Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-465/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “Azərkimya” İstehsalat Birliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: protokolun və həmin protokol əsasında verilmiş orderin etibarsız hesab edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər “Azərkimya” İstehsalat Birliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Cavabdeh2 qarşı “daşınmaz əmlaka dair protokolun və həmin protokol əsasında verilmiş orderin etibarsız hesab edilməsi tələbi nə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1536/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 7 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Kimyasənaye” İstehsalat Birliyi tərəfindən verilmiş 1994-cü il tarixli orderə əsasən, İddiaçı işlədiyi dövrdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 17-ci yataqxana, ev 5, mənzil 6 ayrılmışdır. Həmin mənzil daha əvvəl müvafiq order əsasında hazırkı iş üzrə Cavabdeh2 anası X5 ayrılmış, daha sonra həmin order ləğv edilərək, ona başqa ünvandan mənzil verilsə də, sonuncu mübahisəli mənzili boşaldalaraq İddiaçı təhvil verməmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2-1469/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi ilə İ.A.Aşurovanın mənzildən çıxarılması, İddiaçı isə mənzilə istifadə hüquqları tanınaraq onun mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır.
3. İş materiallarında olan “Səthi Aktiv Maddələr” zavodu tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 888 nömrəli orderin təsdiq olunmuş surətindən görünür ki, 32 saylı protokol əsasında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 17-ci yataqxana, ev 5, mənzil 6 Cavabdeh2 Haidayət oğluna verilmişdir.
4. İş materiallarında olan “Səthi Aktiv Maddələr” zavodunun direktoru İ.A.Balakişiyev tərəfindən təsdiq edilmiş, həmin zavodun Həmkarlar İttifaqı Komitəsinin sədri İ.H.Paşayev, MMK-nın sədri Ş.Əhmədova, MMK üzvləri İ.Rəhimov və S.S.Səfərov tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tar ixli, 32 nömrəli protokola əsasən “SAM” zavodunun 1 saylı yataqxanasının 13a saylı otağının müvəqqəti yaşamaq üçün mərhum X8 qızı X6 verilməsi və onun adına sənədləşdirilməsi, xx.xx.2009-cu il tarixə kimi 17 saylı yataqxananın 6 saylı otağında müvəqqət yaşamaq hüququ verən sənədlərin ləğv edilib, müvəqqəti yaşamaq üçün Cavabdeh2 adına sənədləşdirilməsi, MKT-nın rəisi X2 bu protokoldan irəli gələn bütün məsələlərin həll etməsinin tapşırıılması qərara alınmışdır.
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2010-cu il tarixli sərəncamına əsasən Sumqayıt şəhərində yerləşən və bu sərəncamın əlavəsində göstərilən bina və tikililər “Azərkimya” İstehsalat Birliyinin balansından çıxarılmışdır.
6. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Da şınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, MA № ******* saylı Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 17, ev 5, mənzil 6 Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 168 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır.
7. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)2867/2023 nömrəli qərarına əsasən, iddiaçı Cavabdeh2 iddiası əsasında X3, X1 və İddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 17-ci yataqxana, 5 saylı evin 6 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-832/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 21(118)-2867/2023 nömrəli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər “Azərkimya” İstehsalat Birliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azərkimya» istehsalat birliyinin SAM zavodu tərəfindən ünvan 1 mənzilin Cavabdeh2 ayrılmasına dair xx.xx.2009-cu il tarixli 32 saylı protokolun və bu protokol əsasında verilmiş xx.xx.2009-cu il tarixli 888 saylı orderin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
10. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, iddiaçının adına order olduğu halda cavabdeh «Azərkimya» istehsalat birliyi SAM zavodunun HK-si qanunsuz protokol əsasında iddiaçının adına olan orderi ləğv edərək həmin zavodda işləməyən Cavabdeh2nın adına protokol əsasında bu mənzili ayırmış və order vermişdir. Cavabdeh2 da xx.xx.2012-ci il tarixdə bu mənzili özəlləşdirməklə adına çıxarış almışdır. İddiaçı bu barədə özünün və uşaqlarının şəxsiyyət vəsiqələrinin sistemdə etibarsız sayıldıqdan sonra bilmiş və ona məlum olmuşdur ki, Cavabdeh2 bu mənzili onlar qeydiyyatda olduqları halda özəlləşdirməklə çıxarış almış və bundan 11 il sonra məhk əməyə müraciət edərək onların mənzildən qeydiyyatdan çıxarılmalarına nail olmuşdur. Göründüyü kimi, bütün bu əməliyyatlar qanun tələblərinin ilə həyata keçirilmiş və hüquqlarının pozulduğu iddiaçıya xx.xx.2023-cü il tarixdə onların qeydiyyatdan çıxarılmaları barədə Sumqayıt İnzibati Məhkəməsinin qərarını aldıqdan sonra məlum olmuş və bu barədə sorğu əsasında müvafiq sənədləri əldə etməklə məhkəməyə müraciət etmişdir.
11. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, protokol tərtib olunmuş və protokol əsasında həm İradə xanımın, həm də iddiaçının adına verilmiş orderlər ləğv edilmişdir. İddiaçı onun adına verilmiş orderin ləğv edilməməli olduğunu bildirmişdir. Təşkilat iddiaçının yaşayış yeri olduğu üçün orderi ləğv etm işdir. İddiaçının mənzil şəraiti yaxşılaşdırıldığı üçün order ləğv edilmişdir. Hətta 2003-cü il tarixində qətnamə də qəbul edilmişdir və iddiaçının təşkilata müraciət etməsi qeyd edilmişdir. İddiaçı təşkilata müraciət etməmiş və təşkilat iddiaçının mənzilə ehtiyacı olmadığını bildiyindən həmin orderlər protokola əsasən ləğv edilmişdir. Mənzil sadəcə iddiaçıya deyil, digər şəxslərə də verilmişdir və verilmə səbəbləri vardır. İddiaçının mənzil şəraiti yaxşılaşdırıldığı üçün təşkilat orderi ləğv etmişdir. Bundan əlavə, 2003-cü il tarixində məhkəmənin qətnaməsi qəbul edilmişdir və qanuni qüvvəsini almışdır. Onlar həmin qətnaməni mübahisələndirmişlər. Hazırda zavod tərəfindən verilən mənzillər Sumqayıt Şəhər İcra Hakimiyyətinin balansında olmuşdur. Lakin, həmin dövrdə mənzillər zavodun balansın da idi. Mənzillər zavodun balansında olduğu üçün həmin yataqxananın otaqları ilə bağlı order vermək hüququ təşkilata aid idi. Həmçinin, hüquqdan istifadə etməmə bəzi hüquqlara birmənalı şəkildə toxunur. İddiaçınin istinad etdiyi 2003-cü il tarixli qətnamənin qət etdi hissəsi üç hissədən ibarət olmuşdurdir. Sonuncu hissədə qeyd edilmişdir ki, təşkilat iddiaçıya həmin sahədə otaq verməlidir. İddiaçı həmin vaxtdan bu günə qədər mənzil verilməsi üçün təşkilata yaxınlaşmamışdır. O vaxtdan 21 il ötmüşdür. Həmin müddətdən bir neçə ilə əvvəl isə iddiaçı mənzildən çıxarılmışdır. İddiaçının həmin otağa heç vaxt ehtiyacı olmamışdır.
12. Məhkəmə iclasında iştirak etmiş cavabdeh “Azərkimya” İstehsalat Birliyinin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iddia tələbinə etiraz edərək bildirmişlər ki, 2010-c u ildə “Azərkimya” İB-də struktur dəyişikliyi səbəbilə təhvil-təslim olmuşdur. Bəzi sənədlər digər zavodlar tərəfindən Mənzil Kommunal İstismar sahələrinə verilmişdir və “Azərkimya” İB-nin Həmkarlar İttifaqı Komitəsində heç bir sənədləri olmamışdır. 2010-cu ildə “Azərkimya” İB-nin balansında olan bütün yataqxanalar Sumqayıt şəhər İcra Hakimiyyətinin balansına verilmişdir.
13. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, sözügedən yataqxana xüsusi təyinatlı yataqxana olmuşdur. Vətəndaşlara müəssisədə işlədiyi və təhsil aldığı müddətdə verilmiş və bu hər kəsə aid olmuşdur. Vətəndaş işdən çıxan zaman təhvil verilməlidir. Lakin vətəndaşın yaşayış yeri olmadığı üçün onlara müdaxilə etmirik. Vəfat edən şəxslər olduqda, yaşayış olmadıqda həmin mənzilləri alırlar. Order olan şəxslərin orderlərində müəssisədə işlədiyi müddətdə qüvvədə olması qeyd edilmişdir. Həmin mənzillər vətəndaşlara müvəqqəti mənzillə təmin olunmaq üçün verilmişdir. Hazırda vəfat etmiş şəxslər olduqda, yaşayış olmadıqda və mənzillər boş olduğu təqdirdə, həmin mənzilləri alınır. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və s. şəxslər mənzillərlə təmin edilir. Mənzillər vətəndaşlara istifadə üçün verilir. Həmin mənzillərə mülkiyyət hüququ verilmir. Əvvəlcə həmin mənzillərin özəlləşdirilməsinə icazə verilirdi. Lakin daha sonra Nazirlər Kabinetinin Qərarı ilə yataqxana plana düşdüyü üçün mənzillərin hər biri söküləcəkdir. Bu səbəbdən də, artıq mənzillərin heç biri ilə bağlı özəlləşdirilmə aparılmır. 14. “Azərkimya” İstehsalat Birliyini n xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh2 “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Səthi aktiv maddələr” zavodunda işləməsi barədə arxiv fondlarında araşdırmalar aparılmış, lakin onun qeyd olunan müəssisədə işləməsi barədə hər hansı bir arxiv sənədi aşkarlanmamışdır.
15. Sumqayıt Şəhər Məhkəməsinin 8 iyul 2024-cü il tarixli, 2(060)-250/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia qismən təmin edilərək, cavabdeh «Azərkimya» İstehsalat Birliyinin SAM zavodu tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 17, ev 5, mənzil 6-nın Cavabdeh2 ayrılmasına dair xx.xx.2009-cu il tarixli, 32 saylı protokolun Cavabdeh2 aid olan hissəsi və bu protokol əsasında verilmiş xx.xx.2009-cu il tarixli, 888 saylı orderin etibarsız hesab edilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə dair İddiaçı adına müəssisə tərəfindən order verilmiş, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun həmin mənzilə istifadə hüquqları tanınmışdır. Bununla da onun yaşayış sahəsinə münasibətdə əmlak hüquqlarının mövcudluğu təsdiq edilmişdir. Mübahisəli əmlakla bağlı İddiaçı aid məhkəmə qaydasında ləğv edilməmiş order mövcud olduğu halda, eyni əmlakla bağlı Cavabdeh2 sonradan order verilmişdir.
17. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Həmin orderin verilməsindən 15 il keçsə də, iddiaçı həmin orderin mövcudluğundan Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)2867/2023 nömrəli qərarına əsasən onun və digərlərinin mübahisəli mənzildən qeydiyyatdan çıxarılmaları zamanı məlumatlı olmuşdur. Belə ki, iddiaçı hazırkı iddia tələbinin irəli sürülməsi üçün müddəti ötürməmişdir.
18. Məhkəmə iddia tələbinin mübahisəli mənzilin Cavabdeh2 ayrılmasına dair xx.xx.2009-cu il tarixli, 32 saylı protokolun etibarsız hesab edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, sözügedən protokol Cavabdeh2 aid hissədə etibarsız hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
19. Birinci instansiya məhkəməsi öz mövqeyini 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 4,6, 33, 48, 49, 89, 107-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.2, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil indiki “Azərkimya” İstehsalat Birliyinin, keçmiş “Səthi aktiv maddələr” zavodunun balansında olmuşdur. Məhkəmə qətnaməni mənzilin qanuni sahibi olduğu halda cavabdehə orderin verilməsinin imkansız olması ilə əsaslandırsa da, mənzilin iddiaçının adına hansı yollarla ayrılmasını düzgün şəkildə araşdırmamışdır. Order onun adına verilərkən səlahiyyətli orqan İcra Hakimiyyəti olmamışdır. Həmçinin, mənzilinin Elvinin adına keçməsinə əsas səbəblərdən biri də iddiaçının orada heç vaxt yaşam aması olmuşdur. Belə ki, o iddiasında orderə və yaranmış istifadə hüququna istinad etmişdir. Lakin həmin order qərar əsasında öz qüvvəsini itirmiş və onun orda yaşamaması da onun həmin mənzidə heç bir istifadə hüququnun olmamasının əyani sübutu olmuşdur. İşdə olan 31 saylı, xx.xx.2023-cü il tarixli arayışa əsasən, mənzildə Cavabdeh2, həyat yoldaşı və azyaşlı uşaqları yaşayır. İddianın rədd edilməsi üçün əsas olan sənədlərdən də biri də həmin arayışdır. Mübahisəli mənzil haqqında qərar qəbul edilərkən mənzil İcra Hakimiyyətinin deyil, zavodun balansında olmuşdur. Zavod da öz daxili qayda qanunlarına uyğun olaraq keçirdiyi iclaslarda müvafiq qərarlar qəbul etmişdir. İddiaçı mənzilə formal və qanunsuz yolla sahib olmağa çalışmışdır. Belə ki, mənzil onun adına verildikdən sonra o həmin mənzi ldə yaşamasına dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmin məsələyə obyektiv yanaşmamış, mənzilin hansı yolla onun adına ayrılmasını düzgün araşdırmamışdır. Aşurova İradənin adına olan order qüvvədə olarkən onun adına yeni order o vaxt qanuni hesab edilərdi ki, 1988-ci il tarixli orderin ləğv olunmasına dair qərar və ya mənzilə dair təhvil-təslim aktı mövcud olsun. Habelə iddiaçının orderinin ləğvinə dair qərar olduğu halda məhkəmə əsassız qərar qəbul etmişdir. Orderin verilməsindən 15 il keçməsini məhkəmə nəzərə almamış, hətta iddiaçının həmin orderin mövcudluğundan Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)-2867/2023 nömrəli qərarından sonra məlumatlı olduğunu bildirmişdir. Lakin iddiaçı həmin qərarla yalnız qeydiyyatdan çıxarmaları barədə məlumat əldə etmişdir. İddiaçı uzun müddətdir ki, həmin orderdən məlumatlı olmuşdur. Bu illər ərzində qeydiyyatdan çıxmamaqları qərəzli olmuşdur. Köhnə mənzil məcəlləsinin müddəalarına uyğun olaraq şəxs yaşayış yerində 6 ay yaşamadıqda həmin order ləğv olunmalıdır. İşdə olan Protokoldan görünür ki, həmin yataqxanaya dair hər iki order qüvvəsini itirmişdir. Mənzilin cavabdehin mülkiyyətinə keçməsinə səbəb olan hüquqmüəyyənedici sənəd həmin protokol olmuşdur. Mənzil özəlləşdirilərkən daşınmaz əmlak həmin protokolu əsaslı hüquqi sənəd hesab edərək mənzili cavabdehin adına rəsmiləşdirmişdir. İşə baxan məhkəmə zəruri qaydada araşdırma aparmamış, iddiaçının adına olan orderin ləğvinə dair qərara əhəmiyyət verməmişdir. Habelə iddiaçının yoldaşının adına olan evi də nəzərə almamış, bu illər ərzində harad a yaşamaları barədə dərin araşdırma belə aparmamışdır. Mübahisəli mənzil iddiaçıya 1994-cü ildə verilmişdir. 1992-ci il tarixində isə iddiaçı X7 ilə rəsmi nikaha daxil olmuşlar. Başqa bir məhkəmə çəkişməsi zamanı Tahir adlı şəxslə ailə təsərrüfatı apardığı halda, yoldaşının adına əmlak olduğu sənədlərlə sübuta yetirilmişdir. Lakin iddiaçı o evin qardaşına məxsus olamsını bildirmişdir. Bu isə qanuna zidd məsələ olsa da sübut kimi qiymətləndirilmişdir. Yəni iddiaçının həyat yoldaşının mülkiyyətində ev olması artıq onların bir evə sahib olmasının əyani sübutu olmuşdur. Məhkəmə bu hissəni araşdırmamış, proseslər zamanı belə bununla bağlı iddiaçını sorğu sual belə etməmişdir. Məhkəmə səthi araşdırma aparmaqla, əsassız olaraq iddia tələbini Cavabdeh2 aid hissədə təmin etməklə sonuncunun mülkiyyə t hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Azərkimya” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə2 izahatında apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir.
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1536/2023 nömrəli, 21 oktyabr may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Afiq Hüseynzadə və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmə si ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.
25. Apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin iddia tələbi üçün müddətin ötməsi barədə dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, iddia müddəti şəxsə pozulmuş hüququnu müdafiə etməsi üçün qanunla müəyyən edilmiş zaman kəsiyində məhkəmədə iddia qaldırmaq imkanını nəzərdə tutmuşdur. İddia müddəti tələb etmə hüququ ilə bağlı olmuşdur. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinin ikinci bəndinə əsasən, sözügedən orderin verilməsindən xeyli müddət keçsə də, iddiaçı həmin orderin mövcudluğundan Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)-2867/2023 nömrəli qərarına əsasən onun və digərlərinin m übahisəli mənzildən qeydiyyatdan çıxarılmaları zamanı məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı orderin etibarsız hesab edilməsi barədə qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmışdır.
26. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, iddia tələbinin mübahisəli mənzilin Cavabdeh2 ayrılmasına dair xx.xx.2009-cu il tarixli, 32 saylı protokolun etibarsız hesab edilməsi barədə işə baxan məhkəmənin mövqeyini əsaslı və qanuni hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qətnamənin 42-ci abzasında qeyd edilən mübahisəli əmlakla bağlı İddiaçı adına qüvvədə olan orderin olması tədqiq edilən sənədlərlə tam təkzib edilir. Çinki mülki işin materallarında olan Sumqayıt SAM zavodu Həmkarlar İttifaqı Komitəsi Mənzil-məişət komissiyasının xx.xx.2009-cu ildə keçirdiyi iclasın 32 nömrəli protokolundan çıxarışdan görünür ki, qəbul edilmiş qərarın 2-ci bəndində xx.xx.2009-cu il tarixə kimi 17 saylı yataqxananın 6 saylı otağında müvəqqəti yaşamaq hüququ verən sənədlər ləğv edilib, müvəqqəti yaşamaq üçün Cavabdeh2 adına sənədləşdirilməsi qeyd edilmişdir (Protokolda gündəlikdə duran 2-ci məsələ 2-ci vərəqə, 6 və 7-ci abzaslar). Bununla da aydın müəyyən olunur ki, həmin yaşayış sahəsinin müvəqqəti yaşamaq üçün İddiaçı verilməsi barədə xx.xx.1994-cü il tarixli 530 nömrəli order və digər sənədlər onu verən qurum tərəfindən ləğv edilmişd ir (Bu isə həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən, həmin qurumun müstəsna səlahiyyətinə aid olan məsələ olmuşdur). Əlavə olaraq Qətnamənin 42-ci abzasında qeyd edilən iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi barədə xx.xx.2003-cü il tarixli məhkəmə qətnaməsinin olması barədə əsaslarla bağlı qeyd edilməlidir ki, həmin qətnamədən görünür ki, qətnaməni yeganə əsası İddiaçı müvəqqəti yaşamaq üçün xx.xx.1994-cü il tarixli 530 nömrəli orderin verilməsi olmuşdur. Yəni başqa digər əsaslarla deyil, yalnız Nümayəndə3 həmin yataqxanada müvəqqəti yaşamaq üçün xx.xx.1994-cü il tarixli 530 nömrəli orderin olması və həmin orderin xx.xx.2003-cü il tarixdə qüvvədə olması əsası ilə məhkəmə onun qeyd olunan yataqxanada müvəqqəti yaşamaq hüququnun olması və ora köçürülməsi qənaətinə gəlmişdir. Han sı ki, həmin qətnamədə həm də, İ.Aşurovaya məxsus mənzil boşaldılanadək möhlət verilməsi (İ.Aşurovaya məxsus həmin mənzil qaçqınlar tərəfindən hələdə boşaldılmadığından, belə çıxır ki, İ.Aşurovanın orada yaşmaq hüququ hələdə mövcuddur...), iş üzrə əlavə cavabdeh müəssisə rəhbərliyinə bir vəzifə olaraq cavabdehin mübahisəli mənzili qaçqın tərəfindən boşaldılanadək yaşayış hüququnun bərpa edilməsi üçün iddaçı Nümayəndə3 ona verilmiş order üzrə eyni sahəli və şəraitli yaşayış sahəsi ilə təmin etməsi və s. qeyd edilmişdir. Bu qətnamənin də, əsası və hüquqi qüvvəsi xx.xx.1994-cü il tarixli 530 nömrəli orderdən asılı olduğundan və həmin orderin isə onu verən qurum tərəfindən xx.xx.2009-cu il tarixli 32 nömrəli protokol-qərarla ləğv edildiyindən xx.xx.2003-cü il tarixli məhkəmə qətnaməsi də, Nüma yəndə3 qeyd olunan yaşayış sahəsinə müvəqqəti yaşamaq hüququnun olması və ora köçürülməsi hissəsində artıq həmin tarixdən (xx.xx.2009-cu il) qüvvədən düşmüşdür.
29. Kassasiya şikayətinə əlavədə isə göstərilmişdir ki, Sumqayıt şahari, Kimyaçılar qəsəbəsi, 17-ci yataqxana, ev 5-də yaşayan sakinlər tərəfındən tərtib edilmiş va Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin İ saylı Mənzil Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, həmin yataqxana 1956-cı il tarixdə inşa edilmiş və 1988-ci il tarixdən Sumqayıt Səthi Aktiv Maddələr Zavodunun balansında olmuşdur. Təyinatı yataqxana (müvəqqəti yaşamaq üçün) olduğundan orada mətbəx, hamam, ayaqyolu olmamış, (yataqxananın həyətinda ümumi ayaqyolu olmuşdur) sonradan orada yaşayan sakinlər tərəfindən hər mərtəbədə ümumi olan mətbəx, hamam va sanitar qovşaq tikilərək ümumi istifadə edilmişdir. Yataqxanada hər yaşayış sahəsi üçün mətbəx, hamam va sanitar qovşaq nəzərdə tutulmamışdır. Hazırda Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə olan mətbəx, hamam va sanitar qovşaq Cavabdeh2 valideyinləri tərəfindən tikilmişdir. Bundan başqa, İddiaçı verilmiş orderdan görünür ki, ona verilən yaşayış sahəsi, 43 kv.m olmuş, lakin Cavabdeh2 adına verilmiş xx.xx.2012-ci il tarixli MA seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, mənzil xüsusi mülkiyyətdə olmaqla ümumi sahəsi 68.9 kv.m-dir. Belə olan halda, Cavabdeh2 mülkiyyətinda olan va mübahisə predmeti olmayan 25.9 kv.m yaşayış sahəsinin qanunsuz hüquqi müdaxiləyə məruz qalmışdır. Lakin bu hal ümumiyyətlə araşdırılmamış va buna hüquqi qiymət verilməmişdir. b)
30. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982-ci il redaksiyalı)
31. Maddə
4. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənziltikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evlər i və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir.
32. Maddə
6. Yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür.
33. Maddə
33. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər.
34. Maddə
48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.
35. Maddə
49. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin po zulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər.
36. Maddə
89. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsindən çıxarma hallarına yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə yol verilir. Yaşayış sahəsindən çıxarma məhkəmə qaydasında həyata keçirilir. Ancaq yaşayış sahəsini özbaşına tutmuş və ya uçmaq qorxusu olan evlərdə yaşayan şəxslərin prokurorun sanksiyası ilə inzibati qaydada çıxarılmasına yol verilir. Vətəndaşlar yaşayış sahəsindən çıxarılarkən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna edilməklə, eyni zamanda başqa yaşayış sahəsi verilir.
37. Maddə
107. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edil məklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəməni n qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsi ndə nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, kassatorun Sumqayıt SAM zavodu Həmkarlar İttifaqı Komitəsi Mənzil-məişət komissiyasının xx.xx.2009-cu ildə keçirdiyi iclasın 32 nömrəli protokolundan çıxarışa istinad edərək həmin yaşayış sahəsinin müvəqqəti yaşamaq üçün İddiaçı verilməsi barədə xx.xx.1994-cü il tarixli 530 nömrəli order və digər sənədlərin onu verən qurum tərəfindən ləğv edilməsi barədə dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, Həmin Protokolda bu mənzilin cavabdehin anasından sonra İddiaçı verilməsi barədə xx.xx.1994-cü il tarixli 530 nömrəli orderin mövcudluğu barəd ə ümumiyyətlə məlumat öz əksini tapmamışdır ki, onun ləğv edilməsi barədə də qərar qəbul edilsin.
51. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ( əlavə tikililərin inşa edilməsi, orderdə göstərilən sahə ilə çıxarışda göstərilən sahənin uyğun olmaması və s) ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şi kayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Quliyev Elçin Tahir oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1536/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.