Məhkəmə qərarları › İş №2(102)-4706/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4706/2020

22.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4706/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili X5 oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1244/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.Sadıqov) iddia qismən təmi n edilmiş, «KİA Optima» minik markalı ** HU *** qeydiyyat nişanlı avtomobilin dəyərinin (satışından əldə olunmuş vəsaitin) yarısı, yəni 14.000 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 20 manatının iddiaçıya, 10 manatının isə cavabdehə aid edilməsi qət edilmişdir (hakim A.B.Sadıqov). Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim L.Məmmədova, S.Qafari və F.Məmmədov, iş No 2(105)-249/20 saylı mülki iş) hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1244/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh 14.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsinə dair hissədə dəyişdirilmiş, cavabdeh Cavabdeh 11.500 (on bir min beş yüz) manat pul tutularaq İddiaçı ödənilməsi, qətna mə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ** HU *** qeydiyyat nişanlı “KİA OPTİMA” markalı avtomaşına dair Cavabdeh ilə üçüncü şəxs arasında xx.xx.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomaşının dəyəri olan 18.000 ABŞ dollarının 60%-nin, yəni 10.800 ABŞ dollarının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, avtomaşın nikahdan əvvəl borc verdiyi və sonradan geri aldığı pulla alınmışdır. Həmin avtomaşının iddiaçıya aidiyyəti yoxdur. Ona görə məhkəmə avtomaşının kimin vəsaiti hesabına alınmasını araşdırmalı olduğu halda, əmlakın birgə nikah dövründə alınmasını əsas tutaraq yarı dəyərini ondan tutmuşdur. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X5 oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktla ra istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə X1 arasında nikah xx.xx.2016-cı ildə bağlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Na zirliyi Baş X6 İdarəsinin xx.xx.2019-cu il tarixli, 016-297-564-1219 saylı məktubundan görünür ki, ** HU *** qeydiyyat nişanlı «KİA OPTİMA» markalı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınıb və xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi ilə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2019-cu il tarixli, 016-297-1165-1219 saylı məktubundan müəyyən olunur ki, ** HU *** qeydiyyat nişanlı «KİA OPTİMA» markalı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi ilə ünvan 1 ünvanında yaşayan X2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələblərinə muvafiq olaraq nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların umumi birgə mülkiyyəti sa yılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı muqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların umumi əmlakının bolönməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cömlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. A zərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qeyd olunan maddi huquq normalarının mənasına görə ər-arvaddan birinin mülkiyyətində olan əmlakın onlar arasında birgə əmlak kimi bölunməsi üçün həmin əmlak nikah muddətində əldə edilmiş olmalı, nikaha daxil olanadək tərəflərdən birinə məxsus olmamalı, həmcinin birgə nikah dovrundə əvəzsiz qaydada əldə olunmamalıdır. Ər-arvad arasındakı ümumi əmlakın bölunməsi zamanı onların payları bir qayda olaraq bərabər hesab edilir. Bununla yanaşı qanunverici ayrı-ayrı hallarda yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafe yini nəzərə alaraq payların qeyri-bərabər bölünməsini də mümkün hesab edir. Qanun yalnız tərəflərin birgə nikahlarından uşaqlarının olmasını və həmin uşaqların valideynlərdən birinin yanında qalmasını həmin valideynin payının daha cox müəyyən edilməsinə birmənalı əsas hesab etmir. Ailə qanunvericiliyinin mənasına görə qeyri-bərabər bölgünün uşaqların mənafeyindən və (və ya) tərəflərdən birinin diqqətəlayiq mənafeyindən irəli gəldiyi əsaslandırılmalıdır. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, cavabdeh mübahisə predmeti olan «KİA Optima» markalı avtomaşını 18.000 ABŞ dollarına satın aldığını, əslində isə həmin avtomaşını dəyişmə yolu ilə əldə etdiyini bildirmişdir. Belə ki, istifadəsində olmuş «CHEVROLET CAMARO» minik markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomaşın baş etibarnamə əsası nda istifadəsində olmuş, həmin avtomaşını Kamran adlı şəxsə vermiş, əvəzində ondan ** HU *** qeydiyyat nişanlı «KİA Optima» markalı avtomaşını dəyişmə yolu ilə almışdır. Onun istifadəsində olmuş «CHEVROLET CAMARO» minik markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomaşınla ** HU *** qeydiyyat nişanlı «KİA Optima» markalı avtomaşını dəyişərkən maşınların qiymətini 14000 ABŞ dollarına razılaşmışlar. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf istifadəsində olmuş «CHEVROLET CAMARO» markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomaşını Kamran adlı şəxsə verərək əvəzində ondan ** HU *** qeydiyyat nişanlı «KİA Optima» markalı avtomaşını dəyişmə yolu ilə əldə etdiyini bildirsə də məhkəməyə qeyd olunan avtomaşınların dəyişməsinə dair muqaviləni təqdim etməmişdir. Eyni zamanda cavabdehin həmin avtoma şını nikahdan əvvəl borc verdiyi və sonradan geri aldığı pul vəsaiti hesabına alması barədə izahat verməsi, bununla bağlı sübutlar təqdim etməməsi əvvəlki mövqeyin (avtomaşının dəyişmə yolu ilə alması) həqiqət olmadığını şübhə altına almışdır. Məhkəmə hesab etmişdir ki, mubahisəli əmlak tərəflərin nikahları döründə birgə əldə etdikləri vəsait hesabına əvəzli qaydada əldə edilmişdir. Məhkəmə iddiacının himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması, bölgünün qeyri-bərabər aparılması ucun tutarlı səbəb olmadığından, tərəflərin yetkinlik yaşına catmayan uşaqlarının mənafeyi nəzərə alınaraq iddiacının payının artırılmasını əsaslı hesab etməmişdir. İş materiallarında olan «X3» xx.xx.2019-cu il tarixli, ƏEM/D-15-995/19 saylı ekspert rəyindən görünür ki, aparılmış hesablamalara və təhli llərə əsasən 2015-ci il buraxılışlı ** HU *** qeydiyyat nişanlı «KİA OPTİMA» markalı avtomobilin xx xxxxxx 2019-cu il tarixinə bazar dəyəri 23.000 manat təşkil edir. Ona görə Apellyasiya Məhkəməsi həmin məbləğin tərəflər arasında bərabər bölünməli olması qənaətindən çıxış edərək 11.500 manat cavabdehdən tutulmasına qərar vermişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllən in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehdən 14.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair hissədə dəyişdirilməklə, cavabdehdən 11.500 (on bir min beş yüz) manat pulun tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirmədən saxlanılması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar