Məhkəmə qərarları › İş №2(102)-4660/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4660/2022

27.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4660/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2960/2022 nömrəli, 26 aprel 2022ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəh əri Nizami Rayon Məhkəməsinin 2(007)1527/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilmişdir.

2. Yekun hesablama vərəqinə əsasən İddiaçı tərəfindən təqdim edilmiş əlavə məlumatların və düzəlişlərin nəzərə alınmasından sonra mağazanın 01 iyun 2017-ci il tarixdən 16 avqust 2019-cu il dövrü üçün maliyyə nəticələri aşağıdakı kimi müəyyən edilir: satışdan gəlir 1382405, qeyrimaterial xərci 119087, əlavə xərclər, kassa qalığı və mağazanın alacağı42498, hədiyyə 5375, material xərci 1109214, ödənilən gəlir 124400, marja 0,252981. 1382405+5375=1387780; 1387780-119087-42***-*******-124400=7419 azn (artıq qalıq). Əlavə məlumat və düzəlişlərə əsasən bir sıra rəqəmlər yenidən təsnifləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktla rı a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən tikinti materiallarının satışı mağazasında satışı həyata keçirilən tikinti mallarının ½ hissəsinin (yarısının) Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2000-ci ildən 16 avqust 2019-cu il tarixədək ünvan 1 ünvanda yerləşən mağazanı icarəyə götürmüş və tikinti materiallarının satışı ilə məşğul olrmuşdur. Mağaza işləməyə başlayandan üç aydan sonra cavabdeh qardaşı Cavabdeh onunla şərikli işləməyə başlamışdır. Uzun müddət birgə işləyəndən sonra Cavabdeh onu həmin mağazadan uzaqlaşdırmaq və tək işləmək istə yinə düşmüş və demək olar ki, niyyətinə çatmışdır. Belə ki, cavabdehin ona dediyinə görə guya mağazada pul çatışmazlığı var. Bundan sonra cavabdeh tərəfindən audit yoxlaması təşkil olunaraq həyata keçirilmiş və iradların əsassız olması müəyyən olunsa da, cavabdeh buna məhəl qoymamış və öz məkirli niyyətlərini davam etdirmişdir. Nəticədə, 2019-cu ilin avqust ayında mağazanın giriş qapılarının açarlarını dəyişib onu mağazaya buraxmamışdır. Bundan sonra Cavabdehla dəfələrlə məsələni barışıq yolla həll etməyə çalışsa da, hər hansı müsbət nəticə əldə edə bilməmişdir. Halbuki, mağazada satılan tikinti mallarının yarısı ona məxsusdur. Cavabdeh isə həmin əmlaka təkbaşına yiyələnərək bütün gəlirləri özünə mənimsəmişdir və heç bir razılığa gəlmək istəmir. Bu səbəbdən də o, gəlirlərindən məhrum olunm uş, nəticədə maddi vəziyyəti kəskin şəkildə pisləşmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. İddiaçı iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdeh özü də etiraf etmişdir ki, onlar mübahisəli mağazanı bərabər paylarla şərikli işlətmişlər. Həmin hal preyudisial xarakter daşıyan Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə də müəyyən olunmuşdur. Lakin cavabdeh bu hallara baxmayaraq oğlunun və onun barəsində böhtan xarakterli ittihamları səsləndirərək onu qərəzli şəkildə mağazaya buraxmaq istəmir. Ona görə də hazırkı məqamda iddia tələblərinin artırılmasına zərurət yaranmışdır. Şərh edilənlərə əsasən ünvan 2 ünvanda yerləşən tikinti materialları satışı mağazasında satışı həyata keçirilən tikinti mallarının ½ hissənin (yarısının) Cavabdeh alınıb ona verilməsi, ünvan 1 ünvanda yerləşən tikinti materialları satışı mağazasına giriş-çıxışına və sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına, bununla bağlı müstəqil şəkildə müvafiq icarə və sair zəruri müqavilələrin bağlanmasına Cavabdeh tərəfindən maneələrin törədilməsinə qadağa qoyulmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək qeyd etmişdir ki, cavabdeh mağazada daxil olan və satılan malları ilə bağlı dövriyyəni əks etdirən qeydiyyat jurnalları (kitabları) gizlətdiyindən, habelə məhkəmə tərəfindən mağazaya baxış keçirilməsindən və iş üzrə məhkəmə qiymətləndirici mühasibatlıq ekspertizasının keçirilməsindən imtina edildiyindən o, hazırkı məqamda iddia təl əblərinin azaldılması barədə ərizəni məhkəməyə təqdim etmək məcburiyyətində qalmışdır. Çünki o, əvvəlcə mağazaya sərbəst və maneəsiz şəkildə daxil olmalıdır ki, mağazada olan malların dəyərini müəyyən edib bu barədə sonradan məhkəməyə müraciət etsin. Məhkəmə araşdırması zamanı cavabdeh özü etiraf etmişdir ki, onlar mübahisəli mağazanı bərabər paylarla şərikli işlətmişlər. Həmin hal preyudisial xarakter daşıyan Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə də müəyyən olunmuşdur. Lakin cavabdeh bu hallara baxmayaraq oğlunun və onun barəsində böhtan xarakterli ittihamları səsləndirərək onu qərəzli şəkildə mağazaya buraxmaq istəmir. Şərh edilənlərə əsasən ünvan 1 ünvanda yerləşən mübahisəli mağazasına sərbəst şəkildə giriş-çıxışına və sahibkarlıq fəaliyyətlə məşğul olmağına, bununla bağlı müstəqil ş əkildə müvafiq icarə və sair zəruri müqavilələrin bağlanmasına Cavabdeh tərəfindən maneələrin törədilməsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3339/2021 saylı, 26 noyabr 2021ci il tarixli qətnaməsi ilə (hakim B.Qasımov) İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanda yerləşən mübahisəli mağazasına sərbəst şəkildə giriş-çıxışına və sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına, bununla bağlı müstəqil şəkildə müvafiq icarə və sair zəruri müqavilələrin bağlanmasına Cavabdeh tərəfindən maneələrin törədilməsinə qadağa qoyulması” barədə iddiasının rədd edilməsi, məhkəmə xərclərinin İddiaçı aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, hazırda tərəflər ara sında yaranmış mübahisə ünvan 3 ünvanında yerləşən mağaza ilə bağlıdır. Belə ki, iddiaçı tərəf iddia tələbində qeyd etmişdir ki, mağazanı özü işlətməyə başlamış, daha sonra cavabdeh onunla şərik olmuş və hazırda onun mağazada fəaliyyət göstərməsinə cavabdeh tərəfindən maneələr yaradılır. Cavabdeh isə qeyd edilənləri inkar edərək iddiaçının mağazada işçi olduğunu və mağaza ilə bağlı müqavilələrin iddiaçının deyil, onun adından bağlandığını bildirmişdir.

9. Birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə belə qənaətə gəlmişdir ki, iddiaçı mübahisəli mağazaya sərbəst şəkildə giriş-çıxışına və sahibkarlıq fəaliyyətlə məşğul olmağına cavabdeh tərəfindən maneələrin törədilməsinə qadağa qoyulmasını xahiş etsə də, məhkəmə tərəfindən cavabdehin iddiaçının göstərilən fəaliyyətlərinə qadağa q oyması halı öz təsdiqini tapmamışdır. Həmçinin, iddiaçı adıçəkilən mağaza ilə bağlı müstəqil şəkildə müvafiq icarə və sair zəruri müqavilələrin bağlanmasına cavabdeh tərəfindən maneələrin törədilməsinə qadağa qoyulmasını xahiş edir. Qeyd etmək lazımdır ki, hazırda hər iki tərəf də qəbul edir ki, ünvan 1 ünvanında yerləşən mağaza tərəflərin mülkiyyətində deyil və cavabdeh həmin əmlakla bağlı icarə müqaviləsi bağlamışdır. Nəticədə, cavabdehin mübahisələndirilən əmlakla bağlı əmlakın mülkiyyətçisindən fərqli olaraq iddiaçıya münasibətdə hər hansı maneə yaratmaq səlahiyyəti yoxdur. Nəticədə, iddiaçının hazırkı tələblə məhz Cavabdeh qarşı iddia qaldırmaq hüququnun olmadığı müəyyən edilmiş və iddia tələbi hüququ olmayan şəxs tərəfindən verilmişdir.

10. Belə ki, subyektiv hüquq şəxsiyyətin azadlı ğını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İddiaçının mübahisəli mağazasına sərbəst şəkildə giriş-çıxışına və sahibkarlıq fəaliyyətlə məşğul olmağına, bununla bağlı müstəqil şəkildə müvafiq icarə və sair zəruri müqavilələrin bağlanmasına cavabdeh tərəfindən maneələrin törədilməsinə qadağa qoyulması tələbini irəli sürsə də, mağaza onun mülkiyyətində deyil və ya həmin əmlakla bağlı hər hansı bir şəxslə icarə müqaviləsi bağlanmamışdır. Nəticə etibarı ilə onun mübahisə pretmeti ilə bağlı hər hansı tələb hüququ yoxdur və o göstərilən iddia tələbi ilə bağlı tərəf kimi çıxış edə bilməz.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.4-cü maddələrinə istinad edərək əsa slandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, 25 yanvar 2021-ci il tarixdə o, həmin mağazada olmuş və orada videoçəkiliş aparmışdır. Məhkəməyə təqdim olunan videodaşıyıcılardan göründüyü kimi, mübahisəli mağazanın piştaxtaları satış üçün nəzərdə tutulan tikinti təyinatlı və çoxçeşidli malları ilə doludur, Cavabdeh isə iddiaçını açıq şəkildə mağazadan qovur və mağazaya baxış keçirilməsinə maneə yaradaraq buna imkan vermir. Məhkəmə araşdırılması zamanı Cavabdeh etiraf etmişdir ki, onlar mübahisəli mağazanı bərabər paylarla şərikli işlətm işlər. Hazırda da mağazada al-veri yaxşı gedir və o, stabil olaraq gəlir əldə edir. Eyni zamanda cavabdeh məhkəmə iclasında bildirmişdir ki, o, iddiaçını bir böyük qardaşı kimi hörmət etdiyindən ona tam etibar etmiş, mağazanın idarə edilməsi üslubunu qəbul etmiş və gəlirlər bölgüsünə etiraz etməmişdir. Artıq qanuni qüvvəyə minmiş Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1527\2021 nömrəli 30 aprel 2021-ci il tarixli qətnaməsindən də göründüyü kimi, X1 izahatında mübahisəli mağazanı iddiaçı ilə bərabər paylarla şərikli işlətdiklərini etiraf etmişdir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində Mülki Prosessual Məcəlləsinin 82.3 və 106.3-cü maddələrinin müddəalarını nəzərə alınmadan qeyd olunmuşdur ki, “Hazırda iddiaçı mağazada şərikli fəaliyyətlə məşğul olmasına, mağazanı sahibka r kimi idarə etməsinə, mağazadakı malların bir hissəsinin ona məxsus olmasına, həmçinin mağazada hazırda olan məhsulların dəyəri ilə, dediyinə görə mağazanı tərk edərkən orada olan malların dəyəri ilə oxşar olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir”. Birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində də yanlışlığa yol vermişdir. İddiaçı mübahisəli mağazada saxlanılan və cavabdeh tərəfindən miqdarı artırılan malların ən azı yarısına sahiblik və sərəncam vermək subyektiv hüquqa malikdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2960/22 nömrəli iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər –Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov, F.Talışinski) iddiaçının apellyasiya şikayətini n təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Məhkəmə kоllegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 21 7.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində cavabdeh etiraf etmişdir ki, onlar mübahisəli mağazanı bərabər paylarla şərikli işlətmişlər. Hazırda da mağazada alver yaxşı gedir və o, stabil olaraq gəlir əldə edir. Eyni zamanda cavabdeh iddiaçını bir böyük qardaşı kimi hörmət etdiyindən ona tam etibar etmiş, mağazanın idarə edilməsi üslubunu qəbul etmiş və gəlirlər bölgüsünə etiraz etməmişdir. Bu artlq qanuni qüvvəyə minmiş Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təsdiqlənir. Apellyasiy a instansiya məhkəməsi isə bu dəlillərə hüquqi qiymət verməmiş və nəzərə almamışdır.

19. İddiaçı mübahisəli mağazada saxlanılan və cavabdeh tərəfindən miqdarı artırılan malların ən azı yarısına sahiblik və sərəncam vermək subyektiv hüquqa malikdir.

20. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 425, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 106.3, 372-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı

20. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. “M.Bağırovu n şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı

21. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı

22. Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas el ementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası k imi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyas ı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İ ş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

7. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq pro sessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi 6. hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

8. Eyni zamanda məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, cavabdeh mübahisəli mağazanın yerləşdiyi sahəni mülkiyyətçidən icarəyə götürməklə həmin sahədə tikinti materiallarının satışı ilə məşğul olur. İddiaçının isə həmin sahəyə dair qanunla qorunan hər hansı bir hüququ olmadığı halda hesab edir ki, o da cavabdehlə bərabər həmin sahədə tikinti materiallarının satışı ilə məşğul olmalıdır. Ona görə də bununla bağlı cavabdeh tərəfindən törədilən maneələrə qadağa qoyulmalıdır. 9. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkə məsinin MK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

10. Məhkəmə ko llegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2960/2022 nömrəli mülki iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar