Məhkəmə qərarları › İş №2(102)-4656/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4656/2022

13.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4656/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4656/2022 (Açar sözlər: hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “keçirilmiş hərracın, onun nəticələrinin, dövlət reyestrində edilmiş qeydin və verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2022-ci il tarixli, 2(103)-2349/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 ədəd 2 mərtəbəli 6 otaqlı 148,7 kv.m. yaşayış, 254,4 kv.m. köməkçi sahədən ibarət 101 nömrəli fərdi yaşayış evi X3 adına tam mülkiyyət hüququ üzrə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Kreditor-ipoteka saxlayan qismində "xxxx" ASC ilə alıcı-ipoteka qoyan qismində X6 və satıcı qismində X9 arasında bağlanmış xx.xx.2008-ci il tarixli yaş ayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi ilə, mübahisəli ev X3 mülkiyyətinə verilmiş, mənzilin satış qiyməti 320.700 ABŞ dolları-261.000 manat, mənzilin dəyərinin 96.210 ABŞ dolları – 78.000 manat S.Mirzəyev özü tərəfindən, 224.490 ABŞ dolları – 183.000 manat isə Cavabdeh2 ASC tərəfindən xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən Səmənd Mirzəyevə verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Səmənd Mirzəyev satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən onunla Cavabdeh2 ASC arasında bağlanmış həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Cavabdeh2 ASC-yə ipotekaya vermişdir.

3. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4225/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə X1 cəmi 272.369,42 ABŞ dolları kredit borcu ödəniş anında ABŞ dollarını n AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması, tutulacaq məbləğin cavabdeh X4 məxsus mübahisəli evə yönəldilməsi, həmin evin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində iddiaçı Cavabdeh2 ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 282.000 manat müəyyən edilməsi, Cavabdeh2 ASC-yə ödənilməli olan əsas kredit borcu, kredit faizi və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh X4 qaytarılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh S.Mirzəyev qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkə məsinin 2(010)-4225/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi borcun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, cavabdeh X2 cəmi 229.061,23 ABŞ dollarının ödəniş anında ödəniş yerinin məzənnəsinə uyğun olaraq manatla iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması, qətnamənin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. X7 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir.

5. İddiaçı mərhum X3 oğludur.

6. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-76/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər "xxxx" MMC-nə və Cavabdeh2 ASC-nə qarşı keçirilmiş hərracın, onun nəticələrinin əsasında dövlət reyestrində edilmiş qeydin və verilmiş çıxarışın qanunsuz sayılması tələblərinə dair i ddiası təmin edilmiş, "xxxx" MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evinə dair 2016-cı ilin martın 31-də keçirilmiş hərrac, onun yekunları üzrə eyni tarixli 27/01 saylı protokollar etibarsız hesab edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evin alqı-satqısı barədə müqavilə ləğv edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evin alqı-satqısı barədə müqavilə əsasında evin Cavabdeh2 ASC-nin mülkiyyəti olmasına dair dövlət reyestrində edi lmiş qeyd və verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın qanunsuz hesab edilərək ləğv edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, keçirilən hərrac qanuni qüvvəsini almamış qətnamə əsasında keçirilmişdir.

7. Bankın həmin qətnamədən verdii apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır.

8. Qeyd olunan iş üzrə apelyasiya şikayətinə baxılarkən mərhum X3 (xx.xx.2018-ci il tarixdə vəfat etmişdir) oğlu İddiaçı onun hüquqi varisi kimi prosesə cəlb edilmişdir (Bakı şəhəri, 4 saylı “Asan Xidmət Mərkəzi” tərəfindən vərəsəlik işi açılmışdır).

9. İddiaçı tərəfindən ƏDMK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.20 18-ci il tarixli ərizə ilə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsindəki 101 ünvanındakı 0,06 ha torpaq sahəsinin Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi haqqında reyestr qeydinin ləğv edilməsi, yüklülük haqqında çıxarışın torpağa aid hissəsinin etibarsız sayılmasını və torpaq sahəsinin yüklülükdən azad edilməsini xahiş etmişdir

10. İddiaçı tərəfindən Sabunçu rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizə ilə, icra sənədi üzrə borclu X7 vəfat etdiyi üçün icraatın dayandırılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. 11. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarxili 01 saylı bildirişi ilə,, X4, Sabunçu rayon İcra və Probasiya Şöbəsinə, Cavabdeh2 ASC-yə xx.xx.2019-cu il tarixdə saat 11:00-da keçiriləcək h ərrac barədə məlumat verilmişdir. Həmin Bildiriş ipoteka qoyan X3 ünvanı olan ünvan 4afiq poçt xidməti tərəfindən «ünvan tam deyil, qeyd olunan ünvanda həmin şəxsi tanımırlar» qeydi ilə geri qaytarılmışdır. 12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarxili 02 saylı bildirişi ilə, X4, Sabunçu rayon İcra və Probasiya Şöbəsinə, Cavabdeh2 ASC-yə xx.xx.2019-cu il tarixdə saat 11:00-da keçiriləcək hərrac barədə məlumat verilmişdir. Həmin Bildiriş ipoteka qoyan X3 ünvanı olan ünvan 4afiq poçt xidməti tərəfindən «ünvanda yoxdur» qeydi ilə geri qaytarılmışdır. 13. "xxxx" MMC-nin sifarişi əsasında «Birja yenilikləri» qəzetində 165 (165) №-li 03-09 may 2019-cu il tarixdə, 170 (170) №-li 06-13 iyun 2019-cu il tarixdə, 173 (173) №-li 28 iyun-04 iyul 2019-cu il tarixdə elanlar verilmi şdir. 14. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh2 ASC-yə, surəti: Sabunçu rayon İcra və Probasiya Şöbəsinə və X4 ünvanlanmış xx.xx.2019-cu il tarixli ipoteka predmetinin əldə olunmasına dair təkliflə, Sabunçu rayon İcra və Probasiya Şöbəsinin 3875-244575/17 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklü Bakı şəhəri, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsində yerləşən 101 saylı fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə «Birja yenilikləri» qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. «İpoteka Haqqında» Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 179.775 manat olmaqla ipoteka saxlayana təklif olumuşdur. 15. "xxxx" MM C-nin xx.xx.2019-cu il tarixli 45/01 saylı hərracın yekunları barədə protokolu ilə, Sabunçu Rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında məxsus mübahisəli evin ilkin satış qiyməti 282.000 manat müəyyən olunmuş, təkrar hərracda 25 faiz enmiş qiymətlə - 179.775 manata Cavabdeh2 ASC tərəfindən alınmışdır.

16. Mübahisəli ev Cavabdeh2 ASC-nin adına tam mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı cavabdehlərə qarşı “keçirilmiş hərracın, onun nəticələrinin, dövlət reyestrində edilmiş qeydin və verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

18. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının (varisin) atası X7 ilə Cavabdeh2 ASC arasında xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən kredit verilmişdir. X5 məxsus mənzilin kreditin təminatı kimi ipotekaya qoyulması barədə bank ilə borcalan arasında xx.xx.2008- ci il tarixdə alqı-satqı və ipoteka müqavilələri bağlanmışdır. İpoteka qoyulmuş mənzil ünvan 6 ünvanında yerləşən və X3 mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin bir hissəsində yerləşir. Bankla bağlanmış ipoteka müqaviləsinin 1.5-ci bəndindən də göründüyü kimi, yalnız mənzil ipoteka qoyulmuşdur, 0,06 ha torpaq sahəsi ipoteka qoyulmamışdır. Tərəflərin iddiaçı və cavabdeh olduqları iş üzrə Bakı Apellyasiya Məhkəməsinin hazırda qanuni qüvvədə olan 2(103)-957/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsilə müəyyən edilmişdir ki, ipoteka predmeti fərdi yaşayış evindən ibarət olmuşdur. İpo teka predmetinə sadəcə yaşayış evi daxildir və hərraca ilkin satış qiyməti də sadəcə yaşayış evi üçün müəyyən edilib. Həmin ünvandakı torpaq saşəsi (həmin sahənin bir hissəsində bu ev yerləşir) ipoteka predmetinə və ilkin satış qiymətinə daxil deyildir. Onlar mülki dövriyyənin ayrı-ayrı obyektləridir. İpoteka predmetinin yalnız Bakı şəhəri, Sabunçu rayonu, ünvan 7 ünvandakı torpaq sahəsi də əsassız olaraq bütövlükdə ipoteka ilə yüklü edilmişdir. Bu səhvin aradan qaldırılması üçün DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə də 2018-ci ildə müraciət edilmişdir. Əvvəla, ipoteka müqaviləsində torpaq sahəsi ipoteka qoyulmamışdır. İkincisi, ən yaxşı halda məhz evin yerləşdiyi torpaq sahəsi ipoteka predmeti sayıla bilər ki, bu da 0,06 ha torpaq sahəsinin yarısından da az hissəsidir. Borclu ipoteka qoyan (iddiaçının atası) X7 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onun oğlu (iddiaçı) İddiaçı mirası faktiki qəbul etmiş (həmin mənzildə yaşayır), habelə vərəsəlik işinin açılması üçün qanunla müəyyən edilmiş müddət daxilində notariusa müraciət etmişdir. 4 saylı Bakı «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunda vərəsəlik işi açılmışdır. Miras əmlak yalnız ipoteka qoyulmuş mənzildən və səhvən ipoteka ilə yüklü edilmiş torpaqdan ibarət olduğuna görə notarius bildirmişdir ki, vərəsəlik şəhadətnaməsi verilməsi üçün ipoteka saxlayan bankın razılığı təqdim edilməlidir. Varis banka müraciət etsə də, bankdan şifahi olaraq bildirilmişdir ki, borc bağlanmayınca belə bir razılıq verilməyəcək. Bu səbəbdən varis vərəsəlik şəhadətnaməsi ala bilməmişdir. Varis ipoteka predmetinə tutman ın yönəldilməsi haqqında icra icraatının vərəsəlik şahədətnaməsi alınanadək dayandırılması üçün Sabunçu rayon İcra şöbəsinə 2018-ci ilin iyulunda müraciət etmişdir. Qeyd edilənlərə baxmayaraq, varis məlumatlandırılmadan hərrac keçirilmiş və bank mənzili, habelə əslində ipoteka predmeti olmayan (və ya onun hissəsini) borcun əvəzinə almışdır. Varis bu barədə 2021-ci ilin sentyabrından ona qarşı bankın qaldırdığı mənzildən çıxarılma iddiaçı üzrə Sabunçu rayon Məhkəməsinin iclasında bilmişdir. Keçirilmiş hərrac və onun nəticələri qanunsuzdur. Çünki hərracın keçirilməsinə baxmayaraq bu barədə ipoteka qoyanın varisinə heç bir məlumat verilməmiş, ona qanunda tələb olunan bildiriş təqdim edilməmişdir. Göstərilənlərə əsasən X8 ilə Cavabdeh2 ASC arasında xx.xx.2008-ci il tarixdə bağlanmış alqı-satqı və ipoteka müqaviləsi ilə ünvan 8 ünvanındakı 0,06 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilmədiyi (ipoteka qoyulmadığı) müəyyən edilməsi, həmin torpaq sahəsinin Cavabdeh2 ASC-nin mülkiyyəti olmasına dair daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydin ləğv edilməsi və həmin torpaq sahəsinin Cavabdeh2 ASC-nin mülkiyyəti olmasına dair dövlət reyestrindən verilmiş çıxarışın etibarsız sayılması, ünvan 8 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evinə dair keçirilmiş hərracın, hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli 45/01 saylı protokolun, həmin evin alqı-satqısı barədə eyni tarixli müqavilənin, onların əsasında evin Cavabdeh2 ASC-nin mülkiyyəti olmasına dair dövlət reyestrində edilmiş qeydin və verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

19. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin həcminin azaldılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, torpağa münasibətdə mübahisənin inzibati icraat qaydasında məhkəmədə baxılmasını nəzərə alaraq iddia tələbinin həcmini 0,06 ha torpağa münasibətdə azaldaraq, yəni iddianın 1-ci bəndini iddia tələbləri sırasından çıxardaraq, iddiaya yalnız onun 2-ci bəndi hissəsində, yəni hərracın mübahisələndirilməsi, reyestr qeydinin və çıxarışın etibarsızlığı hissəsində baxılaraq, təmin edilməsini xahiş etmişdir.

20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6627/2021 nömrəli iş üzrə 7 dekabr 2021-ci il tarixli məhkəmə iclasında DƏDRX- nin 1 saylı Bakı Əİ müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

21. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6 yanvar 2022-ci il tarixli, e-2(006)440/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

22. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, hərracın keçirilməsini həyata keçirən "xxxx" MMC tərəfindən «İpoteka haqqında» Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinin qanunla müəyyən olunmuş qaydalarına riayət olunmuş, ipoteka saxlayan "xxxx" KB ASC də təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetini 30 gün müddətində əldə etmişdir.

23. Məhkəmə qeyd etmişdir ki, hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən məlumatlandırılmamaq kimi prosedur baş verməmiş, ipoteka qoyanın ölməsi isə hərracın keçirilməməsi üçün əsas deyildir. Bu barədə hərraca məlumat vermək öhdəliyi isə mirası qəbul etmiş şəxsin üzərinə düşür ki, bu barədə də məlumat verilməmiş və hərrac təşkilatı tərəfindən belə bir öhdəliyin olmasıda qanunla müəyyən edilməmişdir.

24. Məhkəmə həmçinin iddianın dövlət reyestrində edilmiş qeydin və verilmiş çıxarışın etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi hərracın keçirilməsinin və onun nəticələrinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən və sonrakı tələblər ilkin tələblə bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan iddia tələbi bu hissələrdə də təmin oluna bilməz

25. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42, 43, 44-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 337.1, 415.5ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

26. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2349/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rafael Eyvazov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

28. Məhkəmə kollegiyasının mövqeyi 1-ci instansiya məhkəməsi nin mövqeyi ilə eyni olmuş, əlavə olaraq qeyd edilmişdir ki, hazırkı iş üzrə iddiaçı Fərinad Mirzəyəv həm iddia qaldırarkən, həm də 30 iyul 2018-ci il tarixli ərizəni Sabunçu rayon İcra Şöbəsinə təqdim edərkən vəfat etmiş borclu Səmənd Mirzəyevin prosessual varisi olaraq hərəkətlər etmiş, lakin prosessual varis olaraq vəfat etmiş atasının borcları üzrə məsuliyyətli davranmayaraq ərizələri təqdim etdikdən sonra borcun ödənilməsi ilə bağlı hər hansı danışıqlar aparmamış, bocun ödənilməsi istiqamətində vicdanlılığın tələb etdiyi tərzdə davranmamışdır. İddiaçı atasının vəfat etməsi ilə bağlı ərizəni 30 iyul 2018-ci il tarixdə Sabunçu rayon İcra Şöbəsinə təqdim etmiş, mübahisələndirilən hərrac isə xx.xx.2019-cu il tarixdə keçirilmişdir. İddiaçı prosessual varis olaraq vəfat etmiş atasının borcu nun ödənilməsi ilə bağlı hər hansı danışıqlar aparmamış, borcun ödənilməsi istiqamətində təkliflər irəli sürməmişdir. İddiaçı atasının vəfat etməsi ilə bağlı ərizəni 30 iyul 2018-ci il tarixdə Sabunçu rayon İcra Şöbəsinə təqdim edərkən hərrac keçirilmə mərhələsində olmuş, iddiaçı bu barədə tam məlumatlı olmuş, mübahisələndirilən hərrac isə xx.xx.2019cu il tarixdə keçirilmişdir.

29. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42, 43-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə1) apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, i ddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsin xahiş etmişdir.

31. Kassator şikayətini onunla əsaslandırmışdır ki, icra icraatında ölmüş şəxs varislə əvəz edilməli və cavabdeh hərracdan öncə ipoteka qoyan öldüyü üçün onun varisinə bildiriş göndərilərək xəbərdar edilməliydi. Bu bildirişin olmaması isə hərracın etibarsız sayılması üçün əsasdır.

32. Kassasiya şikayətinin digər dəlilinə görə isə, icra sənədi üzrə tərəfin ölməsi icra icraatının, eyni zamanda onun əsasında keçirilən hərracın dayandırılmasına əsas olmalı idi.

33. Şikayətində ipoteka qoyanın ölməsi barədə hərrac təşkilatına məlumat vermək kimi hər hansı öhdəliyinin olmadığını bildirən kassator, vərəsəlik şəhadətnaməsi almadığını da qeyd etmişdir.

34. Kassator şikayətini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu n 41, 42, 43-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 88 və 106-cı maddələrinə istinad edərək əsaslandırmışdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Cavabdeh2 ASC kassasiya şikayətinə yazılı etiraz bildirərək, şikayətin tam əsassız olduğunu, bu səbəbdən təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

36. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndəri r. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

37. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qi smində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.

38. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

39. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozma qla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

40. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qü vvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxl aya bilər. “İcra haqqında” Qanun

48. Maddə 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.

49. Maddə

31. İcraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüq uq varisi üçün də eyni dərəcədə məcburidir. Kassasiya baxışının hədləri

50. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququ nun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

51. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 52. Мəһкəмə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, qətnamə ləğv olunaraq iş yeni apelyasiya baxışına göndərilməlidir.

53. Hər iki instansiya məhkəməsi hesab etmişdir ki, ipoteka qoyanın ölməsi hərracın keçirilməməsi üçün əsas deyil, hərrac təşkilatının hərracın vaxtı və yeri barədə a bu barədə məlumat vermək öhdəliyi yoxdur, qanunda belə hal nəzərdə tutulmamışdır.

54. Məhkəmələrin bu qənaəti işin faktiki hallarına tamamilə uyğun gəlmir. Beləki, işi n mübahisəsiz hallarına görə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 ədəd 2 mərtəbəli 6 otaqlı 148,7 kv.m. yaşayış, 254,4 kv.m. köməkçi sahədən ibarət 101 nömrəli fərdi yaşayış evi X3 adına tam mülkiyyət hüququ üzrə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Kreditoripoteka saxlayan qismində "xxxx" ASC ilə alıcı-ipoteka qoyan qismində X6 və satıcı qismində X9 arasında bağlanmış xx.xx.2008-ci il tarixli yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi ilə, mübahisəli ev X3 mülkiyyətinə verilmiş, mənzilin satış qiyməti 320.700 ABŞ dolları-261.000 manat, mənzilin dəyərinin 96.210 ABŞ dolları – 78.000 manat S.Mirzəyev özü tərəfindən, 224.490 ABŞ dolları – 183.000 manat isə Cavabdeh2 ASC tərəfindən xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən Səmənd Mirzəyevə verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Səmənd Mirzəyev satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən onunla Cavabdeh2 ASC arasında bağlanmış həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Cavabdeh2 ASC-yə ipotekaya vermişdir.

55. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4225/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə X1 cəmi 272.369,42 ABŞ dolları kredit borcu ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması, tutulacaq məbləğin cavabdeh X4 məxsus mübahisəli evə yönəldilməsi, həmin evin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində iddiaçı Cavabdeh2 ASC-yə ödənilməsi, ipot eka predmetinin ilkin satış qiyməti 282.000 manat müəyyən edilməsi, Cavabdeh2 ASC-yə ödənilməli olan əsas kredit borcu, kredit faizi və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh X4 qaytarılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh S.Mirzəyev qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4225/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi borcun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, cavabdeh X2 cəmi 229.061,23 ABŞ dollarının ödəniş anında ödəniş yerinin məzənnəsinə uyğun olaraq manatla iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması, qətna mənin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

56. Bundan sonra məlum olmuşdur ki, mübahisəli mənzil hərracda satılmışdır. Ona görə X7 məhkəmədə hərracın etibarsızlığı ilə bağlı yeni mübahisə açmış və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-76/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər "xxxx" MMC-nə və Cavabdeh2 ASC-nə qarşı keçirilmiş hərracın, onun nəticələrinin əsasında dövlət reyestrində edilmiş qeydin və verilmiş çıxarışın qanunsuz sayılması tələblərinə dair iddiası təmin edilmiş, "xxxx" MMCnin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evinə dair 2016-cı ilin martın 31-də keçirilmiş hərrac, onun yekunları üzrə eyni tarixli 27/01 saylı protokollar etibarsız hesab edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evin alqı-satqısı barədə müqavilə ləğv edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evin alqı-satqısı barədə müqavilə əsasında evin Cavabdeh2 ASC-nin mülkiyyəti olmasına dair dövlət reyestrində edilmiş qeyd və verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın qanunsuz hesab edilərək ləğv edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, keçirilən hərrac qanuni qüvvəsini almamış qətnamə əsasında keçirilmişdir.

57. Qətnamə qəbul edildikdən üç gün sonra xx.xx.2018-ci il tarixdə ipoteka qoyan vəfat etmişdir.

58. Bank qətnamə ilə razılaşmayaraq ondan apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır. Qeyd olunan iş üzrə apelyasiya şikayətinə baxılarkən mərhum X3 oğlu İddiaçı onun hüquqi varisi kimi prosesə cəlb edilmişdir (Bakı şəhəri, 4 saylı “Asan Xidmət Mərkəzi” tərəfindən vərəsəlik işi açılmışdır).

59. Bundan sonra İddiaçı tərəfindən ƏDMK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizə ilə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsindəki 101 ünvanındakı 0,06 ha torpaq sahəsinin Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmə si haqqında reyestr qeydinin ləğv edilməsi, yüklülük haqqında çıxarışın torpağa aid hissəsinin etibarsız sayılmasını və torpaq sahəsinin yüklülükdən azad edilməsini xahiş etmiş və eyni zamanda Sabunçu rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizə ilə, icra sənədi üzrə borclu X7 vəfat etdiyi üçün icraatın dayandırılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

60. İpoteka qoyanın vərəsəsinin mirası qəbul etməsi barədə müraciətinin rəsmiləşməsinə, onun prosesə rəsmi olaraq hüquq varisi kimi qoşulmasına və nəhayət vərəsənin rəsmi olaraq icranı həyata keçirən orqana müraciətinə baxmayaraq borclu hüquq varisi ilə əvəz edilməmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarxili 01 saylı bildirişi ilə X4, Sabunçu rayon İcra və Probasiya Şöbəsinə, Cavabdeh2 ASC-yə xx.xx.2019-cu il tarixdə saat 11:00-da keçiriləcək hərrac barədə məlumat verilmiş, bildiriş ipoteka qoyan X3 ünvanı olan ünvan 4afiq poçt xidməti tərəfindən «ünvan tam deyil, qeyd olunan ünvanda həmin şəxsi tanımırlar» qeydi ilə geri qaytarılmışdır.

61. Bundan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarxili 02 saylı bildirişi ilə yenə də X4, Sabunçu rayon İcra və Probasiya Şöbəsinə, Cavabdeh2 ASC-yə xx.xx.2019-cu il tarixdə saat 11:00-da keçiriləcək hərrac barədə məlumat verilmişdir. Həmin Bildiriş ipoteka qoyan X3 ünvanı olan ünvan 4afiq poçt xidməti tərəfindən «ünvanda yoxdur» qeydi ilə geri qaytarılmışdır. Bundan sonra iki dəfə hərrac keçirilməsi rəsmiləşdirilmiş və sonda «İpoteka Haqqında» Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hə rracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 179.775 manat olmaqla ipoteka saxlayana təklif olumuş və ipoteka saxlayan əmlakı mülkiyyətinə qəbul etmişdir.

62. Kollegiya qed edir ki, mərhum X3 ölümündən sonra onun oğlu İddiaçı mirası faktiki olaraq qəbul etməsi, eyni zamanda notariusa müraciət edərək qəbul etməsi mirasın qəbulu sayılır və o, mirası qəbul etdiyi vaxtdan əmlakın mülkiyyətçisi hesab olunur. Beləki, Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

63. X3 hərracın etibarsızlığı ilə bağlı qaldırdığı iddiaya apelyasiya icraatında baxılanda məhkəmələr İddiaçı hüquq varisi kimi işə cəlb etmişlər(mülki iş səhifə 107). Hüquq varisliyinin qəbul edilməsinin əsası vərəsənin bu barədə notariusa müraciət etməsi və vərəsəlik işi açılması barədə sənədlər olmuşdur (elə həmin qətnaməyə bax).

64. Həmin işdə hərrac etibarsız hesab olunmuşdur. Bundan sonra vərəsə hərracı təşkil edən icra qrumuna rəsmi olaraq müraciət etmişdir. “İcra haqqında” Qanunun 17.1.1. madddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunve riciliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir.

65. Göründüyü kimi, hərrac yenidən keçirilməmişdən əvvəl onu təşkil edən icra qurumu vərəsəni hüquq varisi kimi işə cəlb edərək borclu kimi onun anket məlumatlarını qeyd etməli və hərraclar zamanı bildirişlərin məhz borcluya göndərilməsini təmin etməliydi. Həmin hərəkətlər yerinə yetirilmədiyi üçün hərrac təşkilatı bildirişləri ölmüş şəxsə onun qeydiyyat ünvanı üzrə göndərmiş (əmlakın yerləşdiyi ünvana deyil, başqa ünvana) və bununla da hərracın keçirilməsi zamanı mülkiyətçinin hüquqları pozulmuşdur.

66. Ko llegiya hərrac təşkilatın ölənin vərəsəsinə bildiriş göndərməyə borclu olmaması barədə məhkəmələrin gəldiyi nəticə ilə razılaşmır. Çünki, hərrac keçirilən vaxt İddiaçı ölənin vərəsəsi olmaqla yanaşı əmlakın mülkiyyətçisi olmuşdur. O, mirası qəbul etmiş sayılır. Hərrac təşkilatının isə hərracın vaxtı və yeri barədə mülkiyyətçiyə məlumat vermək vəzifəsi qanundan irəli gəlir (&36).

67. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisəli əmlakla bağlı hərraclar keçirilərkən onun keçirilməsi qaydalarına riayət edilibl-edilməməsi ətraflı araşdırılmamış və iş üçün əhəmiyyət kəsb edən hallara MPM-nin 88-ci maddəsinə müvafiq hüquqi qiymət verilməmişdir.

68. İddia tələbinin rədd edilməsi qənaətinə gələrkən Apelyasiya Məhkəməsinin iddiaçı Fərinad Mirzəyəvin borcun ödənilməsi üçün tədb irlər görməməsi, danışıqlar aparmaması, borcun ödənilməsi istiqamətində vicdanlılığın tələb etdiyi tərzdə davranmaması barədə qətnamədə istinad etdiyi fikirlərin hazırkı mübahisəyə aidiyyəti olmadığı və açıq-aşkar əsassız olduğu üçün qeyd olunanlarla bağlı əlavə dəyərləndirmə aparılmasına məhkəmə kollegiyası zərurət görmür.

69. Məhkəmə kollegiyası qeyd olunanlata əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.

70. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 4 17 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2022-ci il tarixli, 2(103)-2349/2022 nömrəli qətnaməsi ləğv olunaraq iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar