Məhkəmə qərarları › İş №2(102)-4676/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4676/2022

30.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4676/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı qorunan əmanət üzrə kompensasiyanın və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)671/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra - cavabdeh) qarşı qorunan əmanət üzrə kompensasiyanın və dəymiş maddi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-2871/2020 nömrəli, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin olunmuş, qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2543/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Cavabdehin həmin qətnamədən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4212/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər – Elşanə Vəliyeva (sədrlik edən və məruzəçi), Aqil Abbasov və Elşad Şamayev) qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

5. Apellyasiya instansiyası məhkəmə sinin 2(103)-671/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Qətnamə cavabdehin elektron kabinetinə 23 fevral 2022-ci il tarixdə yerləşdirilmiş, cavabdehin poçt ünvanına göndərilmiş qətnamənin surəti isə 4 mart 2022-ci il tarixdə ünvanda imza edilməklə alınmışdır.

7. Cavabdeh (vəkili Vəkil2) 19 may 2022-ci il tarixdə həmin qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir.

8. Ərizə belə əsaslandırılmışdır ki, bu məsələ üzrə cavabdehin adından kassasiya şikayətinin verilməsi Hüquq Departamentinin əməkdaşı V əkil2 həvalə edilmiş, lakin onun səhhətində yaranan ciddi problemlər və bunun müalicəsi ilə əlaqədar qətnamədən kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət ötürülmüşdür.

9. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Vəkil2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar işə çıxmamış, xx.xx.2022-ci il tarixdə “İstanbul NS” Klinikasına müraciət etmiş və həmin Klinikada əməliyyat olunmuşdur.

10. İddiaçı prosessual müddətin bərpası barədə ərizəyə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, cavabdeh hüquqi şəxs olmaqla, məhkəmə işləri ilə məşğul olan çoxlu sayda əməkdaşları vardır. Bu halda, sözügedən ərizəni imzalayan şəxsin özünün xəstəliyinə istinadı əsassızdır. Çünki həmin əməkdaşın xəstə olması halında cava bdehin adından kassasiya şikayətini digər əməkdaşı tərtib edə bilərdi. Həmçinin, xəstəliklə bağlı arayışdan görünür ki, müayinə və əməliyyat cəmi 1 gün çəkmişdir.

11. Apellyasiya instansiyası məhkəməsinin 17 iyun 2022-ci il tarixli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin olunmamış, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

12. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kassasiya şikayətinin verilmə müddəti xx.xx.2022-ci il tarixdə bitsə də, cavabdehin nümayəndəsi həmin tarixdən 27 gün əvvəl – xx.xx.2022-ci il tarixdə işə çıxmışdır, yəni nümayəndənin işə çıxdıqdan sonra da kassasiya şikayəti verilməsi üçün xeyli vaxtı olmuşdur. Bundan əlavə, cavabdeh hüquqi şəxs olmaqla, nümayəndəsinin əmək qabiliyyətini müvəqqəti itirməs i onun başqa nümayəndə vasitəsi ilə kassasiya şikayəti verməsini istisna etmir.

13. Kollegiya öz mövqeyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 133.1-133.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası və kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə cavabdehin təqdim etdiyi yazılı sübutlara və iş üzrə verdiyi şifahi izahatlara, həmçinin işin faktiki hallarına hüquqi qiymət verməmiş, prosessual müddətin bərpasına f iziki şəxslərə münasibətdə müsbət baxıldığını qeyd etməklə subyektiv mülahizələr əsasında qərardad qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, prosessual müddətin bərpasına dair ərizəyə etiraz etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.

18. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

19. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

20. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

21. Maddə 135.5. Bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

22. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sə nədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

23. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

24. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

27. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, buraxılmış prosessual müddətin bərpası barədə ərizədən görünür ki, cavabdeh qanunla müəyyən edilmiş müddətin buraxılmasını bu iş üzrə kassasiya şikayətinin veril məsi tapşırılmış əməkdaşının səhhətində yaranmış problemlərlə əlaqələndirmişdir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki,...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsəl ə ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

33. Göründüyü kimi, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.

34. Cavabdehin hüquqi şəxs olmaqla tərkibində ayrıca Hüquq Departamentinin və həmin Departamentdə çalışan birdən çox əməkdaşının olduğu nəzərə alındıqda isə, əməkdaşlarından birinin səhhətində yaranmış problemlər cavabdeh tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi baxımından üzrlü səbəb kimi qəbul edilə bilməz. Ona görə ki, hüquqi şəxsin özü tərəfindən qeyd olunan halın aradan qaldırılması i mkanı mümkün olmuşdur.

35. Bundan başqa, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, şirkəti məhkəmədə təmsil edən nümayəndənin müayinə və əməliyyatı cəmi 1 gün çəkmiş, kassasiya şikayətinin verilmə müddəti xx.xx.2022-ci il tarixdə bitsə də, cavabdehin nümayəndəsi həmin tarixdən 27 gün əvvəl – xx.xx.2022-ci il tarixdə işə çıxmış, nümayəndənin işə çıxdıqdan sonra da kassasiya şikayəti verilməsi üçün xeyli vaxtı olmuşdur.

36. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilm əsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-671/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar