Məhkəmə qərarları › İş №2(102)-470/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-470/2025

11.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-470/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsinin gecikdirilməsinə görə faiz Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2024-cü il 15 avqust tarixli 2(103)3603/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları mü əyyən etmişlər:

2. İddiaçı ilə Cavabdeh ər-arvad olmuşlar;

3. Ali Məhkəmənin 2(102)-3253/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə, tərəflərin birgə nikah dövründə aldığı borcun 320.000 manat hissəsi İddiaçı aid edilmiş və həmin pulun ondan alınaraq Cavabdeh verilməsi qərara alınmış, müvafiq icra vərəqi verilmişdir. Həmin icra sənədi üzrə xx.xx.2016-cı il tarixdə icraata başlanılmış, İddiaçı mülkiyyətində olan avtomobil açıq hərracda satılaraq borcdan 42.000 manat ödənilmiş və 278.000 manat borc qalmışdır;

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə 610.000 manat pulun Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş, müvafiq icra vərəqi verilmişdir; 5. 13.03.2018-ci il tarixdə Cavabdeh ərizə ilə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə müraciət edərək, hər iki icra işinin bir icraatda birləşdirilməklə qarşılıqlı əvəzləşdirmə aparılmasını xahiş etmişdir. Beləliklə, qeyd edilən işlər üzrə borclar müvafiq qaydada əvəzləşdirilmiş və Cavabdeh İddiaçı 332.000 manat məbləğdə borcu qalmışdır;

6. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və Cavabdeh icranı könüllü təmin etməsi təklif olunmuşdur;

7. Borc məbləği Cavabdeh tərəfindən könüllü ödənilmədiyindən məcburi icra tədbirləri əsasında, onun mülkiyyətində olan bir sıra əmlaklar üzərinə həbs qoyulmuş, əmlakların qiymətləndirilməsi üçün "xxxx" MMC-yə sifariş verilmiş, müvafiq qiymətləndirmə rəyi alınmışdır;

8. Cavabdeh həmin r əydən şikayət verdiyindən sözügedən icra sənədi üzrə icraat icra məmurunun xx.xx.2019-ci il tarixli ilə qərarı ilə dayandırılmışdır;

9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6087/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, birinci instansiya məhkəməsinin qətnaməsi baxılan hissədə ləğv edilərək həmin hissədə Cavabdeh şikayəti qismən təmin olunmuş, 1 əmlak istisna olmaqla digər 6 əmlakla bağlı "xxxx" MMC-nin hesabatları ləğv edilmiş və əmlaklara dair daha yüksək qiymətlər müəyyən edilmişdir. Həmin qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir;

10. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya məxsus olan bir sıra əmlaklar qiymətləndirilmiş və mövcud 332.000 manat borc məbləğinin hissəsi olan 324.100 manat müqab ilində iddiaçıya təklif olunmuş və sonuncu xx.xx.2022-ci il tarixli ərizə ilə təklifdə qeyd olunan əmlakları qəbul etdiyini bildirmişdir. Həmin icra qurumunun xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı cavabdehə məxsus bəzi əmlakların borcun qismən ödənilməsi hesabına iddiaçıya verilməsinin və onun adına rəsmiləşdirilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır;

11. Cavabdeh Bakı şəhəri Səbail rayon İcra şöbəsinin qeyd edilən qərarı ilə razılaşmamış, 282.630 manat pul vəsaitinin onun tərəfindən İddiaçı ödənilməsinə baxmayaraq icra məmuru tərəfindən borcun ona məxsus əmlaklara yönəldilməsini qanunsuz hesab edərək, həmin qərarı məhkəmə qaydasında m übahisələndirmiş, yekunda şikayəti təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəsini almış qərarı ilə müəyyən edilmişdir ki, “...borclu məcburi icra tədbirlərinin həyata keçirilməsinin qarşısını almaq məqsədilə müxtəlif məhkəmə mübahisələri açmış və bu icra sənədi üzrə icranın həyata keçirilməsinə süni maneələr yaratmışdır. Borclunun icra sənədi üzrə borcu könüllü olaraq ödəmək niyyəti, zəruri vəsaiti var idisə, onda onun borcu vaxtında ödəməyib məcburi icra tədbirlərini müxtəlif məhkəmə mübahisələri ilə mübahisələndirməsi anlaşılan deyil”;

12. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası cavabdeh tərəfindən təmin edilərək, borc məbləği ödənilmiş və idd iaçının bu barədə ərizəsi əsas götürülməklə xx.xx.2022-ci il tarixdə icra iş üzrə icraata xitam verilmişdir;

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-383/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı 267.630 manat məbləğində pulun tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri təmin olunmamış, məhkəmə aktı qanuni qüvvəsini almışdır. Həmin iş üzrə qəbul edilmiş məhkəmə aktları ilə mübahisələndirilən məbləğin borc ödənişi deyil, uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi üçün İddiaçı bağışlandığı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə Bakı Apel lyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən ödəməli olduğu 332.000 manat məbləğində pul vəsaitinin ödənilməsinin icra icraatına başlanıldığı xx.xx.2018-ci il tarixdən icra icraatına xitam verildiyi xx.xx.2022-ci il tarixədək olan müddətdə gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 78.850 manat pulun və 327,49 manat məhkəmə xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

15. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh 2(103)-5062/2017 saylı icra sənədi üzrə 332.000 manat qalıq borcun ödənilməsini icra icraatına başlanıldığı tarixdən xitam verildiyi tarixədək olan müddətdə hər hansı üzrlü səbəb olmadan müxtəlif bəhanələrlə gecikdirmiş, borc ödənişini kön üllü icra üçün müəyyən edilmiş müddətdə icra etməmiş, eləcə də məcburi icra tədbirlərinin həyata keçirilməsinin qarşısını almaq məqsədilə müxtəlif məhkəmə mübahisələri açaraq, icra sənədi üzrə icranın həyata keçirilməsinə süni maneələr yaratmışdır.

16. Cavabdeh yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbini əsassız varlanma kimi qiymətləndirir. Belə ki, o, xx.xx.2018-ci il tarixdə Səbail Rayon İcra və Probasiya şöbəsi tərəfindən başlanılmış icraat üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 267.630 manat ödəniş etmişdir. Lakin, həmin ödənişlər Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə təsdiqlənsə də, əsassız olaraq borc ödənişi kimi qiymətləndirilməmişdir. Halbuki o, uşaqların təhsili, səyahət və digə r tələbatların ödənilməsi üçün ödənişləri heç vaxt cavabdehin bank hesabına etməmişdir. Belə ki, həmin müddət ərzində iddiaçının bank hesabına onun tərəfindən 282.630 manat pul köçürülmüş, bundan əlavə, övladlarının 2017/2018 və 2018/2019-cu tədris illəri üçün təhsil haqqı tam ödənilmişdir. İddiaçı özü isə bir valideyn kimi bu xərclərdə iştirak etməmişdir. İddiaçı qeyd edilən məbləğləri qəbul edəndə, ondan borcunu tələb etməmiş, borcun ödənilməməsi ilə bağlı icra məmuruna şikayətlər etməmişdir. Əgər bank hesabına etdiyi bu ödənişlər borcun əvəzi kimi qəbul edilmirdisə icra məmuru onu icra sənədini icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb etməli idi. Bütün bunlara baxmayaraq, iddiaçıya 2018-ci ildə borcu tam ödədiyi halda, o, ikinci dəfə 2022-ci ildə iddiaçıya 332.000 manat ödəməyə mə cbur olmuşdur. İddiaçı özü isə ona borclu olduğu halda öhdəliyini 2 ildən sonra, borcu əvəzləşdirərək ödəmişdir. Göründüyü kimi, o, borcu ödəməkdən yayınmasa da, əksinə, iddiaçı ona münasibətdə öhdəliyi yerinə yetirməkdən yayınmışdır. Bu məntiqlə iddiaçı özü ona geçikdirilmiş vaxt üçün illik beş faiz ödəməlidir. İddiaçının hazırkı tələbi əsassız olmaqla yanaşı, həmçinin ədalətsizdir.

17. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Rəna Qafarova) xx.xx.2024-cü il tarixli, e-2(009)- 177/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

18. Məhkəmə mövqeyini ümumiləşdirilmiş məhkəmə təcrübəsinə istinad edərək belə əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə qanuni qüvvəyə minmiş qətnamənin icra olunmasına, icra tədbirlərinin vaxtında həyata keçirilməsinə cavabdeh tərəfindən süni surətdə, qə rəzli olaraq maneçilik törətməsi müəyyən edilməmişdir.

19. Belə ki, cavabdeh icra dövründə üzərinə həbs qoyulmuş əmlakların qiymətlərini mübahisələndirmək hüququndan istifadə etmiş, bununla bağlı yekun məhkəmə qərarı qəbul edildikdən sonra onu icra etmişdir. Başqa sözlə 2018-2021-ci illərə münasibətdə cavabdehin qeyd edilən məhkəmə müdafiəsi hüququndan istifadə etməsi onun həmin icra ödənişlərinin icrasından qərəzli şəkildə yayınması kimi qiymətləndirilə bilməz.

20. Məhkəmə etirazın cavabdehin 2018-ci ildə borcu tam ödədiyi halda, 2022-ci ildə ikinci dəfə yenidən ödəməyə məcbur olması ilə bağlı dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, borclu məhz 2018-2019-cu illər ərzində həyata keçirilən ödəmələrin nəzərə alınmalı olmasına istinad edərək, borcun yönəlməsi üçün üzərinə həbs qoyulmuş əmlakların iddiaçıya verilməsi və onun adına rəsmiləşdirilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı qanuni saymayaraq mübahisələndirmiş, nəticə etibarilə Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə onun bu şikayəti təmin edilməmiş və məhkəmə belə nəticəyə gəlmişdir ki, həmin ödənişlər icra sənədinin icrası ilə bağlı olmamış, uşaqların ehtiyacları üçün xərclənmişdir.

21. Belə ki, cavabdeh 2018-2019-cu illər ərzində həyata keçirdiyi ödəmələrə dair qəbzləri icra işinə həmin ödənişlərin məhz 332.000 manat məbləğində borcundan çıxılması məqsədilə əlavə etmiş, elə buna görə də daha sonra borcun ona məxsus əmlaklara yönəldilməsinə əsas olmamasına is tinad edərək Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirmişdir. Başqa sözlə, borclu apardığı ödənişlərlə bağlı qəbzləri icra şöbəsinə təqdim etməklə ödənişləri həyata keçirməsinin nəzərə alınacağını düşündüyündən icra məmurunun qərarını mübahisələndirmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə onun bu şikayətinin təmin edilməməsinə dair qərar qəbul edildikdən sonra icra hərəkətləri davam etdirilmiş və az müddət sonra borcla bağlı bütün ödənişləri həyata keçirmiş, tələbkarın xx.xx.2022-ci il tarixli ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata xitam verilmişdir. Odur ki, borclunun ödə nişləri ayrı-ayrı vaxtlarda təkrarən aparması ilə bağlı dəlili əsassızdır.

22. Məhkəmə yekun olaraq qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixdən icra icraatına xitam verildiyi xx.xx.2022-ci il tarixədək olan müddətdə cavabdeh icra hərəkətləri ilə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir ki, bu hərəkətlər onun hüququ olmaqla, məhkəmə qətnaməsinin icrasının gecikdirilməsinə və ya ona maneə yaradılmasına yönələn hərəkətlər kimi qiymətləndirilə bilməz.

23. Məhkəmə mövqeyini Mülki Məcəllənin 445.7-ci, Mülki Prosessual Məcəllənin 14.2ci, 77.1-ci, 88-ci, 119.1-ci, 217.4-cü maddələrinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərar ına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

24. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 8(103)-192/2022 nömrəli qərardadı ilə müəyyən edilmişdir ki, “...borclu məcburi icra tədbirlərinin həyata keçirilməsinin qarşısını almaq məqsədilə müxtəlif məhkəmə mübahisələri açmış və bu icra sənədi üzrə icranın həyata keçirilməsinə süni maneələr yaratmışdır. Borclunun icra sənədi üzrə borcu könüllü olaraq ödəmək niyyət i, zəruri vəsaiti var idisə, onda onun borcu vaxtında ödəməyib məcburi icra tədbirlərini müxtəlif məhkəmə mübahisələri ilə mübahisələndirməsi anlaşılan deyil.” İşə baxan birinci instansiya məhkəməsi isə bunları nəzərə almayaraq cavabdehin icradan qərəzli şəkildə yayınmasına yönələn hərəkətlərini məhkəmə müdafiəsi hüququndan istifadə kimi qiymətləndirmiş, bununla da Mülki Məcəllənin 445.7-ci və Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinin tələblərini pozmuşdur.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Fuad Abdıyev - sədrlik edən və məruzəçi, Ayaz Mahmudov və Səyyad Qafari) xx.xx.2024-cü il tarixli 2(103)3603/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyiş dirilmədən saxlanılmışdır.

27. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası bildirmişdir ki, qeyd edilən mübahisələr çərçivəsində cavabdehin mövqeyi heç də həmişə əsassız və ya birmənalı şəkildə əsassız olmamışdır. Belə ki, icra məmurunun təqdimatı əsasında mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması barədə qərardaddan onun tərəfindən verilmiş şikayət apellyasiya instansiya məhkəməsi tərəfindən təmin edilməsə də, həmin əmlakların qiymətləndirilməsi barədə hesabatların mübahisələndirildiyi digər işdə onun apellyasiya şikayəti qismən təmin edilmiş və 1 əmlak istisna olmaqla digər 6 əmlakla bağlı hesabatlar ləğv edilmiş və əmlaklara daha yüksək qiymətlər müəyyən edilmişdir. Bu barədə qətnaməni tərəflər, o cümlədən iddiaçı mübahisələndirməmişdir. Bu ndan başqa cavabdeh tələbin onun mülkiyyətində olan 4 əmlaka yönəldilməsi barədə icra məmurunun qərarı ilə də razılaşmayaraq, onu mübahisələndirmiş və birinci instansiya məhkəməsi onun şikayətini əsaslı hesab edərək, təmin etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi 8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin bu barədə qərardadını ləğv edərək, cavabdehin şikayətini təmin etməmişdir. Daha sonra cavabdeh icra sənədinin icrası qaydasında ödədiyini iddia etdiyi 267.630 manat məbləğində pulun iddiaçıdan tutulması barədə iddia qaldırmış və bu halı əsas götürüb, xx.xx.2022-ci il tarixli şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, icra icraatının dayandırılmasını xahiş etmiş, lakin onun şikayəti Bakı şəhəri Səbail Rayon Məhkəməsi nin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Cavabdeh bu qərardaddan şikayət verməmiş və 2022-ci ilin dekabr ayının əvvəlində icra sənədi üzrə müəyyən edilmiş borcu tam ödəmişdir.

28. Bununla belə, cavabdeh şikayətçi və iddiaçı olaraq iştirak etdiyi məhkəmə mübahisələri üzrə öz mövqeyində konkret əsasa söykənmiş və mövqeyini sübut etmək üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Əks yanaşma birmənalı şəkildə şəxsin konstitusion hüququnun məhdudlaşdırılması mənasını daşımış olur ki, bu da yolverilməzdir. Bu səbəbdən onun bu hərəkətləri qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından yayınmaq, o cümlədən müəyyən edilmiş məbləğin ödənilməsini gecikdirmək kimi qiymətləndirilə bilməz. Hüquqi nəticə etibarı ilə icra sənədi üzrə müəyyən edilmiş məbləğin ödənilmə si 4 ildən artıq müddət ərzində gecikdirilməmiş, həmin müddət ərzində obyektiv səbəblərdən ödənilməmişdir. Artıq müəyyən edildiyi kimi, cavabdehin istinad etdiyi məbləğ uydurma məbləğ deyil, real olaraq 2018-2019-cu illər ərzində ödənilmiş məbləğdir və bu məbləğin icra sənədinin icrası qaydasında ödənilmiş məbləğ olmadığı məhkəmə qaydasında öz təsdiqini tapdıqdan sonra cavabdeh icra sənədini icra etmişdir.

29. Məhkəmə kollegiyası əlavə etmişdir ki, tərəflər arasında daha əvvəl baş tutmuş digər bir məhkəmə mübahisəsinin nəticəsi olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 2(102)-3253/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən iddiaçıdan cavabdehin xeyrinə 320.000 manat məbləğində pul tutulmalı idi. Hazırkı iş üzrə istinad edilən xx.xx.2017-ci il tarixli icra sənədi 1 ildən artıq müddət keçdikdən sonra verilmiş və onun əsasında icra icraatına başlanmışdır. xx.xx.2018-ci il tarixdə isə cavabdeh ərizə ilə icra şöbəsinə müraciət edərək, iddiaçının borcunun icra sənədləri üzrə əvəzləşdirildiyini, onun borcunun qalmadığını bildirmiş və həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lakin iddiaçının icranı gecikdirməsinə baxmayaraq, cavabdeh həmin qətnamənin məcburi qaydada icra edilməsini, habelə sonradan gecikdirilmiş vaxt üçün illik 5 faizin ödənilməsini tələb etməmişdir. Hətta, cavabdehin iddiaçı qarşısında öhdəliyin yaranmasını əks etdirən xx.xx.2017-ci il tarixli icra sənədi icraatda olan dövrdə, yəni 2018-2019-cu illər ərzində cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 267.630 manat məbləğində pul vəsaiti ödənilmişdir.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən cavabdeh aparılmış ödənişlər barədə “whatsapp” proqram tədbiqi vasitəsi ilə uşaqlarına mesajlar göndərmiş, bəzi mesajlarda isə hətta ödənişlərin konkret təyinatlarını belə qeyd etmişdir. Həmin mesajlara əsasən bu pullar kirayə haqqının, xadimə və bağın mühafizəçisinin əmək haqqının, uşaqların müəllimlərinin pulunun ödənilməsi, habelə digər xərclərin, o cümlədən uşaqların və iddiaçının səyahət (Barselona, Bilbao, London, Paris), Bakı və Şamaxı şəhərində istirahət xərclərinin qarşılanması məqsədi ilə göndərilmişdir.

31. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış nikah 2012-ci il tarixdə məhkəmə qaydasında pozulmuş və uşaqlar iddiaçının yanında saxlanılmışdır. Bu ö dənişlərin hər hansı hissəsi aliment öhdəliyinin icrası məqsədi ilə edilməmişdir. Həmin vaxt tərəflərin hər birinin digəri qarşısında icra sənədindən irəli gələn pul öhdəliyi mövcud olmuşdur (yəni tərəflər mübahisəli münasibətlərdə idi). Bu ödənişlərdən uşaqlarla yanaşı iddiaçı özü də bilavasitə faydalanmış, habelə onların hesabına bir sıra ödənişlərin aparılması (məsələn, xadimə, müəllimlər, bağın mühafizəçisi) yükündən azad edilmişdir. Hər bir halda, cavabdehin bu ödənişləri aparmaq öhdəliyi müəyyən edilməmiş və ən azı müəllimlərin, xadimənin, bağın mühafizəçisinin pulu cavabdeh tərəfindən ödənilmədiyi təqdirdə, onların ödənilməsi iddiaçı tərəfindən təmin edilməli idi. Bu məbləğin təkcə (17.350+14.480+34.000 + sair xərclər) 65.000 manatdan artıq hissəsi iddiaçının da iştirak edəcəyi səya hətin reallaşdırılması üçün verilmişdir. Mövcud vəziyyətdə (artıq qanuni qüvvəsini almış məhkəmə aktı olduğundan) bu məbləğ cavabdeh tərəfindən onun iddiaçı qarşısında 332.000 manat öhdəliyinin olmasına baxmayaraq, ödənilmişdir. Bütün məbləğlər cavabdeh tərəfindən bilavasitə iddiaçının hesabına köçürülmüş, iddiaçı da onları qəbul etmişdir. Nəticə etibarı ilə iddiaçının 4 il 9 ay üçün tələb etdiyi məbləğ (78.850 manat) cavabdehin bir il ərzində hər hansı əsas və öhdəlik olmadan iddiaçının hesabına göndərdiyi pul vəsaitinin (267.630 manat) 1/3 hissəsindən də az məbləğdir və bu baxımdan mesajlarda göstərilən xərclərin yalnız 1/3 hissəsinin qarşılanması üçün yetərlidir, Bilbao və Barselona şəhərlərinə səyahəti isə yalnız xəyallarda mümkün edir. Sadə dildə deyilsə həmin məbləğin cavabdeh tərəfi ndən ödənilməməsi qeyd edilən müddət ərzində iddiaçının vərdiş etdiyi həyat şəraitinə əhəmiyyətli dərəcədə mənfi təsir etmiş olardı.

32. Hər bir halda, həmin vaxt iddiaçı hazırkı mövqedən çıxış edəcəyini göstərməmiş, hətta bu barədə hər hansı fikir söyləməmişdir. Cavabdeh də iddiaçının belə bir davranış sərgiləyəcəyini nəinki bilməzdi, hətta gözləməzdi. Əks halda, şübhəsiz ki, bu məbləğləri iddiaçıya göndərməzdi. Hüquqi nəticə etibarı ilə mövcud vəziyyətdə iddiaçı hazırkı iddianı qaldırmaqla cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququnu həyata keçirmişdir ki, bu da onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Qeyd edilənlər öz növbəsində iddianın rədd edilməsini şərtləndirir.

33. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə ünvanladığı ərizədə ona cavabdeh tərəfindən ödənilməli olan 332.000 manat vəsaitin köçürülməsinə göstəriş verilməsini və həmin vəsait onun hesabına ödənildikdən sonra icra sənədi üzrə görülmüş məcburi icra tədbirlərinin ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lakin nə həmin ərizədə, nə də ki, iş üzrə icraata xx.xx.2022-ci il tarixdə xitam verilərkən cavabdehdən gecikdirməyə görə faizlərin ödənilməsini tələb etməmişdir. Həmin iş üzrə icraata da icra sənədi üzrə müəyyən edilmiş borcun ödənilməsi (öhdəliyə icra) nəticəsində xitam verilmişdir. Bu halın mövcudluğu ümumiyyətlə iddiaçının hazırda hər hansı dərəcə ilə faiz tələb etmək hüququnu istisna edir”.

34. Məhkəmə kollegiyası mövqeyini Konstitusiyanın 60-cı, Mülki Məcə llənin 5.3, 445.7, 528, 529.4, 560.1, 560.2, 560.3, 560.3.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassator şikayətinin ilkin dəlilini belə əsaslandırmışdır ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 445.7-ci maddəsinin həmin münasibətlərin mövcud olduğu dövrdə qüvvədə olmuş redaksiyasında “borclunun pul məbləğinin ödənişini gecikdirməyə görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borclu olması” onun vəzifəsi kimi nəzərdə tutulmuşdur. Başqa sözlə, pul məbləği nin ödənişini gecikdirməyə görə illik 5% faiz ödəmək vəzifəsi borclunun qanundan əmələ gələn öhdəliyi kimi çıxış etmiş və kreditorun bu ödənişi tələb etmək hüququndan istifadə edib-etməməsindən asılı edilməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsinin iddiaçının tələbini hüquqdan sui-istifadə kimi qiymətləndirərək Mülki Məcəllənin 560-cı maddəsinə istinad etməsi qanunamüvafiq olmamışdır.

37. Apellyasiya şikayətində də qeyd edilmiş digər dəlilə görə, qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 8(103)-192/2022 nömrəli qərardadının əsaslandırılmasına görə, “...borclu məcburi icra tədbirlərinin həyata keçirilməsinin qarşısını almaq məqsədilə müxtəlif məhkəmə mübahisələri açmış və bu icra sənədi üzrə icranın həyata keçirilməsinə süni ma neələr yaratmışdır. Borclunun icra sənədi üzrə borcu könüllü olaraq ödəmək niyyəti, zəruri vəsaiti var idisə, onda onun borcu vaxtında ödəməyib məcburi icra tədbirlərini müxtəlif məhkəmə mübahisələri ilə mübahisələndirməsi anlaşılan deyil.” İşə baxan birinci instansiya məhkəməsi isə bunları nəzərə almayaraq cavabdehin icradan qərəzli şəkildə yayınmasına yönələn hərəkətlərini məhkəmə müdafiəsi hüququndan istifadə kimi qiymətləndirmiş, beləliklə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin normanın tələbinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

38. İddiaçının başqa bir dəlilinə görə isə, apellyas iya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına səbəb olmuşdur. Kassasiya instansiyası məhkəməsinin icraatında olmuş analoji - 2(102)3773/2023 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnamədə ifadə edilən hüquqi mövqeyə görə, borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olmasının əsas şərt onun pul məbləğinin ödənilməsini gecikdirməsidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün borclunun icranı gecikdirməsində təqsirli olubolmamasının hər hansı hüquqi əhəmiyyəti yoxdur. Belə olduğu təqdirdə, işə baxan apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqini cavabdehin icranı gecikdirməsində təqsirli olub-olmaması ilə əlaqələndirməklə pozuntuya yol vermiş dir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına göndərilən yazılı etirazda, şikayətin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

40. Etirazın məzmunu cavabdehin iddia ərizəsinə dair verdiyi etirazın məzmunu ilə eynilik təşkil etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

41. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

42. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdi yi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

43. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

44. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya).

45. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, p ozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları s übut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şi kayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Kassasiya şikayətində qətnamə tam m übahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr hazırkı işin konkret hallarını araşdıraraq və ətraflı şəkildə təhlil edərək bu qənaətə gəlmişlər ki, iddiaçının cavabdehdən gecikdirmə fazinin ödənilməsi tələbinin təmin olunması üçün qanuni əsaslar müəyyən edilmir.

56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

57. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayı r.

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

59. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2(103)3603/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar