Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4664/2021 21.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6859/2020 nömrəli iş üzrə 23 oktyabr 2020-ci il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sür məyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 21 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi zərərinin əvəzinin ödənilməsi məqsədi ilə 7.800 manat, mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 3.000 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İşə məhkəmə baxışında Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
3. İşin mübahisə edilməyən halların dan görünür ki, Cavabdeh dəyərini hissə-hissə ödəmək şərti ilə İddiaçı 8600 manat dəyərində qızıl-zinət və geyim əşyaları almışdır.
4. İş materiallarında olan ödənişlərin hissə-hissə aparılmasını təsdiq edən dəftərdə pulları ödəyən şəxs qismində Maraqlı şəxs, pulları alan şəxs qismində isə X (onun qızı) göstərilmiş və qeydlərin sonunda 8.600 manat pulun verildiyi göstərilməklə “bağlandı” sözü qeyd edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məlumatına əsasən iddiaçı ilə 01.04.1943-cü il təvəllüdlü X4 arasında 28.09.1971-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində nikah bağlanmışdır.
6. Həmin şəxs barədə məlumatlar elektron məhkəmə portalından çıxarılmış və birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs Maraqlı şəxs bu məlumata əlavə edilmiş şəkildən X2 tanımış və pulları məhz bu şəxsə verdiyini bildirmişdir.
7. İddiaçı bildirir ki, cavabdeh ilə 2015-ci ilin iyun ayının əvvəllərindən tanışdır. Cavabdeh özünün həkim-anestezioloq olması, ixtisasca həkim olan əri X bir yerdə həkim işləməsi barədə yalan məlumat verərək, özünə və qaynanası X qızıl-zinət əşyalarının və geyim əşyalarının lazım olduğunu bildirib, həmin əşyaları ona satmağı xahiş etmişdir. O, cavabdehin onun həyat yoldaşı ilə bir yerdə işlədiyinə və onun sözlərinin həqiqiliyinə inanaraq, 2015-ci ilin iyun ayında cavabdehə hər biri 750 əyarlı olan 19 qram çəkidə, 1.000 manat dəyərində bir ədəd qızıl zəncir (kulonu ilə birlikdə), 18 qram çəkidə, 900 manat dəyərində bir cüt İtaliya istehsalı olan qızıl sırğa, 20 qram çəkidə, 1.100 ma nat dəyərində bir ədəd İtaliya istehsalı olan qızıl qolbaq, 18 qram çəkidə, 940 manat dəyərində bir ədəd İtaliya istehsalı olan qızıl qolbaq, 13 qram çəkidə, 700 manat dəyərində bir ədəd qızıl qolbaq, 55 qram çəkidə, 3.100 manat dəyərində ərəb istehsalı olan 1 ədəd qızıl dəsti (qiymətli qara qaşlarla bəzədilmiş sırğaüzük, kulon, zəncir), 15 qram çəkidə, 700 manat dəyərində bir cüt “Baltik” qızıl sırğa, 20 qram çəkidə, 1.000 manat dəyərində qızı X məxsus bir ədəd qızıl sırğa-üzük dəsti, 40 manat dəyərində Türkiyə istehsalı olan bir ədəd qadın şalvarı, 30manat dəyərində Türkiyə istehsalı olan bir ədəd uşaq paltarı, 20 manat dəyərində Türkiyə istehsalı olan bir ədəd qadın koftası, 70 manat dəyərində Türkiyə istehsalı olan iki ədəd kişi köynəyi vermişdir. Aralarında olan şifahi razılaşmaya g örə cavabdeh ondan götürdüyü qızıl-zinət və sair əşyaların dəyəri olan 9.600 manat pulu hissə-hissə, lakin ayda 1.000 manatdan az olmayaraq ödəməsi öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh 9.600 manat puldan ona yalnız 2016-cı ilin yanvar ayında 500 manat, həmin ayın iyun ayında 400 manat, 2017-ci ilin mart ayında 300 manat, həmin ilin noyabr ayında 300 manat və 2018-ci ilin yanvar ayında 300 manat ödəməklə, ümumilikdə 1.800 manat ödəmiş, 7.800 manat borclu qalmışdır. Cavabdeh X onun etibarından sui-istifadə edərək 9.600 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq məqsədi ilə mənimsəməsi barədə Bakı Şəhəri Səbail Rayon Polis idarəsinin 9-cu Polis Bölməsinə şikayət vermiş, təhqiqat zamanı ifadə verən cavabdeh ondan 9.600 manat dəyərində qızıl-zinət əşyalarını almasını etiraf etm işdir. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin baş təhqiqatçısı X1 19.11.2015-ci il tarixli qərarı ilə şikayəti əsasında toplanmış 586 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa, Cavabdeh borcu vaxtında geri qaytarmamaqla ona mənəvi zərər vurmuşdur. Belə ki, cavabdehin bu hərəkətləri nəticəsində o, bu günə kimi mənəvi sarsıntı və psixi cəhətdən rahatlığını itirərək iztirablar keçirir. Odur ki, cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərər 3.000 manat pul ilə əvəz edilməklə iddiaçıya ödənilməlidir.
8. Cavabdeh bildirir ki, Tibb Universitetində işləyən zaman iddiaçının qızı ilə tanış olmuş, qardaşının toyu ərəfəsində həqiqətən də iddiaçıdan dəyəri 8.600 manat olan qızılzinət əşyalarını nisyə almışdır. Lakin bir müddət sonra işdən çıx dığı üçün pulu ödəyə bilməmiş və onun əvəzinə yaranmış borcu qaynatası Maraqlı şəxs ödəmişdir. Belə ki, onun qaynatası hər ay iddiaçının həyat yoldaşı ilə görüşmüş və ona ödənişlər etmişdir. Bu görüşlər zamanı verilən və alınan pullar dəftərə qeyd olunmuş və hər ikisinin imzası ilə təsdiq edilmişdir. Həmin dəftərdə aparılmış qeydlərə əsasən mövcud olan 8.600 manat məbləğində borcun tam ödənildiyi göstərilmişdir.
9. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs bildirir ki, hazırda təqaüddədir. Cavabdeh onun keçmiş gəlinidir. Cavabdehin iddiaçı ilə aralarında olan ticarət münasibətləri və bu münasibətlərdən cavabdehin iddiaçıya borcunun yaranması barədə məlumatı var. Belə ki, aralarında olan razılığa əsasən həmin borcu cavabdehin əvəzinə iddiaçının hə yat yoldaşı olan X adlı şəxsə hissəhissə o, ödəmişdir. Bununla bağlı o, iddiaçının həyat yoldaşı X6 metrostansiyası yanında görüşmüş və hər dəfə ona 300 manat pul vermişdir. Hər dəfə pul verildikdən və alındıqdan sonra həm o, həm də X bu məqsəd üçün tutulmuş dəftərdə qeyd aparıb imza edirdilər. Bir iki dəfə də görüşə X deyil, onun qızı gəlmiş və o, da pulu qəbul edən zaman bubarədə dəftərə qeyd etməklə imza etmişdir. Həmin pulları aldığı təqaüddən vermişdir. Təqaüdü hər ayın 10-nu tarixindən sonra aldığı üçün görüşləri də bu tarixdən sonra olmuşdur. 2018ci ilin əvvəlində mövcud olan bütün borcu ödəmiş və bu barədə dəftərdə qeyd etmişdilər. Hazırda cavabdehin iddiaçıya hər hansı məbləğdə borcu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. Bakı ş əhəri Binəqədi Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(001)876/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən F.Abdıyev) İddiaçı Cavabdeh qarşı “pulun tutulması və vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında əşyanın nisyə satılması haqqında müqavilədən irəli gələn münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçı cavabdehə hissə-hissə ödəmə şərti ilə ümumi dəyəri 8.600 manat olan əşyaları nisyə satmış və bu əşyaları cavabdehə təhvil vermişdir (İddiaçı bu əşyaların dəyərini manatla göstərir və ümumilikdə 9.600 manat dəyərində olduğunu iddia etsə də, bu halı sübuta yetirə bilmir. Məsələ ilə bağlı hüquqmühafizə orqanlarına etdiyi şikayətdə də əşyaların dəyərinin məhz 8.600 manat olduğunu bildirir. Cavabdeh də ümumi dəyərin 8.600 manat olduğunu göstərir. Bu səbəbdən məhkəmə əşyaların məhz 8.600 manat olduğu qənaətinə gəlir). Cavabdeh də bu əşyaları iddiaçıdan qəbul edərək, onların dəyərinin hissə-hissə ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür.
12. Məhkəmə iddia tələbinin “pulun tutulması” hissəsi (əşyaların tam dəyərinin bugünədək ödənilməməsi) ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddiaçıdan nisyə aldığı əşyaların dəyərini keçmiş qaynatası Maraqlı şəxs tərəfindən iddiaçının əri X tam olaraq ödənildiyini bildirir və bunun sübutu olaraq ödənişlərin hissəhissə aparılmasını təsdiq edən dəftəri təqdim edir. Həmin dəftərdə pulları qəbul edən şəxs qismində Maraqlı şəxs, pulları alan şəxs qismində isə X(onun qızı) göst ərilmiş və qeydlərin sonunda 8.600 manat pulun verildiyi göstərilməklə “bağlandı” sözü qeyd edilmişdir. İddiaçı tərəf (nümayəndə və vəkilin şəxsində) bu dəftəri qəbul etmir, iddiaçının X adlı ərinin olması ilə bağlı məhkəməyə dəqiq məlumat vermir (halbuki, iddiaçı iddia ərizəsinin məzmununda da həyat yoldaşının adının X olduğunu qeyd etmişdir) və iddiaçının belə bir şəxsə cavabdehdən pulları almaq barədə hər hansı tapşırıq vermədiyini vurğulayır. Lakin aparılmış araşdırma nəticəsində iddiaçının 28.09.1971-ci il tarixdən 01.04.1943-cü il təvəllüdlü X4 adlı şəxslə nikahda olduğu və cavabdehin iddiaçıya olan borcunun Maraqlı şəxs tərəfindən hər ay məhz bu şəxsə ödənildiyi müəyyən edilmişdir. Onların arasında bağlanmış nikahın pozulması, ayrı yaşamaları, habelə iddiaçının qızı ilə münasibətini n olmaması barədə hər hansı məlumat yoxdur. İddia ərizəsinin məzmununda da onların birgə təsərrüfat apardıqları öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, öhdəliyin icrasını qəbul edən X bu məsələdə ixtiyarsız şəxs olmamış və öhdəliyin icrasını məhz iddiaçının buna razılıq verməsi nəticəsində qəbul etmişdir.
13. Bununla belə məhkəmə qeyd edilən dəftərdə borcun məbləğinin, borcu alan və ödəyən şəxsin adının, icranın vaxtının, habelə digər aidiyyəti məlumatların göstərildiyini nəzərə alıb, bu dəftəri tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəliyin icrasının iddiaçı tərəfindən hissə-hissə qəbul edilməsini təsdiqləyən sənəd kimi (mötəbər sübut kimi) qəbul edib, hesab edir ki, iddiaçının bu müqavilədən irəli gələn tələb etmə hüququ cavabdeh tərəfind ən tam olaraq qarşılanmışdır. X4 da iddiaçının buna razılığı əsasında bu öhdəliyin icrasını qəbul etmişdir. Başqa sözlə, cavabdeh iddiaçı qarşısında yaranmış öhdəliyini onun xeyrinə lazımınca icra etmiş, iddiaçı da bu icranı qəbul etmişdir. Bununla da onların arasında yaranmış münasibətlərdən irəli gələn öhdəliyə onun tam icrası əsası ilə xitam verilmişdir.
14. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırki iddiası cavabdehə nisyə satılmış qızıl-zinət əşyalarının qiymətinin sonradan artması nəticəsində məbləğdə yaranmış fərqin əvəzinin tutulması ilə bağlı olduğu təqdirdə də Mülki Məcəllənin 600.2-ci maddəsinin tələbləri baxımından əsassızdır və rədd edilməlidir.
15. Məhkəmə, iddia üzrə “pulun tutulması” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qəna ətinə gəldiyini, iddia tələbinin “vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə “pulun tutulması” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi “vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi” hissəsində də əsassızdır və rədd edilməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 433.2, 528, 529.1, 529.2, 529.3, 529.7, 600.2, 600.4, 601.1, 601.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki k ollegiyasının 2(103)-6859/2020 nömrəli iş üzrə 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov - sədrlik edən və məruzəçi, Ş.Məhərrəmova və R.Həsənov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 fevral 2020-ci il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması və vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasının qismən təmin edilməsi, 6.800 (altı min səkkiz yüz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
19. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qeyd olunan dəftər cavabdehin iddiaçıya b orcunun olması nəticəsinə gəlməyə imkan vermir. Çünki bu dəftərdəki qeydlər qeyri-dəqiqdir və hansı əsasla tərtib olunduğu aydın deyil. Həmin qeydlərin cavabdehin iddiaçıya olan borcunun ödənildiyini təsdiq etməsi müəyyən olunmur. Qeyd dəftərindən görünür ki, müəyyən məbləğlərin X adlı şəxsə verilməsi və X adlı şəxsdən alınması qeyd edilmiş və hər birində imza var. Lakin həmin məbləğlərin Cavabdeh aldığı əşyaların dəyəri kimi ödənilməsi məlum deyil.
20. Beləliklə, cavabdeh iddiaçıya olan borcunun ödənilməsi təsdiq edə bilmir, borcun ödənilməsi ilə bağlı mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdehin təqdim etdiyi yeganə sübut qeyd olunan dəftərdir. Lakin yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, həmin dəftər cavabdehin borcunun ödənilməsini təsdiq edən sübut kimi qəbul oluna bilməz.
21. Tərəflərin məhkəmələrə verdikləri izahatlardan məlum olur ki, tərəflər arasında alğısatqı münasibətləri yaranmış, cavabdeh iddiaçıdan müəyyən əşyalar almış və aldığı əşyaların dəyərinin hissə-hissə ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüş, lakin cavabdeh götürdüyü öhdəlikləri icra etmişdir.
22. Məhkəmə tərəflər arasında mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müq avilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
23. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır.
24. Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Məcəllənin 600-cü maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.).
26. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.).
27. Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
28. Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə laz ımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
29. Hazırkı halda tərəflər arasında şifahi alğı-satqı müqaviləsi var. İddiaçı cavabdehə 9.600 manat dəyərində qızıl-zinət və geyim əşyaları satdığını bildirsə də, cavabdeh 8.600 manat məbləğində qızıl-zinət əşyalarını aldığını etiraf edir, digər hissədə iddianı qəbul etmir. İddiaçı daha artıq məbləğdə əşyaların satılmasını sübut edə bilmir. Buna görə də Məhkəmə hesab etmişdir ki, alğı-satqı müqaviləsi üzrə 8.600 manat məbləğində əşyaların cavabdehə satılması müəyyən olunur. Həmçinin, iddiaçı, iddia ərizəsində cavabdehin ümumi borcdan 1.800 manat məbləğində pulu ödədiyini təsdiq e dir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, cavabdehin iddiaçıya 6.800 manat borcu var.
30. İddiaçının cavabdehə qarşı irəli sürdüyü digər tələb-mənəvi ziyana görə ona vurulmuş 3.000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsindən ibarətdir.
31. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə b ağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşlar ın hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsiilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 32. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
33. Göstərilənləri nəzərə alan Məhkəmə hesab etmişdir ki, iddiaçı ona mənəvi ziyan vurulmasını sübut edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
34. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında borcun iddiaçının əri X qaytarılmasını təsdiq edən yazılı sübut olmasına, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məlumatına əsasən iddiaçı ilə 01.04.1943-cü il təvəllüdlü X4 arasında 28.09.1971-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində nikahın bağlandığına və iş materiallarında onların arasında bağlanmış nikahın pozulması, ayrı yaşamaları, barədə hər hansı məlumatın olmamasına baxmayaraq, apelyasiya instansiyası məhkəməsi bu halları nəzərə almamış, qəbul etdiyi qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşıl ıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
37. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
38. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçün cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
39. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
40. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
43. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. (maddə 14.1)
44. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
45. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
46. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
47. Məhkəmənin qətnamə si qanuni və əsaslı olmalıdır (maddə 217.1)
48. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
50. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
51. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qə rardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
53. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (46-47)
54. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh dəyərini hissə-hissə ödəmək şərti ilə İddiaçı qızıl-zinət və geyim əşyaları almışdır. Lakin razılaşdıqları müddətlərdə həmin əşyaların dəyərini ödəməmişdir. Bununla bağlı iddiaçı Bakı şəhəri Səbail rayon Polis idarəsinə şikayət edərək, cavabdehə nisyə satdığı və ümumi dəyəri 8.600 manat olan əşyaların pulunu ondan geri ala bilmədiyini bildirmiş və bu məsələdə ona köməklik göstərilməsini xahiş etmişdir. Aparılmış araşdırmanın nəticələrinə dair qəbul edilmiş 19 noyabr 2015-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərara əsasən iddiaçının ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hazırda iddiaçı cavabdehə hər ay 1.000 manat ödəmək şərti ilə ümumi dəyəri 9.600 manat olan qızıl-zinət və geyim əşyaları satdığını, ötən dövr ərzində bu məbləğin cəmi 1.800 manat hissəsinin ödənildiyini, q alan 7.800 manat pulun bugünədək ödənilmədiyini iddia edir və bu məbləğin cavabdehdən tutulmasını tələb edir.
55. Cavabdeh iddiaçıdan ümumi dəyəri 9,600 manat deyil, 8.600 manat olan əşyaları nisyə şərtlərlə aldığını etiraf etmiş, lakin bu məbləğin tam olaraq, o cümlədən qaynatası Maraqlı şəxs vasitəsi ilə qaytardığını və hazırda ona hər hansı məbləğdə borcunun qalmadığını bildirmişdir.
56. Üçüncü şəxs Maraqlı şəxs Cavabdeh İddiaçı olan borcunu şəxsən iddiaçının həyat yoldaşı X3 ödənişlərin hissə-hissə aparılmasını təsdiq edən dəftərdə qeydlər aparılmaqla qaytardığını və hazırda cavabdehin iddiaçıya hər hansı məbləğdə borcunun qalmadığını qeyd etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 cavabdehin bu mövqeyini qəbul etməmiş, iddiaçının X adlı ərinin olub-olmaması barədə məhkəməyə dəq iq məlumat verməmiş, iddiaçı tərəfindən “X” adlı şəxsə cavabdehin ona olan borcunu almaq tapşırığının verilmədiyini bildirmiş, həmçinin, hazırda Azərbaycanda yalnız qeydiyyatda olan şəxslər arasında 10 nəfərdən çox “X” adlı şəxsin olduğunu qeyd edərək, cavabdehdən bu şəxsin iddiaçının əri olmasının sübuta yetirilməsini, o cümlədən onun kimliyini müəyyənləşdirməklə şahid qismində məhkəməyə dəvət edilməsinin təmin edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məlumatına əsasən iddiaçı ilə 01.04.1943-cü il təvəllüdlü X4 arasında 28.09.1971-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Həmin şəxs barədə məlumatlar elektron məhkəmə portalından çıxarılmış və birinci instansiya məhkəməsi nin iclasında üçüncü şəxs Maraqlı şəxs bu məlumata əlavə edilmiş şəkildən X2 tanımış və pulları məhz bu şəxsə verdiyini bildirmişdir.
57. Göründüyü kimi cavabdeh hazırkı iş üzrə mübahisə predmeti olan borcun qayınatası Maraqlı şəxs tərəfindən cavabdehin əri olan “X” adlı şəxsə qatarıldığını bildirərək bu halı təsdiq edən ödənişlərin hissə-hissə aparılmasını təsdiq edən dəftəri məhkəməyə təqdim etmişdir.
58. Bununla bağlı iddiaçının dəlili ondan ibarət olmuşdur ki, onun tərəfindən “X” adlı şəxsə cavabdehin ona olan borcunu almaq tapşırığı verilməmişdir. Həmçinin, hazırda Azərbaycanda yalnız qeydiyyatda olan şəxslər arasında 10 nəfərdən çox “X” adlı şəxsin vardır, ona görə də cavabdeh bu şəxsin iddiaçının əri olmasını sübuta yetirilməli, o cümlədən onun kimliyini müəyyənləşdirməklə şahid qis mində məhkəməyə dəvət edilməsini təmin etməlidir.
59. Lakin apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni işin yuxarıda qeyd edilən hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamış, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
60. Belə ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə dəftərdəki qeydlərin qeyri-dəqiq olmasına görə həmin dəftəri sübut kimi qəbul etmədiyini göstərdiyi halda bu qeyri-dəqiqliyin nədən ibarət olmasını göstərməmiş, dəftərin hansı əsasa görə tərtib edildiyi barədə izahatlar verilsə də nəyə görə bu izahatları qəbul etmədiyini göstərmədiyi halda öz mülahizəsinə əsasən dəftərin hansı əsasla tərtib edildiyinin aydın olmadığını göstərmişdir.
61. Bundan başqa borc məbləğinin iddiaçının əri X qaytarılması barədə b orclunun və üçüncü şəxin izahatlarını və iddiaçı tərəfindən X şahid qismində məhkəmədə dindirilməsinin təmin edilməməsini nəzərə almadan apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, qaytarılan borc məbləğinin cavabdehin aldığı əşyaların dəyəri kimi ödənilməsi məlum deyildir.
62. Məhkəmə kollehiyası qeyd edir ki, belə olan halda apelyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və iddiaçıya əri X şahid qismində dəvət edilməsini təklif etməli, eyni zamanda iş materiallarında olan ödənişlərin hissə-hissə aparılmasını təsdiq edən dəftərdəki imzaların iddiaçının əri X məxsus olub-olmamasını araşdırmalı olduğu halda, qeyd edilən hallarla bağlı aaşdırma aparmamış və iş üzrə müəyyən edilmiş hallara və tərəf lərin qarşılıqlı münasibətinə uyğun olmayan qətnamə qəbul etmişdir.
63. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
64. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
65. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6859/2020 nömrəli iş üzrə 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.