Məhkəmə qərarları › İş №2(102)-4699/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4699/2021

21.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4699/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4699/21 (Açar sözlər: işə bərpa və dəymiş ziyanın ödənilməsi) Bakı şəhəri, 21 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili X3 və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2814/2021 nöm rəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə işə 21 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “intizam tənbehlərinin ləğv edilməsi” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X10 rəisinin 28.01.2020-ci il tarixli, 35 saylı, 13.03.2020-ci il tarixli, 74 saylı əmrlərin ləğv edilməsi, əmək haqqından pul mükafatı kəsilmiş hər bir ay üçün 95 AZN, əmək qabiliyyətinin olmadığı dövr üçün ona az ödənilmiş 11 AZN və dövlət rüsumuna görə 20 AZN məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia ərizəsinə əlavə barədə ərizə verərək, X10 rəisinin 28.01.2020ci il tarixli 35 saylı, 13.03.2020-ci il tarixli 74 saylı, 16.06.2020-ci il tarixli 132 saylı, 18.06.2020-ci il tarixli 135 saylı əmrlərin ləğv edilməsi, işə bərpa edilməyini, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, əmək haqqından pul mükafatı kəsilmiş hər bir ay üçün 114,75 AZN, əmək qabiliyyətinin olmadığı dövr üçün ona az ödənilmiş 11 AZN və dövlət rüsumuna görə ödənilmiş pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 03.12.1990-cı i l tarixindən bu günə kimi iş yerini dəyişmədən Müdafiə Nazirliyinin Mərkəzi X8 bölməsində avtomobil sürücü-ekspeditor vəzifəsində işləmişdir. Qarabağda qızğın döyüşlər gedən dövrlərdə ən qaynar nöqtələrdə ezamiyyətlərdə olmuşdur və həmişə ona göstərilən etimadı doğrultmuşdur. Əvvəllər heç bir ayrı-seçkilik qoyulmadan, bütün sürücülər üçün eyni əmək şəraiti yaradılmışdı. Lakin təxminən 1997-1998-ci illərdən sonra tədricən hər şey mənfiyə doğru dəyişilməyə başladı. Xüsusən də 2014-cü ilin yanvar ayından X10 daşıma bölməsinin rəisi vəzifəsini tutan mayor Əliyev İntiqam sırf öz şəxsi maraqları üzündən sürücülər arasında ayrı-seçkilik qoyaraq vəzifə borcu olaraq görməli olduğu hər bir iş üçün (avtomobilin texniki baxışdan keçirilməsi, ehtiyat hissələri, təkər, akkumlyator alınması və sair) sürü cülərdən pul toplanmasına, bölgələrə reysə (ezamiyyətə) göndərilmək üçün sürücülərdən rüşvət olaraq pul tələb etməsinə, hərbi əmlakın talan edilməsi nəticəsində dövlətə zərər vurulmasına etiraz etdiyinə, rüşvətxorluq və digər korrupsiya əməlləri barədə əlaqədar orqanlara şikayə etdiyinə görə bir neçə ildir onunla düşmənçilik aparılır. 2018-ci ilin may ayında “intizam tənbehlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh AR MN-nin X10 əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilərək mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. 2018-ci ilin iyun ayında Səbail Rayon Məhkəməsində İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “intizam tənbehlərinin ləğv edilməsi” tələbi barədə 2(009)-2457/2018 nömrəli mülki işin icraatına başlanılmışdır. Lakin bundan sonra da iş yerində ona qarşı törədilən qərəzli hərəkətlər daha da kəskin şəkildə davam etdirildiyindən və bunların nəticəsində ona maddi və mənəvi zərər vurulduğundan iddia ərizəsinə əlavə təqdim edərək iddia tələbinin həcmini artırmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(009)-175/2019 saylı qətnaməsi ilə onun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “intizam tənbehlərinin ləğv edilməsi, pulun ödənilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilmiş, ona məzuniyyət hüququnun pozulduğu iş illəri üçün istifadə edilməmiş əmək məzun iyyətlərinə görə müəyyən edilmiş qaydada hesablanmış məbləğdə kompensasiya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 noyabr 2020-ci il tarixli, 2(006)-1125/2020 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya “xəbərdarlıq”, “töhmət” və “şiddətli töhmət” elan edilmiş, yalnız bütün bu tənbeh növləri nəticə vermədikdən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işdə yol verdiyi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşəgötürən işçini iş vaxtı yol verdiyi nöqsanlara görə qanunvericiliyi n tələbinə uyğun olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Beləliklə, işəgötürən tərəfindən işçinin işdən azad olunmasında hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ç, 72 -ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elşən Kazı movsədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlham Kərimli) 12 aprel 2021-ci il tarixli, 2(103)-2814/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1125/2020 saylı iş üzrə 20 noyabr 2020ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Müdafiə Nazirliyi X10 rəisinin 18.06.2020-ci il tarixli 135 saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın tam olaraq təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin 18.06.2020-ci il tarixli 135 saylı əmrin ləğv edilməsi, işə bərpa edilmə, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi iddianı bu hissədə də rədd etməklə gəldiyi nəticəsi düzgün olmamışdır. Əvvəla ona görə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Mə cəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş ye rində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair, məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Mübahisələndirilən 18.06.2020-ci il tarixli 135 saylı əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. İkincisi, əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olmuş halların həqiqiliyi təsdiq olunsa belə, bunlar iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə ö hdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Çünki, həmin hallar qeyd olunan əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün birbaşa əsas ola bilməzdi. Üçüncüsü, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək(ƏM.m.186.2). Əmək Məcəlləsinin intizam tənb ehinin verilməsi şərtlərini müəyyən edən 189-cu maddəsinin 1-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə bilər. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Cavabdehin 18.06.2020-ci il tarixli 135 saylı əmrinin məzmunundan görünür ki, həmin əmrdə göstərilən intizam xətalarının hər birinə görə iddiaçıya ayrıca intizam tənbehi verilmişdir. Xüsusən də 16.06.2020-ci il tarixli 132 nömrəli əmrdə iddiaçıya şiddətli töhmət verilməsinə əsas, sonuncunun 06 fevral 2020-ci ildə avtomobildə olan əlavə qurğuların sökülməsi və aşkar olunmuş artıq yanacağın anbara təhvil verilməsi barədə tapşırığı icra etməməsi və bu məqsədlə özünə xəsarət yetirməsi olmuşdur. Demək 16.06.2020-ci il tarixli 132 nömrəli əmrdən sonra id diaçıya 18.06.2020-ci il tarixli 135 saylı əmrlə yenidən intizam tənbehi verilməsi üçün ən azından yeni bir əsas olmalı idi. Belə bir əsasın olması isə həmin əmrin məzmunundan görünmür. Cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı izahatında iddiaçıya şiddətli töhmət elan edildiyi gündən sonra yenidən işə gəlmədiyi üçün işdən çıxarıldığını göstərsə də bu hal nə iş materialları ilə, nədə 18.06.2020-ci il tarixli 135 saylı əmrin məzmunundan görünmür. Ona görə də nümayəndənin izahatı da mötəbər sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi, Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinin imperativ tələblərinin cavbdeh tərəfindən açıq-aşkar pozulmuş, başqa sözlə bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə bilər, bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz kimi tələblərə əməl olunmamışdır. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin digər hissələri əsassız olduğundan təmin edilə bilməz. Belə ki, apelyasiya şikayətində də iddiaçı həmin hissələrin əsaslılığı barədə hər hansı bir mötəbər dəlil göstərməmişdir. Əksinə həmin hissələrin əsaslı olmadığı iş materialları ilə də təsdiq olunur. Qeyd olunanlara əsasən iddia tələbi qismən təmin edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində ləğv ed ilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin “cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur” mövqeyinə münasibətdə qeyd edilməlidir ki, iş materiallarında olan akt və müxtəlif tarixlərdə verilmiş əmrlərdən iddiaçının əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi açıq-aşkar görünür. Belə ki, iddiaçıya cavabdeh orqan tərəfindən 17.10.2019cu il tarixli 162 nömrəli əmr ilə xəbərdarlıq, 28.01,2020-ci il tarixli 35 nömrəli və 13.03.2020-ci il tarixli 74 nömrəli əmr ilə töhmət və 16.06.2020-ci il tarixli 132 nömrəli əmri ilə şiddətli töhmət ela n edilmişdir. Həmçinin iş materiallarında olan 06.07.2020-ci il tarixli 944 nömrəli aktdan görünür ki, iddiaçıya təhkim olunmuş avtomobillərdə lazımsız avadanlıqlar və əşyalar aşkar edilmişdir. Belə ki, iddiaçıya təhkim olunmuş avtomobillərdə aşkar edilmiş avadanlıqlardan biri də 1 (bir) ədəd qurğuşun vuran (plomb) olmuşdur. Həmin avadanlıqdan istifadənin nəticələrinin nə qədər təhlükəli olduğunu sübut etməyə belə ehtiyac yoxdur. Bundan əlavə qeyd edilməlidir ki, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsi nin a) bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Belə ki, heç bir üzrlü səbəb olmadan iddiaçının bütün iş günü işə gəlməməsi faktı həm X1, həm də kadrlar üzrə müfəttiş tərəfindən Nizami hissə rəisinə göndərilmiş 17.06.2020-ci il tarixli ərizədən açıq-aşkar görünür. Belə ki, X1 görünür ki. 12.06.2020-ci il. 16.06.2020-ci il və 17.06.2020-ci il tarixlərdə iddiaçı heç bir üzürlü səbəb olmadan işə gəlməmişdir. Nədənsə apelyasiya məhkəməsi məhkəməyə təqdim edilmiş sübutları mötəbər sübut kimi qiymətləndirməyərək, "cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklə rini yerinə yetirməməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir’' qənaətinə gəlmişdir. “Əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olmuş halların həqiqiliyi təsdiq olunsa belə bunlar iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Çünki həmin hallar qeyd olunan əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün birbaşa əsas ola bilməzdi” mövqeyinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı tərəfindən əmək funksiyasının yerinə yetirilməməsi, əmək müqaviləsi üzrə öhdəliklərinin icra edilməməsi bir dəfə deyil, dəfələrlə təkrarlanmışdır. Apelyasiya məhkəməsinin bu mövqeyi o halda (yalnız humanistlik baxımdan) qəbul edilən olardı ki, iddiaçı tərəfindən əmək müqaviləsi üzrə öhdəliklər bir dəfə icra edilməzdi v ə bu hal qərəzli olaraq cavabdeh tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün birbaşa əsas olardı. Halbuki, iddiaçı əmək funksiyasını dəfələrlə yerinə yetirməmiş, əmək müqaviləsi üzrə öhdəliklərini dəfələrlə icra etməmiş və əmək intizamının pozulmasına görə iddiaçıya dəfələrlə xəbərdarlıq edilmiş, töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət kimi intizam tənbehləri verilmişdir. İddiaçı isə əmək intizamının pozulması ilə müşayiət olunmuş qanunsuz hərəkətlərini törətməkdə davam etmişdir. “Göründüyü kimi, Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinin imperativ tələblərinin cavabdeh tərəfindən açıq-aşkar pozulmuş, başqa sözlə bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə bilər, bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz kimi tələblərə əməl olunmamışdır” mövqeyinə münasibətdə qeyd edilməlidir ki, 18.06.2020-ci il tarixli 135 nömrəli Əmrdə iddiaçıya verilmiş əvvəlki tənbeh tədbirlərinə istinad edilməsi heç də bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilməsi kimi başa düşülməli deyil. Əmrin məzmunundan görünür ki, "Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda aparılan araşdırma materialından görünür ki, Talıbov X5 Nazirliyinin Mərkəzi X8 bölməsinin avtomobil sürücüsü-ekspeditoru işləyərkən MAZ 975800 markalı Y308QQ hərbi qeydiyyat nişanlı yarım qoşqu ona təhkim edildiyi:lk vaxtlarda qoşquya kustar üsulla hazırlanmış əlavə yanacaq çəni yerləşdirmişdir. İddiaçı həmçinin ona təhkim edilmiş MAZ 630305 markalı P332 QQ hərbi qeydiyyat nişanlı avtomobilin və 'təmin avtomobilə qo şulmuş M4Z 83781 markalı Y302 QO hərbi qeydiyyat nişanlı qoşqunun anacaq çənlərinə yanacağın rahat boşaldılması və çənin təmizlənməsi məqsədi ilə üzərlərində açıb-bağlamaq üçün vasitə olan borular (kran) əlavə etmişdir." Bununla da iddiaçının ona təhkim edilmiş nəqliyyat vasitəsinə və qoşquya əlavə çən və borular yerləşdirməsi faktı öz əksini tapmış və cavabdehə ziyan vurulmuşdur. Həmin Əmr özündə iddiaçı tərəfindən əvvəl törədilmiş intizam xətalarına görə intizam tənbehinin verilməsini deyil, iddiaçının törətmiş olduğu pozuntunun açıq-aşkar etinasızlıq zöstərərək aradan qaldırmamasmı göstərir. Apelyasiya məhkəməsinin qənaətinə görə, əgər işçi işəgötürənə ziyan vurmaqla müşayiət olunan hər hansı bir pozuntuya yol verirsə və işəgötürən buna görə işçiyə hər hansı bir intizam tənbeh tədbiri tətbiq edirsə, deməli işçi sonradan öz qanunsuz hərəkətlərini etməkdə (bir intizam xətasına görə eyni zamanda bir necə intizam tənbehi verilə bilməz müddəasına istinad edərək) davam edə bilər. Apelyasiya məhkəməsi hazırda şikayət verilən qətnaməni qəbul etməklə, Müdafiə Nazirliyinin işəgötürən kimi əmək qanunvericiliyi ilə təsbit edilmiş hüquqlarının həyata keçirilməsini faktiki olaraq, məhdudlaşdırmış, nazirliyin mənafeyinə xələl gətirən və hüquqlarının pozulmasma rəvac verən qətnamə qəbul etmişdir. İddiaçı (vəkili X6) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını pozaraq hüququn tətbiq edilməsinə səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normatiiv hüquqi aktı tətbiq etməmişdir. Hesab edirlər ki, məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarının tələblərini pozmuşdur. Məhkəmə iddiaçıya qarşı olunan ayrı-seçkiliyə ümumiyyətlə qiymət verməmişdir. 04.03.2020-ci ildə o, bütün gün ərzində işdə olduğu halda, guya nahar fasiləsindən sonra 2 saat 50 dəqiqə müddətində işdə olmaması barədə əsassız sənəd tərtib olunaraq MƏA rəisinin 13.03.2020-ci il tarixli, 74 nömrəli əmri ilə ona “töhmət” elan olunması onun barəsində qərəzli, yalançı əmr qəbul edildiyini sübuta yetirir. Həmçinin 24.09.2019-cu ildə aşkar edilmiş intizam xətasına görə 23.10.2019-cu ildə ona “məzəmmət” elan edildiyi halda, 4 ay sonra MƏA rəisinin 28.01.2020 -ci il tarixli, 35 saylı əmri ilə “töhmət”, 9 ay sonra isə 16.06.2020-ci il tarixli, 132 saylı əmri ilə onun barəsində bir daha intizam tənbehi olaraq “şidditəli töhmət” elan edilmişdir. Məhz bu faktlar iş yerində ona qarşı aşkar şəkildə qərəzli münasibət nümayiş etdirilərək barəsində əsassız və yalançı əmrlər qəbul edildiyini bir daha sübut edir. Məhkəmə qeyd olunan faktları, mötəbər sübutları nəzərə almamış və onları araşdırmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq göstərmişdir ki, qətnamədə səlis azərbaycan dilində, çox aydın, dəqiq və konkret şəkildə belə əsaslandırılmışdır ki, “cavabdehin 18.06.2020-ci il tarixli 135 saylı əmrinin məzmunundan görünür ki, həmin əmrdə göstərilən intizam xətalarının hə r birinə görə iddiaçıya ayrıca intizam tənbehi verilmişdir. Xüsusən də 16.06.2020-ci il tarixli 132 nömrəli əmrdə iddiaçıya şiddətli töhmət verilməsinə əsas, sonuncunun 06 fevral 2020-ci ildə avtomobildə olan əlavə qurğuların sökülməsi və aşkar olunmuş artıq yanacağın anbara təhvil verilməsi barədə tapşırığı icra etməməsi və bu məqsədlə özünə xəsarət yetirməsi olmuşdur. Demək 16.06.2020-ci il tarixli 132 nömrəli əmrdən sonra iddiaçıya 18.06.2020-ci il tarixli 135 saylı əmrlə yenidən intizam tənbehi verilməsi üçün ən azından yeni bir əsas olmalı idi. Belə bir əsasın olması isə həmin əmrin məzmunundan görünmür. Cavabdehin nümayəndəsi apelyasiya baxışı zamanı izahatında iddiaçıya şiddətli töhmət elan edildiyi gündən sonra yenidən işə gəlmədiyi üçün işdən çıxarıldığını desə də bu hal nə iş mat erialları ilə, nədə 18.06.2020-ci il tarixli 135 saylı əmrin məzmunundan görünmür. Ona görə də nümayəndənin izahatı da mötəbər sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi, Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinin imperativ tələbləri cavabdeh tərəfindən açıq-aşkar pozulmuş, başqa sözlə bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə bilər, bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz kimi tələblərə əməl olunmamışdır. ” Eləcə də Kollegiyanın diqqətinə çatdırılmalıdır ki, ona təhkim olunmuş MAZ-630305 markalı, P332QQ hərbi qeydiyyat nişanlı avtomobil avtomobil 2017-ci ilin noyabr ayında dayandırılmışdır. İşdə olan 05.03.2018-ci tarixli, 6 və 7 №-li aktlardan görünür ki, daxili komissiya tərəfindən MAZ630305 markalı, P332QQ hərbi qeydiyyat nişanlı avtomobilin texniki vəziyyəti yoxlanılarkən istismara yararsız olması müəyyən edilmişdir. Həmçinin ona təhkim olunmuş MAZ 544005 markalı P 340 QQ hərbi qeydiyyat nişanlı avtomobil də 2019-cu ilin sentyabr ayından dayandırılmışdır. İşdə olan 29.10.2019 tarixli, 1699 №-li aktdan görünür ki. daxili yoxlama komissiyası tərəfindən MAZ 544005 markalı P 340 QQ hərbi qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və istismara yararsız olması müəyyən edilmişdir. Qeyd edilənlərdən aydın görünür ki, onun barəsində intizam tənbehlərinin tətbiq edilməsi barədə əmrlərin verilməsi tarixlərini əhatə edən bütün dövr ərzində mən faktiki olaraq heç bir real işlə təmin edilməmiş və belə olan bir təqdirdə, hansı hal onun öz əmək funsiyalarını və yaxud əmək müqaviləsi üzrə öhdəli klərini yerinə yetirməməsi kimi qiymətləndirilə bilər? Odur ki qarşı tərəfin kasasiya şikayətində göstərilən digər arqumentlərin də tamamilə əsassızdır. Qarşı tərəfin kasasiya şikayətinin “Qeyd” hissəsində həmçinin göstərilmişdir ki. iddiaçı tərəfindən cavabdeh orqana və onun əməkdaşlarına qarşı ayrı-ayrılıqda əsassız iddia tələbləri üzrə dəfələrlə iddia qaldırmışdır. Qeyd edilməlidir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili Vəkil peşəkar hüquqşünas olduğu üçün bu cür arqumentlərin işin nəticəsinə cüzi də olsa təsir edə bilməyəcək qədər əhəmiyyətsiz (puç) olduğunu bilmədiyini zənn etmir. Qarşı tərəfin kasasiya şikayətinin ‘‘Qoşma” hissəsində (4cü) "Kadrlar üzrə müfəttiş tərəfindən Nizami hissə rəisinə göndərilmiş 17.06.2020-ci il tarixli ərizənin təsdiq edilmiş surə ti” adlı bir sənəd vardır. Qeyd edilməlidir ki, hazırda etiraz etdiyi kasasiya şikayətinin mətni ilə tanış olarkən ilk dəfə qarşısına çıxan həmin sənəd barədə onun heç bir müfəssəl məlumatı yoxdur. Lakin bununla belə tam əmindir ki, qeyd edilən ərizə guya onun həmin tarixdə işə gəlmədiyi haqqındadır. Bakı Apellyasiya Məhkəməsində 2(103)- 2814/2021 saylı işə 12 aprel 2021-ci il tarixdə baxılana qədər belə bir sənəd mövcud olmamışdır. Kasasiya şikayətinin "Xahiş edirik" hissəsində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli. 2(103)-2814/2021 qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsi üçün Mülki Prosessual Məcəllənin 417.1.4.-cü maddəsinə istinad edilmişdir. Qeyd edilməlidir ki, A zərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 417.1.4.-cü maddəsi ilə müəyyən edilmiş "apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər” normanın mənasından aydın görünür ki, kasasiya instansiyası məhkəməsi qərar qəbul edərkən yalnız apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlara əsaslanmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili X4 cavabdehin kasasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, iddiaçının kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili X6 iddiaçının kasasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, cavabdehin kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70.ç. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2 Bu məcəllənin 70-ci maddəsinin ”ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalçı, əmək və icra intizamının normal ahəngini pozmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvülərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hası formada ziyan dəymiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməs i müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kasasiya şikayətlərinin hər ikisi üzrə ümumi götürüldükdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlkin olaraq cavabdehin kasasiya şikayətinin dəlilləri üzrə kasasiya kollegiyası qeyd edir ki, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, mübahisələndirilən 18.06.2020-ci il tarixli 135 saylı əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinin imperativ tələblərinin cavabdeh tərəfindən açıq-aşkar pozulmuş və bu pozuntu da yuxarıda apelyasiya kollegiyasının qeyd etdiyi formada düzgün əsaslandırılmış və həmçinin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin əsasını təşkil etmiş Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinin mövcud olması üçün qanunvericiliklə tələb edilən hallar mövcud olmamışdır. Belə olan halda, apelyasiya kollegiyasının iddianın qismən təmin edilməsi barədə mövqeyini maddi hüquq normalarının tələblərinə əməl etməklə düzgün formada əsaslandırması müəyyən edilir. Odur ki, cavabdehin kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiy i qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. İdidaçının kasasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində iddiaçı iddianın təmin edilmədiyi hissənin əsaslılığı barədə işə mahiyyəti üzrə baxmış məhkəmələrə hər hansı mötəbər sübut təqdim etmədiyi öz təsdiqini tapmışdır. Odur ki, apelyasiya kollegiyası iddiaçınnı hazırda da mübahisələndirdiyi hissə üzrə iddia tələbini təmin etməməklə düzgün hüquqi mövqe nümayiş etdirmişdir. Belə olan halda iddiaçının da kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qeyd edilən hissə üzrə ləğv edilməsinə əsas hesab bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ayırayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2814/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar