Məhkəmə qərarları › İş №2(102)-4647/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4647/2021

12.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4647/2021 12.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətdə olan payın əvəzinə kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-642/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 avqust 2021-ci il tari xdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 – 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28.11.2018-ci il çıxarışdan görünür ki, ünvan yerləşən 28,5 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə İddiaçı 7/8 payı, Cavabdeh isə 1/8 payı müəyyən edilmişdir. "xxxx" MMC-nin 01/219 saylı, 04.03.2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 – 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28.11.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı və Cavabdeh məxsus olan ünvan 1 yaşayış evindən və evin yerləşdiyi torpa q sahəsindən iddiaçının payının (7/8 hissə) və cavabdehin payının (1/8 hissə) naturada bölgüsü mümkün deyildir. İş üzrə təyin edilmiş Məhkəmə Tikinti – Texnikası Ekspertizasının 10/693 saylı, 12.05.2020-ci il tarixli ekspertiza rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 – 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28.11.2018-ci il tarixli çıxarışa əsasən iddiaçı və cavabdehin ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsindən Cavabdeh payının naturada və ümumi mülkiyyət hüququndakı paya uyğun bölgüsünün İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və məhkəmə Tikinti-X2 Metodlarının tələbləri nə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. "xxxx" MMC-nin 01/392 saylı, 15.07.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 28,5 kv.m sahədən ibarət 2 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin 15.07.2020-ci il tarixə olan bazar dəyəri 16.000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 – 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28.11.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsindən C avabdeh 1/8 hissəsində payına kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsindən Cavabdeh 1/8 hissəsində payının naturada ayrılması, bu mümkün olmadıqda isə Cavabdeh 1/8 hissəsində payın kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 – 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28.11.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvanında yerləşən 28,5 kv.m sahəli f ərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsi onun və cavabdehin paylı mülkiyyətindədir. Paylı mülkiyyətində onun payı 7/8, cavabdehin payı isə 1/8 hissədir. Cavabdehin payı mülkiyyətdə cuzi olsa da, cavabdehlə payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Yəni, təklif etmişdir ki, paylı mülkiyyətdə olan payının dəyəri ona pul şəkilində ödəsin. Belə ki, onun payı 1/8 hissə təşkil etdiyindən naturada ayrılması qeyri-mümkündür. Evin sahəsi ümumilikdə 28,5 kv.m olduğu üçün 28,5 kv.m sahənin 1/8 hissəsi 3.56 kv.m təşkil edir. Evin yerləşdiyi 0.03 ha torpaq sahəsinin 1/8 hissəsi isə 0,00375 ha təşkil edir. Göründüyü kimi cavabdehin payı ümumi əmlakdan çox cüzidir. Cavabdehin ünvan 2 ünvanında hər cür şəraiti olan evi vardır. Onun mübahisə predmeti olan yaşayı ş evindən mühüm mənafeyi yoxdur. Cavabdeh onun təklifinə razı olmadığı üçün hazır ki, iddia ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov, iş № 2(027)-359/2020) iddianın təmin edilməsi, İddiaçı Cavabdeh qarşı ünvanında yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********35 – 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28.11.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin cavabdehin 1/8 hissəsinin naturada bölgüsü mümkün olmadığından, ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin bazar dəyəri 16.000 manat müəyyən edilməsi, y aşayış evi və evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh məxsus olan 1/8 hissəsi 2000 manat kompensasiya ilə əvəz edilməsi, keçirilmiş məhkəmə tikinti-texnikası ekspertizası xərci 100 (bir yüz) manat məbləğində pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Cavabdehin qeyd edil ən əmlakda payı 1/8 hissədir. İddiaçının payı isə 7/8 hissədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Cavabdehin payı isə paylı mülkiyyətdə cüzidir. Qeyd olunanlardan, mülki iş üzrə təyin edilmiş mütəxəssis və ekspertiza rəylərindən müəyyən olunur ki, paylı mülkiyyətdə olan payın iddiaçıya məxsus payın naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin cavabdehin 1/8 hissəsinin naturada bölgüsü mümkün olmadığından, ünvanında yerləşən 28,5 kv.m sahəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin bazar dəyəri 16.000 manat müəyyən edilməli, yaşayış evi və ev in yerləşdiyi torpaq sahəsinin Cavabdeh məxsus olan 1/8 hissəsi 2000 manat kompensasiya ilə əvəz edilməldir. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə, iş № 2(105)-642/2021) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2(027)-359/2020 saylı, 13.08.2020-ci il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştira kçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)642/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. Konstitusiya Məhkəməsinin 04.04.2014-cü il tarixli qərarında olan hüquqi mövqeyinə görə ayrılan mülkiyyətçi yalnız kompensasiya tələb edə bilər. Razılığı olmayan mülkiyyətçinin kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi yolverilməzdir. Mülkiyyətində olan payın digər tərəflə müqayisədə az təşkil etməsi mülkiyyət indən və yaşayış yerindən məhrum edilməsinə əsas ola bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində qətnamənin tam ləğv olunması x ahiş olunmuşdur. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasüb süz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompens asiya ödənilməsi vəzifəsini qoya bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, - Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. - Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz tə şəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. - Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. - Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyəti n qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində ö z payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci mad dəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müb ahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiya məhkəməsi cavabdehin ümumi mülkiyyətdə olan payının cüzi olması və müvafiq kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən haqlı olmamışdır. İlkin olaraq qeyd edilməlidir ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, ümumi mülkiyyəti təşkil edən əmlakın naturada bölünməsi mümkünsüzdür. Bu işin mübahisəsiz halıdır. Bununla yanaşı qeyd edilməlidir ki, Mülki Məcəllənin 220.4-cü maddəsi üç halın mövcud olması halda payı cüzi olan mülkiyyətçinin payının onun razılığı olmadan kompensasiya ilə əvəzləşdirərək mülkiyyət hüququna xitam verilməsini mümkün edir. Bu hallar isə aşağıdakılardır: 1.mülkiyyətçinin payı cüzi olduqda, 2.real surətdə ayrıla bilmədikdə 3.ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Qeyd edilməlidir ki, işi mahiyyəti üzrə həll edən məhkəmələr ilkin olaraq nəzərə almalı idi ki, ümumi paylı mülkiyyətdə pay hüququndan məhrum edilmə yalnız müstəsna hallarda yolveriləndir. Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə müəyyən olunur. Lakin hazırkı işin halları baxımından nə birinci instansiya məhkəməsi, nə də həmin qətnaməni qüvvədə saxlayan apellyasiya instansiya məhkəməsi cavabdehin əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmamasını araşdırmamış və məhz mühüm mənafeyinin olmamasını təsdiq edən hər hansı bir sübutun olmamasına baxmayaraq iddianın təmin olunması nəticəsinə gəlmişdir. Bundan başqa məhkəmələrin mövqeyindən aydın olur ki, cavabdehin ümumi mülkiyyətdə olan 1/8 payı cüzi hesab edilmiş və bu baxımdan müstəsna hal kimi məhz cüziliyə əsaslanmaqla iddianın təmin olunması mümkün sayılmışdır. Lakin ümumi əmlakın 1/8 hissəsi ilə bağlı cüzi olması nəticəsinə gələrkən hansı sübutlara əsaslanması müəyyən edilmir. Bu halda məhkəmə nəzərə almalı idi ki, yuxarıda sadalanan halların eyni zamanda mö vcud olması halında cavabdehin mülkiyyət hüququna istinad olunan normanın tələbi baxımından xitam verilməsi mümkün hesab edilə bilərdi. Lakin bu halların tamamının eyni zamanda mövcud olması müəyyən edilmir, dəlillər üzrə hər hansı araşdırmanın aparılmadığından və yaranmış vəziyyətlə razılaşılmış olarsa bu mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd vəziyyət yaradar. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Resp ublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarı) İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunm uş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Odur ki, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, birinci kassasiya icraatını zamanı müəyyən edilmiş göstərişlərə Azərbaycan Respublikası MPM-nin 88, 217.4-cü -ci maddələrinin tələbləri baxımından düzgün qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şi kayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-642/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar