Məhkəmə qərarları › İş №2(102)-4682/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4682/2023

18.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4682/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı üzrə pul tələbi, maddi və mənəvi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1410/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh verilmiş kassasiya şikayətinə 18 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qəra rı qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh arasında qızıl-zinət və geyim əşyalarının nisyə satılması barədə şifahi razılaşma olmuşdur.

2. Samux rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı cənab Ramil Səfərəliyevə xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən yazılmış izahatın surətinə əsasən, onun barəsində Samux rayon Polis şöbəsinə ərizə ilə müraciət edən Səməd Əliyevin arvadı xxxdən 2022-ci ilin yay aylarında elektrik avadanlığı almışdır. xxxnin ünvan 1ində yerləşən satış mərkəzindən bir ədəd dəyəri 3200 manat olan soyuducu və bir ədəd 1400 manat dəyərində televizor və 320 manat dəyərində mətbəx əşyası, müxtəlif növdə geyim paltarlarını şifahi razılaşma yolu ilə götürmüşdür. Həmin mallara görə ilkin ödəniş kimi 500 manat vermişdir. Ümumilikdə onun xxxyə 4920 manat qal ıq borcu qalmışdır. Səməd Əliyevin müraciətində onun 18200 manat pul borcu olması yalan və böhtan xarakterlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) satılmış qızıl-zinət əşyaları, geyim paltarları və ev məişət avadanlıqlarının dəyəri olan 18.601 manat və həmin məbləğə əldə çıxmış faydaya görə hesablanmış faiz borcu, maddi ziyana görə 1.000 manat və mənəvi ziyana görə 500 manat pul vəsaitinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehin səmimiliyinə inanaraq 13 iyul 2022-ci il tarixdə 18.601 (miqdar) manat məbləğində cavabdehə qızıl-zinət əşyaları və ev məişət avadanlıqları satmışdır. Cavabdeh söz vermişdir ki, 1-2 aya iddiaçıya olan pul borcunu ödəyəcəkdir. Lakin bu günə kimi heç bir ödəniş etməmişdir. Uzun müddət keçməsinə baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Müxtəlif bəhanələrlə cavabdeh bundan imtina etmişdir. Göstərilən səbəbdən iddiaçı ağır maddi vəziyyətə düşmüşdür.

5. Bundan sonra iddiaçı Samux rayon Polis Şöbəsinə müraciət edərək cavabdeh barəsində şikayət etmişdir. Polis şöbəsində araşdırma aparılmış və cavabdehin izahatı alınaraq işin polisə aid olmadığı barədə iddiaçıya məlumat verilmişdir. Polis şöbəsindən iddiaçıya məsələnin məhkəməyə aid olmasına görə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bu səbəbə görə də iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir.

6. İddiaçı tərəfində n cavabdehə satılan əşyaların miqdarı və dəyəri olan soyuducu 1 ədəd 3200 manat, televizor - 1 ədəd 1500 manat, qazan dəst i- 1 ǝdǝd 140 manat, cəmi 4840 manat. Cavabdeh həmin borc məbləğindən 200 manat ödəniş etmiş və 4640 manat qalıq borc qalmışdır.

7. Digər geyim paltarlarından və əşyalardan olan 711 manat borc qalmışdır.16740 manatlıq satılmış qızıl-zinət əşyalarından, ancaq 3490 manat ödəniş edilmiş, qalıq borc isə 13250 manat təşkil etmişdir. Cavabdehin məişət və paltar üçün ümumi qalıq borcu 13250+4640+711 manat olmaqla, cəmi 18601 manat qalmışdır.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 386.1, 427.1, 445.6, 449.1, 449.2, 567, 569.1 və 600.1-600.5-ci maddələrinə istinad etmişdir.

9. Cavabdeh iddiaya yazılı etiraz vermiş və etirazında göstərmişdir ki, iddiaçının işlət diyi ünvan 1ində yerləşən marketdən 2022-ci ilin yay aylarında nisyə 3200 manata bir ədəd soyuducu, 1400 manata bir ədəd televizor və 320 manat dəyərində qazan dəsti və müxtəlif geyim əşyaları almışdır. İddiaçıdan heç vaxt qızıl əşyası almamışdır. İddianın qızıl əşyaları hissəsi tam yalandır. Soyuducu, televizor və qazan dəstini alarkən 500 manat ilkin ödəniş etmişdir. İddiaçı isə onun 200 manat ödəniş etməsini göstərir. İddiaçıdan aldığı malların dəyərini hissə-hissə ödəyib, hazırda iddiaçıya 620 manat borcu vardır. İlkin olaraq 500 manat ödəyəndən sonra bir dəfə də marketə gedib 200 manat da ödəmişdir. Bundan təxminən bir ay sonra iddiaçıya 2000 manat ödəyib. Təxminən ay yarımdan sonra iddiaçı bacısının “Albalı” kartına pul ödəməsini bildirmiş və kartın nömrəsini ona vermişdir. Gəncədə n bankomat vasitəsilə karta 1600 manat ödəmişdir.

10. Birinci instansiya məhkəməsində tərəflər arasında olan danışıqların əks olunduğu CD disk dinlənilmişdir.

11. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, hazırda onun iddiaçıya ancaq 690 manat borcu qalmışdır. O, iddiaçıdan qızıl almamışdır. Odur ki, iddianın qismən - 690 manatla bağlı hissədə təmin edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş CD diskdəki səslər ona məxsusdur.

12. Göygöl Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(066)-249/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 5730 (beş min yeddi yüz otuz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 77.30 manat hissəsinin alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin İddiaç ı özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Əyyub Kərimov)

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehin səmimiliyinə inanaraq 13 iyul 2022-ci il tarixdə 18.601 (miqdar) manat məbləğində cavabdehə qızıl-zinət əşyaları və ev məişət avadanlıqları satmışdır. Cavabdeh söz vermişdir ki, 1-2 aya iddiaçıya olan pul borcunu ödəyəcəkdir. Lakin bu günə kimi heç bir ödəniş etməmişdir. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Müxtəlif bəhanələrlə cavabdeh bundan imtina etmişdir. Göstərilən səbəbdən iddiaçı ağır maddi vəziyyətə düşmüşdür. Bundan sonra iddiaçı Samux rayon Polis Şöbəsinə müraciət edərək cavabdeh barəsində şikayət etmişdir. Həmin polis şöbəsində araşdırma aparılmış və cavabde hin izahatı alınaraq işin polisə aid olmadığı iddiaçıya məlumat verilmişdir.

14. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, bu növ tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi əmlakların cavabdehə verməsini sübut edilməsidir. Hazırki işdən görünür ki, iddiaçı iddia tələbini əsasını tam sübut edə bilməmişdir. Belə ki, iddiaçı iddia tələbinin ancaq müəyyən hissəsi ilə bağlı məhkəməyə sübut təqdim etmişdir.

15. Birinci instansiya məhkəməsi xüsusilə vurğulamışdır ki, tərəflər arasında heç bir yazılı müqavilə bağlanmamışdır. Bununla belə, iddiaçı tərəfindən məhkəməyə üç ədəd CD disk təqdim edilmiş və həmin disklər məhkəmə iclasında, tərəflərin iştirakı ilə tədqiq e dilmişdir.

16. Birinci instansiya məhkəməsi diskdə olan səs yazıları ilə bağlı göstərmişdir ki, iş üzrə tərəflər həmin səs yazılarının onlara məxsus olduğunu bildirmişlər. CD disk dinlənildikdən sonra müəyyən edilmişdir ki, cavabdeh hər nə qədər iddiaçıdan 4920 manatdan başqa, nisyə əmlak götürmədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş 1 nömrəli diskdə cavabdeh özü etiraf etmişdir ki, “onun soyuducu və digər mallardan başqa iddiaçıya əlavə olaraq 5000 manat borcu vardır”. Doğrudur, iddiaçı həmin borcun nə ilə bağlı olduğunu bildirməsə də, işdən göründüyü kimi həmin pul da aralarında olan nisyə alğı-satqı nəticəsində yaranmışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş 3 nömrəli diskdə cavabdeh özü “iddiaçıdan qızıl aldığını etiraf etmişdir”.

17. Birinci instansiya məhkəməs inin mövqeyinə görə iddiaçı iddia tələbinin tam olaraq sübut edə bilməsə də, səs yazılarından tərəflərin izahatlarından müəyyən edilir ki, tərəflər arasında əmlak və qızılla bağlı nisyə alğı-satqı olmuşdur. Cavabdeh iddiaçıdan nisyə olaraq 4920 manat dəyərində olan məişət və mətbəx avadanlıqları və pal-paltar almışdır. İddiaçı özü etiraf edir ki, götürdüyü mallara görə cavabdeh ona müəyyən hissələrlə cəmi 4190 manat pul ödəmişdir. Hazırda cavabdeh iddiaçıya 690 manat borcu qaldığını bildirsə də borcun ödənilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

18. Qanunvericiliyin sübut etmə yükü ilə bağlı mövqeyindən görünür ki, tələb edilən pulun iddiaçıya qaytarıldığını sübut etmək vəzifəsi bir qayda olaraq cavabdehin üzərinə düşür. Hazırkı işdən isə görünür ki, cavabdehin borcu nu tam olaraq qaytardığını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, borcun tam olaraq qaytarılmış olmasını əsaslı hesab etmək mümkün deyil. Hazırki mərhələdə cavabdehin iddiaçıya borcundan 4190 manat ödədiyi sübut olunur; diskdə olan səs yazılarından da müəyyən edilir ki, cavabdehin iddiaçıya qızıllara görə 5000 manat borcu vardır.

20. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş sübutlara əsasən cavabdehin iddiaçıdan 9920 manat dəyərində mal aldığı sübut olunur. Beləliklə, alınmış ümumi malın dəyəri 9920 manat (4920 və 5000)–4190 alınmış mala görə ödənilmiş hissə = 5730 manat qalıq borc.

21. Belə olan halda birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehdən cəmi 5730 manat alınaraq iddiaçıya ödə nilməlidir.

22. İddia tələbinin maddi zərərə görə vurulmuş 1000 manat hissəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia həmin hissədə təmin edilə bilməz. Çünki iddiaçı cavabdehdən ona dəymiş maddi zərərə görə 1000 manat pul tələb etsə də bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir

23. Eyni zamanda birinci instansiya məhkəməsi mənəvi zərərə aid iddianı da təmin etməmişdir.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 567, 600.4, 601.1, 601.2-ci Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxa rılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Təqdim olunmuş CD disklərdə tam və aydın şəkildə qızıl-zinət əşyalarının cavabdeh tərəfindən alınması sübuta yetirilmişdir. Digər tərəfdən məhkəmə qətnamənin təsviri və əsaslandırıcı hissəsində cavabdeh tərəfindən etiraf edilmiş 5000 manat borcun nədən yaranması ilə bağlı məsələni araşdırmamış və buna hüquqi qiymət verməmişdir. Halbuki, CD diskdə açıq şəkildə qeyd edilir ki, həmin məbləğ lotereya borcudur. Bununla bağlı da, iddiaçının məhkəmədə verdiyi izahatlar təhrif edilmişdir. Çünki iddiaçı açıqlama vermişdir ki, aralarında olan borc ilə bağl ı, iddiaçının qızıl-zinət əşyalarının aldığı insanlara borcu olduğundan və həmin borcu ödəməkdən ötrü cavabdehin razılığı ilə lotereya oynayaraq həmin üçüncü şəxsə olan borcu bağlamışdır. Göründüyü kimi, iddiaçı burada da cavabdeh tərəfindən aldanaraq onun əvəzinə lotereya pulu ödəmiş və həmin 5000 manat da oradan aralarında borc kimi qalmışdır. Bu da ümumi olaraq qızıl-zinət borcuna aid edilmişdir. Həmçinin iddiaçı dəfələrlə izahatında həmin pulu borc yaranana qədər ödənilməsini bildirmişdir. Həqiqət ondan ibarətdir ki, aralarında olmuş nisyə alqı-satqı da sübut edir ki, cavabdeh hər dəfə nisyə mal götürüb sonralar ödəniş edib, yeni əşyalar götürüb. Beləliklə də, iddiaçının etibarını və etimadını qazanmışdır. Yəni, məhkəmə iddiaçının izahatını təhrif etmişdir, halbuki 4190 manat məbləğ öd ənildikdən sonra 18601 manat borc qalmışdır. Həmin məbləğin iddiaçıya ödənilməsini cavabdeh heç bir sübutla təsdiq edə bilməzdi, ancaq iddiaçının özünün etirafından sonra məhkəmə bu qənaətə gəlmişdir. Bu da bir daha sübut edir ki, iddiaçı bütün izahatlarında və ifadələrində səmimi olaraq ancaq olan hadisələri həqiqəti söyləmişdir. Həmçinin, məhkəmə zalında yazılı vəsatət təqdim edilərək iş üçün əhəmiyyət kəsb edən şahidlərin dindirilməsi ilə bağlı müraciət etmiş, məhkəmə vəsatəti qəbul etməyərək hər bir halda şahidlərin dindirilməsi ilə bağlı şərait yaradılmasını bildirsə də, məhkəmə iclaslarında bu məsələ həllini tapmamışdır. CD disklərin yenidən dinlənilməsinə zərurət yaranır. Cavabdeh disk yazılarında ümumiyyətlə iddianın tam məbləğini etiraf etmiş, lakin məhkəmə buna qiymət verməmişdir.

27. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1410/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilmiş, Cavabdeh 18.601 (on səkkiz min altı yüz bir) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 145,8 (bir yüz qırx beş manat səksən qəpik) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Ədil Məmmədov)

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktik i hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da mübahisələndirilən hissədə qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi qətnamənin ləğvinin əsasını açıqlayaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən iş üzrə nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı maddi hüquq normalarını tətbiq etsə də, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.

30. Apellyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə həlli ilə əlaqədar bildirmişdir ki, tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi üzrə yaranmışdır. Buna görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və mübahisə Mülki Məcəllənin müddəaları əsasında həll olunmalıdır.

31. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin (Mülki Məcəllənin 406.1-ci maddəsi).

32. Hazırkı mübahisədə sübutetmə vəzifəsinin bölgüsü baxımından nisyə satılan əşyaların verildiyini və verilən əşyalara görə borcun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh süb ut etməlidir.

33. İddiaçı tərəf nisyə alqı-satqı əsasında cavabdehə vermiş olduğu əşyalara dair sübutlarını, yəni cavabdehin həmin əmlaklara görə pul almasına dair səs yazısını məhkəmələrə təqdim etmişdir. Həmin sübutlarla müəyyən olunur ki, iddiaçı cavabdehə əmlakı nisyə vermiş, hazırda cavabdehin ödənilməmiş 18.601 manat borcu qalmışdır. Bununla belə cavabdeh sonradan həmin əşyaların pulunu iddiaçıya qaytarması ilə bağlı hər hansı sübutu təqdim etməmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə istinadən göstərmişdir ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur e dir. Buna görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.

35. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehlə öhdəlik münasibətlərinin yarandığı iddia olunduğuna görə, hazırki vəziyyətdə onların mübahisə anına qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alına bilər. 12 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş cavabdehin razılığı ilə onunla arasında olan “CD” diskdə olan audio səs yazıları tərəflərin iştirakı ilə tədqiq edilərək dinlənilmişdir. Həmçinin, tərəflər “səs yazısı”nı mübahisələndirməmiş və onlara məxsus olduğunu bildirmişlər. Həmin “səs yazısı”ndan müəyyən olunur ki, iddiaçı cavabdehə qızıl-zinət əşyalarının, geyim əşyalarının və elektron mallar satılması, həmçinin əlavə olaraq qızıla görə 5000 manat verildiyini, hazırda 18.601 manat borcunun qaldığını bildirmişdir. Cavabdeh isə həmin məbləğə səs yazısında sonradan etiraz etməmiş, işləmədiyi üçün maddi imkanının olmamasını və kredit götürərək borcunu tam ödəyəcəyini bildirmişdir.

36. Həmçinin, iddiaçı və onun əri o lan Səməd Əliyev cavabdehdən pul məbləğini dəqiqləşdirmək üçün cavabdehi dəvət etdikdə, cavabdeh israrla iddiaçıya onların pulun verilməsi ilə bağlı sübutlarının olmasını bildirmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən sübut kimi təqdim edilmiş “səs yazısı”nda cavabdeh tərəfindən nisyə alqı-satqıdan qalan 18.601 manat borcun olması mübahisələndirilməmiş və həmin borcu ödəyəcəyini bildirərək, iddiaçıya borclu olduğunu qəbul etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə nisyə alqı-satqıdan ödənilməmiş qalan ümumilikdə 18.601 manat pul verilməsi faktı iddiaçının sübut kimi istinad etdiyi “səs yazısı” ilə təsdiq olunmuşdur. Həmin səs yazısı başqası tərəfindən gizli yazılmamış, iki şəxs arasında könüllü olaraq bir-birinə göndərilən yazıdır və o nların etirazı olmadan həmin səs yazısı dinlənilmişdir. Bu qaydada tərtib edilmiş sübutlara güvən daha çoxdur. Ona görə ki, sərbəst səs yazısı göndərən şəxs şüuraltı olaraq ehtimal etməlidir ki, göndərmiş olduğu səs yazısı digər başqa situasiyada istifadə oluna bilər. Buna görə, analoji sübutlar digər sübutlarla birlikdə təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi dəyərləndirilə bilər.

38. Bundan əlavə cavabdeh birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, aralarında olan şifahi razılaşma əsasında iddiaçıdan 2022-ci ilin yay aylarında bir neçə dəfəyə nisyə olaraq cəmi 4920 manat dəyərində olan məişət və mətbəx avadanlıqları və pal-paltar götürmüşdür. Götürdüyü mallara görə iddiaçıya borcunu ödəmiş, hal-hazırda onun iddiaçıya cəmi 690 manat borcu qalmışdır. 3

9. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdehin iddiaçıya 690 manat məbləğində borcunun qaldığını bildirdiyi halda, birinci instansiya məhkəməsinin qətnaməsini (məhkəmə tərəfindən ondan iddiaçının xeyrinə 5730 manat məbləğində pulun tutulduğu halda) apellyasiya qaydasında mübahisələndirməməsi onu deməyə əsas verir ki, sonuncunun izahatı səmimi və inandırıcı hesab edilə bilməz.

40. Apellyasiya instansiyası məhkəməsi iddianını qalan hissəsini əsassız saymış və qənaətini onunla əsaslandırmışdır ki, cavabdehin təqsiri və ya hər hansı qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyanın dəyməsi, ümumiyyətlə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, habelə bunun cavabdehin təqsiri ucbatından baş verməsi iş materiallarından görünmür. İddiaçının bu dəlili yalnız subyektiv mülahizəyə söykənir. Buna görə də, iddiaçıya maddi və mənəvi ziyanın ödənilməsindən söhbət gedə bilməz.

41. Cavabdehin hərəkəti iddiaçının şüurunda müəyyən mənfi reaksiyaya səbəb olsa da, cavabdehin hərəkətləri nəticəsində iddiaçının sağlamlığının pozulması, yəni iztirab keçirməsi barədə məhkəməyə sübut təqdim olunmamış, eyni zamanda iddiaçı maddi xərc çəkdiyi barədə də sübutlar təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün qiymət verməmiş, cavabdehin iddiaçı qarşısında öhdəliyinin olmaması və göstərilən əşyaları alqı-satqı etmədiyini nəzərə almamış və bununla da Mülki Məcəllənin 385.1, 445.1, 445.2, 600.1-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə yalnız iddiaçı tərəfin məhkəmələrə təqdim etdiyi səs yazısını əsas gətirərək bu nəticəyə gəlmişdir ki, guya iddiaçı cavabdehə əmlakı nisyə vermiş, hazırda cavabdehin ödənilməmiş 18.601 manat borcu qalmışdır. Həmin disklə bağlı qeyd edilməlidir ki, disklər məhkəməyə montaj olunmuş, iddiaçıya xeyir edən hissələri olan formada təqdim edilmişdir. Məhkəmənin gəlmiş olduğu digər bir nəticə ilə də qətiyyətlə razılaşmır. Belə ki, məhkəmə qətnamədə qeyd edir ki, cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirməməsi sonuncunun izahatının səmimi və inandırıcı olmamasının göstəricisidir. Məhkəmənin bu hala belə qiymət verməsi düzgün deyil. Belə ki, apellyasiya şikayəti vermək tərəfin vəzifəsi deyil, hüququdur və bu halın məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi yolverilməzdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, k reditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Madd ə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişik lik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

46. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etsə də, şikayətin dəlillərindən görünür qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni iddianın təmin edilən hissəsində yoxlayır.

47. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə 5730 manat və dövlət rüsumuna görə 77,30 manat pul tutulması hissəsin də apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

49. İşdən görünür ki, cavabdeh ondan iddiaçının xeyrinə 5730 manat və dövlət rüsumuna görə 77,30 manat pul tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməyib. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 5730 manat və dövlət rüsumuna görə 77,30 manat pul tutulması hissəsində dəyişdirilmədən saxlanmalıdır.

50. Buna baxmayaraq, cavabdehdən nisyə satılmış mallara görə əlavə olaraq 12871 manat və iddianın təmin edilən hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi kimi əlavə 68,50 manat pul tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.

51. İşin müəyyən edilmiş hallarına görə tə rəflər arasında əşyaların nisyə satışını nəzərdə tutan alqı-satqı münasibətləri olmuşdur. İddiaçı bu münasibətlərdən cavabdehin ona 18601 manat ödənilməmiş borcunun qalmasını bildirmişdir. Cavabdeh isə iddianı qismən qəbul edərək, iddiaçıdan 4920 manat dəyərində nisyə mal (məişət və mətbəx avadanlıqları, geyim əşyaları) götürdüyünü, iddiaçıya müxtəlif vaxtlarda ödəniş etdiyini, hazırda borcunun 690 manat qalmasını bildirmişdir.

52. Birinci instansiya məhkəməsi tərəflərin izahatlarına və onlar arasındakı danışıqların əks edildiyi CD diskə əsasən cavabdehin nisyə satılmış mallara görə borcunun 5730 manat olmasını müəyyən edərək, iddianı həmin məbləğ həddində təmin etmiş, dövlət rüsumunu da təmin edilən hissəyə mütənasib olaraq tutmuşdur.

53. Qeyd edildiyi kimi cavabdeh birinci instansiya m əhkəməsinin qətnaməsini mübahisələndirməyərək, ondan 5730 manat və dövlət rüsumuna görə 77,30 manat pul tutulması hissəsində birinci instansiya məhkəməsini qətnaməsi ilə razılaşmışdır.

54. Apellyasiya instansiyası məhkəməsi də cavabdehdən nisyə satılmış mallara görə əlavə olaraq 12871 manat və iddianın təmin edilən hissəsinə müvafiq olaraq dövlət rüsumunun əvəzi kimi əlavə 68,50 manat pul tutulmasını təmin edərkən iddiaçının təqdim etdiyi CD diskə istinad etmişdir.

55. Göründüyü kimi, hər iki instansiya məhkəməsi nisyə satılmış mallara görə borcun məbləğini müəyyən etmək üçün işdəki CD diskə istinad etmiş, lakin eyni sübuta istinad edən birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğlə apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi məbləğlər arasında iki dəfədən artıq fərq olmu şdur.

56. Eyni sübut əsasında məhkəmələrin müxtəlif nəticələrə gəlməsi çox pilləli məhkəmə sistemində qəbul edilən haldır və işə mahiyyəti üzrə baxan məhkəmələr sübutları qiymətləndirməklə müxtəlif nəticələrə gəlməkdə müstəqildirlər. Lakin hər bir halda işdəki sübutlar prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mümkünlük, aid edilənlik baxımından qiymətləndirilməlidirlər.

56. Apellyasiya instansiyası məhkəməsi nisyə alqı-satqıdan ümumilikdə ödənilməmiş 18.601 manat borcun qalması faktının cavabdehin səs yazısı ilə sübuta yetirilməsini qeyd etsə də, cavabdehin bu faktı işdəki hansı diskdə (işdə 4 ədəd CD disk var), danışıqların hansı dəqiqə və (və ya) saniyəsində etiraf etməsini və bu etirafın hansı məzmunda olmasını göstərməmişdir.

57. Cavabdeh də kassasiya şikayətində nisyə alqı -satqıdan qalan borcunun miqdarının CD diskdəki səs yazısı ilə müəyyən edilməsini mübahisələndirmişdir.

58. Qeyd edilənlər göstərir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin nisyə alqı-satqıdan qalan borcunun miqdarını istinad etdiyi sübutu Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olmayan şəkildə qiymətləndirməklə müəyyən etmişdir. Halbuki həmin normaya görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.

59. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və icl asda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

60. Qanunvericiliyin tələbinə görə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin istinad etdiyi sübutlar, sübutların qəbul və ya rədd edilməsi barədə dəlillər qətnamənin əsaslandırıcı hissəsində göstərilməlidir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nətic ə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

62. Həmçinin apellyasiya instansiyası məhkəməsi həm də ona istinad etmişdir ki, cavabdeh iddiaçıya 690 manat məbləğində borcunun qaldığını bildirdiyi halda, birinci instansiya məhkəməsinin qətnaməsini (məhkəmə tərəfindən ondan iddiaçının xeyrinə 5730 manat məbləğində pulun tutulduğu halda) apellyasiya qaydasında mübahisələndirmədiyi üçün sonuncunun izahatı səmimi və inandırıcı hesab edilə bilməz.

63. Məhkəmə kollegiyası bu mövqeyi də əsaslı hesab etmir. Tərəfin məhkəmə qətnaməsindən şikayət vermək onun hüququdur və hazırki işin halları baxımından bu hüquqdan istifadə edi lməməsi özlüyündə nisyə alqı-satqıdan yaranan borcla bağlı iddianın tam təmin edilməsinə əsas verə bilməz. Üstəlik, apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsinin səbəblərini də araşdırmamışdır.

64. Bu baxımdan, cavabdehdən nisyə satılmış mallara görə əlavə olaraq 12871 manat pul tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.

65. Qeyd edilən hissədə gəlinən nəticə əsaslı olmadığı üçün iddianın təmin edilən hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi kimi əlavə olaraq 68,50 manat pulun tutulması hissəsində gəlinən nəticə də Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə uyğun deyil. Belə ki, həmin normaya görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

66. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehdən 12871 manat və dövlət rüsumuna görə 68,50 manat pul tutulması hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli, qətna mə cavabdehdən 5730 manat və dövlət rüsumuna görə 77,30 manat pul tutulması hissəsində dəyişdirilmədən saxlanmalıdır.

67. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1410/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsi Cavabdeh 12871 manat və dövlət rüsumuna görə 68,50 manat pul tutulması hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə Cavabdeh 5730 manat və dövlət rüsumuna görə 77,30 manat pul tutulması hissəsində dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar