Məhkəmə qərarları › İş №2(102)-4708/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4708/2021

14.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4708/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 cavabdeh “Əmlak X1” MMC-yə və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4708/21 (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(103)1868/2021 saylı qətnaməsindən İddiaçı1 kassasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Cavabdeh1 sifarişi ilə İddiaçı1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi 26 “A” saylı evin 7 saylı mənzilinin “Əmlak X1” MMC tərəfindən keçirilmiş hərracda Cavabdeh3 BOKT ASC satılmasına dair 20 sentyabr 2019-cu il tarixli “Hərracın nəticələri haqqında” yekun protokolunun etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.H.Xəzri) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırı b ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli qətnaməsi ilə borclu İddiaçı1 Cavabdeh3 BOKT ASC xeyrinə əsas borca görə 14.060,10 ABŞ dolları; faiz borcuna görə 3.347,08 ABŞ dolları; hesablanmış cəriməyə görə 200 ABŞ dolları olmaqla, cəmi 17.607,18 ABŞ dollarının tutulub tələbkar "xxxx" BOKT ASC ödənilməsi; tutmanın ipoteka ilə yüklü edilmiş borclu İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi R.İmanov küçəsi 26 “A” saylı evin 7 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 70.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına kredit borcunun ödənilməsi; mənzilə tutma yönəldikdən və mənzil satıldıqda ən geci bir ay ərzində İddiaçı1 və Rəhiyyə Babayevanın mənzildən çıxarılmala rı qət edilib. Bundan sonra qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilib və sözügedən mənzilin açıq hərracdan satılması üçün ilk hərrac 07 avqust 2019-cu il tarixə təyin edilib və bununla bağlı işdə iştirak edən şəxslərə, o cümlədən iddiaçıya 12 iyul 2019-cu il tarixli bildiriş göndərilib. Həmçinin “Market” qəzetinin 12 iyul 2019-cu il tarixli buraxılışında müvafiq elan verilib, lakin həmin tarixə təyin olunmuş hərrac baş tutmayıb. Bu səbəbdən də təkrar hərrac 28 avqust 2019-cu il tarixə təyin edilib və işdə iştirak edən şəxslərə, o cümlədən iddiaçıya 09 avqust 2019-cu il tarixli bildiriş göndərilib. Eyni zamanda “Market” qəzetinin 09 avqust 2019-cu il tarixli buraxılışında ilk hərracın baş tutması və təkrar hərracın təyin olunması ilə bağlı müvafiq elan verilib. Lakin, qeyd edilən tar ixdə də hərrac baş tutmayıb “Market” qəzetinin 30 avqust 2019-cu il tarixli buraxılışında hərracının baş tutmaması barədə elan verilib. Bundan sonra ipoteka predmeti mülki qanunvericiliyin tələblərinə əsasən Cavabdeh3 BOKT ASC təklif edilib və “Əmlak X1” tərəfindən tərtib edilmiş “Hərracın nəticələri haqqında” 09 sentyabr 2019-cu il tarixli protokola əsasən, borclu İddiaçı1 məxsus olan sözügedən mənzil 44.625 manata Cavabdeh3 BOKT ASC satılıb. 15 yanvar 2020-ci il tarixli Çıxarışa əsasən, həmin mənzil mülkiyyət hüququ üzrə Cavabdeh3 BOKT ASC adına qeydə alınıb. Beləliklə, sözügedən mənzilə dair hərracın keçirilməsi zamanı heç bir qanun pozuntusuna yol verilməyib. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 414.3, 415.1, 415.2ci maddələ rinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, Z.A.Şirinov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 oktyabr 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlməyib, maddi və prosessual hüquq norma larının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 415.1, 415.2, 415.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə dü zgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı1, vəkili Nümayəndə1, İddiaçı2, cavabdehlər Cavabdeh1, “Əmlak X1” MMC və "xxxx" BOKT ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, h ərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1- ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli qətnaməsi ilə borclu İddiaçı1 Cavabdeh3 BOKT ASC xeyrinə əsas borca görə 14.060,10 ABŞ dolları; faiz borcuna görə 3.347,08 ABŞ dolları; hesablanmış cəriməyə görə 200 ABŞ dolları olmaqla, cəmi 17.607,18 ABŞ dollarının tutulub tələbkar "xxxx" BOKT ASC ödənilməsi; tutmanın ipoteka ilə yüklü edilmiş borclu İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi R.İmanov küçəsi 26 “A” saylı evin 7 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 70.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına kredit borcunun ödənilməsi; mənzilə tutma yönəldikdən və mənzil satıldıqda ən geci bir ay ərzində İddiaçı1 və Rəhiyyə Babayevanın mənzildən çıxarılmaları qət edilib. Bundan sonra qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilib və sözügedən mənzilin açıq hərracdan satılması üçün ilk hərrac 07 avqust 2019-cu il tarixə təyin edilib və bununla bağlı işdə iştirak edən şəxslərə, o cümlədən iddiaçıya 12 iyu l 2019-cu il tarixli bildiriş göndərilib. Həmçinin “Market” qəzetinin 12 iyul 2019-cu il tarixli buraxılışında müvafiq elan verilib, lakin həmin tarixə təyin olunmuş hərrac baş tutmayıb. Bu səbəbdən də təkrar hərrac 28 avqust 2019-cu il tarixə təyin edilib və işdə iştirak edən şəxslərə, o cümlədən iddiaçıya 09 avqust 2019-cu il tarixli bildiriş göndərilib. Eyni zamanda “Market” qəzetinin 09 avqust 2019-cu il tarixli buraxılışında ilk hərracın baş tutması və təkrar hərracın təyin olunması ilə bağlı müvafiq elan verilib. Lakin, qeyd edilən tarixdə də hərrac baş tutmayıb “Market” qəzetinin 30 avqust 2019-cu il tarixli buraxılışında hərracının baş tutmaması barədə elan verilib. Bundan sonra ipoteka predmeti mülki qanunvericiliyin tələblərinə əsasən Cavabdeh3 BOKT ASC təklif edilib və “Əmlak X1 ” tərəfindən tərtib edilmiş “Hərracın nəticələri haqqında” 09 sentyabr 2019-cu il tarixli protokola əsasən, borclu İddiaçı1 məxsus olan sözügedən mənzil 44.625 manata Cavabdeh3 BOKT ASC satılıb. 15 yanvar 2020-ci il tarixli Çıxarışa əsasən, həmin mənzil mülkiyyət hüququ üzrə Cavabdeh3 BOKT ASC adına qeydə alınıb. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra et mədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satışüsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri həmin Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. Həmin Qanunun 43.1-ci maddəsinə görə, hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərra cın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Həmin Qanunun 43.3-43.5-ci maddələrinə əsasən, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İddiaçı, apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətində ilk hərrac barədə kütləvi informasıya vasitələrində elanın verilməməsini göstərsə də, apellyasiya baxışı zamanı bu hal öz təsdiqini tapmayıb və müəyyən edilib ki, “Market” qəzetinin 12 iyul 2019-cu il tarixli buraxılışında ilk hərracın 07 avqust 2019-cu il tarixdə keçirilməsi barədə müvafiq elan verilib. Bununla yanaşı, işdə olan digər sübutlarla müəyyən olunur ki, hazırki mübahisə obyekti üzrə iki hərrac (ilk və təkrar) keçirilib, hərracların yeri və vaxtı barədə maraqlı şəxslərə bildirişlər göndərilib, qəzetdə elanlar verilib, lakin hərrac baş tutmayıb və nəticədə ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunub və sonuncunun mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Eyni zamanda, işə əlavə edilmiş 24 oktyabr 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, tələbkar Cavabdeh3 BOKT ASC tərəfindən 14.663 manat pul vəsaiti (mənzilin dəyəri ilə qətnaməyə əsasən ödənilməli olan borc arasında olan fərq) Cavabdeh1 hesabına ödənilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb h esab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(103)-1868/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar