Məhkəmə qərarları › İş №2(103)-2979/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2979/2020

10.03.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2979/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8528/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxx 2019-cu il tarixli 59/k saylı və xx xxxxxx 2019-cu il tarixli 29/k saylı əmrlərini ləğv edib, iddiaçının əvvəlki qarovul rəisi vəzifəsinə qəbul edilməsi və məcburi iş buraxma vaxtına görə xx xxx 2019-cu il tarixdən işə bərpa olunduğu günə kimi əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)- 8528/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə etdi, İddiaçı isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx xxxx 1999-cu il tarixdə 2-ci dərəcəli atıcı və xx xxxx 2010-cu il tarixdə 2 saylı mühafizə hissəsinə 6-cı dərəcəli böyük atıcı vəzifəsinə qəbul edilmişdir. Daha sonra cavabdeh tərəfindən xx xxxxxxx 2016cı il tarixdə verilmiş 310/kş saylı əmrlə 2 saylı mühafizə hissəsinin 6-cı dərəcəli böyük atıcısı İddiaçı xx xxxxxxx 2016-cı il tarixdən həmin mühafizə hissəsində 8-ci dərəcəli müvəqqəti qarovul rəisi vəzifəsinə keçirilmişdir. Cavabdehin xx xxxxxx 2019-cu il tarixli 29/k saylı əmri ilə 2 saylı mühafizə hissəsinin 8-ci dərəcəli müvəqqəti qarovul rəisi İddiaçı xx xxxxxx 2019-cu il tarixdən 6-cı dərəcəli böyük atıcı vəzifəsinə geri qaytarılması əmri verilmişdir. İddiaçı xx xxxxx 2019-cu il tarixdən növbəti əmək məzuniyyətinə buraxılması üçün ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx xxx 2019-cu il tarixli 59/k saylı əmri ilə 2 saylı mühafizə hissəsinin böyük atıcısı İddiaçıla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx xxx 2019-cu il tarixdən ləğv edilmişdir. İddiaçı bildirir ki, onun məlumatı olmadan və heç bir rəsmi xəbərdarlıq olunmadan xx xxxxxx 2019-cu il tarixdən 29/k saylı əmrlə 6-cı dərəcəli atıcı vəzifəsinə keçirilmişdir. O, başqa vəzifəyə keçirilərkən heç bir razılığı olmamış, onunla buna dair yeni müqavilə bağlanmamışdır. Onunla bağlanmış əmək müqaviləsinə isə əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozularaq xitam verilmişdir. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixədək bülletendə olmuşdur. xx xxxxx 2019-cu il tarixdə işə çıxmalı olsa da, xəstə olmuş və xx xxxxx 2019-cu il tarixdə məzuniyyətlə bağlı ərizə yazmışdır. O, məzuniyyətə çıxsa da, məzuniyyətlə bağlı əmri almamışdır. 27 apreldən 16 may tarixinədək ev şəraitində müalicə alıb, lakin hər hansı arayışı yoxdur. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı xx.xx.2019-cu il tarixli 29/k saylı əmrin mübahisələndirilməsi üçün qanunla müəyyən olunan iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürmüşdür. Belə ki, iddiaçı iddia ərizəsində və ona əlavədə xx.xx.2019-cu il tarixli 29/k saylı əmrlə başqa vəzifəyə keçirilməsindən xəbərinin olmadığını iddia etsə də, xx.xx.2019-cu il tarixdə 2 saylı mühafizə hissəsinin rəisi T.Ağayev tərəfindən ona telefonla zəng edilərək həmin əmrə əsasən xx.xx.2019-cu il tarixdən müvəqqəti işlədiyi qarovul rəisi vəzifəsindən böyük atıcı vəzifəsinə qaytarılması barədə məlumat verilmiş, idarəyə gəlib əmrlə tanış olması və surətini götürməsi təklif olunmuş, lakin o, böyük atıcı işləməyəcəyini və heç bir sənədə imza etməyəcəyini deyərək bundan imtina etmiş və baş idarəyə gedib özünün bu məsələni araşdıracağını bildirmişdir. xx.xx.2019-cu il tarixdə saat 12:00 radələrində iddiaçı “xxx” MMC-nin inzibati binasına gəlmiş ona xx.xx.2019-cu il tarixli 29/k saylı əmr təqdim olunmuş və xx.xx.2019-cu il tarixdən əmək müqaviləsinə uyğun olaraq əsas, yəni böyük atıcı vəzifəsinə qaytarıldığı bildirilmiş, lakin o, qarovul rəisi vəzifəsindən getməyəcəyini deyərək, əmrin surətini almaqdan və əmrlə tanış olmağına dair imzadan imtina etmiş, MMC-nin direktorunun qəbuluna getmiş, müəssisənin direktoru da ona əsas işinə qaytarıldığını bildirdikdən sonra narazı şəkildə heç bir sənədi imzalamadan idarədən getmişdir. Qeyd edilənlər barədə müvafiq aktlar tərtib edilmişdir. Bundan başqa, iddiaçı bu barədə ən azı əmək müqaviləsinə xitam verildikdən sonra əmək kitabçası işəgötürən tərəfindən xx.xx.2019-cu il tarixdə ona verilərkən həmin kitabçadakı müvafiq qeyd əsasında məlumatlı olmuş və artıq həmin vaxt hüququnun iddia etdiyi pozulması faktını aşkar etmişdir. İddiaçının xx.xx.2019-cu il tarixdə tərtib edib məhkəməyə xx.xx.2019-cu il tarixdə təqdim etdiyi iddia ərizəsində də həmin əmrə istinad etməsi bu halı bir daha təsdiq edir. Lakin buna baxmayaraq iddiaçı həmin əmri məhkəmədə qanunvericiliyin tələbinə əsasən hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində deyil, həmin vaxtdan xeyli müddət keçdikdən sonra, məhkəməyə xx.xx.2019-cu il tarixdə iddia ərizəsinə əlavə verməklə mübahisələndirmişdir. Halbuki, iddiaçı müvafiq iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət edərkən artıq başqa işə qanunsuz keçirildiyini iddia etdiyi xx.xx.2019-cu il tarixli əmr barədə də məlumatlı idi. Bu səbəbdən istər həmin vaxt, istərsə də işin Xətai Rayon Məhkəməsində mahiyyəti üzrə baxılmasına başlandığı vaxtadək keçən müddət ərzində o, həmin əmri də mübahisələndirmək üçün kifayət qədər imkana malik olmaqla, ona bu hüququnu realizə etməyə mane olan hər hansı hal olmamışdır. Ona görə də, iddiaçının xx.xx.2019-cu il tarixli 29/k saylı əmrin ləğv edilməsi tələbi, həmin tələbin irəli sürülməsi üçün qanunla müəyyən olunmuş iddia müddəti keçdiyi üçün rədd edilməlidir. Həmçinin iddiaçının işdən azad edilməsi barədə xx.xx.2019-cu il tarixli 59/k saylı əmr verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixli əmrlə xx.xx.2019-cu il tarixdən etibarən əvvəlki böyük atıcı vəzifəsinə qaytarıldıqdan sonra xəstəliyini bəhanə gətirərək işə çıxmamış, təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqinə və Şirvan şəhər Mərkəzi Xəstəxanasının cavabdehə ünvanlandığı xx.xx.2019-cu il tarixli 327 saylı arayışa əsasən xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə ŞMX-nin İİ Terapiya şöbəsində "Dissirkulyator ensefalopatiya" diaqnozu ilə stasionar müalicə qəbul etmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ŞMX-nin Poliklinika şöbəsinin nevroloji kabinetində ambulator müalicə almış və xx.xx.2019-cu il tarixdən işə başlamalı olmuşdur. Lakin iddiaçı xx.xx.2019-cu il tarixdə gündüz iş növbəsində olmalı olduğu halda heç kimə məlumat vermədən növbəyə gəlməmiş, xx.xx.2019-cu il tarixdə saat təxminən 16:00 radələrində qarovul rəisinə səhhətində problemlər yarandığından müalicəni davam etdirməyə görə onu həmin tarixdən növbəti əmək məzuniyyətinə buraxmağa dair ərizə təqdim edib getmiş, qarovul rəisi onun ərizədə öz vəzifəsini qarovul rəisi kimi yazmaqla düzgün qeyd etmədiyini diqqətinə çatdırsa da, o, buna məhəl qoymamış, bu səbəbdən və işçilərin 2018-2019-cu illər üçün xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş məzuniyyət cədvəlinə əsasən iddiaçı iyul ayında məzuniyyətə çıxmalı olduğu üçün ərizə hissə rəisi və kadrlar şöbəsi tərəfindən qəbul edilməmiş, hissə və qarovul rəislərinin çoxsaylı telefon zənglərinə cavab verməmiş, məzuniyyət ərizəsinin nəticəsi ilə maraqlanmadan və bu barədə məlumat əldə etmədən 27.04-xx.xx.2019-cu il tarixlərində olan gecə iş növbəsinə gəlməmişdir. Bununla əlaqədar cavabdehin xx.xx.2019-cu il tarixli 92/kş saylı əmri ilə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş və bir daha belə hallara yol verərsə, barəsində daha ciddi tədbirlər görüləcəyi qərara alınmış, həmin tarixli məktubla müraciət olunaraq, işə çıxmadığı günlər üçün əsaslandırıcı sənəd təqdim etmədiyini və bununla əmək müqaviləsi üzrə öhdəliklərinin, müəssisədaxili intizam qaydalarının kobud şəkildə pozulmasını nəzərə alaraq bütün bunların araşdırılması məqsədilə müəssisəyə dəvət olunmuş, əks təqdirdə onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyinə dair xəbərdarlıq edilmiş, lakin o, məktubu belə qəbul etməkdən imtina etmişdir. Bundan sonra iddiaçı xx.xx.2019-cu il tarixədək olan müddətdə yenə də heç kimə məlumat vermədən və heç bir üzrlü səbəb olmadan iş növbələrinə gəlməmiş, onunla əlaqə yaradılmasına dəfələrlə cəhd edilməsinə baxmayaraq hər hansı nəticə əldə edilməmişdir. Belə olan təqdirdə cavabdeh MMC-nin direktoru tərəfindən müəssisənin Həmkarlar İttifaqı Komitəsinə xx.xx.2019-cu il tarixli məktubla müraciət olunaraq, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, MMC-nin xidmətin təşkili və aparılması qaydaları haqqında təlimatın tələblərini kobud surətdə pozduğuna görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsinə münasibət bildirməsi xahiş olunmuşdur. HİK tərəfindən xx.xx.2019-cu il tarixdə iddiaçıya xx.xx.2019-cu ildə saat 10:00-da keçiriləcək iclas barədə bildiriş göndərilmiş, eyni zamanda HİK-in sədri ona mobil telefonla əvvəlcədən məlumat vermiş, buna baxmayaraq iddiaçı iclasa gəlmədiyi üçün xx.xx.2019-cu il saat 10:00-a təxirə salınaraq ona bu haqda xx.xx.2019-cu il tarixli bildirişlə məlumat verilmiş, lakin iddiaçı HİK-in həmin iclasına da gəlməmiş, iclas başlayarkən telefon əlaqəsi saxlanılsa da, israrla bir daha idarəyə gəlməyəcəyini bildirmiş, HİK-in xx.xx.2019-cu il tarixli 14 saylı protokoluna əsasən məsələyə iclasda bu səbəbdən onun iştirakı olmadan baxılaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş birinci tələb xx xxxxxx 2019-cu il tarixli 29/k saylı əmrin ləğv edilməsi ilə bağlıdır. İş materiallarında həmin əmrin surətinin iddiaçıya rəsmi qaydada verilməsini təsdiq edən heç bir sənəd mövcud deyildir. Bununla yanaşı işdən görünür ki, xx xxx 2019-cu il tarixdə iddiaçının əmək kitabçası ona təhvil vermişdir. Hazırki iddia ərizəsi isə xx.xx.2019-cu il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş və iddiaçı həmin ərizədə ona heç bir rəsmi xəbərdarlıq olunmadan xx xxxxxx 2019-cu il tarixli 29/k saylı əmrlə 6-cı dərəcəli atıcı vəzifəsinə keçirildiyinə və bu zaman heç bir razılığının olmadığına, onunla buna dair heç bir yeni müqavilənin bağlanmadığına istinad etmişdir. Göründüyü kimi iddiaçı ən azı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2019-cu il tarixdə xx xxxxxx 2019-cu il tarixli 29/k saylı əmrin mövcudluğundan xəbərdar olmuşdur. Ona görə də, iddiaçının öz hüququnun pozulmasının aşkar edildiyi gün ən azı həmin tarix, yəni xx.xx.2019-cu il hesab edilir. Lakin o, əmri həmin vaxt, yəni birinci dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən deyil, bundan yalnız 5 ay sonra, yəni xx.xx.2019-cu il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək, mübahisələndirmişdir. Halbuki Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini və birinci instansiya məhkəməsində cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə xx xxxxxx 2019-cu il tarixli 29/k saylı əmrin ləğv edilməsi tələbləri təmin oluna bilməz. Həmçinin kollegiya hesab edir ki, xx xxx 2019-cu il tarixli 59/k saylı əmrin ləğv edilərək, iddiaçının əvvəlki qarovul rəisi vəzifəsinə qəbul edilməsi və məcburi iş buraxma vaxtına görə xx xxx 2019-cu il tarixdən işə bərpa olunduğu günə kimi əmək haqqının ödənilməsi barədə tələblər də əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 80-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir (80.1). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir (80.2). Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmr verilərkən Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələbləri pozulmamışdır. Belə ki, əmrdən görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsas 2 saylı mühafizə hissəsinin böyük atıcısı İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək heç kimə məlumat vermədən və heç bir üzrlü səbəb olmadan iş növbələrinə gəlməməsi və onunla əlaqə yaradılmasına cəhd edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməməsi, böyük atıcı İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin “Xidmətin təşkili və aparılması qaydalar haqqında” təlimatın tələblərini, əmək müqaviləsi ilə üzərinə düşən əmək vəzifələrini kobud şəkildə pozması olmuşdur. İddiaçı bildirir ki, o, əmək məzuniyyətində olduğundan işə çıxmamışdır. Cavabdeh isə bildirir ki, iddiaçı ərizəsində öz vəzifəsini qarovul rəisi kimi yazmaqla düzgün qeyd etmədiyi üçün onun əmək məzuniyyətinə çıxması barədə ərizəsi qəbul edilməmişdir. Həmçinin iddiaçı ərizə verdikdən sonra onun nəticəsi ilə ümumiyyətlə maraqlanmamışdır. İş materiallarından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 92/kş saylı əmri ilə İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş və bir daha belə hallara yol verərsə, barəsində daha ciddi tədbirlər görüləcəyi qərara alınmışdır. Həmin əmrdə göstərilmişdir ki, 2 saylı mühafizə hissəsinin böyük atıcısı İddiaçı xx.xx.2019-cu il tarixində təxminən saat 16:05 radələrində qarovul rəisinə yaxınlaşaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək xəstə olduğu barədə əmək qabiliyyətinin olmaması vərəqəsini və əmək məzuniyyətinə çıxması barədə ərizəni təqdim edərək getmişdir. Böyük atıcı İddiaçı xx.xx.2019-cu il tarixində gündüz iş növbəsində olmalı olduğu halda növbəyə gəlməmişdir. xx.xx.2019-cu il tarixdən əmək məzuniyyətinə getməsi barədə ərizədə vəzifəsini (qarovul rəisi) düzgün qeyd etmədiyi və məzuniyyətə getdiyi tarixi ilə qeydiyyat tarixi eyni və gec olduğu üçün qəbul edilməmişdir. Böyük atıcı İddiaçı sənədinin qeydiyyat olub-olmaması barədə məlumat bilmədən 27.04-xx.xx.2019cu il tarixində olan gecə iş növbəsinə gəlməmişdir. Böyük atıcı İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin "Xidmətin təşkili və aparılması qaydaları haqqında” təlimatın tələblərini kobud şəkildə pozmuş və üzərinə düşən vəzifəni tələb olunan qaydada yerinə yetirməmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən müəssisənin Həmkarlar İttifaqı Komitəsinə xx.xx.2019-cu il tarixli məktubla müraciət olunaraq, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, MMC-nin xidmətin təşkili və aparılması qaydaları haqqında təlimatın tələblərini kobud surətdə pozduğuna görə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsinə münasibət bildirməsi xahiş olunmuşdur. Həmkarlar İttifaqı Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı xx.xx.2019-cu ildə saat 10:00-da keçiriləcək iclas barədə bildiriş göndərilmiş, lakin İddiaçı iclasa gəlmədiyi üçün xx.xx.2019-cu il saat 10:00-a təxirə salınaraq ona bu barədə xx.xx.2019cu il tarixli bildirişlə məlumat verilmiş, lakin İddiaçı HİK-in həmin iclasına da gəlməmişdir. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2019-cu il tarixli 14 saylı qərarına əsasən 2 saylı hissənin böyük atıcısı İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, xx.xx.2019-cu il tarixdə verilən intizam tənbehindən nəticə çıxarmadığına, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xidmətin təşkili və aparılması qaydaları haqqında təlimatın tələblərini kobud surətdə pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam veriməsinə komitə öz razılığını bildirmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin 2 saylı mühafizə hissəsinin işçilərinin 2018-2019-cu illər üçün xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş məzuniyyət cədvəlinə əsasən İddiaçı iyul ayında məzuniyyətə çıxmalı olduğu qeyd olunmuş və iddiaçı həmin cədvəli imzalamışdır. Göründüyü kimi iddiaçı heç bir üzrlü səbəb olmadan və işəgötürənə xəbər vermədən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər işə gəlməmişdir. Eyni zamanda iddiaçı xx.xx.2019-cu il tarixdən növbəti əmək məzuniyyətinə çıxması ilə əlaqədar işəgötürənə ərizə versə də, onun ərizəsi qəbul edilməmiş və onun məzuniyyətə çıxması ilə bağlı əmr verilməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh təşkilatda Əmək Məcəlləsinin 133cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəli tərtib edilmiş və iddiaçı da həmin cədvəli imzalamışdır. Bundan sonra iddiaçı həmin cədvəl üzrə müəyyən edilmiş müddətdə deyil, ondan əvvəl məzuniyyətə çıxması barədə ərizə vermişdir. Halbuki Əmək Məcəlləsinin 134-cü maddəsinin 1-ci hissəsində təsbit olunmuşdur ki, əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Lakin tərəflər arasında belə razılıq əldə olunmamış və onun növbəti əmək məzuniyyətinə çıxması barədə əmr verilməmişdir. Belə olan halda onun işə gəlmədiyi günlər düzgün olaraq işəgötürən tərəfindən iş günü hesab edilmişdir. İşçinin heç bir üzrlü səbəb olmadan 18 iş günü işə gəlməməsi isə Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə cavabdeh təşkilat onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməkdə haqlı olmuşdur. Ona görə də, iddiaçının işdən azad olunması barədə əmrin ləğv edilməsi və iddiaçının vəzifəsinə bərpa edilməsi, o cümlədən məcburi işburaxmaya görə əmək haqqının tutulması üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8528/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh1 ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı Cavabdeh1ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxx 2019-cu il tarixli 59/k saylı və xx xxxxxx 2019-cu il tarixli 29/k saylı əmrlərini ləğv edib, iddiaçının əvvəlki qarovul rəisi vəzifəsinə qəbul edilməsi və məcburi iş buraxma vaxtına görə xx xxx 2019-cu il tarixdən işə bərpa olunduğu günə kimi əmək haqqının ödənilməsi barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar