Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-465/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçı Tarverdiyev İntizam İbad oğlunun nümayəndəsi Tarverdiyev İbad Abduləzim oğlunun, iddiaçıların vəkili Vəkil Sabir oğlunun, cavabdehin vəkili X7 iştirakı ilə, İddiaçılar İddiaçı və Cavabdehnə qarşı həkimin hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsini n MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı və tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Xəzri) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Xəlilov, hakimlər X.Cəmilova və İ.Kərimli) apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçılar İddiaçı və birgə kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətlərini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üz rə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı və Cavabdehnə qarşı həkimin hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnə köçürülmüş 1500 manat xərc, mənəvi ziyana görə 10000 manat, cəmi 11500 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İşin mübahisə edilməyən hallarına görə İd diaçı hamiləlik dövründə Cavabdeh həkimi Nigar Piriyeva tərəfindən xx xxxx 2018-ci il, xx xxxx 2018-ci il, xx xxxxxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixli usm müayinələr, eyni zamanda xx xxxxxx 2018-ci il tarixdə obstetrics müayinə aparılmışdır. İddiaçı tərəfindən Cavabdehnə usm müayinə üçün xx xxxx 2018-ci il tarixdə 20 manat, xx xxxxxx 2018-ci il tarixdə 30 manat, xx xxxxxxx 2019-cu il tarixdə 20 manat, xx xxxxxx 2018-ci il tarixdə 20 manat pul ödəmişdir. Həmçinin işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdə İddiaçı keysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirmişdir. Əməliyyat Bakı şəhəri 7 saylı doğum evində aparılmışdır. Anadan olduğu vaxtdan uşaq reanimasiyaya köçürülmüş, vəziyyəti ağır olmuşdur. X1 tərəfindən verilmiş epikrizdən görünür ki, xx xxxxxx 2018-ci il tarixdə doğulmuş uşaq xx xxxxxx 2018-ci il tarixdə instituta daxil olmuşdur. Uşağın diaqnozu doğuş asfiksiyası, beyin ödemi, birinci dərəcə baş beyinə qansızma, anadangəlmə inkişaf qüsuru, qabırğaların inkişaf qüsuru, əl barmaqların pərdəli olması, hər iki aşağı ətrafda pəncələrin deformasiyası, funksional oval dəlik və poland sindromu olmuşdur. Uşaq üçüncü hamiləlik üçüncü doğuşdan olmuş, validyenlər yaxın qohumdur. Hamiləlik zamanı anada qida zəhərlənməsi olmuş, KRX keçirmişdir. Uşaq 38 həftəsində cərrahi yolla doğulmuş, inkişaf qüsurları olmuş, birinci sutkasında ETPİ-na köçürülmüşdür. Daxil olarkən vəziyyəti olduqca ağır olmuşdur. Aparılan reanimasion tədbirlərin effekti olmamış, 29.12.18-ci il tarixdə bioloji ölüm baş vermişdir. Məhkəmə-Tibbi Ekspertiza və Pa toloji Anatomiya ETT Birliyi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, yenidoğulmuşda anadangəlmə inkişaf qüsurları, yəni tranzistor taxipnoe, qabırğaaltı anadangəlmə inkişaf qüsuru, qısa qabırğa sindromu, əllərin pərdəli olması, pəncədə anadangəlmə varus deformasiyasının olduğu müəyyən edilmişdir. Ultrasəs müayinəsi zamanı görüntünün əks olunma fazasının iki proyeksiyada olması, şüa keçiriciliyinin zəifliyi, eləcə də müayinədə dölün xaotik hərəkətdə olması ilə əlaqədar qeyd edilən inkişaf qüsurlarının hamiləlik dövründə müayinə ilə müəyyən edilməsi mümkün olmamışdır. İ ddiaçı yeni doğulmuş uşağında müəyyən olunan anadangəlmə inkişaf qüsurları hər hansı genetik xəstəliyin təzahürü olduğundan qeyd olunan patologiyaların bətndaxili dövrdə müalicə yolu ilə aradan qaldırılması mümkün deyil. İddiaçı yeni doğulmuş uşağının meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbi haqqında fikir söyləmək mümkün deyildir. İddiaçı bildirir ki, 2018-ci ilin ortalarında Cavabdehndə xəstə kimi müayinələrdə olmuşdur. Ultrasəs və Obstetrics müayinələr nəticəsində döldə hər hansı bir çatışmazlığın olmaması diaqnozu qoyulmuşdur. xx xxxxxx 2018-ci il tarixdə doğuş olmuşdur. Tibb Mərkəzində keçirilmiş müayinələr zamanı döldə hər hansı bir çatışmazlığın olmaması bildirilsə də, doğuşdan sonra uşaqda çoxsaylı qüsurlar müəyyən olunmuşdur. Müayinə üçün tibb mərkəzi uşağı Elmi X4na gö ndərmiş, lakin onun həyatını xilas etmək mümkün olmamışdır. Uşaq tənəffüz çatışmazlığı, kəskin ürək damar çatışmazlığı, baş beyinə qansızma nəticəsində ölmüşdür. Tibb Mərkəzinin həkimi Nigar Priyevanın səhlənkarlığı səbəbindən qeyd olunan hadisə baş vermişdir. Onun tərəfindən verilmiş diaqnozların yalan olması faktı müəyyən olunmuşdur. Həkimin yalan məlumatları nəticəsində o, həm maddi, həm də mənəvi ziyan çəkmişdir. Uşağın müayinəsi ilə bağlı hissə-hissə Tibb Mərkəzinin kassasına 1500 manata qədər pul keçirmişdir. Cavabdeh həkimi Nigar Priyeva həmin klinikaya köçürülmüş pul əsasında onu aldatmış, sağlamlığına ziyan vurmuşdur. Bu hərəkətlər nəticəsində o, mənəvi sarsıntı keçirmiş, əzab çəkmişdir. İddiaçı Tarverdiyev İntizam İbad oğlunun nümayəndəsi Tarverdiyev İbad Abduləzim oğlu bildirir ki, həkim Nigar Piriyeva gəlini X2 müayinə edəndən sonra ona azon verilməsini təyin etmişdir və dəfələrlə azon verilmişdir. Uşaqda həmin qüsurların neçə aylığında əməl gəlməsi onlara məlum deyil. Gəlini ilk dəfə Cavabdehnə gedərkən üç aylıq hamilə olmuşdur. Sonuncu dəfə X5 Cavabdehndən dekabr ayının 4-də müayinədən keçmişdir. Kəmalənin hamiləliyi normal keçmiş, uşağı 7 saylı doğum evində qeyseriyyə əməliyyatı yolu ilə dünyaya gətirmişdir. Cavabdeh nümayəndəsi X6 bildirir ki, iddiaçının ərizəsində ona qarşı olan iddialar əsassız, böhtan xarakterli, qərəzli və məqsədlidir. X5 və onun ailə üzvləri iddia edirlər ki, hamiləlik müddətində yalnız klinika tərəfindən 10 dəfə kimi usm olunmuşdur. Lakin hamiləlik müddətində adı gedən pasienti 3-4 dəfə usm müayinə etmiş və bundan əlavə X5 dəfələrlə qeydiyyatda olduğu qadın məsləhətxanasında və hamiləliyini Qeyseriyyə kəsiyi ilə sona çatdırdığı 7 saylı doğum evində usm olunmuşdur. ETPİ-dan alınan Epikriz nəticələrinə əsasən uşağın ölüm səbəbi: 1 Doğuş asfeksiyası, 2.Beyin ödemi,3.Baş beyinə qansizma birinci dərəcədir. Bu 3 diaqnozun usm müayinəyə heç bir aidiyyatı yoxdur. Doğuşdan sonra qiymətləndirilən durumdur. Yeni doğulmuşda genetik syndrom Poland syndromu qoyulmuşdur. USM protokollarında qeyd edildiyi kimi, usm-də bu kimi syndromların aşkarlanması və dəqiqliyi 70% təşkil edir. Dəqiq diaqnostika üçün genetik testlər olunması mütləqdir. Əgər hamilə qadının yaşı 30 və üzəridirsə, qohum nikahdırsa qeydiyyatda olduğu müalicə həkimi tərəfindən genetik laborator testlərə yönəldilməlidir, yəni ikili test, üçlü test əgər bu testlər poziti v olarsa amniosintez testi. Bu hamiləlikdə qohum nikah, xala oglu, xala qızı faktoru var və adı çəkilən analizlər olunmayıb. Yeni doğulanda iki barmaq arası pərdənin olması və ayaqlarda vaqus deformasiyanin olması yəni, içə doğru meyilliyi müayinə zamanı alınan görüntü dölün vəziyyətindən asılıdır. Dölün barmaqları ovuca doğru bükülmüşsə yumruq halında və ayaqlar dölün durum vəziyyətindən asılı olaraq içə doğru bükülmüş halda izlənilirsə, pasientə “sizin uşağınızda qüsur var və hamiləlik sonlandırılmalıdı” deməyə ixtiyar vermir. Lakin müayinə zamanı izlənilmiş olsaydı belə, bu halların bətn daxili müalicəsi yoxdur, yalnız doğuşdan sonra kiçik estetik cərrahi müdaxilə ilə aradan qaldırılır və bu sadalanan halların uşağın tələf olmasına gətirib çıxaran fəsadları yoxdur. X5 və qohumları uşaqd a böyük ürək qüsurunun olduğunu iddia edir. Epikrizə əsasən “funksional oval dəlik” qeyd edilmişdir. Ana bətnində olan hər bir döldə oval dəlik qeyd edilməlidir və doğuşdan sonra ilk saatlardan etibarən 1 il müddətində tam qapanmalıdır, onun açıq qalması usm həkiminin günahı deyil və bu ölümə səbəb olmur. X3 və qohumları uşağın sol tərəf qabırğalarının tamamilə olmamasını iddia edir. Epikrizdə Rentgenoqrafiyada 13 qabırğanın izləndiyi bildirilir. 5-6-7-8-ci qabırğaların hipoplazik, sümük toxumasının zəif inkişaf etməsi olduğu qeyd edilir. Bu yalnız doğuşdan sonra rentgen müayinəsi ilə diaqnostika oluna bilər. X3 və qohumları Cavabdehnə 1500 man ödəniş etdiklərini iddia edirlər. Lakin tibb mərkəzinin qəbzləri bunu təsdiq etmir. X5 və qohumları onun, adı gedən hamiləni müayinə və müalicə etd iyini, laborator və digər müayinələrə göndəriş etdiyini iddia edirlər. O, həkim-radioloqdur heç bir müalicəyə müdaxilə etmir, ixtiyarı yoxdur. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Əvvəla iş materiallarından və qəbul edilmiş qətnamənin məzmunundan görünür ki, apelly asiya instanisyası məhkəməsi işin bütün hallarını araşdırmamış və onlara hüquqi qiymət verməmişdir. Mülki Prossesual Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. İşin hallarından göründüyü kimi İddiaçı iddiasında yanız uşağın ölümünün cavabdeh müəssisənin həkimi Nigar Piriyevanın səhlənkarlığı nəticəsində olmasını deyil eyni zamanda uşağın fiziki göstəricilərinə görə qüsurlu olmasının əvvəlcədən yəni ana bətni ndə müəyyən edilməli olduğu halda müəyyən edilməməsini iddia edərək ona mənəvi ziyan vurulduğunu bildirmişdir. Belə ki iş üzrə keçirilmiş ekspertiza ilə müəyyən edilmişdir ki, İddiaçı uşağı əl barmaqlarının pərdəli olması, qısa qabırğa sindromu, pəncədə varus deformasiyası və s. fiziki qüsurlarla doğulmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi bununla bağlı heç bir araşdırma aparmamış, uşağın fiziki göstəricilərinə görə qüsurlu olması faktının ana bətnində müayinə zamanı aşkarlanmasının mümkünlüyünün qiymətləndirilməsi üçün ekspertiza keçirməmişdir. Digər tərəfdən cavabdeh müəssisənin həkimi uşağın fiziki göstəricilərinə görə qüsurlu olmasının ana bətnində müəyyən edilməməsini uşağın ana bətnindəki duruş forması ilə əlaqəli olduğunu bildirsə də, işin mübahisə edilməyən hallarından gö ründüyü kimi N.Piriyeva İddiaçı fərqli vaxtlarda 5 dəfə müayinə etmişdir ki bu da hər dəfə uşağın ana bətnindəki duruşunun eyni formada olmasını istisna edir. Ona görə də məhkəmə kollegiyası uşağın fiziki göstəricilərinə görə qüsurlu olmasının müəyyən edilməməsinin onun ana bətnində duruşunun forması ilə əlaqədar olması ilə bağlı N.Piriyevanın əsaslandırmasını inandırıcı hesab etmir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-nin 418.3-ci maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı və kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-465/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-465/2020
21.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver