Məhkəmə qərarları › İş №2(102)-4651/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4651/2020

12.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4651/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “X3 Mərkəzi” MMC-yə, qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4651/20 (Açar sözlər: hərracın nəticələrinin, protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi, hərrac barədə məlumat verilməməsi) Bakı şəhəri, xx xxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçıların vəkili və nümayəndəsi Vəkil2, üçüncü şəxs X10 və vəkili Vəkil1 iştirakı ilə, İddiaç ılar İddiaçı1 və İddiaçı2 cavabdeh “X3 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələrinin, protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1857/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-6411/2018 saylı icra vərəqəsi ilə cavabdeh İddiaçı1 43000 manat məbləğində borc, 61 manat ödənilmiş dövlət rüsumu və 500 manat məbləğində xidmət haqqı iddiaçı X5 xeyrinə tutulmuş, tutma ipoteka predmetinə yönəldilməklə İddiaçı1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Q araçuxur qəsəbəsi, Y/Günəşli yaylası, 1-ci döngə 52 saylı fərdi yaşayış evi və 0.0258 ha torpaq sahəsinə yönəlmişdir.

2. İpoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 54000 (əlli dörd min) manat müəyyən edilmişdir. Əmlak satıldıqdan sonra 1 ay ərzində cavabdehlər İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y/Günəşli yaylası, 1-ci döngə 52 saylı fərdi yaşayış evindən və 0.0258 ha torpaq sahəsindən məcburi çıxarılmaları qət edilmişdir.

3. Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli 64647/19-18-18 saylı sifariş məktubu əsasında İddiaçı1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y/Günəşli yaylası, 1-ci döngə, 52 saylı fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsi ilə birlikdə satış qiyməti ümumilikdə 54.000 (əlli dörd min) manat ol maqla xx.xx.2019-cu il tarixdə hərraca çıxarılmışdır.

4. İpoteka predmeti 34425 (otuz dörd min dörd yüz iyirmi beş) manata tələbkar X6 təklif olunmuş, tələbkar təklifi qəbul edərək ipoteka predmetini həmin qiymətə almış və bu barədə xx.xx.2019-cu il tarixdə Y-188 №-li hərracın nəticələri haqqında yekun protokol tərtib olunmuş və həmin protokol əsasında sözü gedən əmlakın X1 dair alqı-satqı Müqaviləsi bağlanmışdır. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 “X2 Mərkəzi” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 məxsus ipotekaya qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y/Günəşli yaylası 1-ci döngə ünvanında yerləşən 52 saylı fərdi yaşayış evinə və 0.0258 ha torpaq sahəsinə dair MMC tərəfindən keçirilmiş hərracın nət icələri haqqında xx xxxx 2019-cu il tarixli Y-188 saylı yekun protokolun, habelə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2019-cu il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərracın keçirilməsi qanunsuzdur.

7. Birinci hərrac xx xxxx 2019-cu il tarixdə, ikinci hərrac xx xxxx 2019-cu il tarixdə keçirilmişdir. İddiaçılar həmin hərraclar barəsində təsadüfən öyrənmişlər.

8. Hərrac Mərkəzində iddiaçılara bildiriblər ki, guya onların ünvanına bildirişlər göndərilmişdir.

9. Araşdırarkən məlum olmuşdur ki, iddiaçıya məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y Günəşli yaylası, 1-ci döngə 52 saylı fərdi yaşayış evi və 0.0258 ha torpaq sahəsi hərraca çıxarılm ışdır.

10. Hərrac baş tutmamışdır.

11. İpoteka predmetinin satış qiyməti 15% endirilməklə, təkrar xx xxx 2019-cu il tarixdə hərraca çıxarılmış, hərrac baş tutmadığından, həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə qiyməti 25% endirilməklə, ümumilikdə 34425 (otuz dörd min dörd yüz iyirmi beş) manata tələbkar X6 təklif olunmuşdur

12. Tələbkar təklifi qəbul edərək ipoteka predmetini 34425 manata almış və bu barədə xx.xx.2019-cu il tarixdə Y-188 №-li hərracın nəticələri haqqında yekun protokol tərtib olunmuş və həmin protokol əsasında sözü gedən əmlakın X1 dair alqı-satqı Müqaviləsi bağlanmışdır.

13. Hərracın keçirilməsi üçün ipoteka ilə yüklü edilmiş evin və torpaq sahəsinin qiymətləndirilməsi düzgün aparılmamışdır.

14. Heç bir əsas olmadan həmin əmlaklar qiymətindən xeyli aşağı qiym ətə dəyərləndirilmişdir. Onun əmlakına cəmi 34425 manat qiymət qoyulmuşdur. Əslində hərraca çıxarılan əmlakın hazırki qiyməti ən azı 90000 manatdır.

15. Hərrac qanunsuz keçirilmiş, hərracın keçirilməsi vaxtı, yeri və müddətini onlardan gizli saxlamıs və onlara rəsmi məlumat verməmişlər. 16. “X3 Mərkəzi" MMC tərəfindən hərrac qanunvericiliyin tələbinə zidd olaraq keçirilmişdir.

17. İddia ərizəsi üzrə “X3 Mərkəzi" MMC cavabdeh, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi isə üçüncü şəxs kimi qoyulmuşdur.

18. Birinci instansiya məhkəməsi əmlakı əldə edən X7 üçüncü şəxs kimi işə cəlb etmişdir.

19. Üçüncü şəxs X9 iddiaya yazılı etiraz vermişdir.

20. Etiraz onunla əsaslandırılıb ki, əmlakın hərracda satılması barədə ətraflı məlumat və “Market” qəzetində elanlar verilib. Hərrac Mərkəzi tərəfindən heç bir qanunsuzluğa yol verilməyib, bütün prosedurlara, o cümlədən “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinin tələblərinə əməl edilib.

21. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində iddiaya etiraz olaraq göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə hərrac keçirilməsi ilə bağlı icra məmuru tərəfindən İddiaçı2 məlumat verilmişdir. Həmin gün borc tam şəkildə ödənilsə idi, barışıq əldə edə bilərdilər. Lakin borclu borcu ödəmədiyindən hərrac keçirilmişdir. Hərrac keçirilən zaman isə heç bir qanun pozuntusuna yol verilməmişdir. Həmçinin hazırda da, iddiaçılar tərəfindən borc məbləği ödənilərsə, evi qaytarmağa razıdırlar.

22. Cavabdeh “X3 Mərkəzi" MMC və digər üçüncü şəxs DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi birinci instansiya məhkəmsində iştiurak etməmiş, iddiaya yazılı eti raz verməmişlər.

23. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2335/2019 nömrəli, 12.09. 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Rəna Qafarova)

24. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)-6411-2018 saylı icra vərəqəsinə əsasən cavabdeh İddiaçı1 43000 manat məbləğində borcun, ödənilmiş 61 manat dövlət rüsumu və 500 manat məbləğində xidmət haqqının iddiaçı X5 xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməklə İddiaçı1 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y/Günəşli yaylası, 1-ci döngə 52 saylı fərdi yaşayış evi və 0.0258 ha torpaq sahəsi ilkin satış qiyməti satıldığı ana bazar qiyməti ilə qiymətləndirilərək açıq hərracda satılması, i poteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 54000 manat müəyyən edilməsi, cavabdeh İddiaçı1 X6 olan kredit borcunun həmin ipoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin cavabdehə qaytarılması, əmlak satıldıqdan sonra 1 ay ərzində cavabdehlər İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y/Günəşli yaylası, 1-ci döngə 52 saylı fərdi yaşayış evindən və 0.0258 ha torpaq sahəsindən məcburi çıxarılması qət edilmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)-6411-2018 saylı icra sənədi üzrə İddiaçı1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y/Günəşli yaylası, 1-ci döngə 52 sayl ı fərdi yaşayış evi və 0.0258 ha torpaq sahəsi hərraca çıxarılmışdır.

26. Hərrac “X4 Mərkəzi” MMC tərəfindən Suraxanı rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında keçirilmişdir..

27. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırkı iş üzrə cavabdeh olan hərrac təşkilatçısı “X3 Mərkəzi” MMC tərəfindən ipoteka predmeti olmuş əmlakın hərraca çıxarılarkən onlara heç bir bildirişin göndərilməməsini əsas gətirib, hərracın yekunları barədə protokolun ləğv edilməsini tələb etsələr də, istinad etdikləri halların təsdiqinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və bu halları sübut edə bilməmişlər.

28. Məhkəmə vurğalmışdır ki, iddiaçıların tələblərinin əsası kimi irəli sürdükləri dəlillərin əksi olaraq, hərrac təşkilatçısı “X3 Mərkəzi” MMC tərəfindən ipoteka saxlayana və ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur və mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən iddiaçıların kifayət qədər məlumatları olmuşdur.

29. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin bu halı həmçinin İddiaçı2 izahatında xx xxxx 2019-cu il tarixdə hərrac keçirilən gün, hərracın keçirilməsinə 1 saat yarım qalmış Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun ona zəng edərək icra şöbəsinə çağırmasını və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)-6411/2018 saylı icra vərəqəsinin icrası ilə əlaqədar X3 Mərkəzi MMC tərəfindən hərracın keç irilməsi, həmçinin ona mənzili hərracda alıb barışıq əldə edilməsini təklif edildiyini bildirməsi ilə də öz təsdiqini tapır.

30. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçılar tələblərində ipoteka ilə yüklü edilmiş evin və torpaq sahəsinin qiymətləndirilməsinin düzgün aparılmaması, heç bir əsas olmadan həmin əmlaklar qiymətindən xeyli aşağı qiymətə dəyərləndirilməsini, əmlaka cəmi 34425 manat qiymət qoyulmasını, əslində hazırda hərraca çıxarılan əmlakın qiymətinin ən azı 90000 manat olmasını göstərsələr də, qiymətləndirmənin mübahisələndirilməsi hazırki iddianın predmetinə aid deyildir. 31.Məhkəmə həmin halla bağlı onu da vurğulamışdır ki, İddiaçı1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y/Günəşli yaylası, 1-ci döngə 52 saylı fərdi yaşayış evi və 0.0258 ha torpaq sahəsinin açıq hərracda ilkin satış qiymətinin 54000 (əlli dörd min) manat müəyyən edilməsi Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)6411/2018 saylı icra vərəqəsinə əsasən olub.

32. Sadalanan xüsusatlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıların “X3 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın nəticələrini əks etdirən xx.xx.2019-cu il tarixli Y-188 №-li Protokolun ləğv edilməsi üçün irəli sürdüyü faktiki hallar onların iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbi təmin edilməməlidir.

33. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 416, 140-cı, “İpoteka haqqında” Qanunun 41, 42, 43, 44-cü, Mülki Prosessual Məcəllənin 14.2, 82.3-cü maddələriilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

34. İddiaçı1 qətnaməd ən apelyasiya şikayəti verib.

35. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, mənzilin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə heç bir məlumatları olmamış, hərracın onlardan dan gizlin keçirilmişdir.

36. Hərrac Mərkəzinin təqdim etdiyi bildirişlərdəki imzalar onlara məxsus deyil.

37. Əmlaka 34425 manat qiymət qoyulub. Halbuki əmlakın real dəyəri 90000 manatdır.

38. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1857/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2335/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elnur Həsənov (sədrlik edən, məruzəçi), Xumar Mərdanova və Fuad Babayev)

39. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 43000 manat məbləğində borcun, 61 manat ödənilmiş dövlət rüsumunun və 500 manat məbləğində xidmət haqqının X5 xeyrinə tutulması, tutmanın İddiaçı1 məxsus ipotekaya qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y/Günəşli yaylası 1-ci döngə ünvanında yerləşən 52 saylı fərdi yaşayış evinə və 0,0258 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 54 000 (əlli dörd min) manat müəyyən edilməsi, İddiaçı1 X6 olan kredit borcunun həmin ipoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına odənilməsi, tələb tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin İddiaçı1 qa ytarılması, əmlak satıldıqdan sonra 1 ay ərzində İddiaçı1 və İddiaçı2 fərdi yaşayış evindən və torpaq sahəsindən məcburi çıxarılmaları qət edilmişdir.

40. Apelyasiya instansiyası onu da müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi xx xxxx 2019-cu il tarixdə icraya yönəldilmiş, “X3 Mərkəzi” MMC tərəfindən ipoteka predmeti olan əmlak 54 000 manat ilkin satış qiyməti ilə xx.xx.2019-cu il tarixdə hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, “İpoteka haqqında” Qanunun 43.5-cü maddəsinə əsasən ilkin satış qiyməti 15% endirilərək 45 900 manat olmaqla xx.xx.2019-cu il tarixdə təkrarhərrac keçirilmiş, lakin təkrar hərrac da baş tutmadığından, əmlak xx.xx.2019-cu il tarixdə X10 (icra sənədi üzrə tələbkar) tərəfindən “İpoteka haqqında” Qanunun 43.7-ci m addəsinə əsasən təkrar hərracdakı qiyməti 25% endirilməklə 34 425 manata alınmış, bu barədə həmin tarixdə Y188 №-li “Hərracın nəticələri haqqında yekun protokol” tərtib olunaraq elə həmin tarixdə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır.

41. Apelyasiya instansiyası qeyd etmişdir ki, İddiaçı1 məxsus olmuş əmlak bilavasitə məhkəmə qətnaməsi əsasında müəyyənləşdirilmiş ilkin satış qiyməti ilə açıq hərraca çıxarılmışdır və bu səbəbdən apelyasiya instansiyası əmlakın hərraca çıxarıldığı qiymətlə bağlı araşdırma aparılmasına zərurət görməmişdir.

42. Hərracın qanunsuzluğu barədə iddia ərizəsi və apelyasiya şikayətinin dəlilləri ilə bağlı apelyasiya instansiyası müəyyən etmişdir ki, “X3 Mərkəzi” MMC Suraxanı rayon İcra şöbəsinin sifarişi əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-c u il tarixli icra vərəqəsinin icrası istiqamətində hərrac proseduruna başlamış və ilkin satış qiyməti 54 000 manat müəyyənləşdirilmiş əmlak 34 425 manata tələbkara satılmışdır.

43. Müəyyən edilmişdir ki, “X3 Mərkəzi” MMC tərəfindən əmlakın ilkin satış qiyməti və hərracın keçirilmə vaxtı və yeri göstərilməklə İddiaçı1 qeydiyyatda olduğu (məlum olan) ünvanına göndərilmiş bildirişlər poçt qəbzlərinə “Səlimova” (ehtimal ki, digər İddiaçı2) tərəfindən imza edilməklə qəbul edilmiş, “Market” qəzetinin müxtəlif tarixli buraxılışlarında əmlakın ilkin satış qiyməti 54 000 manat olmaqla hərraca çıxarılacağı barədə hərracın keçiriləcəyi yer göstərilməklə məlumat dərc edilmiş, həmin tarixə təyin edilmiş ilkin hərrac baş tutmadığından, xx.xx.2019-cu il tarixdə satış qiyməti 45 900 manat olmaqla təkrar h ərraca çıxarılacağı barədə elan yerləşdirilmiş, daha sonra təkrar hərracın baş tutmadığı barədə məlumat verilmişdir.

44. İşin müəyyən edilmiş hallarına əsasən apelyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab etmişdir ki, mənzilinin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçıya yazılı bildirişlərin göndərilməməsi, hərracın iddiaçıdan gizlin keçirilməsi barədə apelyatorun arqumentləri və əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu öz təsdiqini tapmır.

45. Apelyasiya instansiyası birinci instansiya məhkəməsinin tətbiq etdiyi maddi hüquq normlarını işin müəyyən edilmiş halına uyğun hesab etməklə yanaşı, əlavə olaraq Mülki Məcəllənin 319.5, 41 5.2-ci maddələrinə və “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

46. İddiaçılar (vəkil X8) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

47. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilərin ə uyğun belə əsaslandırılıb ki, hərrac qanunsuz keçirilmiş, hərracın yeri və müddəti gizli saxlanılmış, rəsmi məlumat verilməmişdir. “X3 Mərkəzi” MMC tərəfindən hərrac qanunvericiliyin tələblərinə zidd keçirilmişdir.

48. Əmlak real dəyərindən aşağı qiymətə satılmışdır.

49. İddiaçıların vəkilli Quliyeva Nurlana Nazim qızı kassasiya şikayətinə əlavə verərək, “X3 Mərkəzi” MMC-nin və Suraxanı rayon İcra və Porobasiya şöbəsinin hərracın keçirilməsi ilə bağlı yol veridikləri qanunsuzluqları konkretləşdirmişdir. 50. "X3 Mərkəzi" MMC Qanunun tələbinə uyğun olaraq elan qəzetlərinin birində (“Market” qəzeti) sözügedən icra vərəqəsinin icra edilməsi məqsədilə hərracın keçirilməsinə dair elanı "Market" qəzetində xx xxxx 2019-cu il tarixinə təyin etsə də, "X3 Mərkəzi" MMC tərəfindən tərtib edilmiş hərr acın nəticələri haqqında xx xxxx 2019-cu il tarixli, № Y-188 saylı protokoldan görünür ki, hərrac qəzetdə elan verildiyi tarixdə deyil, 5 gün sonra, digər tarixdə (xx xxxx 2019-cu il) qanunsuz olaraq keçirilmiş və rəsmiləşdirilmişdir. 51. "X3 Mərkəzi" MMC-nin Suraxanı rayon İcra və Probasiya Şöbəsinə xx xxxx 2019-cu il tarixli bildirişinin məzmunundan görünür ki, hərracın sonuncu keçirilmə tarixi xx xxxx 2019-cu il tarixində nəzərdə tutulmuş və aidiyyatı üzrə qəzetdə elan edilmişdir. Lakin hərrac protokulu "İ-88" və hərracın yekun əmlakın alqı-satqısı üzrə müqavilə xx xxxx 2019-cu il tarixində həyata keçirilmişdir. Göründüyü kimi, "X3 Mərkəzi" MMC-nin protokol və müqaviləsi elan edildiyi tarixdə həyata keçirilməmiş, qanunsuz şəkildə tələbkar X5 xeyrinə hərracın nəticələri elan edilmişdir.

52. Hərrac protokolundan göründüyü kimi əmlakın ilkin satış qiyməti 54000 (əlli dörd min) manat elan edilmiş və "İpoteka haqqında Azərbaycan Respublikası Qanunu"nun 43.5 və 43.7-ci maddələrini rəhbər tutaraq X5 xeyrinə evin dəyərindən 40% aşağıya hesablayaraq evin satış qiymətinin 34.425 (otuz dörd min dörd yüz iyirmi beş) manat müəyyən etmişdir. Halbuki 54.000 manat pul vəsaitinin 40% aşağı qiymətə hesabladıqda (54000-40%) məbləğ 34.425 manat deyil, 32.400 manat (54.0040%=32.400 manat) edir. Hərrac protokolunun məzmunundan da göründüyü kimi satış qiyməti ilə 40% aşağı qiymət arasında ziddiyyət vardır. 53. "Market" qəzetində elan edilmiş 2-ci hərracın keçirilmə tarixi ilə hərrac protokolunda qeyd edilməmiş tarix arasında ziddiyyət mövcuddur

54. İcra vərəqəsi üzrə borclu tərəflər (hal-hazır ki iş üzrə iddiaçılar) İddiaçı1 və İddiaçı2 tərəfindən hərrac keçirilənə qədər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təkidi ilə ümumilikdə 6600 (altı min altı yüz) manat, hərrac keçirildikdən sonra isə 14.000 (on dörd min) manat, ümumilikdə 20.600 (iyirmi min altı yüz) manat icra vərəqəsi üzrə tələbkar (qanunsuz yolla hərracda evə sahiblənən) X6 ödənilmişdir. Sözügedən icra vərəqəsi üzrə borclu tərəflər tələbkar Sara Əjdərovaya pul ödədiyi təqdirdə evin hərracda dəyərindən ucuz qiymətə satılması və Sara Əjdərova tərəfindən mənimsənilməsi qanuna zidd hal olsa da, Bakı Apellyasiya Məhkəməsi tərəfindən bu hal aşdırılmamışdır.

55. Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icra vərəqəsinin icra edilməsi məqsədilə "X3 Mərkəzi" MMC-yə ünvanladığı sifari ş məktubunda hər hansı bir tarix qeydə alınmamışdır. Bu da icra məmurunun qanunsuz və saxta yolla əmlakın Sara Əjdərova tərəfindən hərrac yolu ilə mənimsənilməsinə şərait yaratmasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

56. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

57. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil2 kassassiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

57. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X10 və vəkili Vəkil1 kassasiya şikayətinə etraz edərək onun təmin edilməməsini xahiş etdilər.

58. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdeh "X3 Mərkəz i" MMC-nin və digər üçüncü şəxs DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara b ilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti mü qavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanun Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçıs ı) hərracın keçirilməsi barədə sifarişi verir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilmə si müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın ve rildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirild iyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş halistisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Hüququn tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununqərarı “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqəd ar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”xx.xx.2008-ci il tarixli Qərar Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cüm lədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və ( və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

60. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdi rilməsi üçün əsas yoxdur.

62. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

63. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

64. İddia tələbi hərracın nəticələrinin, protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi barədədir.

65. Hərracın nəticələrinin, protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi yalnız o halda təmin edilə bilər ki, hərrac Mülki Məcəllənin müəyyənləşdirdiyi qaydaları pozmaqla keçirilsin.

66. Hərracın keşirilməsi, eləcə də ipoteka predmetinin satışı ilə bağlı hərracın keçirilməsi qaydası Mülki Məcəllənin 415 və “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələri ilə nizama salınmışdır.

67. Məhz müəyyənl əşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

68. İddiaçılar hərracın qanunsuz olmasını hərrac barədə onlara məlumat verilməməsi və əmlakın real dəyərindən aşağı qiymətə satılması ilə əsaslandırmışılar. Belə olan halda iddianın təmin olunmasının əsas şərtini hərrac barədə həqiqətən də iddiaçılar məlumat verilməməklə bu barədə qanunvericiliyin tələblərinə əməl edilməməsi və əmlakın real dəyərindən aşağı qiymətə satılması təşkil edir.

69. İddiaçılara hərracın vaxtı barədə məlumat verilməməsi ilə bağlı işin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki“, X3 Mərkəzi” MMC tərəfindən əmlakın ilkin satış qiyməti və hərracın keçirilmə vaxtı və yeri göstərilməklə İddiaçı1 qeydiyyatda olduğu (məlum ol an) ünvanına göndərilmiş bildirişlər poçt qəbzlərinə “Səlimova” (ehtimal ki, digər İddiaçı2) tərəfindən imza edilməklə qəbul edilmiş, “Market” qəzetinin müxtəlif tarixli buraxılışlarında əmlakın ilkin satış qiyməti 54 000 manat olmaqla hərraca çıxarılacağı barədə hərracın keçiriləcəyi yer göstərilməklə məlumat dərc edilmiş, həmin tarixə təyin edilmiş ilkin hərrac baş tutmadığından, xx.xx.2019-cu il tarixdə satış qiyməti 45 900 manat olmaqla təkrar hərraca çıxarılacağı barədə elan yerləşdirilmiş, daha sonra təkrar hərracın baş tutmadığı barədə məlumat verilmişdir.

70. Əmlakın real dəyərindən aşağı qiymətə satılmasına gəldikdə, müəyyən edilmişdir ki, İddiaçı1 məxsus olmuş əmlak bilavasitə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında müəyyənləşdirilmiş ilkin satış qiyməti ilə açıq hərraca çıxarılmışdır.

71. Göründüyü kimi, iddiaçılara hərracın vaxtı barədə məlumat verilməsi və əmlakın dəyərinin məhkəmə qətnaməsi ilə təyin edilməsi müəyyən edilib. Başqa sözlə, iddiaçıların istinad etdiyi hallar müəyyən edilməyib. Hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçıya yazılı bildirişlərin göndərilməməsi, hərracın iddiaçıdan gizlin keçirilməsi barədə apelyatorun arqumentləri və əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu öz təsdiqini tapmamışdır. Apelyasiya instansiyası da işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə hərracın keçirilmə qaydasını nizama salan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İşin müəyyən edilmiş halları tətbiq edilən normaların dispozitiv şərt lərinə uyğun olaraq iddianın təmin edilməsini istisna etmişdir.

72. Apelyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

73. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, apelyasiya instansiyasının istinad etdiyi analoji iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklifdir (ofertadır). Bu maddə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı etmir. Yalnız “İpoteka h aqqında” Qanunun 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilir, elanın kütləvi informasiya vasitələrində dərc edilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları göstərilir. Elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulur.

74. Kassasiya şikayətində icra qurumunun yol verdiyi pozuntulara apelyasiya instansiyasının qiymət verməməsi barədə dəlilə gəldikdə, kollegiya qeyd edir ki, əvvəla, iddiaçılar apelyasiya şikayətində bu barədə hər hansı dəlil irəli sürməmişlər. Belə olan halda, apelyasiya şikayətində irəli sürmədikləri dəlilin apelyasiya instansiyası tərəfindən araşdırılmaması barədə kassasiya şikayətinin dəlil ləri əsaslı sayıla bilməz.

75. Bundan başqa, qeyd edilən dəlillər həm də işin faktiki halları ilə əlaqəlidir. Qeyd edildiyi kimi apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur.

76. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

77. Y uxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1857/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar