdir.

2. İddiaçı ilə cavabdeh “X1 Korporasiya” ASC arasında bağanmış 30 yanvar 2012-ci il tarixli, 15192 saylı müqaviləyə əsasən satıcı "X2 Korporasiyası” ASC Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa etdiyi 1 saylı binanın, 1 blok, 13 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 114.9 kv.m olan mənzili alıcı İddiaçı satmağı, alıcı isə müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüş, mənzil faktiki olaraq İddiaçı təhvil verilmişdir.

3. Müqavilə üzrə öhdəliklər İddiaçı tərəfindən lazımınca icra olunmamış, bu səbəbdən də "X2 Korporasiyası” ASC tərəfindən məhkəməyə müraciət olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin olunaraq "X2 Korporasiyası” ASC ilə İddiaçı arasında bağlanmış 30 yanvar 2012-ci il tarixli, 15192 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və "X2 Korporasiy ası” ASC-yə təhvil verilməsi qət olunmuşdur. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. 4. “X2 Korporasiyası” ASC-nin 24 noyabr 2015-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı müqavilə üzrə 4000 manat ilkin ödəniş, 824,82 manat aylıq ödəniş məbləğini "X2 Korporasiyası” ASC-nin kassasına, hesablanmış faizi ilə birgə 8810 manat "xxxx" ASC-yə ödəmişdir. İddiaçı tərəfindən cəmi 13634,82 manat məbləğində ödəniş edilmişdir. Alıcı 24 iyun 2013-cü il tarixdən ödəniş aparmamışdır. 5. "xxxx" ASC-nin “X3” ünvanladığı 24 iyun 2013-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına kredit məbləğini “Akkord” şirkətlər qrupu tərəfindən 74227,34 manat əsas və 4741,97 manat faiz borcu tam ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh "X1 Korporasiya” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, ev 1, 16 saylı mənzilin dəyəri olaraq ASC-yə nağd olaraq ödənilmiş 28000 manat pulun, mənzilin təmirinə xərclənmiş 30000 manat pulun, əlavə olaraq "Texnika Bank” ASC-dən 30 yanvar 2012-ci il tarixli kredit müqaviləsi əsasında onun adına rəsmiləşdirilmiş və evin dəyəri kimi "X2 Korporasiyası” ASC-nin hesabına köçürülmüş 74833,95 manat pulun, cəmi 132833,95 manat pul vəsaitinin, 10000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin mənzilin alqı-satqı müqaviləsində 114,9 kv.m kimi qeyd olunmuş yaşayış sahəsi, faktiki olaraq 88 kv.m ölçüdə olduğundan 3 il müddəti ndə 28 kv.m olmayan yaşayış sahəsinin hər bir kv.m üçün hər ay 825 manat olmaqla ödədiyi artıq pul məbləğinin hesablanmaqla "X2 Korporasiyası” ASC-dən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, faktiki sahibi olduğu, uzun müddət ailəsi ilə yaşadığı mənzilindən məhrum olmuş, həmin mənzildə 30000 manat xərclənməklə əsaslı təmir-tikinti işləri aparmaqla ailəsi ilə birlikdə gələcəkdə yaşamaqda davam etmək arzusunun olmasına, mənzilin dəyərini, adına kredit almaqla birlikdə artıqlaması ilə ödəməyinə baxmayaraq evi əlindən alınmış və ona çox ciddi maddi və mənəvi ziyan vurulmuşdur. Mənzil üçün 28000 manat nağd olaraq tərəfindən, əlavə olaraq "xxxx" ASC-dən aldı ğı 74833,95 manat kredit hesabına evin dəyəri kimi "X2 Korporasiyası’’ ASC-nin hesabına 102833.95 manat ödəniş edilmişdir. Həmçinin "X2 Korporasiyası” ASC onlara həmin problemi süni şəkildə yaradıb evi əlindən almağa iddialı olduqları vaxtdan, eləcə də uzun müddət məhkəmələrə cəlb etdiyindən və yeganə yaşayış yeri əlindən çıxdığından, o və ailə üzvləri də çox ciddi mənəvi-psixolooji sarsıntı keçirmişlər. Hətta bir neçə dəfə buna görə intihar etmək istəmişdir. Lakin sonra hər halda bu problemin qanuni yollarının olmasını düşündüyündən və aldığı məsləhətlərdən sonra bu fikrindən daşınmışdır. Ona görə də, vurulmuş mənəvi zərərin məbləğinin ən azından 10000 manat civarında qiymətləndirir.

8. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza rəyinə əsasən (Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2021-ci il tarixli, 10/3711 nömrəli ekspert rəyi) tədqiq olunan Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə ev 1-də yerləşən 16 saylı mənzilin faktiki olaraq 86,0 kv.m sahəsinin olduğu müəyyən edilmişdir. Qeyd edilən mənzildə təmir edildiyi dövrdə və hazırda tikinti materiallarının və haqqının dəyəri əsas götürülməklə mənzilin təmirinə sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 26123 manat olduğu müəyyən edilmişdir. Qeyd edilən mənzilin təmirinə 5% aşınma dərəcəsi tədbiq edilərək təmirə sərf olunmuş vəsaitin dəyəri 24816,85 manat təşkil etdiyi müəyyən edilmişdir.

9. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş əlavə ekspertiza rəyinə əsasən (Məhkəmə Ekspertizası Mər kəzinin 19 oktyabr 2021-ci il tarixli, 10/2751 nömrəli ekspert rəyi) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə ev 1-də yerləşən 16 saylı mənzilin təmirinin 2012-ci ildəki bazar qiymətlərinə uyğun olaraq dəyərinin 19257 manat olduğu müəyyən edilmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 dekabr 2021-ci il tarixli, 2(005)70/2021 saylı qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia qismən təmin edilmiş, cavabdeh “X1 Korporasiya” ASC-dən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, ev 1, 16 saylı mənzil üçün "X2 Korporasiyası” ASC-yə İddiaçı tərəfindən ödənilmiş vəsaitdən 5544,32 manat, mənzilin təmirinə xərclənmiş pulun əvəzi kimi 19257 manat olmaqla, ümumilikdə 24801,32 manat və iddianın təmin olunm uş hissəsinə mütanasib olaraq 5,60 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı mənzilə dair "X2 Korporasiyası” ASC və "Texnikabank” ASC ilə müqavilələr bağlayaraq, mənzilə köçmüş, ailəsi ilə birgə yaşamış və onun həmin mənzilə sahiblik hüququ yaranmışdır. O, vicdanlı sahib olmuş və yaşadığı müddətdə mənzilin təmiri üçün xərc çəkmişdir. Qanunvericiliyə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrə flərin əvəzinin ödənilməsini tələb edə bilər.

12. İddiaçı ərizəsində həmin məsrəflərin 30000 manat olduğunu qeyd etsə də, Məhkəmə Ekspertiza Mərkəzinin 19 oktyabr 2021-ci il tarixli ekspert rəyində mənzilin təmirinin 2012-ci ildəki bazar qiymətlərinə uyğun olaraq dəyəri 19257 manat olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 19257 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, "X2 Korporasiyası” ASC-nin 24 noyabr 2015-ci il tarixli arayışının surətində İddiaçı müqavilə üzrə 4000 manat ilkin ödəniş, 824,82 manat aylıq ödəniş məbləğini ASC-nin kassasına, hesablanmış faizi ilə birgə 8810 manat "Bank Technique” ASC-yə ödəniş etdiyi, ümumilikdə 13634,82 manat məbləğində ödəniş olunduğu qe yd edilmişdir. İddiaçı ərizəsində göstərdiyi 28000 manat məbləğin ödənilməsinə dair sübut təqdim etməmişdir. Həmçinin tərəflər arasında bağlanmış 30 yanvar 2012-ci il tarixli, 15192 saylı müqavilənin 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında, ödənilmiş məbləğin ilkin ödəniş və 30%nə bərabər olan hissəsi isə mənzilin yenidən satılması ilə əlaqədar cəkilən xərclərin və itkilərin əvəzi kimi satıcıda qalması qeyd edilmişdir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 13634,82 manat (arayışla sübuta yetirilmiş) məbləğdən, tərəflər arasında bağlanmış müqavilənin 5.8-ci bəndində göstərilmiş hesablama aparmaqla belə nəticəyə gəlinir ki, 13634,82 manat - 4000 manat ilkin ödəniş - 4090,50 manat (13634,82 manatın 30 faizi) = 5544,32 manat məbləğində vəsait iddiaçıya qaytarılmalıdır.

14. Məhkəmə iddia tələbinin mənəvi zərərin tutulması hissəsində iddiaçı tərəfindən heç bir sübut təqdim edilməsi əsası ilə rədd edilməsi qənaətinə gəlmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152.1, 152.2, 157.6, 157.7, 157.8 və 178.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, mənzilin alqı-satqısına dair m üqavilənin məhkəmə qaydasında iddiaçının müqavilə üzrə öhdəsinə götürdüyü vəzifələrini əhəmiyyətli dərəcədə pozması üzündən ləğv edildiyi üçün iddiaçının mənzilə görə cavabdehə ödədiyi pulun ona geri qaytarılmamalı olması, iddiaçının müqavilə öhdəliklərini pozması halına düzgün hüquqi qiymət verməməsi, əsassız qətnamə çıxarmaqla cavabdehin hüquqlarının pozulması, iddiaçının qeyd olunan mənzili təmir edərkən cavabdehlə hər hansı razılaşma bağlamaması, iddiaçının mənzilin pulunu ödəmədiyi üçün mənzilin mülkiyyətçisi hesab olunmadığını, cavabdehin iddiaçının qarşısında hər hansı öhdəlik daşımaması və ona mənzilin təmirinə çəkilən vəsaitə görə pul ödəməyə borclu olmaması ilə əsaslandırmışdır.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3011/2022 nömrəli iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisə predmeti olan mənzilə köçərək orada yaşaması və təmir işlərini aparması işdə olan sübutlarla müəyyən edilir. Eyni zamanda cavabdeh tərəf də bu halı inkar etmir. Lakin, cavabdehin etirazına (apellyasiya şikayətinin dəlilinə) əsasən, iddiaçı mənzildə təmir işləri aparakən bunu cavabdeh şirkətlə razılaşdırmamış, təmiri öz riski ilə həyata keçirmişdir. İddiaçı müqavilə öhdəliklərini pozmuş, yəni mənzilin dəyərini tam ödəməmiş, bu səbəbdən də mənzilin mülkiyyətçisi hesab edilmir, eyni zamanda vic danlı alıcı da sayılmır. Ona görə də iddiaçı yaxşılaşdırmalara görə cavabdehdən pul tələb edə bilməz.

20. Bununla bağlı apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qanunverici əmlakdan ayrıla bilməyən yaxşılaşdırma xərclərinin (əmlakın dəyərindən artıq olmamaq şərti ilə) tələb imkanını müəyyən etmişdir. İddiaçının mübahisəli mənzildən çıxarılması ilə bağlı məhkəmə qərarının olması faktı iddiaçının bu tələb hüququnu istisna etmir.

21. Eyni zamanda, cavabdeh apellyasiya şikayətində nəyə görə mübahisəli mənzilin təmir olunmasının məhz tərəflər arasında razılaşdırılmalı olmasını da əsaslandıra bilməmişdir.

22. Bununla yanaşı, tərəflər arasında bağlanmış 30 yanvar 2012-ci il tarixli müqavilənin şərtlərindən də belə bir halın mövcudluğu, yəni mənzilin təmirinin məhz tərəflərin razılaşması ilə həyata keçirilməli olması görünmür.

23. Qanunvericiliyin tələbinə əsasən iddiaçı hazırkı vəziyyətdə müvafiq xərci tələb etməkdə subyektiv hüquqlara malikdir. Apellyasiya şikayətinin dəlilləri yoxlanılan həmin hissədə qətnamənin ləğvinə əsas ola bilməz.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamə yoxlanılan digər hissədə də əsaslıdır. Birinci instansiya məhkəməsi həmin hissədə iddianı qismən təmin edərkən müəyyən etmişdir ki, "X2 Korporasiyası” ASC-nin 24 noyabr 2015-ci il tarixli arayışına əsasən İddiaçı müqavilə üzrə 4000 manat ilkin ödəniş etmiş, sonradan məyyən aylıq ödənişlər həyata keçirilmiş, beləliklə ümumilikdə 13634,82 manat ödəniş həyata keçirmişdir. Tərəflər arasında bağlanmış 30 yanvar 2012-ci il tarixli, 15192 saylı müqavilənin 5.8-ci bəndinə əsasən alıcı tərəfin dən müqavilənin icrasından imtina edilməsi hallarında, ödənilmiş məbləğin ilkin ödəniş və 30%-nə bərabər olan hissəsi isə mənzilin yenidən satılması ilə əlaqədar cəkilən xərclərin və itkilərin əvəzi kimi satıcıda qalması qeyd edilmişdir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 13634,82 manat (arayışla sübuta yetirilmiş) məbləğdən, tərəflər arasında bağlanmış müqavilənin 5.8-ci bəndində göstərilmiş hesablama aparmaqla belə nəticəyə gəlinir ki, 13634,82 manat - 4000 manat ilkin ödəniş 4090,50 manat (13634,82 manatın 30 faizi) = 5544,32 manat məbləğində vəsait iddiaçıya qaytarılmalıdır.

25. Göründüyü kimi, birinci instansiya məhkəməsi işdə olan sübutlara, eləcə də cavabdehin özünün arayışına əsasən iddaçının ödənişlərini müəyyən etmiş, eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin razıla şdırılmış müvafiq şərtini də nəzərə almaqla müvafiq çıxılmaları həyata keçirmiş və qalıq məbləğin tutulmasını qət etmişdir. Cavabdeh isə həmin hissədə apellyasiya onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri əhəmiyyətli dərəcədə pozduğundan (bu barədə yuxarıda qeyd edilən məhkəmə qərarı mövcud olduğundan) iddiaçının mənzilə görə cavabdehə ödədiyi pul geri qaytarılmamalıdır.

26. Məhkəmə kollegiyası qeyd edilən hissədə də apellyasiya şikayətinin dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər özləri aralarında bağlanmış 30 yanvar 2012-ci il tarixli müqavilədə (5.8-ci bənd) alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında həyata keçirdiyi ödənişlərin qaytarılması imkanını müəyyən etmişlər. İşin hallarından və işdə olan sübutlardan (məhk əmə qərarı və s.) aydın olur ki, iddiaçı (alıcı) tərəfindən müqavilənin icrasından imtina edilmiş, yəni müqavilə üzrə ödənişlər həyata keçirilməmiş, bu səbəbdən də müqavilə məhkəmə qaydasında ləğv olunmaqla, mənzilin boşaldılması və "X2 Korporasiyası” ASC-yə təhvil verilməsi qət olunmuşdur. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri, yəni iddiaçının müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması səbəbindən ödənişlərin qaytarılmalı olmaması əsası işin halları və müqavilə şərtləri ilə uzlaşmır. Cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

27. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.6 və 157.7-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1 və 81-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın d əlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.6 və 157.7-ci maddələri ilə əsaslandırmağa çalışmış, lakin bununla da səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçı qeyd olunan mənzili təmir edərkən cavabdehlə hər hansı razılaşma bağlamayıb və o, mənzilin təmirini öz riski ilə həyata keçirmişdir. İddiaçı mənzilin pulunu ödəmədiyi üçün mənzilin mülkiyyətçisi hesab olunmur və o, eyni zamanda vicdanlı sahib də hesab edilə bilməz. Buna görə də hər hansı yaxşılaşdırmalara görə cavabdehdən yaxşılaşdırmaların əvəzini tələb edə bilməz. Cava bdeh iddiaçının qarşısında hər hansı öhdəlik daşımır və ona mənzilin təmirinə çəkilən vəsaitə görə pul ödəməyə borclu deyildir. Müqavilə üzrə öhdəliklərini pozan, mənzilin pulunu ödəməyən İddiaçı vicdanlı sahib sayıla bilməz.

30. İddiaçı mənzili 2012-ci ildə təmir etməsinə baxmayaraq, məhkəmə təmirin pulunun ödənilməsi barədə qənaətə gələrkən 10 fevral 2021-ci il tarixli ekspert rəyini əsas götürərək mənzilin təmirinə 5% aşınma tətbiq etmişdir. Məhkəmə Vergi Məcəlləsinin aşınma ilə bağlı 114.3.1-ci maddəsinin tələbinə qiymət verməmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 01 iyun 1998-ci il İ-46 nömrəli əmri ilə təsdiq edilmiş və 17 iyun 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə N 108) “Köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunun tətbiqi üzrə Təlimata (Vergi Məcəlləsi qəbul edildikdən sonra Ədliyyə Nazirliyinin 31 avqust 2005-ci il tarixli 76-S Ədliyyə Nazirliyinin 31 avqust 2005-ci il tarixli 76-S nömrəli Sərancamı ilə qüvvədən düşmüşdür) əsasən köhnəlmə faizi il üzrə 5 faiz, Vergi Məcəlləsinin 114.3.1-ci maddəsinə əsasən 7 faiz nəzərdə tutulur. Mübahisəsiz haldır ki, mənzilin təmiri köhnəlir, dəyəri aşağı düşür. Mənzilin təmirindən 10 il keçdiyi halda köhnəlməni 5 faiz tərbiq etmək də tam qanunsuz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

32. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəz inin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

33. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Prosessual Məcəllə

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcada n müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya insta nsiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

47. Cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırki tələbi qanundan (Mülki Məcəllənin “mülkiyyət hüququn müdafiəsi” adlanan 157-ci maddəsi) irəli gəlir və onunla iddiaçı arasında mabhisəli mənzilin təmiri üçün çəkilmiş xərclə bağlı hər hansı bir müqavilənin bağlanmalı olması və ya bu barədə iddiaçı tərəfindən cavabdehin razılığının alınması qanunverilikdə şərtləndirilməmişdir.

48. Belə ki, iddia tələbinin qanuni əsası (mənzilə çəkilmiş x ərcin tələb olunması hissədə) Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil edir (§-33). Həmin normanın dispoziya şərtlərinin mövcud olması üçün 1) əmlak vindikasiya iddiası qaydasında qanuni sahibinə qaytarılmalı, 2) əmlak qaytarılarkən əmlaka sahiblik etmiş şəxs həmin əmlaka ayrıla bilməyən yaxşılaşdırmalar etməli, 3) həmin yaxşılaşdırmaları etmiş sahib vicdanlı olmalıdır.

49. Baxılan işdə 1-ci şərtin mövcudluğu qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilir (§-3).

50. İkinci şərtin mövcduluğu da işə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir. Cavabdeh də bu halı mübahisələndirmir, lakin etirazının əsası kimi mənzilə yaxşılaşdırmaların edilməsi ilə bağlı tərəflər arasında razılığın və ya müqavilənin olmamasını göstərir. 51. 3-cü şərtlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə müahisəli mənzil iddiaçının sahibliyinə verilmiş, iddiaçı həmin əmlaka müqavilə şərtlərinə uyğun olaraq vicdanlı şəkildə sahiblik etmişdir. Mübahisəli mənzil cavabdehin iradəsinə zidd olaraq deyil, tərəflər arasında bağlanmış müqavilə çərçivəsində iddiaçının sahibliyinə verilmişdir. İddiaçı da əmlaka öz əmlakı kimi sahiblik edərək mənzili təmir etdirmişdir. Müqavilə şərtlərinin pozulması nəticəsində müqavilənin ləğv edilməsi və mənzilin cavabdehə geri qaytarılması iddiaçının vicdanlı sahib olmasını istisna etmir. Qanunun istinad edilən norması məhz bu hallarla bağlı vicdanlı sahibin əmlaka çəkdiyi ayrıla bilməyən yaxşılaşdırmaları geri tələb etmək imkanı vermişdir.

52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə g əlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “X1 Korporasiya” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3011/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar