Məhkəmə qərarları › İş №2(102)-4674/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-4674/2023

21.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4674/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Nurəddin oğluna qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin beş min manatdan az olması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2022-ci il tarixli, 2(105)-6973/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh Nurəddin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən oğlunun müalicəsi üçün sərf etdiyi 2000 manat pulun, habelə ona və ailəsinə dəyən 5000 manat mənəvi ziyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Nilufər Cəfərli) 28 iyul 2022-ci il tarixli, 2(008)-3778/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.

3. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2022-ci il tarixli, 2(103)-6973/2022 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2023cü il tarixli, 2(102)-2357/2023 saylı qərardadı ilə kassasiya şikayəti, iddiaçı tərəfindən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin 5000 manatdan az olması əsası ilə qeyri-mümkün hesab edilmiş və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

7. İş Bakı Apellyasiya Məhkəməsinə qaytarıldıqdan sonra barəsində kassasiya şikayəti verilən qətnaməni qəbul etmiş məhkəmə tərkibində sədrl ik edən hakim tərəfindən arayışla kassasiya şikayəti yenidən Ali Məhkəməyə göndərilmişdir.

8. Arayışda qeyd edilmişdir ki, iddia ərizəsində maddi zərərin əvəzi kimi 2000 manat, mənəvi zərərin əvəzi kimi 5000 manat tələb edilib, iddia rədd olunub. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Mübahisələndirilən hissədə iddianın qiyməti 7000 manat olduğuna görə kassasiya şikayəti verilə bilər.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2(102)-2856/2023 saylı qərardadı ilə kassasiya şikayəti Ali Məhkəmənin əvvəlki 16 may 2023-cü il tarixli, 2(102)-2357/2023 saylı qərardadının icra edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmışdır.

10. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 21 iyul 2023-cü il tarixdə keçiril miş məhkəmə iclasında kassasiya şikayətini qaytarmaq vəzifəsinə münasibətdə Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 408.1-ci maddəsinin həmin Məcəllənin 404-1 və 409-cu maddələri ilə əlaqəli şəkildə şərh edilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunması barədə müstəqil qərardad çıxarmış, eyni zamanda məhkəmə iclas protokolunda qeyd olunmaqla Konstitusiya Məhkəməsinə müraciətlə bağlı kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmasının təxirə salınması qərara alınmışdır.

11. Həmçinin barəsində kassasiya şikayəti verilən qətnaməni qəbul etmiş məhkəmə tərkibində sədrlik edən hakim tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş arayış əsasında kassasiya şikayəti yenidən Ali Məhkəməyə göndərilmişdir.

12. Arayışda göstərilir ki, kassasiya şika yətinin qaytarılması üçün əsas müəyyən edilmədi. Ona görə də apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin qaytarılması barədə qərardad qəbul edilməsi mümkün deyil. Əgər Ali Məhkəmə kassasiya şikayətinin mümkün sayılması üçün əsas olmadığını hesab edirsə, kassasiya şikayətinin geri qaytarılması barədə qərardad Ali Məhkəmə tərəfindən qəbul edilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, mülki iş kassasiya şikayəti ilə bağlı Ali Məhkəmənin əvvəlki qərardadlarında verilən göstərişlərin icra olunması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

14. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

15. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

16. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik o lmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

17. Hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü Ali Məhkəmənin Mülki Kollegiyası tətəfindən araşdırılmış, xx.xx.2023-cü il tarixli qərardadla kassasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki iş apelyasiya instansiyası məhkəmə sinə qaytarılmışdır. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti MPM-nin 402.1-ci maddəsində müəyyən edilmiş məbləğdən az olduğundan, işə kassasiya qaydasında baxıla bilməz.

18. Apelyasiya instansiyası məhkəməsinin hakimi bundan sonra arayışla kassasiya şikayətini yenidən Ali Məhkəməyə göndərmişdir. Bundan əvvəl Ali Məhkəmənin Mülki Kollegiyası xx.xx.2023-cü il tarixli qərardadında bu məsələyə qiymət verərək bildirmişdir ki, hazırkı iş üzrə kassasiya şikayətinin qeyri-mümkünlüyünə dair Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadında şikayətin geri qaytarılması barədə birbaşa və açıq göstəriş verildiyi üçün apellyasiya instansiyası məhkəməsi həmin şikayəti müvafiq tərəfə qaytarmağa borclu olmuşdur. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi şikayəti kassatora qaytarmaq əvəzinə, Ali Məhkəmənin məcburi göstərişini icra etməkdən imtina edərək, heç bir prosessual-hüquqi hüquqi əhəmiyyət daşımayan arayışla kassasiya şikayətini təkrarən Ali Məhkəməyə geri qaytarmaqla Mülki Prosessual Məcəllənin 408.1.1ci maddəsinin tələbini pozmuşdur.

19. Məhkəmə kollegiyası hazırda Ali Məhkəmənin bu iş üzrə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərardadlarında ifadə olunmuş hüquqi mövqedən çıxış etməklə qeyd edir ki, mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduqda, kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmalıdır (MPM-nin 408.1.1-ci maddəsi). Həmçinin kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri- mümkünlüyü barədə qərarı olduğu halda da kassasiya şikayəti qaytarılmalıdır (MPM-nin 402.2.2-ci maddəsi).

20. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardadı qətidir və burada əks etdirilmiş göstərişlər apellyasiya instansiyası məhkəməsi tərəfindən birmənalı şəkildə icra edilməlidir.

21. Apelyasiya instansiyası məhkəməsi şikayətin geri qaytarılması üçün əsasların olmadığı barədə mövqeyində qalaraq, fikir ayrılığına aydınlıq gətirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etmiş, habelə müraciətlə bağlı kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmasını təxirə salmış, lakin müraciətin nəti cəsini gözləmədən, arayış tərtib etməklə kassasiya şikayətini yenidən Ali Məhkəməyə göndərmişdir. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi fərqli prosessual vəziyyət olmadığı halda yenidən kassasiya şikayətini Ali Məhkəməyə göndərmiş, Ali Məhkəmənin əvvəlki qərarlarına əməl etməmişdir.

22. Arayışda həmçinin qeyd olunur ki, zərurət olduğu halda Ali Məhkəmə özü kassasiya şikayətini geri qaytarmalıdır. Lakin nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin bu əsasla geri qaytarılmasını nəzərdə tutan norma MPM-də yoxdur.

23. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2357/2023 nömrəli, 16 may 2023-cü il tarixli və 2(102)-2856/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadlarının icra edilməsi üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

24. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408.1.1 və 404-1.2-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2357/2023 nömrəli, 16 may 2023-cü il tarixli və 2(102)-2856/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadlarının icra edilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar