Məhkəmə qərarları › İş №2(102)-4668/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4668/2022

14.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4668/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4668/2022 Açar sözlər: borcun qaytarılması, sübutetmə yükü Bakı şəhəri 14 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-686/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 dekabr 2022-ci il tar ixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) 20.000 ABŞ dolları və 22.000 manat məbləğində borc pul verib.

2. Cavabdeh1 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci X4 Mustafayevanın şikayəti əsasında verdiyi izahata əsasən Cavabdeh1 qeyri-rəsmi nikah münasibətlərində yaşadığı Ramil adlı şəxsin biznes işləri ilə bağlı İddiaçı Ramillə birlikdə 20000 manat pulu borc kimi almış, sonradan geri qaytarmışdır. 2019-cu ildə müxtəlif vaxtlarda Ramillə birlikdə İddiaçı 20000 ABŞ dolları, 20000 manat pulu borca alsalar da, Ramil həmin pulları geri qaytara bilməmiş, 2021-ci ilin yanvar ayında isə polis əməkdaşları tərəfindən saxlanılmış, barəsində dələ duzluq əməlləri ilə bağlı cinayət işi başlanmış, hazırda da Ramil həbsdədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 20000 ABŞ dolları və 22000 manat pulun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh1 və onun anası Cavabdeh2 ilə uzunmüddətli ailəvi dostluq münasibətləri olmuşdur. Onun mərhum əri ilə Cavabdeh1 atası da yaxın dost olmuşlar. Əri sağ olarkən Vüsalə onlardan təxminən 19000 manat borca pul götürmüş, lakin həmin pulda n 12000 manat hələ də qaytarılmamışdır. Sözügedən borc 2014-cü ildən yaranmışdır. Sonradan 2019-cu ilin aprel ayının sonlarında Vüsalə onların ev telefonlarına zəng vuraraq ərinin problemi ilə bağlı külli miqdarda pula ehtiyacı olduğunu demiş, ondan kömək istəmişdir. O, həmin vaxt özünə ev almaq istəyirdi, Vüsalə də bunu bilirdi. O, Vüsaləyə inanıb ona kömək edə biləcəyini demiş, pul bacısıgildə olduğundan gecə saat 11 radələrində Vüsalə qeyri-rəsmi nikahda olduğu Ramil adlı şəxslə onun yaşadığı evə gələrək onu maşınla bacısıgilə, Əhmədliyə aparmışlar. O, bacısıgildən 20000 ABŞ dolları məbləğində pul vəsaitini götürərək maşında Vüsaləyə vermişdir. Vüsalə onu əmin etmişdir ki, pulu 5-10 günə qaytaracaqdır. Təxminən 2 ay sonra Vüsalə həmin məbləğdə pulu ona qaytarmış, səhəri istəmiş, həmin v axt bacısı İradə də onlarda olmuşdur. O, Vüsaləyə inanıb 20000 ABŞ dolları məbləğində pul vəsaitini yenidən ona vermişdir. 28 sentyabr 2020-ci il tarixdə X5 vilayətindən zəng vuraraq ondan borca pul istəmiş, onda pul olmadığından bacısı Cəmilənin adına “Bank Respublika”dan 10000 manat kredit götürmüş, Cəmilədən əlavə 3000 manat, bacısı İradədən 2000 manat və 1000 ABŞ dolları pul götürərək Vüsalənin anası Cavabdeh2 vermişdir.

5. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddia tələbinin 2014-cü ildən qalan 12000 manat pulun tutulması hissəsinin ona ümumiyyətlə aidiyyəti yoxdur. Çünki, həmin borc münasibətləri onun mərhum atası ilə İddiaçı mərhum əri arasında olmuş, göstərilən pul vəsaitinin qaytarılıb-qaytarılmamasından məlumatı yox dur. İddianın digər hissələrinə münasibətdə isə Cavabdeh1 bildirdi ki, o, 2018-ci ildə Musazadə Ramil adlı şəxslə tanış olmuş, sonradan Ramillə qeyri-rəsmi nikah münasibətlərində ailə kimi yaşamışdır. Ramil onun bütün qohum-tanışları ilə yaşı münasibət qurmuşdur. Tanış olduqları ilk vaxtlar Ramil bizneslə məşğul olduğunu bildirmiş, bir müddət sonra işlərinin yaxşı getmədiyi ilə əlaqədar pula ehtiyacı olmuşdur. O, Ramili ailəsi bildiyindən ona inanaraq 2019-ci ildə Ramil üçün İddiaçı 20000 manat pulu borc kimi almış, təxminən 2 ay sonra Ramil həmin məbləği toplayıb ona vermiş, o da iddiaçıya qaytarmışdır. Ramili İddiaçı özü də tanımış, aralarında yaxşı münasibət olmuşdur. Ramil bu münasibətdən istifadə edərək şəxsən özü İddiaçı sonradan yenidən bir neçə dəfə borca pul götürmüş, lakin qaytar mamışdır. Ramil onun özünə də xeyli maddi ziyan vurmuşdur. Hazırda Ramilin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə, həmçinin 178, yəni dələduzluq maddələri ilə cinayət işi başlanmış, ibtidai istintaq yekunlaşmaq üzrədir. O, həmin cinayət işi ilə bağlı zərərçəkmiş şəxs kimi tanınması ilə bağlı müraciət etsə də, müraciəti təmin olunmamışdır. Sonda Cavabdeh1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil1 Cavabdeh1 izahatında göstərilənləri təsdiq edib əlavə olaraq bildirdi ki, Ramil Musazadə barəsində başlanmış cinayət işi üzrə Cavabdeh1 zərərçəkmiş şəxs qismində tanınmasının rədd edilməsindən onlar tərəfindən şikayət verilmişdir. Çünki, həqiqətən də Ramil Cavabdeh1 k ülli miqdarda maddi ziyan vurmuşdur.

6. Birinci instansiya məhkəməsində şahid X2 izahatında göstərdi ki, o, İddiaçı bacısıdır. 2019-cu ilin aprel ayında Rakiyə ona zəng vuraraq ev almaq üçün yığdığı puldan 20000 ABŞ dollarını hazırlamağı, az sonra gəlib götürəcəyini demişdir. Belə ki, həmin ərəfədə Rakiyə özünə ev almaq istəyirdi, pulu isə onların evində saxlayırdı. Həmin gecə saat 11 radələrində Rakiyə onun evinə gəlmiş, evə daxil olmamış, o, blokun pilləkənlərində 20000 ABŞ dolları məbləğində pul vəsaitini bacısına vermiş, maraqlı gəldiyindən dərhal pəncərədən həyətə baxmış və bacısının həmin pulu həyətdə hansısa qara rəngli maşının yanında dayanmış Vüsaləyə verdiyini görmüşdür. Vüsalə pulu saymadan onlar hamılıqda həmin avtomobilə əyləşmiş, oradan uzaqlaşmışlar. Avtomobili idarə edən şə xsi görməmişdir. Təxminən 2 ay sonra Rakiyə ona zəng vuraraq onlara gəlib pulu götürməsini istəmiş, o, bacısıgilə getmiş, pulu götürüb öz evinə aparmaq istəyərkən bacısına Vüsalədən zəng gəlmiş, Vüsalə həmin pulu yenidən istəmiş, buna görə də bacısı 20000 ABŞ dolları məbləğində pulu Vüsaləyə verməsi üçün saxlamış, az sonra Vüsalə gələrək pulu götürüb getmişdir. Pulu götürən zaman Vüsalə özünə ev alması üçün pul lazım olduğunu demişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-4398/2021 nömrəli iş üzrə 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 10000 manat və 20000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur.

8. Birinci instansiya məhkəməsi iddia tələbinin 20000 ABŞ dollarının tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin məbləğdə pul vəsaitinin İddiaçı tərəfindən şəxsən Cavabdeh1 təqdim edilməsi və təxminən 2 ay sonra qaytarılması həm iddiaçının həm də Cavabdeh1 məhkəmə iclasında verdikləri izahatı ilə öz təsdiqini tapır. Bu fakt həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş İradə Nəsibovanın izahatı ilə də təsdiqlənir. Vüsal Əliyeva 20000 ABŞ dolları məbləğində pulu İddiaçı qaytardıqdan sonra Ramil İsazadənin şəxsən özünün İddiaçı borc götürdüyünü, hazırki iddianın Ramilə qarşı yönəlməli olduğunu bildirsə də, onun 20-ci Polis Bölməsində verdiyi izahatdan müəyyən olunur ki, o, qeyri-rəsmi ailə münasibətlərində yaşadığı Ramil adlı şəxsin işləri ilə bağlı İddiaçı 20000 manat və 20000 ABŞ dolları məbləğində pulu borc kimi götürmüş, sonradan Ramil həmin pulu qaytara bilməmişdir.

9. Birinci instansiya məhkəməsi iddianın 22000 manat pulun tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, İddiaçı həmin borcun 12000 manat hissəsinin 2014-cü ildən yarandığını, 10000 manatının isə 2020-ci ilin sentyabr ayından yarandığını, hər iki halda pulun şəxsən Vüsal Əliyevaya təqdim edilməsini bildirsə də, 2014-cü ildə pulun Cavabdeh1 verilməsini təsdiq edən hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, Cavabdeh1 polis bölməsində verdiyi izahatında Ramil İsazadənin işləri ilə bağlı İddiaçı 20000 ABŞ dollarından əlavə 20000 manat borc aldıqlarını, həmin pulun qaytarılmadığını göstərmişdir. Hazırki iddia tələbinin 22000 manat hissəsinin 12000 manatına dair sübut mövcud olmasa da, V.X1 verdiyi izahat iddianın qalan 10000 manat hissəsinə sübut kimi qəbul edilməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 427.2,442-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər.

12. İddiaçı apellyasiya şikayətində qətnamənin 12000 manat pulun tutulması hissəsində qismən ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir

13. İddiaçı şikayətində göstərmişdir ki, məhkəmə 2014-cü ildən qalmış 12000 manat borcun cavabdehdən tutulması ilə bağlı iddianı rədd ed ərkən qeyd etmişdir ki, həmin pulun cavabdehə verilməsini təsdiq edən hər hansı sübut yoxdur. Digər tərəfdən cavabdeh polis bölməsində verdiyi izahatında Ramil İsazadənin işləri ilə bağlı İddiaçı 20000 ABŞ dollarından başqa, 20000 manat borc aldığını, həmin pulu qaytarmadığını bildirmişdir. Hazırki halda 22000 manat hissəsinin 12000 manata dair sübut mövcud olmasa da, cavabdehin polis bölməsində verdiyi izahat iddianın qalan hissəsində də sübut kimi qəbul olunmalıdır. Əslində isə 2014-cü ildən qalan həmin 12000 manat pulu ondan Cavabdeh1 götürmüş, hətta həmin borcdan 500 manat pulu xx.xx.2021-ci il tarixdə ********* saylı mədaxil qəbzi ilə Azərpoçt MMC AZ5005 vasitəsi ilə onun adına özü ödəmişdir. Həmin qəbz barəsində birinci instansiya məhkəməsində ifadə olaraq bildirsə də, qəbzi təzə bər pa etdiyinə görə təqdim edə bilməmişdir.

14. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının məhkəmədə dedikləri ilə iddia ərizəsi arasında ziddiyyətə qiymət verməmişdir. İddiaçı iddia ərizəsində 22000 manat məbləğində pulu ona verdiyini yazsa da, məhkəmə iclasında həmin pulu cavabdehin mərhum atasına verdiyini bildirmişdir. Məhkəmə iddianı təmin etdiyi manat hissəsində yalnız iddiaçının şifahi izahatına əsaslanmış, həmçinin əsl olmayan tərəf arasında qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə onlara məlum olmayan səbəbdən onların 20000 ABŞ dollarını alıb qaytardıqları hissədə onlara inanır, lakin ikinci dəfə həmin pulu guya ki, bir gün sonra aldıqları barədə iddianı rədd etdikləri halda, buna inanmır. Məhkəmə 20-ci PB-də tərəfin müdafiə hüququ pozulmaqla verdiyi izahata əsaslanmışdır. Mülki Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi yazılı formada bağlanmaladır. Lakin iddiaçı məhkəməyə hər hansı yazılı sübut təqdim etməmişdir. Yeganə şahid iddiaçının bacısıdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-686/2022 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev) iddiaçı və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilmiş, cavabdehdən 20000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə və 10000 (on min) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

17. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlili olmaqla yanaşı, digər dəlillərdən asılı olmayaraq, maddi hüquq normasının düzgün tətbiq edilməməsi əsasına görə qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir.

18. Apellyasiya Məhkəməsi iddia tələbinin 22000 manat borcun tutulması ilə bağlı qeyd edir ki, iddiaçı həmin borcun 12000 manatını 2014-cü ildən, 10000 manatı isə 2020-ci ilin sentyabr ayından yaranmış borc kimi tələb edir. 2014-cü ildən yaranmış 12000 manat borcla bağlı iddiaçı bildirir ki, pulu Cavabdeh1 vermişdir. Cavabdeh1 isə bildirir ki, həmin pulu almamışdır. Bu halda 12000 manat borcla bağlı pulun verilməsini sübut etməsi yükü iddiaçının üzərinə düşür ki, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. 2014cü ildən yaranan 12000 manat borcun Cavabdeh1 tutulması hissəsində iddia əsassız olduğundan təmin oluna bilməz.

19. Apellyasiya instansiya məhkəməsi 2020-ci ilin sentyabr ayından yaranmış 10000 manat və 2019-cu ildən yaranmış 20000 ABŞ dolları borcla bağlı qeyd etmişdir ki, iddia tələbinin 20000 ABŞ dollarının tutulması hissəsinə münasibətdə kollegiya qeyd edir ki, pulun İddiaçı tərəfindən şəxsən Cavabdeh1 təqdim edilməsi və təxminən qısa müddətdə qaytarılması həm iddiaçın ın, həm də Cavabdeh1 məhkəmə iclasında verdikləri izahatı ilə öz təsdiqini tapır. Bu fakt həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş İradə Nəsibovanın izahatı ilə də təsdiqlənir. Cavabdeh1 pulun İddiaçı qaytardıqdan sonra Ramil İsazadənin şəxsən özünün İddiaçı borc götürdüyünü, hazırki iddianın Ramilə qarşı yönəlməli olduğunu bildirsə də, onun 20-ci Polis Bölməsində verdiyi izahatdan müəyyən olunur ki, o, qeyri-rəsmi ailə münasibətlərində yaşadığı Ramil adlı şəxsin işləri ilə bağlı İddiaçı 20000 manat və 20000 ABŞ dolları məbləğində pulu borc kimi götürmüş, sonradan Ramil həmin pulu qaytara bilməmişdir.

20. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, 20000 ABŞ dolları məbləğində pul vəsaiti 2019-cu ildə İddiaçı tərəfindən Cavabdeh1 borc kimi verilmiş və həm in pul qaytarılmamışdır. Cavabdeh1 2019-cu ilin aprel ayında götürülmüş borc qaytarıldıqdan sonra İddiaçı borc götürməməsini bildirməsi Cavabdeh1 hazırkı izahatı polis bölməsində verdiyi izahata zidd olmaqla, özünü müdafiə xarakteri daşıyır. Digər tərəfdən, Cavabdeh1 polis bölməsində verdiyi izahatında Ramil İsazadənin işləri ilə bağlı İddiaçı 20000 ABŞ dollarından əlavə 20000 manat borc aldıqlarını, həmin pulun qaytarılmadığını göstərmişdir. V.X1 verdiyi izahat iddianın qalan 10000 manat hissəsinin sübutu kimi qəbul edilməlidir.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 20000 ABŞ dolları və 10000 manatın borc olaraq verilməsi tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır.

22. Kollegiya hesab etmişdir ki, iddiaçı 2019-cu il və 2020-ci ildən yaran mış borcları tələb etməsi üçün yazılı müqavilə təqdim etmədiyindən, bununla da, əqdin formasına əməl olunmadığından, borcla bağlı bağlanmış əqdlər əhəmiyyətsizdir.

23. Hazırki halda iddiaçının tələb etdiyi 2020-ci ilin sentyabr ayından yaranmış 10000 manat və 2019-cu ildən yaranmış 20000 ABŞ dolları əhəmiyyətsiz əqd (borc müqaviləsi) üzrə verilmiş olsa belə, həmin pul məbləği əvəzedilən əşya olmaqla, Cavabdeh1 əmlakına qarışdığından və onun həmin əşya olan pul üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olmuşdur.

24. Qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyindən iddiaçı Cavabdeh1 2020-ci ilin sentyabr ayından yaranmış 10000 manat və 2019-cu ildən yaranmış 20000 ABŞ dollarının geri qaytarılmasını tələb etməkdə haqlıdır.

25. Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Göründüyü kimi, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddət iddia müddəti olmaqla, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verməmişdir.

26. Kollegiya iddia tələbinin pulun həmçinin Cavabdeh2 tələb edilməsi hissəsində iddianı əsassız hesab edərək, qeyd etmişdir ki, iddiaçı pulun Cavabdeh2 verilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

27. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 329.1, 329.2, 337.1, 372.2, 739.1, 739.2, 740, 740.2, 1091.1, 109 1.2, 1092.1-ci, maddələrinə, MPM-nin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

28. Qətnamədən iddiaçı (vəkil X3) kassasiya şikayəti vermişdir.

29. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbinə görə Cavabdeh1 ondan 2019-cu ilin axırlarına qədər 22.000 manat pul və 20.000 ABŞ dolları borc alaraq qaytarmamışdır. Apelyasiya məhkəməsinə təqdim olunan materiala əsasən cavabdeh Bakı şəhəri, Nəsimi RPİ-nin 20-ci PB-də 2021-ci iln aprel ayında öz xətti ilə yazdığı izahatında göstərmişdir ki,” 2019-cu uldə müxtəlif anlarda ilkin ol araq Raminən birlikdə Rakiyə xanımdan 20.000 ABŞ dolları və 20.000 min manat borc alsaq daRamil üçün o həmin pulu geri qaytarmadı və borcu bağlaya bilmədi.” Hesab edirik ki, apelyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməyərək həmin izahatı iddiaçı tərəfindən Cavabdeh1 yalnız 20.000 ABŞ dolları və 10.000 manat pulun borc olaraq verməsinin sübutu kimi qəbul etmiş və nəticədə cavabdehin aldığı 22.000 manat borcun 12.000 manat hissəsində iddia təmin edilməməklə əsassız qətnamə çıxarılmışdır. 12.000 manat pulu da iddiaçıdan Cavabdeh1 özü borc götürmüş, hətta həmin borcundan 500 manat pulu xx.xx.2021-ci il tarixdə ********* №-li mədaxil qəbzi ilə Azərpoçt MMC, AZ5005 vasitəsi ilə onun adına ödəmişdir. Birinci instansiya məhkəməsində şifahi olaraq bu barədə bildirilsə də həmin qə bzi yenidən bərpa etmək çətinliyinə görə məhkəməyə təqdim etmək mümkün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmadı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

33. Maddə 739.1-ci maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

34. Maddə 739.2-ci maddəsinin tələbinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

35. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

36. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

37. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

38. Maddə 1092.

1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. M addə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

46. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

47. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bi lər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Qətnamədən yalnız iddiaçı kassasiya şikayəti verdiyindən qətnamə kassasiya şikayətinin dəlilləri əsasında iddianın Cavabdeh1 münasibətdə təmin olunmayan hissəsind ə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, iddianın Cavabdeh1 münasibətdə təmin olunmayan hissəsində apellyasiya məhkəməsi tərəfindən prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməlidir.

51. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdehlə aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə verilmiş 22.000 manat və 20.000 ABŞ dolları məbləğində borcu tələb edir.

52. Cavabdeh məhkəmə iclaslarında iddia tələbinin 2014-cü ildən qalan 12000 manat borcun ona aid olmamasını, 2019-ci ildə ailə münasibətlərində olduğu Ramil üçün İddiaçı 20.000 manat pulu borc alıb, 2 ay sonra qaytardığını, sonradan Ramilin şəxsən özünün İddiaçı yenidən bir neçə dəfə borca pul götürüb qaytarmadığını bildirmişdir.

53. Cavabdeh məhkəmə iclasl arında iddiaçıya borcu olmadığını bildirsə də, Cavabdeh1 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci X4 Mustafayevanın şikayəti əsasında verdiyi izahata əsasən Cavabdeh1 qeyri-rəsmi nikah münasibətlərində yaşadığı Ramil adlı şəxsin biznes işləri ilə bağlı 2019-cu ildə müxtəlif vaxtlarda Ramillə birlikdə İddiaçı 20000 ABŞ dolları, 20000 manat pulu borca alaraq geri qaytara bilmədiklərini göstərmişdir.

54. Apellyasiya məhkəməsi V.X1 verdiyi izahatını sübut kimi qiymətləndirərək iddianın 20.000 ABŞ dolları və 10.000 manat borc hissəsinin sübutu kimi qəbul etmiş, lakin qalan 12.000 manatın borc verilməsinin iddiaçı tərəfndən sübut edilməməsi əsası ilə iddianı həmin hissədə rədd etmişdir.

55. Məhkəmə kollegiyası hesab edir ki, borcun 12.000 manat hissəsinin 2014-cü ildə cavabdehə verilməsin in sübut olunmaması əsası ilə iddianın bu hissədə rədd edilməsi barədə apellyasiya məhkəməsinin qənaəti aşağıdakılara görə əsassızdır.

56. Qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür.

57. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İşin mübahisəsiz halları isə tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər.

58. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Tərəfin məhkəmə iclasında bildirdiyi və protokola əlavə olunmuş izahatını gəlcəkdə heç bir əsaslı səbəb göstərmədən dəyişməsi birinci instansiya məhkəməsinin həmin izahatı nəzərə alaraq qəbul etdiyi qərarın birmənalı ləğvi üçün əsas ola bilməz.

59. Mülki pro sessual qanunvericilik tərəfləri şifahi izahatlarının təhrif olunmasından qorumaq üçün xüsusi institut – protokola dair qeydlər vermək imkanı nəzərdə tutmuşdur. Belə ki, əks olunmuş izahatı ilə razılaşmayan işdə iştirak edən şəxs MPM-in 273-cü maddəsinə əsasən onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Qanunvericilk nəzərdə tutur ki, protokolu imzalamış hakim qeydlərlə razılaşmadıqda belə həmin qeydləri işə əlavə etməldir. Sonuncu məsələni müəyyən etməkdə qanunvericinin məqsədi işə baxan yuxarı instansiya məhkəməsinə hər bir halda qeydlər barədə məlumatlı olmaq və işdə iştirak edən şəxsin birinci instansiya məhkəməsində verdiyi şifahi izahata hüquqi qiymət vermək imkanını təqdim etməkdir.

60. Hazırkı iş üzrə məhkəmə bax ışında iştirak etmiş Cavabdeh1 verdiyi şifahi izahatında iddiaçıdan 20.000 manat borc alması faktını təsdiq etmiş, lakin onun 2019-cu ildə alındığını göstərmiş, həmçinin polis şəbəsində verdiyi yazılı izahatında iddiaçıdan 20.000 ABŞ dolları və 20.000 manat aldıqlarını və qaytarmadıqlarını göstərmişdir.

61. Məhkəmə kollegiyası hesab edir ki, həmin izahatların borcun bir hissəsinə münasibətdə sübut kimi qəbul edilməsi, qalan hissəyə münasibətdə isə qəbul edilməməsi barədə məhkəmənin mövqeyi mülki prossesual qanunvericiliyin tələblərinə cavab vermir.

62. Borcun hansı tarixdə verilməsindən asılı olmayaraq cavabdeh 20.000 manat məbləğdə borcu aldığını etiraf etdiyindən həmin məbləğdə borcun qaytarıldığını sübut etmək yükü cavabdehin üzərində olmaqla, həmin məbləğdə borc verilməsini sübut etmək yükündən iddiaçını azad edir.

63. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

64. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

65. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

66. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPMnin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edir. Belə süb ut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməz sə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

69. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir.

70. Göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 münasibətdə təmin olunmayan hissəsində yuxarıda sadalanan prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və bu hal düzgün olmayan məhkəmə qətnaməsinin qəbul olunması ilə nəticələnmişdir.

71. İddiaçının kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkə mə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, yoxlanılan hissədə əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin iddianın Cavabdeh1 münasibətdə təmin olunmayan hissəsində ləğvi üçün əsasdır.

72. Buna görə də, qətnamə həmin hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.

73. Belə ki, iş üzrə yeni qərar qəbul edilməsi üçün əsaslar mövcud deyidir.

74. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103 )-686/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsi iddianın Cavabdeh1 münasibətdə təmin olunmayan hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar