Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4652/2020 28.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil və cavabdehin vəkili X5 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh1 ASC-nin “xxxx” MMC-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 nömrəli iş üzrə 10.03.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassa siya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 ASC-nin “xxxx” MMC-nə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 16 may 2019-cu il tarixli 59/k saylı və 15 fevral 2019-cu il tarixli 29/k saylı əmrlərini ləğv edib, iddiaçının əvvəlki qarovul rəisi vəzifəsinə qəbul edilməsi və məcburi iş buraxma vaxtına görə 16 may 2019-cu il tarixdən işə bərpa olunduğu günə kimi əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Aygün Həsənova) 02 dekabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Qurbanov - sədrlik edən və məruzəçi, X.Sarıyev və A.Hüseyn) 10.03.2020-ci il tarixli, X5 nömrəli qətnaməsi ilə Cavabdeh1 ASC-nin “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin X5 nömrəli mülki iş üzrə qəbul etdiyi 02 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh1 ASC-nin “xxxx” MMC-nə qarşı Cavabdeh1 ASC-nin “xxxx” MMC-nin 16 may 2019-cu il tarixli 59/k saylı və 15 fevral 2019-cu il tarixli 29/k saylı əmrlərini ləğv edib, iddiaçının əvvəlki qarovul rəisi vəzifəsinə qəbul edilməsi və məcburi iş buraxma vaxtına görə 16 may 2019-cu il tarixdən işə bərpa olunduğu günə kimi əmək haqqının ödənilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.01.2019-cu il tarixli, X5 nö mrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin mübahisənin həlli zamanı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamış, sübutlar tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və nəticədə iddiaçının maddi vəziyyətinin pisləşməsinə səbəb olan məhkəmə aktı qəbul edilmişdir. Belə ki, işə baxan apelyasiya instansiyası məhkəməsi, iddia tələbinin 15.02.2019-cu il tarixli 29/k saylı əmrin ləğv edilməsi hissəsində hesab etmişdir ki, guya bununla bağlı iddia müddəti iddiaçı tərəfin dən buraxılmışdır. Lakin, məhkəmə nəzərə almamışdır ki, iddiaçı ilkin olaraq pozulmuş əmək hüququnun bərpa olunması məqsədi ilə məhkəməyə 07.06.2019-cu il tarixdə müraciət etmişdir. İddiaçı onun əmək hüququnun pozulmasını 29.05.2019-cu il tarixdə bilmişdir. Birinci instansiya məhkəmələri (Yasamal rayon və Xətai rayon) tərəfindən əsassız və qanunsuz olaraq iddia ərizəsi dəfələrlə ərazi aidiyyətı məsələsinə görə işin baxılmasını yubatması iddiaçının yalnız 04.11.2019-cu il tarixdə iddia ərizəsinə əlavəni məhkəməyə təqdim etməsinə gətirib çıxarmışdır. Yəni, iddiaçı tərəfindən 15.02.2019-cu il tarixli 29/k saylı əmrin ləğv edilməsinə dair ərizəsi iddia müddəti daxilində hazırlanması, lakin məhkəmələrin əsassız süründürməçiliyi nəticəsində onu məhkəməyə təqdim edə bilməməsi iddia müddətinin ö türülməsi hesab edilə bilməz. Belə ki, cavabdehin hüquqi ünvanına görə ilkin iddia ərizəsi Yasamal Rayon Məhkəməsinə verilmiş, lakin məhkəmə bunu qanunsuz hesab etmiş, qərardad qəbul edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Bundan sonra apelyasiya şikayəti verilmiş, apelyasiya məhkəməsi qərardadı ləğv edərək işi yenidən Yasamal rayon məhkəməsinə qaytarmışdır. Yasamal rayon məhkəməsi işə yenidən özü işə baxmayaraq, onu Xətai Rayon Məhkəməsinə göndərmişdir. Lakin bundan iddiaçının xəbəri olmamışdır. İddiaçı işə Xətai Rayon Məhkəməsində baxılacağından yalnız bu barədə Xətai Rayon Məhkəməsinin bildirişini aldıqdan sonra xəbər tutmuşdur və birinci baxışda da MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin 15.02.2019-cu il tarixli 29/k saylı əmrin ləğv edilməsi his səsində artırılması barədə ərizə vermişdir. Göründüyü kimi, iddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən onun qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq iddia müddətinə hələ 21 günü qalmışdır. Lakin, məhkəmələrin ərazi aidiyyətı ilə bağlı işin mahiyyəti üzrə baxılmasını yubatması 15.02.2019-cu il tarixli 29/k saylı əmrin ləğv edilməsi barədə ərizənin verilməsini yalnız 04.11.2019-cu il tarixdə mümkün etmişdir. Bundan başqa apelyasiya məhkəməsi iddiaçının 26.04.2019-cu il tarixdən 15.05.2019-cu il tarixədək işə gəlməməsini rəhbər tutaraq hesab etmişdir ki, iddia tələbi 16.05.2019-cu il tarixli 59/k saylı əmrin ləğv edilərək, iddiaçının qarovul rəisi vəzifəsinə qəbul edilməsi və məcburi iş buraxma vaxtına görə 16.05.2019-cu il tarixdən işə bərpa olunduğu günə kimi əmək haqqının ödənilməsi hissəsində də əsassızdır. Lakin, məhkəmə nəzərə almamışdır ki, iş materiallarına əlavə edilmiş 01 may 2019-cu il tarixli Şirvan şəhər Təcili və X2 Stansiyası tərəfindən verilmiş arayışa əsasən, 26 aprel 2019-cu il tarixdə saat 13:18-də S.Zeynalov 18/12 ünvanından 1977-ci il təvəllüdlü İddiaçı adına çağırış daxil olmuşdur. 27 aprel 2019-cu il tarixdə isə iddiaçı ərizə ilə müəssisə rəhbərliyinə müraciət etmiş və səhhəti ilə bağlı məzuniyyətə çıxmaq barədə ərizə vermişdir. Cavabdehin nümayəndəsinin dediyinə görə iddiaçının qeyd edilən ərizəsi qəbul edilməmiş və səbəb olaraq onun vəzifəsinin səhv qeyd etməsi göstərilmişdir. Lakin, iddiaçı bununla bağlı xəbərdar edilməmişdir və nəticədə 27 apreldən 28 aprelə keçən gecə iş növbəsinə gəlməli olduğu halda işi buraxmışdır. Qeyd etmək laz ımdır ki, iddiaçı onun vəzifəsinin işəgötürən tərəfindən dəyişdirildiyini bilmədiyi üçün, o ərizədə əvvəlki vəzifəsini yazmalı idi. Bundan başqa göründüyü kimi, cavabdeh onun ərizəsini qəbul etmişdir ki, belə bir ərizədən onların xəbəri vardır. Buna görə də cavabdeh təşkilat ən azından məzuniyyət barədə ərizəyə lazımi dəyişikliklərin edilməsi məqsədi ilə iddiaçı ilə söhbət aparmalı idi. İddiaçının 15.05.2019-cu il tarixədək bu barədə xəbərdar edilməməsi ona dəlalət edir ki, cavabdeh İddiaçı qərəzli və qanunsuz olaraq işdən çıxarmaq istəyirmiş. İşçinin qarovul rəisi vəzifəsindən atıcı vəzifəsinə keçirilməsi ilə bağlı da X1 məlumat daxil edilməmişdir. Beləliklə cavabdeh tərəfindən əmək qanunvericiliyinin normalarının pozulmuş və belə olan halda Cavabdeh1 ASC-nin “xxxx” MMC-nin 15 fevral 2019 -cu il tarixli 29/k saylı əmri əsassızdır. Belə ki, əmək məcəlləsinə əsasən işçi əmrlə tanış edilməli və onun razılığı alınmalı olduğu halda məcəllənin bu tələbinə riayət edilməmiş və işçi barədə qanunsuz əmr qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2. 76.1-76.3, 77.1, 80, 82.3, 88, 106, 119.1,216, 217.1-217.4, 220.5, 372.1. 372.7-ci maddələrinin pozuntusuna yol vermiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 72, 80, 300-cti maddələrini mübahisəyə düzgün tətbiq etməmiş, normanı səhv təfsir etmiş, Mülki Məcəllənin 372.1-372.2. 373.1-373.4, 375.1-375.2 və 376-cı maddələrini tətbiq etməklə iddia tələbini rədd etməli olduğu halda bunu etməmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin qanu niliyi və əsaslılığı kontekstindən işə yanaşdıqda belə nəticəyə gəlmək olur ki, sübutlar, tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır. Mübahisəli məsələyə baxmış apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şi kayət təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X5 oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, iddiaçı 01 iyul 1999-cu il tarixdə 2-ci dərəcəli atıcı və 01 iyul 2010-cu il tarixdə 2 saylı mühafizə hissəsinə 6-cı dərəcəli böyük atıcı vəzifəsinə qəbul edilmişdir. Daha sonra cavabdeh tərəfindən 17 oktyabr 2016-cı il tarixdə verilmiş 310/kş saylı əmrlə 2 saylı mühafizə hissəsinin 6-cı dərəcəli böyük atıcısı İddiaçı 1 9 oktyabr 2016-cı il tarixdən həmin mühafizə hissəsində 8-ci dərəcəli müvəqqəti qarovul rəisi vəzifəsinə keçirilmişdir. Cavabdehin 15 fevral 2019-cu il tarixli 29/k saylı əmri ilə 2 saylı mühafizə hissəsinin 8-ci dərəcəli müvəqqəti qarovul rəisi İddiaçı 20 fevral 2019-cu il tarixdən 6-cı dərəcəli böyük atıcı vəzifəsinə geri qaytarılması əmri verilmişdir. İddiaçı 27 aprel 2019-cu il tarixdən növbəti əmək məzuniyyətinə buraxılması üçün ərizə ilə cavabdehə müraciət etmişdir. “xxxx" MMC-nin 29.04.2019-cu il tarixli 92/kş saylı əmri ilə İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş və bir daha belə hallara yol verərsə, barəsində daha ciddi tədbirlər görüləcəyi qərara alınmışdır. Həmin əmrdə göstərilmişdir ki, 2 sayl ı mühafizə hissəsinin böyük atıcısı İddiaçı 27.04.2019-cu il tarixində təxminən saat 16:05 radələrində qarovul rəisinə yaxınlaşaraq 21.02.2019-cu il tarixdən 25.04.2019-cu il tarixədək xəstə olduğu barədə əmək qabiliyyətinin olmaması vərəqəsini və əmək məzuniyyətinə çıxması barədə ərizəni təqdim edərək getmişdir. Böyük atıcı İddiaçı 26.04.2019-cu il tarixində gündüz iş növbəsində olmalı olduğu halda növbəyə gəlməmişdir. 27.04.2019cu il tarixdən əmək məzuniyyətinə getməsi barədə ərizədə vəzifəsini (qarovul rəisi) düzgün qeyd etmədiyi və məzuniyyətə getdiyi tarixi ilə qeydiyyat tarixi eyni və gec olduğu üçün qəbul edilməmişdir. Böyük atıcı İddiaçı sənədinin qeydiyyat olub-olmaması barədə məlumat bilmədən 27.04-28.04.2019-cu il tarixində olan gecə iş növbəsinə gəlməmişdir. Böyük atıcı İddiaçı “xxxx” MMC-nin "Xidmətin təşkili və aparılması qaydaları haqqında” təlimatın tələblərini kobud şəkildə pozmuş və üzərinə düşən vəzifəni tələb olunan qaydada yerinə yetirməmişdir. “xxxx" MMC tərəfindən müəssisənin Həmkarlar İttifaqı Komitəsinə 07.05.2019-cu il tarixli məktubla müraciət olunaraq, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, MMCnin xidmətin təşkili və aparılması qaydaları haqqında təlimatın tələblərini kobud surətdə pozduğuna görə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsinə münasibət bildirməsi xahiş olunmuşdur. Həmkarlar İttifaqı Komitəsi tərəfindən 07.05.2019-cu il tarixdə İddiaçı 10.05.2019-cu ildə saat 10:00-da keçiriləcək iclas barədə bildiriş göndərilmiş, lakin İddiaçı iclasa gəlmədiyi üçün 16.05.2019-cu il saat 10:00-a təxirə salınaraq ona bu barədə 10.05.2019-cu il tarixli bildirişlə məlumat verilmiş, lakin İddiaçı HİK-in həmin iclasına da gəlməmişdir. Həmkarlar İttifaqı Komitəsinin 16.05.2019-cu il tarixli 14 saylı qərarına əsasən 2 saylı hissənin böyük atıcısı İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, 29.04.2019-cu il tarixdə verilən intizam tənbehindən nəticə çıxarmadığına, “xxxx” MMC-nin xidmətin təşkili və aparılması qaydaları haqqında təlimatın tələblərini kobud surətdə pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə komitə öz razılığını bildirmişdir. Cavabdehin 16 may 2019-cu il tarixli 59/k saylı əmri ilə 2 saylı mühafizə hissəsinin böyük atıcısı İddiaçıla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 16 may 2019-cu il tarixdən ləğv edilmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən irəli sürülmüş 15 fevral 2019-cu il tarixli 29/k saylı əmrin ləğv edilməsi ilə bağlı birinci tələb üzrə müəyyən etmişdir ki, iş materiallarında həmin əmrin surətinin iddiaçıya rəsmi qaydada verilməsini təsdiq edən heç bir sənəd mövcud deyildir. Lakin 29 may 2019-cu il tarixdə iddiaçının əmək kitabçası ona təhvil verilmişdir. Hazırki iddia ərizəsi isə 07.06.2019-cu il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş və iddiaçı həmin ərizədə ona heç bir rəsmi xəbərdarlıq olunmadan 15 fevral 2019-cu il tarixli 29/k saylı əmrlə 6-cı dərəcəli atıcı vəzifəsinə keçirildiyinə və bu zaman heç bir razılığının olmadığına, onunla buna dair heç bir yeni müqavilənin bağlanmadığına istinad etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ən azı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi 07.06.2019-cu il tarixdə 15 fevral 2019-cu il tarixli 29/k saylı əmrin mövcudluğundan xəbərdar olmuşdur. Ona görə də, iddiaçının öz hüququnun pozulmasının aşkar edildiyi gün ən azı həmin tarix, yəni 07.06.2019-cu il hesab edilir. Lakin iddiaçı əmri həmin vaxt, yəni birinci dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən deyil, bundan yalnız 5 ay sonra, yəni 04.11.2019-cu il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək, mübahisələndirmişdir. İddiaçının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində müəyyən edilmiş 1 aylıq iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini və birinci instansiya məhkəməsində cavabde h tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, iddia müddətinin keçməsi səbəbinə görə 15 fevral 2019-cu il tarixli 29/k saylı əmrin ləğv edilməsi tələbləri təmin oluna bilməz. Həmçinin apelyasiya instansiyası məhkəməsi 16 may 2019-cu il tarixli 59/k saylı əmrin ləğv edilərək, iddiaçının əvvəlki qarovul rəisi vəzifəsinə qəbul edilməsi və məcburi iş buraxma vaxtına görə 16 may 2019-cu il tarixdən işə bərpa olunduğu günə kimi əmək haqqının ödənilməsi barədə tələblər üzrə müəyyən etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsas 2 saylı mühafizə hissəsinin böyük atıcısı İddiaçı 26.04.2019-cu il tarixindən 15.05.2019-cu il tarixinədək heç kimə məlumat vermədən və heç bir üzrlü səbəb olmadan iş növb ələrinə gəlməməsi və onunla əlaqə yaradılmasına cəhd edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməməsi, böyük atıcı İddiaçı “xxxx” MMC-nin “Xidmətin təşkili və aparılması qaydalar haqqında” təlimatın tələblərini, əmək müqaviləsi ilə üzərinə düşən əmək vəzifələrini kobud şəkildə pozması olmuşdur. İddiaçı əmək məzuniyyətində olduğundan işə çıxmadığını, cavabdeh isə iddiaçının ərizəsində öz vəzifəsini qarovul rəisi kimi yazmaqla düzgün qeyd etmədiyi üçün onun əmək məzuniyyətinə çıxması barədə ərizəsinin qəbul edilmədiyini, iddiaçının ərizə verdikdən sonra onun nəticəsi ilə ümumiyyətlə maraqlanmadığını bildirmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı heç bir üzrlü səbəb olmadan və işəgötürənə xəbər vermədən 26.04.2019-cu il tarixdən 15.05.2019-cu il tarixə qədər işə gəlməmişdi r. Eyni zamanda iddiaçı 27.04.2019-cu il tarixdən növbəti əmək məzuniyyətinə çıxması ilə əlaqədar işəgötürənə ərizə versə də, onun ərizəsi qəbul edilməmiş və onun məzuniyyətə çıxması ilə bağlı əmr verilməmişdir. “xxxx" MMC-nin 2 saylı mühafizə hissəsinin işçilərinin 2018-2019-cu illər üçün 03.02.2019-cu il tarixdə təsdiq edilmiş məzuniyyət cədvəlinə əsasən İddiaçı iyul ayında məzuniyyətə çıxmalı olduğu qeyd olunmuş və iddiaçı həmin cədvəli imzalamışdır. Cavabdeh təşkilatda Əmək Məcəlləsinin 133-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəli tərtib edilmiş və iddiaçı da həmin cədvəli imzalamışdır. Bundan sonra iddiaçı həmin cədvəl üzrə müəyyən edilmiş müddətdə deyil, ondan əvvəl məzuniyyətə çıxması barədə ərizə vermişdir. Halbuki Əmək Məcə lləsinin 134-cü maddəsinin 1-ci hissəsində təsbit olunmuşdur ki, əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Lakin tərəflər arasında belə razılıq əldə olunmamış və onun növbəti əmək məzuniyyətinə çıxması barədə əmr verilməmişdir. Belə olan halda onun işə gəlmədiyi günlər düzgün olaraq işəgötürən tərəfindən iş günü hesab edilmişdir. İşçinin heç bir üzrlü səbəb olmadan 18 iş günü işə gəlməməsi isə Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. iddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə cavabdeh təşkilat onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəll ədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Qeyd edilən Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində i şin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin «e» bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatını n qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 133-cü maddəsinin birinci hissəsinə əsasən istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər. Həmin Məcəllənin 134-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməklə, qeyd edilən maddi hüquq normalarının tələblərini həmin faktiki hallara uyğun düzgün tətbiq etmiş, maddi hüquq normalarının tətbiqində hər hansı səhv ə yol verməmiş, məhkəmənin 15 fevral 2019-cu il tarixli 29/k saylı əmrin ləğv edilməsi barədə tələb üzrə iddia müddətinin keçməsi, həmçinin işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əməl edilməsi, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hər hansı pozuntuya yol verilməməsi barədə qənaətləri əsaslı və düzgün olmuşdur. Kassasiya şikayətinin apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və səhv təfsir edilməsi, həmçinin sübutların düzgün qiymətləndirilməməsi barədə dəlilləri yuxarıda qeyd edilənlərə əsasən öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfind ən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə pr edmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticəl ər əsaslandırılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələn in hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə nəticəyə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyas iya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 nömrəli iş üzrə 10.03.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4652/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4652/2020
28.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver