Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4708/2020 08.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(105)-2096/2020 saylı qərardadındanMaraqlı şəxs N qızı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər: Ş.R.Abasov, S.A.Qafari və T.Q.Məmmədov) ŞabranRayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(031)-31/2020 saylı qərardadı ləğv edilmiş, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020 -ci il tarixli, 2(031)-31/2020 saylı qətnaməsindən özünü qətnamə hüquq və vəzifələrinə toxunan şəxs hesab edən Maraqlı şəxs N qızı tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və o, qəbul olunmamış hesab olunmuşdur. İşin halları: Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-31/2020 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı taxta qayıq düzəltməklə məşğul olma fəaliyyətinin dayandırılması tələbinə dair iddiası təmin edilməmişdir. Mehtiyeva X1 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-31/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş və məhkəmənin xx xxx 2020-ci il tarixli qərard adı ilə Maraqlı şəxs Məzətdin qızı tərəfindən verilmiş apelyasiya şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayəti ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən xx xxxx 2020-ci il tarixli qərardad qəbul edimişdir. Kasasiya şikayətinin dəlilləri: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadından Maraqlı şəxs Məzətdin qızı kasasiya şikayəti verərək ŞabranRayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-31/2020 saylı qətnaməsi onun maraqlarına toxunduğu üçün Azərbaycan Respublikası MPM-nin 357-ci maddəsinə əsasən həmin qətnamədən şikayət vermək hüququna malik olmasını əsas göstərməklə qərardadın ləğv edilməsi və onun tərəfindən verilmişapelyasiya şikayətinə baxılması üçün i şin apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında Maraqlı şəxs və vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmalı, qərardad ləğv edilərək iş yenidən apelyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi apelyasiyanı qeyri-mümkün hesab edərkən mübahisənin müvafiq fəaliyyətin dayandırılmasına dair olmaqla bilavasitə iddiaçı və cavabdeh arasında olan münasibətləri əhatə etməsini və eyni zamanda qətnamə ilə iddia rədd edildiyindən hər hansı məcburedici hal müəyyən edilməməsini, üçüncü şəxslərin hüquqları sferasına toxunan nəticələr yaratmamasınıəsas göstərmiş, həmçinin qeyd etmişdir ki, Maraqlı şəxs hüquq və maraqlarına toxunduğunu hesab etdiyi hallar məhkəmənin müvafiq qətnaməsi əsasında deyil, cavabdehlə onun qonşuluq münasibətlərinin zəminində yaranmışd ır. Kollegiya hesab edir ki, qərardad qanunun tələbinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən həmin iddia tələbi Maraqlı şəxs Məzətdin qızı tərəfindən yazılmış şikayətlərə əsasən qaldırıldığından və cavabdehin fəaliyyəti ilə yaratdığı səs-küy onun hüquq və azadlıqlarını pozduğundan Maraqlı şəxs hesab edir ki, iddia tələbinin rədd olunması cavabdehin qanunsuz hərəkətlərindən onun müdafiə olunmaq imkanını pozur və bununla əlaqədar qətnamə onun hüquq və vəzifələrinə toxunur. Maraqlı şəxs həmin mübahisə ilə əlaqədar məhkəməyə müstəqil surətdə müraciət etmək hüququna malik olsa da, kollegiya hesab edir ki, həmin hüquqların mövcudluğu onun apelya siya şikayətinin qəbul edilməsini istisna etmir. Maraqlı şəxs iş üzrə tərəf olmasa da, göstərilən vəziyyətdə qəbul edilmiş qətnamə onun hüquq və vəzifələrinə toxunduğundan kollegiya hesab edir ki, qərardad ləğv edilməli və göstərilənlərə MPM-nin 357.2-ci maddəsinin tələbləri baxımından qiymət verilməklə apelyasiyanın mümkünlüyünə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 357-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. (357.1.) Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların h üquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. (357.2.) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən apelyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4708/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4708/2020
08.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver