Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4653/2023 20.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyul 2023-cü il tarixli, 2(103)391/2023 saylı qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdeh qarşı iddia əriz əsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında cavabdeh məxsus torpaq sahəsi ilə İddiaçı məxsus torpaq sahəsini biri-birindən ayıran sərhəd daş hasarın ətrafına cavabdeh tərəfindən yığılmış tikinti inşaat materiallarının (torpaq və s.) cavabdeh tərəfindən yığışdırılmaqla təmizlənməsi; Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında cavabdehə məxsus torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsini biri-birindən ayıran sərhəd daş hasarın əyriliyinin və çat vəziyyətinin cavabdehin vəsaiti hesabına bərpa edilməklə əvvəlki sağlam vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim:Nigar Nəbizadə) 2023-cü il 07 iyul tarixli, 2(001)-237/2023 nömrəli qət naməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən torpaq sahələrini birbirindən ayıran daş hasarına tərəf cavabdeh tərəfindən tökülmüş torpaq qatının və hasarın ətrafına yığılmış tikinti-inşaat materiallarının yığışdırılması öhdəliyinin cavabdeh üzərinə qoyulması, İddiaçı ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən torpaq sahələrini bir-birindən ayıran daş hasar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müəyyən etdiyi qaydalara riayət edilməklə (hasarın hündürlüyü 2 metr 20 santimetrdən çox olmamaq şərtilə) cavabdeh tərəfindən bərpa edilməsi və təhlükəsiz vəziyyətə gətirilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, iddiaçı cavabdeh İddiaçı qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin (hakim: Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Fərid Əyyubov) 2023-cü il 20 iyul tarixli, 2(103)-391/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
1. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
2. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
3. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
4. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
5. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olma dıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
6. Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
7. Maddə 408.1. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
8. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
9. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.
11. Belə ki, MPM-nin 405.0.1-ci maddəsində apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddət, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müəyyən edilmişdir.
12. Həmin normanın tələbinə əsasən şikayət vermə müddətinin axımı qətnamənin “rəsmi qaydada verildiyi gündən başlandığına görə, müddətin axımını hesabl amaq üçün məhkəmə aktının “rəsmi qaydada verilməsi” anlayışının nəyi ifadə etməsi müəyyən olunmalıdır. Bu anlayışın izahı MPM-nin 135.5-ci maddəsində verilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
13. Göründüyü kimi MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində göstərilən hər hansı bir qaydada çatdırılan məhkəmə sənədləri, rəsmi qaydada verilmiş sayılır. Bu qaydaların birindən bəhs edən MPM-nin 135.6-cı maddəsində deyilir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yar adılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
14. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyul 2023-cü il tarixli, 2(103)-391/2023 saylı qətnaməsi cavabdehin nümayəndəsi və vəkili Nümayəndə elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir.
15. Cavabdeh Süleymanov Mürsəl Mahmud oğlunun nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayətini verdikdə nəzərdə tutulan prossesual müddəti ötürmüş və prossesual müddətin ötürülməsinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Cavabdeh qətnaməni rəsmi poçt vasitəsi ilə xx.xx.2023-ci il tarixdə alsa da, nümayəndəsi elektron kabinet vasitəsi ilə xx.xx.202 3-cü il tarixdə aldığından qətnamədən kassasiya şikayəti verilməsi müddəti xx.xx.2023-cü il tarixdən hesablanmaqla buraxılmışdır.
16. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
17. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
18. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir.
19. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.
20. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 408 və 411ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-391/2 023 nömrəli iş üzrə 20 iyul 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin və kassasiya şikayəti geri qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.