Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4671/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: X4 İddia tələbi: «Cavabdeh MM» MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyinin əsassız sayılması və yeni ekspertiza təyin edilməsi barədə Açar sözlər: Qanuni qüvvəsini almış məhkəmə qətnamələrində sübut kimi qəbul edilmiş ekspertiza rəyini mübahisələndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, üçüncü şəxsin vəkili X3 oğlunun iştirakı ilə, Şəki Apelyasiya Məh kəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı Dünyabr qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1781/2019 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçı «Cavabdeh MM» MMC-yə qarşı «Cavabdeh MM» MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyinin əsassız sayılması və yeni ekspertiza təyin edilməsi barədə iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən, məruzəçi), M.Əsədli və A.Mahmudov, 2(107)230/2020 saylı mülki iş) hazırki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1781/2019 nömrəli qətnaməsi də yişdirilmədən sаxlаnılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Cavabdeh MM» MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək «Cavabdeh MM» MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyinin əsassız sayılması və yeni ekspertiza təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: X4 ona qarşı iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət edərək vurulmuş maddi zərərə görə 35000 manat, mənəvi zərərə görə 10000 manat, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 45030 manat məbləğində pul vəsaitinin ondan tutulması barədə q ətnamə çıxarılmasını xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ondan 10243.86 manat maddi zərər və 7 manat dövlət rüsumunun tutularaq X2 verilməsi, «Cavabdeh MM» MMCyə ödənilməli olan 200 manat xərcinin 102.5 manatının X1, 97.5 manat hissəsinin ondan tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hər iki məhkəmə «Cavabdeh MM» MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyinə əsaslanmışlar. Həmin rəy və onun əsasında qəbul edilmiş qətnamələrlə razılaşmır. Belə ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxx 2009cu il tarixli qətnaməsi ilə uşaqları ilə birlikdə ünvan 1 ünvanındakı fərdi yaşayış evinə köçürülmüşdür. Məhkəmə qərarı icra olunsa da həmin ev yaşamaq üçün təhlükəlidir. Bunu Oğuz Rayon İcra Hakimiyyətindən dəvət olunmuş nümayəndələr də xx xxxxxx 2009-cu il tarixli aktla təsdiq etmişlər. Lakin «Cavabdeh MM» MMC öz hesablama cədvəlində gözlə görünən yararsız materialları görməzdən gələrək yararlı materialların bazar qiymətlərini götürərək saxta qiymətlər qoymuş və hesablamalar aparmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti iddia tələbində qeyd olunan faktiki hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Apelyasiya instansiyası Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Prosessual məsələlər: Məhkəmə ko llegiyasının iclasında üçüncü şəxsin vəkili X3 oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Hazırkı iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, X4 əvvəllər İddiaçı qarşı ona vurulmuş zərərin ödənilməsi iddiası irəli sürmüşdü. Tələbi onunla bağlı idi ki, cavabdeh onun razılığı olmadan mülkiyyətində olan evi sökərək yerində özünə yeni ev inşa etmişdir. Həmin işə baxılarkən iddiaçıya vurulan zərərin məbləğini müəyyənləşdirmək üçün müvafiq ekspertizalar keçirilmiş və həmin rəylərə uyğun olaraq qətnamə qəbul edilmişdir. Həmin rəylərdən biri hazırkı iş üzrə mübahisələndirilən «Cavabdeh MM» MMC-nin vermiş olduğu rəy olmuşdur. Qeyd olunan mülki iş üzrə məhkəmə qərarları qanuni qüvvəsini almış və hazırda icra mərhələsindədir. Deməli, hazırkı işdə iddiaçının mübahisələndirdiyi məsələ digər mülki iş üzrə sübut kimi qəbul edilmiş rəyin əsassız sayılması barədədir. Məhkəmə kollegiyasının mövqeyi belədir ki, həmin iddiaya ümumiyyətlə məhkəmədə baxıla bilməz. Belə iddialara baxılması sübutetmənin mahiyyətinə zidd olmaqla mülki dövriyyənin sabitliyini pozmuş olar. Azərbaycan Respublikası MPM-nin 76.1. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci mad dəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normalardan göründüyü kimi iş üzrə sübutların təqdim edilməsi, əldə olunması və qiymətləndirilməsi konkret mülki işə baxılarkən həll edilən məsələdir. Başqa bir mülki iş üzrə məhkəmənin sübut kimi qəbul etdiyi və çıxarılan qərarın əsası kimi götürülən sübutun ayrıca iddia icraatında mübahisələndirilməsi mülki mühakiməni heçə endirir. Belə iddialara baxılması onu ehtiva edir ki, bir mülki iş üzrə məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra həmin mülki işdə məhkəmənin əsas götürdüyü bütün sübutlar (şahid ifadəsi, tərəflərin izahatları, m ütəxəssis rəyi, maddi sübutlar və.s.) ayrıca iddia icraatı qaydasında mübahisələndirilə bilər. Əslində iddiaçı hazırkı tələbi ilə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması üçün əsaslar, zəmin hazırlayır. Lakin qanunverici belə halların iddia icraatı qaydasında əldə olunmasını istisna edir. Azərbaycan Respublikası MPM-nin 432.2.2. maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsas ola bilər. Göründüyü kimi qanunverici iş üzrə verilmiş ekspert rəyinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə saxta olması halında yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılması əsası kimi müəyyən etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələbə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1. maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 417.1.5 maddəsinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzr ə icraata xitam verə bilər. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Nəticə: İddiaçı kassasiya şikayəti qismən təmin edilərək apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4671/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4671/2020
22.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver